Xaliq Bahadır. Türkiyə bir heliokopter vermədi

 

Azadlıq radiosu (televiziya bölümü) önəmli bir iş gördü: seçkiyə iki gün qalmış Türkiyə müxalifətinə azacıq da olsa Azərbaycan toplumuna özünütanıtma olanağı yaratdı. Burası çox yaxşı, ancaq… (Bu olmayayadı!)

Sovet dönəmində Az TV əməkdaşı olmuş, sonra ADU-BDU-da jurnalistika müəllimliyi etmiş Zeynal Məmmədli uzun illərdir Azadlıq radiosunun başında durur. Hansı nədənləsə elə Z.Məmmədli dönəmindən Azadlıq radiosu, demək olar,Azteleradioların uzantısına çevrilib. Azadlıq adına yaraşmayanbu görsəniş Z.Məmmədli yönətimindən başladı, ancaq… (Yenə də “ancaq”).

“Dəvədən böyük fil də var”, axı. Azadlıq radiosunun pulunu ABD Konqresi verir. Bir çağlar gurultulu səsiylə SSRİ kimi azman dövləti sarsıdan Azadlıq radiosu indi sısqa-cır səslə yayınlanırsa, bu, iki dövlətin üst qatındakı uzlaşmadan özgə nəyin göstərgəsi ola bilər?

Millət ittifaqında olan Demokrat partiyası başqanının yardımçısı Göyxan Pınarbaşını danışdırdılar. Danışdıran gənc bir qız idi. Mənim birinci “ancaq” dediyim bununla bağlıydı. O qız, bəlkə də, yaxşı jurnalistdir, ancaq orada yerində deyildi: istər politik yanaşma-düzəy baxımından, istərsə də dil bilgisi, söz seçimi baxımından. Bir daha vurğulamaq gərəkir: o, yerində deyildi. Başqa sözlə, orada aparıcı seçimi düzgün deyildi.

Qonu Türkiyədəki seçkiyə yönəlik Azərbaycandakı reaksiyalarla bağlı idi. Göyxan bəyin sorulara yanıtları çağla bağlı çəkingən, eləcə də çox qısa, ayrıntılarsız olsa da, tutarlı idi. Mənim baxışıma görə, o yanıtların ən önəmlisi ermənilərin Kəlbəcəri tutduqları çağlarda o çağkı prezident S.Dəmirəlinistənilən yardımı etməməsi ilə bağlı soruya yanıtı idi. Göyxan bəy soruya belə yanıt verdi: “Heydər Əliyev Süleyman Dəmirəllə iş birliyində idi”. Bu nə deməkdir?-bir az sonra.

Aradan uzun illər keçməsinə baxmayaraq, Kəlbəcər-helikopter faktından yana Azərbaycanda Türkiyəyə yönəlik acıqlı ələşdirilərə son verilmir. Biriləri bunu kəsinliklə qınayırlar. Türkiyə-Azərbaycan qardaşlığını gözü götürməyən başqalarıisə Türkiyəni yağıcasına yamanlayır, Azərbaycana “xəyanətdə” suçlayırlar. Gerçəyi ortaya çıxarmaq gərəkli bilinmir.

Gerçəklik belədir. Bilindiyi kimi, erməni ordusu Kəlbəcəri AXC hakimiyəti dönəmində ələ keçirdi.Quşatmaya salınanaları oradan çıxarmaq üçün dikuçar (helikopter) gərəkirdi. Türkiyədən yardım istənildi, Dəmirəl susqun qaldı.Vermədi. Niyə vermədi? Göyxan bəy qısaca anladır: : “Heydər Əliyev Süleyman Dəmirəllə iş birliyində idi”.O çağlar “Ermənistan” prezidenti olmuş Levon Ter-Petrosyan sonralar yazırdı: “Mən R.Köçəryanın Kəlbəcəri tutmaq istədiyini  bilincə, BMT-nin 4 bəlli qərarından söz salaraq onu yolundan döndərməyə çalışdım, o isə Heydər Əliyevlə iş birliyində olduğunu dedi. Ondan qabaq H.Əliyev “Ermənistan”la atəşkəs bağlaşması bağlamaqla ermənilərin Naxçıvan sınırlarındakı ordunu erməni ordusununçətin duruma düşdüyü Qarabağa yeritmələrinə nədən olmuşdu.

Elçibəyin yaratdığı sınırsız yetkililərdən  gen-bol yararlanan H.Əliyev hakimiyətə qayıtmaq üçün əngəlsiz olaraq yaxın-uzaq dövlətlərlə geniş iş aparırdı. (İngiltərə biznes dövləti bpo işlərin baş ucunda idi).

S.Dəmirəl Bakıya gəlişində H.Əliyevlə 25 ildən bəri dostluq etdiyini demişdi. Türkiyəyə-Türklüyə yağıdövlətin- Sovetin KQB generalı ilə Türkiyənin dövlət adamı necə dost ola bilərdi? Özü də 25 il!- burası olduqca ilgincdir.

Ən ilginc olanı isə S.Dəmirəlin burada sözü gedən yardımla bağlı açıqlamasıdır: “Elçibəy amerikalılarla petrol qonusunda anlaşmadı. Bu nədənlə də mənim Elçibəy yönətiminə parayla,əskər gücüylə yardım etməyimə kəsinliklə qarşı çıxdılar”. Nəyə görəsə, Naxçıvanda oturan H.Əliyevə Dəmirəlin 100 min dollarlıq yardımına qarşı çıxan olmamışdı.

H.Əliyev bir yandan Elçibəylə sıcaq ilişkilər qurub hakimiyətin içində özünə dayaqlar yaratmaqla, o biri yandan dış güclərlə gərəkən alış-verişdə bulunmaqla hakimiyətə qayıdırdı. Hakimiyət içində ikihakimiyətlilik yaradan İsa Qəmbər komandası ilə bacarmazkən,  dışda İranla, Rusiya ilə barışmazlıq sərgiləyən Elçibəy bunlar azmış kimi, yüz ildən bu yana Bakı neftinə yerikləmiş anqlosakslarla da gərəkən anlaşmaya getmirdi. Sonuc ortadadır. Oyunçu apardı…

Azərbaycana (Kəlbəcərə) yardımla bağlı susqun qalan S.Dəmirəl sonralar bildirəcəkdi: “Amerikayla danışdım, Elçibəyə telefon açdım, dedim:- Sən get, Haydar Aliyev gəlsin. O da getdi”.

Ortadakı seçki faktını gözardı edən belə bir dövlətçilik də olarmış, ola bilərmiş: “Sən get, o gəlsin”. Türkiyədə belə işlərə “kumpas” deyilir, bizlərdəsə… qurğu!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv