Bolqar ermənisi ilə başlanılan hədəflər
Rusiya estradasında özünə yer eləmək üçün Filipp Kirkorov ABŞ-da yaşayan soysuz və milyader əmisi Kirk Kirkoryanın maliyyə dəstəyi ilə bir sıra geniş proyektləri həyata keçirmişdir. Bu həmin Kirk Kirkoryandır ki, hər il Ermənistanın dövlət büdcəsinə dəstək kimi öz şəxsi vəsaitindən “Linsi Fondu”nun vasitəsi ilə 150 milyon dollar həcmində yardım edir. F. Kirkorov ilk addım olaraq, rus estradasının ünlü sənətçisi Alla Puqaçeva ilə ailə quraraq onunla birlikdə 1992-ci ildə İrəvanda “Razdan” Futbol Stadionunda geniş konsert proqramı ilə çıxış etmişdi. F.Kirkorov bütün bunlardan cuşa gələrək: “Mən fəxr edirəm ki, əcdadlarım qarışısında konsert verirəm” demişdi. 1997-ci ildə bu erməni dığası Bakıda konsert vermək üçün o dönəmdəki mədəniyyət naziri Polad Bülbüloğlu ilə uzlaşma əldə edərək “Respublika Sarayı”nda bir neçə günlük konsert verməyi hədəf seçmişdi. Bu sətirlərin müəllifi, eləcə də ünlü yazarlar Qafar Çaxmaqlı, Nazim Mustafa, Səməd Məlikzadə, sənətşünas Ziyadxan Əliyev “Avrasiya” qəzetinin ailəsi olaraq, bu mənhus siyasətin qarşısını ala bildik. Hətta mərhum prezident Heydər Əliyev Polad Bülbüloğlunu, AzTV-nin rəhbərliyini sərt şəkildə tənbeh etmişdi. Beləliklə 1997-ci il 17-19 dekabr tarixlərində Filipp Kirkorovun və erməni strateji mərkəzlərinin hədəfləri də baş tutmadı. Heydər Əliyev rəhmətə gedəndən sonra, ermənilər yenidən fəallaşdılar. Bu dəfə professional musiqi sənəti ilə heç bir ilgisi olmayan Aygün Kazımova adlı birisi ilə bu prosesə yenidən başladılar. İlk addım kimi A. Kazımova və F. Kirkorovun Moskvada birgə konserti düzənləndi. Bunun ardınca isə həmin tədbir Bakıda “Möhtəşəm duet” adı altında başda ATV kanalı olmaqla geniş şəkildə reklam edildi. 2006-cı ildə düzənlənən məlum konsertdə A.Kazımova hələ utanıb çəkinmədən erməni dığasını “Meqa Star” adlandıraraq, erməni dığası ilə duet oxumaqdan belə zövq aldığını ifadə etmişdi. ATV kanalı da bu konserti böyük şövqlə reklama çevirmişdi. Heç də sirr deyil ki, addım-addım xəyali “Böyük Ermənistan” hədəflərinə doğru getmək üçün erməni strateqləri bizlərə məxsus tarixi torpaqları işğal etmək və bunu yaddaşımızdan silmək taktikası ilə hərəkət edir. Bu hədəflərin asanlıqla baş tutması üçün savadsız və natamam musiqi təhsilli manıslardan faydalanmağı hədəf seçmişlər. Çünki, onlar xalqın məclislərində iştirak etdiklləri üçün guya bununla da əhaliyə hər şeyi tədricən unutdurmağa nail ola biləcəklər.
Rəmiş və Əli Mirəliyevi birləşdirən oyun
Son günlər KİV-lərdə Rəmiş ayaması ilə tanınan Rafiq Hüseynov və Əli Mirəliyevdə gözlənilmədən “erməni sevgisi”nin yaranması çox düşündürücüdür. Sıradan adi bir gitara ifaçısı olan Rəmişin bir zamanlar Azərbaycan musiqi sənətində yeni çalğı aləti kimi qəbul edilən gitarda ifa etdiyi musiqi lövhələri ona görə xoşagəlimli idi ki, keçmiş tarzən olan bu şəxsin tarda və udda olan gəzişmələri bu alətdə bizə məxsus notlar üzərində çıxış edirdi. Ömrü boyu ortabab musiqiçi kimi yaddaşlarda qaldı. Əli Mirəliyev isə heç zaman dahi müğənni ola bilmədi. “Dan Ulduzu” ansamblının mərhum rəhbəri, gözəl musiqiçi və humanist insan Gülarə Əliyevanın qayğısı sayəsində sənətdə sıradan adi bir müğənni kimi iştirak etmişdir. Onun vokal imkanları heç iki oktava həcmində belə olmamışdır. Özünün də etiraf etdiyi kimi, Bakıdakı “rusdilli” camiənin məclislərini yola vermişdir. Burada isə mədəni ünsür baxımından ermənilər hər zaman dominantlıq təşkil etmişlər. Rəmişi heç cür başa düşmək olmur. Onun doğulub boya-baş çatdığı torpaqda, altı min nəfərdən çox şəhid vermiş Ağdamın ah-naləsi onun ruhunu sızıldatmadımı? Rəmiş Moskvada ermənilər üçün bizim mahnıları ermənicə oxumaqla nəyə işarə edirdi? Axı ermənilər hər zaman bizə və mədəniyyətimizə möhtac olublar. Bu olaya sıradan adi bir baxışla baxmaq fikrimizcə doğru deyil. Çünki, Rəmişin Moskvada ermənicə mahnı oxuması, Bakıda isə Əli Mirəliyevin ona qahmar çıxması olduqca düşündürücüdür.
Uzun illərin təcrübəsinə əsaslanaraq onu qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyət siyasəti son 24 ildə öz məhvərindən çıxıb. Ona görə ki, milli mədəniyyətimizin keşiyində duranların heç birinin nə intellektual səviyyəsi, nə də savadı vardır. Çoxunun heç milli mədəniyyət konseptindən belə xəbəri yoxdur. Professional milli mədəniyyətimizin özülünü qoymuş Üzeyir Bəy Hacıbəyli kimi dahi bəstəçinin “Azərbaycan-Türk Xalq Musiqisinin Əsasları” kitabının musiqi məktəblərində tədris edilməməsinin sirri də məhz bundadır. Adicə solfecio, not, harmoniya, polifoniya, alletrasiyanın nə demək olduğunu bilməyən toyxana manısları televiziya və radio efirinin maymaqcasına ulduzlarına çevriliblər. Vaxtilə Ədil İsgəndərov “Azərbaycanfilm” Kinosudiyasında, Maestro Niyazi “Dövlət Filarmoniyası”nda, Şəmsi Bədəlbəyli “Musiqili Komediya Teatrı”nda rəhbərlik edən zaman ən azından səs tembri üç oktavaya yaxın olmayan və peşəkar musiqi savadı almayanları, yalandan saqqal saxlayan və “mən rejissoram” deyənləri sənət aləminin yaxınına buraxmazdılar. Min dəfələrlərlə təəssüflər olsun ki, indi bu yüksək meyarlar tamamilə sıradan çıxıb. Ona görə də, əlimirəliyevlər, rəmişlər, aygünlər səhnədə və sənətdə at oynadırlar.
Ən böyük milli strateji hədəf mədəniyyət olmalıdır
1949-cu ildə Almaniya federal hökumətinin kansleri olmuş Konrad Adenauer növbəti ilin büdcəsini hazırlayarkən milli gəlirin 60 faizini mədəniyyətə ayırmağı irəli sürmüşdü. Bu təklifə qarşı çıxan deputatlar etiraz edərək bildirdilər ki, ölkə II Dünya Savaşından yenicə çıxıb. Məmləkət ikiyə parçalanıb. Hər yer tamamilə dağıdılıb. Dahi kansler üzünü onlara tutaraq belə bir xitabla müraciətində: “Əgər sizlər əbədi Almaniya istəyirsinizsə , sadəcə qarın otaran alman xalqını görmək istəyirsinizsə, öz proqramınızı qəbul edin” demişdi. Onun bu sözlərindən sonra, deputatlar məcbur olaraq mədəniyyət konseptini müdafiə etdilər. Beləliklə yaxın bir neçə ildə Almaniya yenidən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrildi. İndi baxalım bizim gözəl Azərbaycanımızda nələr yaşanılır. İşi-peşəsi klubları, mədəniyyət evlərini, teatrları və hotelləri təqib edən nazirliyimz nə işlə məşğuldur. Üç badam, bir qoz mahnıların ifaçısı Səməd Səmədova ölkənin “xalq artisti” kimi nüfuzlu adları satmaqla məşğuldur. Bülbül, Şövkət Məmmədova, Rəşid Behbudov, Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar kimi dahi vokal ifaçılarımız da bu adı daşıyır, ömrü boyu zirzəmilərdə oğru dünyası üçün ən səviyyəsiz mahnılar oxuyan erməni Bokanın yanında dəmkeşlik edən (sintezatorçu) birisi kimi Səməd Səmədova da bu ad verilmişdir. Hələ mədəniyyətimizin başqa sahələrini demirik. Çünki, mədəniyyət nazirliyi hələ də öz funksiyasının nədən ibarət olduğunu bilmir.
İşğal altında inləyən Vətən və şəhidlərimizin ruhu
Azərbaycan torpaqlarının 25 faizinə kimi düşmən tapdağı altındadır. Bizlər bir xalq olaraq, bu müqəddəs torpaqlar uğrunda gerçəkdən qanlar tökdük. Təkcə hərbi sahədə xidmət göstərənlərdən 11 min 557 nəfər şəhid olmuşdur. Könüllü döyüşçülər və mülki əhalidən şəhid olanların sayı isə bu rəqəmdən ən azından beş dəfə çoxdur. Onminlərlə savaş əlilləri bu gün də sıramızda bizimlə birgə yaşayır. Bizlər I Qarabağ Savaşını ona görə uduzmadıq ki, yaxşı döyüşmədik. Məğlubiyyətimizin əsil mənbəyi Azərbaycanın bir Türk dövləti olduğu üçün, dünyanın bütün antitürk mərkəzləri ermənilərin yanında yer alması oldu. Xocalı kimi ən dəhşətli soyqırımla acı taleyi yaşamış bir xalqın, ermənilərin bizlərə vurduqları dərin yaraları heç zaman unutdurmadı. Ancaq, bir qüllab nəşəyə, bir ovuc pul-paraya görə işi-gücü manıslıq etmək olan üzdən iraqlar ermənilərin sayəsində həmin siyasəti həyata keçirtmək üçün bütün hoqqabazlıqlardan keçməyə hazırdırlar. Bunun örnəyi kimi, Milli anım günümüz olan Xocalı Soyqırımının 16-cı ildönümündə Nadir Qafarzadə, Aşıq Zülfiyyə və Ruhəngiz Allahverdiyevanın beş-üç manata görə hətta uzaq ölkələrə belə səfərə çıxmaları heç zaman unudulmayacaq. Bu olay baş verəndə mədəniyyət nazirliyi və başqa dövlət orqanları həmin savadsız manısları boykot etməyə səsləməliydilər. Ermənilər öz xislətlərinə uyğun şəkildə bizim içimizdə savadsız manısları taparaq, işğal altında inləyən torpaqlarımızı, şəhidlərimizin başımızın üstündə gəzən harayını unutdurmaq üçün addım-addım məkrlərini həyata keçirtməyə çalışırlar. Elə buna görə də Əli Mirəliyev Rəmişə qahmar çıxır.
Məşhur ingilis yazarı Skotland Liddell erməni məkri ilə bağlı çox doğru deyib: “Erməni məkri təkcə Türk xalqlarına deyil, ümumiyyətlə, bəşəriyyətə qarşı xəyanətdir. Ermənilər istədiklərinə nail olmaq üçün ən yaramaz üsullara əl atmağa hazırdırlar”. Bizim manıslar isə bütün bunlardan tamamilə xəbərsizdirlər. Çünki, onların qafası, nə də ağılları çalışır. Tək bildikləri onun-bunun qarşısında hoppanıb düşməklə ciblərini doldurmaqdır.
Torpaqlarımızın qorunması uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini və erməni cəlladlarının əməllərini belə asanlıqla unutdurmaq üçün aparılan siyasət ən azından Vətən xaini olmaq qədər təhlükəlidir. Bizlər bunu heç zaman unutmamalıyıq. Erməni siyasətinin arxa baxçası olanlardan bizlərə tolerantlıq nəğmələrini bu səviyyəsiz manısların vasitəsilə oxutdurmalarını da istəmirik. Azərbaycan mədəniyyətinin gücü, onun sirli harmoniyasının qarşısında ermənilər hər zaman aciz olmuşlar. Özlərinin də etiraf etdikləri kimi, daim bizim mədəniyyətə möhtac olmuşlar. Görəsən bu əzəmət və qüdrətdə olan dəyərə xor baxaraq, erməninin ucuz və səviyyəsiz mahnısını oxumaq bu manıslara nə verdi? Fikrimizcə xalqın nifrət və qarşığından savayı heç nə. Erməninin “pulu”na və “səxavəti”nə görə mənliyini satan bu mansıları hər addımda qınamasaq, işğal altında inləyən Vətən və şəhidlərimizin ruhu bizləri heç zaman bağışlamayacaq.
Ənvər BÖRÜSOY, sənətşünas.
(arxiv)