(CAVAD HEYƏTİ ANARAG)
* Sayğılı oxucu, bu yazı çoxdan yazılmışdı. Yurdsever eloğlu Rüfet Muradlı ile danışmışdım. Cavad beyin gebrine gedecek, gül goyacag, anacagdıg. Olmadı. 5-6 gündür, ölüm-dirimdeyem. Size sağlıg dileyirem.
Azərbaycan Türklərinin XX yüzildə yetirdiyi ən böyük bilim, kültür adamlarından biri də Cavad Heyətdir. O, 1925-ci il mayın 24-də Azərbaycanın Türklərinin əski başkəndi, böyük kültür ortaqlıqlarından biri olan Təbrizdə doğulmuşdur.
İranda [Qacarlar Açısı] «Anayasa devrimi»nin öncüllərindən olan atası, müctəhid Mirzə Əli Heyət çağının tanınmış hügugçusu idi. O, İranın baş prokuroru, «Apelyasiya Məhkəmə»sinin başçısı, Ədliyə bakanı görəvlərində işləmiş, ölkənin çeşidli yerlərində Ədliyə sisteminin oluşdurulmasına çalışmışdır.
1919-cu ildə Naxçıvanı Ermənilərdən gorumaq üçün İrandan gələn dəstələrə də Mirzə Əli Heyət başçılıg etmişdir.
Cavad Heyətin anası Məsumə Sultan Firug uruğunun başçısı, müctəhid Hacı Mirzə Məhəmmədin gızı idi. O, Türk «ağız ədəbiyatı»nın ən yaxşı örnəklərini balalarına öyrətməklə onlarda Türk dilinə, Türk ulusal dəyərlərinə sevgi oyatmış, ulusal düşüncə oluşdurmağa çalışmışdır.
İlk okulu Təbrizdə bitirən Cavad orta eyitimini Tehrandakı Ordu Okulunda almışdır.
1941-ci ildə Tehran Universitetinin Tibb Fakultəsinə girən Cavad atasının istəyilə İstanbul Universitetinə keçir. Oğlunu İstanbula göndərən Mirzə Əli Heyət ona demişdir: «Mən səni Bakıya göndərərdim. Ancaq ora Dəmir pərdə ilə gapalıdır. İstanbulda universiteti bitirərsən, Türk kimi yetişərsən, sonra Parisdə uzmanlığını artırarsan».
İstanbul Universitetini 1946-cı ildə bitirən Cavad Heyət universitetin İkinci Cərrahlıq Klinikasında işləyir. Sonralar uzmanlığını artırmaq üçün Parisə gedən yaşıl doktor Cavad 1952-ci ildə yüksək uzman xirurg kimi Tehrana qayıdaraq, 1954-cü ildə İranda ilk yol «gapalı ürək», 1956-cı ildə «aorta gapağı darlığı», 1962-ci ildə «açıg ürək» operasiyalarını uğurla edir.
İranda ilk böyrəkköçürmə operasiyası da Prof. Doktor Cavad Heyətin başçılığında edilmişdir.
İran Özgür İslam Universitetinin professoru olan görkəmli bilimçinin yüzdən çox bilimsəl araşdırması dünya ölkələrinin çeşidli tibb jurnallarında yayımlanmışdır.
Cavad Heyət 1964-cü ildən «Daneşe-pezeşki» (Tibb bilimi) adlı dərgi çap etdirirdi. 1976-cı ildə Məhəmməd Rza Pəhləvinin şahlığının ildönümü ilə bağlı öygü yazısı yazmadığından jurnalı bağlayırlar.
Prof. Doktor Cavad Heyətin «Tromboflebitin müalicəsi», iki cildlik «Ümumi cərrahlıg», «Cərrahlıq dərsləri» kimi sanballı əsərləri İranın tibb öyrəncilərinin stolüstü bitiklərindəndir. İran dövləti tibb alanında qazandığı uğurlara görə ona I dərəcəli qullug ordeni vermişdir.
Professor Cavad Heyət xirurgiyanın gəlişdirilməsinə gatgılarından dolayı Paris Uluslararası Xirurgiya Akademiyasının da üyəsi seçilib.
Cavad Heyət «təbabətdən aldığı maddi gəliri xalqın mənəviyatına xərcləməklə maddi dünyanı mənəvi dünyaya gurban verir. O, doktor kimi adamların bədənini, naşir, ədəbiyatçı, tarixçi kimi isə yurddaşlarının mənəviyatını sağaldır». Onun iki cildlik «Azərbaycan ədəbiyatı tarixinə bir baxış», «İki dilin müqayisəsi», «Azərbaycan şifahi xalq ədəbiyatı», «Türklərin tarix və mədəniyətinə bir baxış», «Türk dili və ləhcələrinin tarixinə bir baxış», «Ədəbiyatşünaslıg», eləcə də başga əsərləri dəyərli ədəbiyatşünas olduğunu göstərir.
Prof. Doktor Cavad Heyətin əsərlərinin adlarına baxarkən onun mənəvi dolğunluğu, ondakı Türk ruhu görünür. O, əsərlərinin adını marksizmin «mütləg həgigət» fəlsəfəsindəki aşırı-psixi radikallıgla yox, «Türklərin tarix və mədəniyətinə bir baxış», «Türk dili və ləhcələrinin tarixinə baxış»… qoyub. Bu, onun biliyə, bilginliyə çatmış – filosof olduğunu göstərir.
Artırma: 2000-ci illərin başlarında Prof. Doktor Cavad Heyətin İİR-dən gəlmiş bir filosofla AMEA-nın böyük toplantı zalındakı görüşdəki «fəlsəfi» çıxışı onun toplumsal-politik bilimlər alanındakı bilginliyini göstərdi.
Professor Cavad Heyətin yaratdığı ən böyük əsərlərdən biri də 25 ildir çap etdirdiyi «Varlıg» dərgisidir. «Varlıg» İranda Türk dilində yayımlanan ilk dərgidir. O, uzun illərdir «Varlıg»ı «qucağında, əlinin əməyi, alnının təri, bağrının ganı ilə bəsləyib, gözünün giləsi kimi afətlərdən goruyubdur». Cavad Heyətin «Varlıg»ı (tək dərginin deyil, ustadın özünün fiziki, mənəvi varlığı) Azərbaycanın, Azərbaycan Türklərinin çağdaş yaşamında bir olaydır. Prof. Doktor Cavad Heyətin bilimsəl-publisistik çalışmaları Güney, eləcə də Guzey Azərbaycandakı Türklərin ulusal düşüncəsinin oluşmasında önəmli koşullardan biri kimi dəyərləndirilməlidir.
«Varlıg» dərgisi İran Türklərinin Ərəb yazısı ilə yazılarındakı gatmagarışıglığı aradan götürüb yetkin bir yazı sistemi sağladı». Bu dərgi İİR-də «varlığımızın göstəricisi, bayrağı oldu».
Artırma: «Varlıg» dərgisi 2002-ci il, 137-4, 136-3-cü sayında mənim də «Lev Gumilyovun bir səhvi barədə» yazımı çap etmişdi.
Ermənistan Respublikası Azərbaycana saldıranda görkəmli yurddaş Cavad Heyət Tehranda yaralı Azərbaycan əskərlərini öz pulu ilə sağaltdırmış, bu arada Türkiyə Respublikasının prezidenti Süleyman Dəmirələ Türkiyənin bu yöndəki «dişsiz politika»sını gınayan bəlli məktubunu yazmışdır.
«Kristian Bernard bir, ya bir neçə adamın ürəyini dəyişdirib onlara yeni yaşam vermişdisə, Cavad Heyət onilliklər boyu dilindən kültüründən, tarixindən uzaq salınmış bütöv bir ulusun ürəyini, təkcə ürəyini yox, beynini, yaddaşını, düşüncəsini sağlamlaşdırmaq üçün» çalışmışdır.
Cavad Heyəti «İranda da, Türkiyədə də sevirlər». Ancaq onu Azərbaycan Respublikasında daha çox sevirlər desək, yanılmarıg. Cavad Heyət Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin onursal doktoru, AMEA Ədəbiyat İnstitutunun, Azərbaycan Pedaqoji Universitetinin, Azərbaycan Universitetinin onursal professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyətinin onursal üyəsidir. Ona Azərbaycan Yazıçılar Birliyinin «Mirzə Fətəli Axundov adına ödülü», «Dədə Qorqud» Asosiasiyasının «Məmməd Araz» ödülü də verilmişdir.
Artırma: Cavad Ərəb sözüdür, Türk dilində ürəyiyumşag, əliaçıg deməkdir. Bu anlayış Prof. Doktor Cavad Heyətin içdənliyinin göstəricisi olmuşdur. Cavad Heyət içdən bəydir! Oğuz Xan çağında yaranmış bəylik gurumu tarix boyu, Türklərdə sosial-politik ad olmaqdan başqa, onların ulusal dəyərlərini yaşadan, yaradan, goruyan mənəvi guruluş – seçkinlik institutu olmuşdur. Əski Türklərdə Boyun başında bir bəy durardı. İgidlik, ədalət, doğrulug böyüklük kimi özəlliklər başlıca tutulmagla seçilən bəyin görəvi Boydakı haggı, ədaləti düzənləmək, mənəvi bağlılığı gücləndirib onu yağılardan gorumag, TÜRK ULUSUNU YAŞATMAG idi.
Yusif Balasagunlu Türklərin bu ulusal gurumundan belə yazmışdır: «Bax, iki köklü insan vardır: biri bəy, biri bilimçi. Onlar insanların başıdır…Biri əlinə gılunc alıb Ulusu yönətər, biri əlinə gələm alıb düz yol göstərər». Bu Türk düşüncəsini bütünlüklə unutmamış Azərbaycan Türkləri Rus-Erməni-Sovet-Mason Bolşefaşizminin ən azğın çağlarında belə, Türk ulusal dəyərlərindən sayılan aydın-işıglı, uca insanlara – Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Əli bəy Hüseynzadə, Əbdürrəhim bəy Hagverdiyev, Mustafa bəy Topçubaşov deyib, sayğı ilə çağırmışlar.
«Ömrü boyu Azərbaycanın parçalanmış ürəyini tikib birləşdirməklə uğraşan», Azərbaycanın bağımsızlıg savaşına mənəvi, maddi yardım edən, «şən, sap-sağlam varlığı kültürümüz, yurdumuz, dilimiz, elimiz üçün çox böyük gazanc» olan Prof. Doktor Cavad Heyəti Türk Ulusu adından salamlayıb, ona uzun ömür, cansağlığı dileyirik!
Artırma: Prof. Doktor Cavad Heyət də Türklərin, Türk ulusunun bu sayğısına yaraşan bəydi. Cavad bəyin Azərbaycan sevgisinin böyüklüyünü anlamaq üçün bir duyğulu anını sayğılı oxucuya çatdırıram: Yeni gəldiyi çağlarda, bir yol Bakının «Gurd gapısı» [«Gurd ağızı» olmalıdır. Azərbaycanı, Bakını yönətənlərin gurumların adlarını Türk dilinə, Ulusal düşüncəsinə uyğunlaşdırmamag düşüncəsizliyindən rusca «volçie vorota»nı gurd gapısı kimi çevirmişlər]restoranında ona gonaglıq verdim.
Cavad bəy İstanbuldan Parisə, Nyu Yorkdan Tehrana, Tebrize kimi dünyanın böyük başkəndlərində, kültür ortaglıglarında yaşamış, çox olmasa da, az-çox var-yatırı olan bir bəydi, belə gonaglıqları çox görmüşdü. Ancag öncədən gedib danışdığım gonaglığın yerinin gül-çiçəkli bağçası, gullugçuların ona ayrıca sayğısı Cavad bəyin çox xoşuna gəlmişdi. Dedi: «Yadigar bəy, mən dünyanın çox yerində olmuşam, ancaq ömrüm boyu belə gonaglıg görməmişəm, elə bil cənnətdəyəm. Bakının, Azərbaycanın tayı doğrudan da yer üzündə yoxdur! Sən məni göyə qaldırdın, ucaltdın, bir Türk mahnısında deyildiyi kimi: Səni gördüm bəy oldum!».
Bu sözlər böyük Türk Cavad Heyətin Azərbaycan sevgisinin ölçüsünü göstərirdi. Alçagkönüllülük, düzgünlük insanın yetməli olduğu ən yaxşı özəlliklərdəndir!
Sözardı: Sayğılı yurddaş, bu yazı «Türk ruhunu yaşadan insan» adı ilə «Respublika» gəzetinin 2004-cü il, 4 iyul, 152-ci sayında, eləcə də AMEA FSHTİ-nin «Sosial-siyasi problemlər» bilimsəl toplusunun XI sayının 55-57-ci səhifələrində yayımlanıb. Onun dilini bir sıra Ərəb-fars sözlərindən arındırıb kiçik Artırmalarla çap edir, ölümünün ildönümü gabağı Azərbaycan Türklərinin böyük oğlu Prof. Doktor Cavad Heyəti anıb deyirik: Cavad bəy, sən Azərbaycan, Türklər üçün çox böyük bilimsəl, ideoloji, kültürəl işlər gördün. Bizsə sənin etdiklərini yetərincə dəyərləndirmədik! Buna görə bizi bağışla!
İslam dini adı altında gizledilmiş Ərəbçilikdən gurtulub, onlarca dövlət gurub min illerle dünyanın çoxunu yönetib yaşatsag da, özümüzü güclə «fars» etdik, farslıgdan gopmamış «rus» olduq, rusdan ayrılmamış «ingilis» olmaqdayıq… Bu, çox gorxuludur!
Bu gün çağdaş Azərbaycan Respublikasının başında durub ulusal Türk kimliyimizi anlamağa qoymayanlar da, Rus-erməni-sovet-mason bolşefaşizminde bizə öyrədilen yurdsevərlikdən, türklükdən uzaq, «Bu gün bir Türk öldürdüyümə görə sevinirəm» demiş Aleksandr Puşkinin «Burya mqloyu nebo kroyet»ilə böyüdülmüş «yarımrus» törəmələridir. Onları Azərbaycan, Türk yox, yurdun var-yatırını oğurlamaq, necə olursa-olsun özüne pul yığmaq, çağdaş demokratiya, ədalət gapısını yurddaşların üzünə gapayıb ulusal düşüncəsini pozmaq, qohumlarını gecə-gündüz öydürüb, adlarına bayramlar keçirmək, əlaltılarına yüksək adlar, donluqlar verib kef çəkdirmək yolları düşündürür. Demək, ganının Türk olmasından düşüncənin türkcə olması önəmlidir. Azərbaycan toplumu da gücsüz, öldürülmüş, dönməz, yurdsevər aydını az, hamı garnının qulu…
Ancaq bunlar keçicidir Cavad bəy! Bir Günəş kimi aydındır: gün-gündən avtoritarlaşan indiki Azərbaycan Ağalığı unutsa da, TÜRK AYDINLARI TÜRKLÜKlerini, Türkün böyük oğlu Cavad Heyəti unutmayacaglar!
Artırma: Avqustun 4-də AMEA FSH-nin elmi işçisi, sevimli türkçü yurdsever Yasəmən Garaqoyunlu ile Cavad Heyətin «uyuduğu» gəbristana getdik, üstünə gül goyduq. Ötən bir ildə gəbrinin üstü düzəldilsə də, baş daşı qoyulmamışdı. Düşündüm: ilinədək qoymasalar, özüm goydurum.
Ayın 10-da getdim. Goyulmamışdı. Görək…
Artırma: Başdaşı goyulub.
Artırma: Cavad bey ölenden sonra “Elm ve tehsil” Çap Evi böyük emek çekib 100 sehifelik “Varlığımız” adlı Ağı – anılar toplusu çap edib. Bütün emeyi keçenler sağ olsunlar. Ancag bitik çapının bilinen özellikleri vardır. Onlardan biri düzeltme – redaktedir.
“Varlığımız”dakı anılardan birincisi, en böyüyü, Türk diline yad reğmen Arab-fars çör-çöpü ile dolu, içdenlikce de aşağı biçimlisi, akademik bilimçi adı olsa da, biliksiz jurnalistliyi aydın görünen Rafael Hüseynovundur. Anar, Elçin, ayıbdır, bele barmağarası anılar, oxşamalar yazmayın! En azı Türkiyelilerin bitikdeki anılarını oxuyun, öyrenin. Ayıbdır!
Rafael Hüseynov yazısında “Cavad Heyet 1925-ci il mayın 23-de Tebrizde doğuldu” yazıb. Redaktor Pervane Memmedli bu yanlışı görüb düzeltmeliydi. Akademik Rafael Hüseynov yazır: “Amma sevimli doktor, haçan Size çox layig olan Birinci Fexri Xiyabana getsem, ne vaxt “Megberet üs şüera”ya yolum düşse, mehriban suretinizi onların ikicinde de ruh gardaşlarınızın arasında göreceyem”. ?
Rafael Hüseynov, Cavad Heyet mayın 23-de yox, 24-de doğulub, 1-ci yox, 2-ci Fexri Xiyabanda basdırılıb. Garğadili danışıb baş gatma!
10.08.2015-ci il.
Yazı “Türk ruhunu yaşadan insan” adı ile “Respublika” gezetinin 4 iyul 2004-cü il, 152-ci (2090) sayında yayımlanıb.