Türkel Araşdırma Qurumunun növbəti toplantısı (2 noyabr, 2011)

Tədbirdən görüntü

2 noyabr, 2011 (Yağış, 33) tarixdə Türkel Araşdırma Qurumu növbəti dəfə toplantısını keçirmişdir. Toplantı iki hissədən ibarət oldu. Birinci hissədə “Güney Azərbaycanın Azadlıq məsələsinə konseptual baxış” ideyasının 2-ci mövzusu “Güney Azərbaycanda aparılmış milli azadlıq mübarizələri və nəticə olaraq bu günü” müzakirə edilmişdir. İkinci hissədə işin texniki-təşkilati cəhəti təhlil edilərək, yeni təkliflər diqqətdən keçirilmişdir. Türkel Araşdırma Qurumu Yeni Oda’ların təşkil olunması və əlaqələrin genişləndirilməsi məsələsini də qarşıya məqsəd qoymuşdur. Əsas hədəf o taylı, bu taylı Yurdumuzda üç istiqamətdə yeni milli-ideoloji düşüncənin formalaşmasıdır: Millətçilik (Türkçülük) yönündə yeni ahəng yaranmalıdır. Bu ideyanı imperiyaçılıq, irqçilik düşüncəsinə bağlayanların yanlışını açıb ortaya qoymaqla yanaşı, milli ruhun yaranması, milli-insani dəyərlərin ictimai həyatda oturuşması ilə milli şüuru formalaşdırmağın önəmini ardıcıl olaraq vurğulamaq. İkinci, dövlətçilik məsələsində milli özünüifadənin kölgədə qalmasını, idarəetmədə türk ruhuna uyğun olmayan ziyanlı çalarları göstərməklə yanaşı, idarəetmədə milli prinsiplərin, milli ideolojinin əsas götürülməsini ictimai fikrə yeritmək. Üçüncüsü və ən əsası xalqımızın ictimai-ruhani həyatının nizamına yeni milli-ruhani düşüncə gətirmək. Bu deyilənlər Türkel Araşdrıma Qurumunun maarifçilik xəttinin əsasını təşkil edir. TAQ bu işdə yetginləşmək və düşüncəni ortaya qoymaqda ardıcıl səy göstərir.

 

Türkel Araşdırma Qurumunun

Mətbuatla Əlaqə Oda’sı

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv