Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası

 

(davamı)

…2005-ci il parlament seçkisi öncəsi müxalifətin böyük birliyi- Azdalıq bloku yaradıldı. Müxalifət düşərgəsindəki güvənli birisi Blokun başına gətirilməli idi. Müxalifətlə hakimiyət arasında var-gəldə olan P.Hüseynov o günlər ayrıca aktivlik sərgiləməyə başlamışdı. Cəbhəçilər duyuq düşmüşdülər: Pənah Blokun başına gətirilə bilər. Onlar dirənişə başladılar. Dirəniş baş tutmadı, partiya başında duranlar çox yaxşı tanıdıqları Pənahı Blokun başında oturtdular. (Onlar belə bir oyunu bir də 2010-cu ilin parlament seçkisindən yana yaradılmış müxalifətin yeni birliyi- İctimai palata ilə bağlı oynadılar: bir sıra dirənişlərə baxmayaraq, P.Hüseynovu yenə Birliyin başına çıxardılar).
2005-ci ildə ABD- nin Bakıdakı elçibaşısı Rino Harniş idi. Harniş müxalifətin parlamentdə geniş yer tutmasına çox çalışır, buna görə müxalifətlə sıx ilişkilərdə bulunurdu. Bunları yaxından izləyən hakimiyət onun üçün çox önəmli olan bilgilərə yiyələnmək üçün Azadlıq blokunun başında güvəndiyi birisinin olmasını istəyirdi…   
Onda Pənah namizədliyini 63 saylı Sabirabad birinci seçki dairəsindən vermişdi. Mənim adaylığım 64 saylı Sabirabad ikinci seçki dairəsindən verilmişdi. Amerikanın respublikaçılar institutunun, eləcə də Amerika ekzidpolunun apardığı sorğu donuclarına görə, mən seçkini yüksək səs çoxluğuyula qazanmışdım.  Səslərin sayıldığı məntəqəyə (Əhmədabad kəndi) PA-dan gələn göstərişlə Çevik polis alayı yeridildi. Mənim adamlarımı içəridən vurub çıxarandan sonra qutuları alt-üst etməklə, mandat hakimihyətin istədiyinə- Rüstəm Xəlıilova verildi. Mənim pratokollarımın çoxunu qaçılrdılar, oğurladılar, yox etdilər.
Pənahın dairəsində çoxları mandatın hakimiyətin adamı sayılan milyonçu Mirzəxan Xəlilova veriləcəyini düşünürdü. M.Xəlilov dairəyə böyük pullar tökmüşdü. O üzdən də mandatın ona veriləcəyinə yerdən göyəcən arxayın idi. Ancaq… mandat Pənaha verildi. Bu nədənlə “it də getdi, ip də getdi” düşüncəsinə qapılaraq infarkta sürüklənən M.Xəlilovun üstünə dönə-dönə ambulans çağırıldı.
Yuxarıda sözü gedən R.Harnişin də yardımıyla o çağlar Azadlıq bloku ölkənin bir çox yerlərində triumfal uğur qazanmışdı. Ancaq hakimiyət o uğurları toplu olaraq tanımadı, toplu olaraq tanınmasına yol verməyərək xalqın deyil, özünün seçiminə üstünlük qazandırdı. O seçim arasında Lalə Şövkət də vardı. Lalə xanım Blok yoldaşlarının hüquqları tapdandığı üçün mandatdan üz döndərdi, Blokun başında duran Pənah isə mandatı qamarlayıb götürdü. Bax, onda- Blokun başında duran birisi olaraq- Pənah namus anlayışını önə çəkməli, ona ödül olaraq verilən mandatı götürməməliydi. Bax, onda Pənah ən azı Lalə xanıma baxaraq, namuslu davranışa üstünlük verməli, hüququ tapdanan Blok yoldaşlarına dönüklük etməməliydi…
İçdə, dışda böyük basqılarla üzləşən hakimiyət bir neçə dairədə “pozuntu aşkar etməklə” o dairələrdə seçki sonuclarını legitim saymadı. Bu, başlıca olaraq uluslararası qurumları aldatmaq üçün qurulmuş oyun idi. Hakimiyət bundan sonra Rauf Arifoğlu ilə Arif Hacılını qabağa verərək “təkrar seçki” kampaniyasına başladı. Bir sıra partiyalar bu oyuna getməyəcəklərini bildirdilər. O günlər hakimiyətin teleulduza dönüşdürdüyü R.Arifoğlu xarakter görsənişlərinə uyğun olaraq faktları baş-ayaq qoymaqla “təkrar seçkiyə” getməyən müxalifəti “hakimiyətə işləməkdə” suçlayırdı- birbaşa hakimiyət televiziyasından!
Hakimiyətlə separat danışıqlara gedən İ.Qəmbər partiya adına alacağı 4 mandata görə “təkrar seçkiyə” qatılmaqla Azadlıq blokunu dağıtmaq yolunu tutdu. Sonralar ortaya çıxan Vikiliks yayınlarında Rino Harniş A.Raufoğlu ilə A.Hacılının adını çəkməklə o çağkı müxalifətiçi dağıdıcı oyunlara yetərincə aydınlıq gətirmişdi…
“İstifadə” edənlərin “istifadə” olunmaqlığı
P.Hüseynov “Cinayətimiz məğlubiyyətimizdir” yazısında bildirmişdi: “Biz Surət Hüseynova bir gündə (2 iyul 1992) iki vəzifə ona görə verdik ki, onu Müdafiə naziri Rəhim Qaziyevə qarşı istifadə edək”. Onun bildirdiyinə görə, sonralar H.Əliyevin hakimiyətə çağırılmasında olduğu kimi, bu qərar da kollektiv “qəbul” olunub. Onlar bu qərarı Rusiya yetirməsi olaraq tanınan Dadaş Rzayevi R.Qazıyevin yerinə gətirməklə başa çatırdılar. D.Rzayevin 4 iyin (1993) günlərindəki bəlli davranışları sonucda onların özlərinin “istifadə” olunmalarına gətirib çıxardı.
P.Hüseynova gəlincə, o, bir sıra dirənişlərə baxmayaraq, 2005-ci ildəki ortaqlarının əliylə İctimai palatada yenidən müxalifətin başına gətirildi. Sonra yenə özünün dağıdıcı rolunu oynadı. Burada mənim üçün ilginc olan nədir: 1997-ci ildə mənə P.Hüseynovun dosyesini göstərən adam Azadlıq blokunda olduğu kimi İctimai palatada da onu müxalifətin başına çıxaranlardan oldu.
2015-ci ilin parlament seçkisi öncəsi P.Hüseynov deputat mandatı almağa çox, lap çox yaxın idi. Onda o, ideya dostu R.Arifoğlunun “YeM” qəzetində çıxış edərək “Yeni mərhələnin lideri” olacağını bildirirdi. Bəlkə də, olacaqdı, olmadı. Seçkidən az öncə, yanılmıramsa,Oktyabrın 19-da Milli Təhlükəsizlik naziri Eldar Mahmudov gözlənilmədən “vuruldu”. Bununla da P.Hüseynov, İ. Ağazadə başda olmaqla bir qrup “seçilmişin” deputatlıq gözləntisi boşa çıxdı…

***

Azadlıq bloku müxalifətin böyük birliyi olaraq ulusal-toplumsal (milli-ictimai) baxımdan dəyərlərin, gərəklərin, çıxarların NAMUS bloku-birliyi idi. Lalə xanım o namusu qorudu, başlıca görəv borcu olsa belə, Pənah onu… qorumadı!
Liderlik özgüdükçülük demək deyil. Liderlik başqalarını düşünmək, özünün deyil, başqalarının yararına çalışmaqdır.
2000-ci ildə Pres klubdakı bir görüşdə İ.Qəmbərlə P.Hüseynova İ.Əliyrvin prezidentlik çalışmalarına başladığını bildirdim. İ.Qəmbər o fakta özünün bəlli sarkastik qımışmasıyla reaksiya verdi. P.Hüseynovun fakta reaksiyası çox radikal olmuşdu: “Əhəmiyyətsiz, qeyri-mümkün fərziyyə”.
İndi, 2024-cü ildə, onlar boyunlarını bükərək İ.Əliyevdən mandat istəyində bulunurlar. Yapay, qondarma liderlik belə olur.
2005-ci ildə iç-dış basqıların qorxusundan müxalifətə 5-6 mandat verilmişdi, indi verilmədi. Nədən? Altı-üstü böyük güclər arasında pay-püşk edilən ölkədə başdakılar üçün qorxu qalmır.
Xəlil Rzanın belə bir şeiri var: “Fil balası filə dönür yavaş-yavaş”. Gerçək liderə yaraşmayan, gerçək liderliklə bir araya sığmayan özgüdükçü özəlliyiniz, ona uyğun davranışlarınlzla siz özünüz böyütdünüz o Fili! Siz özünüz onu yavaş-yavaş (illərlə) üstün gücə dönüşdürdünüz!
Birillik hakimiyət olsa belə, dövlətin başında durmuş bu adamlar (İ.Q, P.H.) topluma ərdəmlik örnəyi olmalıykən, sınıqlıq-yenilgənlik örnəyi oldular. Bu isə ölkəni indiki toplumsal düşkünlüyə gətirib çıxardı.
Aralarında yapay “türkçü-millətçilər-turançılar” da olmaqla, onları öz gərəkləri üçün,- başqa sözlə, seçkiyə demokratik don geyindirməklə legitimlik qazandırmaq üçün,- aldadaraq, yaxından-uzaqdan şirinquş göstərərək seçki sürəcinə qatdılar, sonra birinə də mandat vermədilər. Sonuc nə oldu?
Aldatdılar, oynatdılar, atdılar!

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv