PA sözçüsü Əli Həsənov özlərinin DƏRİN televiziyalarına (ANS) prezident seçkisindən danışıb. Seçkidən arxayın olduqlarını bildirib, arxayınçılıqlarının nədənlərini göstərib: “Biz artıq müəyyən təcrübə toplamışıq. Bu, 5-ci prezident seçkisidir. Həm seçki institutları, həm də icra strukturları bu sahə üzrə peşəkarlaşıblar”. PA sözçüsü bu yerdə yalanla doğrunu bir-birinə qarışdırır. Buna qaranlığın doğrusu deyərlər.
Seçkidən arxayınçılıq… seçki institutlarının, icra strukturlarının bu sahə üzrə peşəkarlığı – bu tezislərlə bağlı bir az analiz gərəkir. Ortadan başlayaq. Seçki institutları, bəlli olduğu kimi, başında dünyaya seçki saxtakarlığı iulə tanınan Məzahir Pənahovun durduğu MSK, dairə – məntəqə seçki komissiyaları, onlara bağlı “infrastrukturdur”. Bildiyimiz kimi,ölkədəki televiziyalar necə, bu komissiya – “infrastrukturlar” da eləcə – hamısı bütünlüklə oğru, saxtakar hakimiyətə bağlıdır. Hakimiyət buna görə, Ə.Həsənov deyən sayaq, bu “institutlardan” yerdən rejimin göydəki peykinədək bütünlüklə arxayındır: televiziyalar da, “institutlar da, peyk də PA-nın dəmir kontrolu altındadır.
İcra strukturları: rayon icra hakimiyətləri, kənd icra nümayəndəlikləri, polis, prokurorluq, məhkəmə. Kimsə polis-prokurorluq-məhkəmə üçlüyünün icra strukturlarına qatılmadığını düşünə bilər. Elə deyil. Elə olsaydı, əliyevçi ANTİMİLLİ, ANTİDEMOKRATİK rejim 20 il duruş gətirə bilməz, çoxdan yıxılardı. Sözügedən üçlük Prezident Administrasıyasından tutmuş, ən aşağılaradək icra strukturlarının cəza-repressiya orqanlarıdır. Oğurluq, saxtakarlıq çoxdan – 20 ildən bəri – bu hakimiyətdə PEŞƏKARLIĞA yüksəlib. Sözsüz, sösügedən üçlüyün yaxından yardımı ilə.
İ.Əliyev seçkiöncəsi durmadan rayon icra hakimiyətlərinə Prezident Fondundan 2-3 milyon arası pul ayırır. Bunlar seçkidən daha da arxayın olmaq üçün icra hakimiyətlərinə verilən rüşvət deməkdir. Bunlar PA düzəyində Prezident Fondunun Seçki Fonduna çevrilməyi deməkdir. Bunlar eləcə də Büdcə sistemi ilə bağlı Qanunun prinsiplərinin qanunsuzluqla pozulması deməkdir. “Dövlət mənəm!” prinsipi keçərli olan yerdə qanunların, qanunçuluğun keçərliyindən danışmağa dəyərmi?!
Ə.Həsənov hakimiyətin seçki kampaniyası ilə bağlı sərgilədiyi passivliyi texniki olanaqlarla bağlayıb: elektron, print media… Sən demə, bütün bunlara görə YAP seçki kampaniyası ilə bağlı bir belə passivlik sərgiləyirmiş! Birinci, passivlik sərgilənməsi bütünlüklə yalançı-aldadıcı xarakter daşıyır: bu, YAP-ın, YAP polittexnoloqlarının yeni metodoloji tryukalrındandır – üzdə passivlik görsənişi yaradılır, gerçəkdə isə icra strukturlarını üç “yardımçı təsərrüfatla” birlikdə (polis, prokurorluq, məhkəmə) işə qatmaqla olduqca gərgin, aqressiv, bir sıra yerlərdə isterik xarakter alan seçki kampaniyası aparılır. İkinci, supertexnologiyalar ölkəsi olaraq tanınan ABŞda prezidentliyə adaylar seçki kampaniyası boyunca ölkəni bu başdan o başa qarış-qarış gəzərək Xalqın səsini qazanmağa çalışırlar. Bizdəsə, çoxillik ANTİMİLLİ, ANTİDEMOKRATİK siyasətlər hakimiyətlə Xalq arasında dərin üçürum yaratdığından prezident xalqın qarşısına çıxmağa qorxur. Buna görə iş qalır administrativ resurslara, administrativ resurslardan bütün gücüylə yararlanmağa. Ə.Həsənovun başqa ad altında “arxayınçılıq” adına dediyi budur: administrativ resurslar!
Xalqın kimi seçəcəyindən arxayın olduqlarını deyirlər. Bu arxayınçılığın özü də yalançı xarakter daşıyır. Ortada gerçəkdən Xalqa bağlı arxayıçılıq olsaydı, dünyanın bu başından o başına – Rusiyadan ABŞ-adək ora-bura milyonlar, milyardlar ötürülməzdi. Xalqın kimi seçəcəyindən arxayın olduqlarını deyə-deyə xalqa çatası milyonları, milyardları dünyanın bu başından o başına rüşvət olaraq dağıdırlar. Bu necə arxayınçılıqdır? Belə də absurd arxayınçılıq olarmı?!
XALİQ BAHADIR. SEÇKİDƏN ARXAYIN OĞRU HAKİMİYYƏT
Oktyabr 12th, 2013 admin
Posted in Türk Dünyası Tags: XALİQ BAHADIR. SEÇKİDƏN ARXAYIN OĞRU HAKİMİYYƏT