Özümlüyümüz – Özgürlüyümüz

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Topluma bəllidir ki, Asif Atanın Mütləqə İnam Ocağı davamlı olaraq soydaşlarımızla görüşlər keçirir, bağlantılar qurur. Asif Atanın Dünyabaxışını öyrənmək ulusal kimliyimizin özül prinsiplərinə yiyələnmək deməkdir. Bu səbəbdən də biz, Asif Atanın Ocağı olaraq, ulusal varlığımızın keşiyində dururuq.
Bizi millət eləyən dəyərlərimizi qorumaq və dirçəltmək borcdur. Bu borcu anlamaq, eləcə də, ödəmək gərəkdir.
Hardayıq, hara gedirik, bu gedişat bizə hansı gələcəyi vəd edir? Bu sorulara Yurdunu sevən, Ulusunu sevən hər bir aydın cavab verməli, hər bir gənc cavab axtarmalıdır…
Bu həqiqəti insanlarımıza çatdırmaq üçün Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı çoxsaylı görüşlər keçirir, söhbətlər aparır. O, görüşlər keçirərkən ən çox gəncliyə üstünlük verir.
Elə bu gün Soylu Atalı Amaldaşı Göylü Atalının təşkilatçılığıyla Bakı oxullarının birində 80-ə yaxın öyrənci və öyrətmənlərlə görüş keçirmişdir. O, Azərbaycanın qədimliyi, bu günü və gələcəyi qonusunda ciddi fikirlər sərgiləmiş, eləcə də, Asif Ata Dünyabaxışının ideyaları ilə bağlı dinləyicilərə bilgi vermişdir, Həmçinin gəncliyə ayıq olmağı, Qıraq Qüvvələrin təsirində çalışan qurumların aldadıcı çağırışlarına uymamağı tövsiyə etmişdir: ”Bu gün Yurdumuzda çoxsaylı qurumlar çalışır. Bu qurumların əsas hədəfi ulusal birliyimizi qırmaq, içimizdə qarışıqlıq-anarxiya yaradaraq bizi öz istədikləri səmtə yönəltməkdir. Son vaxtlar “dəyərlərə yenidən baxmaq” çağırışı altında qədimliyimizin uca dəyərlərini gözdən salmağa çalışırlar. Açığını deyək ki, xeyli dərəcədə istəklərinə çatıblar da. Nə yazıqlar ki, içimizdən tora-torbaya düşənlər də az deyil. Onlar da Qıraq Qüvvələrin buyruğunda milli dəyərlərimizi ələşdirmək və gözdən salmaqla məşğuldurlar. Belələrini nəinki eşitmək olmaz, onları ifşa eləmək gərəkdir. Deyirlər keçmiş keçmişdə qalıb. Yəni keçmişinizdən əl çəkin, “çağdaş” olun.
Keçmişimizdən əl çəkib çağdaş olanda isə görürük ki, yalın qalmışıq. Bu günümüzdə ürək açan heç nəyimiz yoxdur. Yalnız bugündən özümüzə – ulusumuza baxsaq, gərək onu söyək. Çünki milli dəyərlərimizi qırağa qoyduqca içimizdə – bugünümüzdə böyük boşluq yaranır. Elə yadların, yabançıların da dilədikləri budur. İçimizi qarışdırıb bizi yönləndirmək (idarə etmək), sonucda bizi Sözsüz qoymaq, gözsüz eləmək, ələbaxan öyrətmək, bir sözlə, heçliyə salmaq. Asif Atanın, Onun Ocağının istəyi ulusumuzu bu fəlakətdən qorumaq, qurtarmaqdır…”
Sonda görüş iştirakçılarına çoxsaylı Ocaq ədəbiyyatları bağışlandı. Ocağın iç quralları haqqında bilgi verildi. Ocaq-türk abesi, milli Günsıra vizitləri paylanıldı.

Mütləqə İnam Ocağı

7 Qar Ayı, 36-cı il. Atakənd.
(yanvar, 2015. Bakı.)

20150107_121539

20150107_121536

20150107_121818

20150107_122059

20150107_122103

20150107_122109

20150107_122157

20150107_122120

20150107_122214

20150107_122328

20150107_122525

20150107_122546

20150107_122521

20150107_122623

20150107_125441

20150107_130652

20150107_130720

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv