Asif Ata Ocağının yeni səfərləri

Ürəyinizdə Ata Günəşi olsun!
Hər nə qədər sosial sorunlarla üz-üzə qalsa da, insanın yaşamı, ömrü təkcə məişətə bağlı deyil. Axı insan ruhani varlıqdır, insanın mənəvi ehtiyacları da var. Bu ehtiyacdan yana hər kəsin ağlında, düşüncəsində millətin bugünü, sabahı ilə bağlı ziddiyyət doğuran suallar var. İnsan vətəninə, millətinə bağlı olduğu qədər sorunları düşünür, qayğılanır, özünün düşüncəsinə dəstək olan insanlar axtarır.
Asif Ata deyirdi, “Xalq sizi gözləməyən görünür, ancaq o sizi gözləyir”. Asif Ata Ocağının Evladları da vaxtaşırı bölgələrə səfərlər gerçəkləşdirir, canlı görüşlər keçirir, insanlarla bir arada olmağa, milli-insani düşüncələri bölüşməyə can atırlar. Millətin bugününə, sabahına, İnsanlığın qurtuluşuna inam yaradan Yolu, Yönü sunmağa çalışırlar.
Bu məqsədlə Asif Ata Ocağının Evladları Nurtəkinlə Göytəkin Atalılar bölgələrə yeni səfər etmişlər. Rayon Mərkəzi kitabxanasında, Gənclər Evində, Heydər Əliyev Mərkəzində görüşlər keçirilmiş, Asif Atanın ideyaları, milli dəyərlərimiz qonusunda söhbətlər aparılmış, Ocaq ədəbiyyatları bağışlanılmışdır.
Atamız Var olsun!

Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı

20 Yağış Ayı, 46-cı il.
(noyabr, 2024).

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv