Asif Ata. Tarixə çatmaq. Səttarxanlığımız (VI hissə)

Məşrutəni Böyüdən və Məşrutə tərəfindən öldürülən, İranı Yüksəldən və İran tərəfindən Aldadılan; Cənubi Azərbaycan milli hərəkatına başçılıq eləyən və İrana yarayan, Qəhrəmanlığında Bən­zərsiz olan və Üsyançı adlandırılan; Siyasətbazlarla qarşılaşan, Yükü Şöhrətindən artıq olan;Xarici təsirdən yox, daxili, tarixi Tələbatdan yaranan, Azərbaycan xalq Oyanışına rəhbərlik eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən və Yağıların hakimlik elədiyi yeni üsul-idarəni təsdiq edən, Ehkama sığmayan; Azərbaycan Rəmzi – özgəyə xidmət etməli olan, özgəni qüvvətləndirən; Təbrizə xidmət eləyən və Tehranı Qüvvətləndirən; Milli Azərbaycan Azadlığına xidmət eləyən və Ümumi İran Hərəkatını yetirən – onun ən böyük siması olan.

Ümumi İran hərəkatından Azərbaycan Azadlığı doğmadı, təzə əsarət doğdu; İran Səttarxandan bolluca bəhrələndi, sonra rəzilcəsinə Qəhrəmana qıydı: İran Yarası sağaldıAzərbaycan Yarası sağal­madı.

Faciəvi tariximiz – özgələrə YaramağımızYaraq olmağı­mız  özgələr tərəfindən öldürülməyimiz – bir daha təsdiqləndi.

Türklər özgələrə çox yarayıblar.

İranın ən böyük hökmdarları – ölkəni ən çətin məqamlarda xilas eləyən hakimlər – türklər olublar – Mahmud Qəznəvidən başla­mış Nadir şaha qədər; İranın ən dahi Şahı – Şah Abbasdır – Səfəvi nəslindən; XX əsr İranın ən böyük Qəhrəmanı Səttarxandır və Türkü xalq saymayan da İrandır, Cənubi Azərbaycan yarasını yaradan da İrandır; İran Qüvvətləndikcə – Yara Şiddətlənir – Türk Qəhrəmanı İranı Qüvvətləndirir – Özünün Ziyanına.

İran Qüvvətləndikcə Cənubi Azərbaycan Fəlakəti artır  Azərbaycan Qəhrəmanı bu fəlakəti qüvvətləndirir – istəmədən.

Tarixi Fəlakətimiz təkrar olunur: özümüzə özgə böyüdürük, özgəyə gərək oluruq, özgəni öz Üzərimizdə Böyüdürük, öz Fəlakəti­mizə Böyüdürük – Fəlakətimizi Böyüdürük.

Zəncir Böyüdürük, Zindan Böyüdürük, Zillət Böyüdürük, Əzab Böyüdürük, Əsarət Böyüdürük.

Qüdrətimiz Özgəyə gərək olur – Özümüzə gərək olmur.

«Ölkəyə məşrutə verilməsiparlament yaradılmasısiyasi məhbusların azad edilməsiingilislərin dövlət işindən uzaqlaşdı­rıl­ması»1 əməlinə qoşuldu Səttarxan və ölkədə məşrutə bərqərar oldu, parlament yaradıldı və bunlar Azərbaycanı azad eləmədi; Azər­bay­can əsarətinə son qoyulmadı, Ümum İranlıq – Azərbaycana xeyir vermədi, Müstəqil Azərbaycan ideyasına xidmət eləmədi, Azərbay­can birləşib Vahid Dövlət olmadı, İran təzələndi, ancaq Azərbay­canın köhnə dərdi sağalmadı.

«Milli məsələni düzgün və ədalətli həll eləyən bir hökuməti qur­maq istəyirdi Səttarxan, ancaq Məşrutə üçün Azərbaycan dərdi yox idi əslində; Məşrutə üçün İran dərdi var idi və bu dərdin dərmanı Azərbaycanın Azadlığı deyildi;

Azərbaycanın Əbədi İranlaşmasına Zidd deyildi Məşrutə Başçıları, Cənubi Azərbaycanın müstəqilliyi – İran Möhtəşəmliyinə zərbə idi; Təbrizsiz Tehran əzəmətini itirərdi; bu səbəbdən də İran məşrutəsi milli məsələni ədalətcəsinə həll edə bilməzdi.

Azərbaycan Azadlığını İngilis də, Fransız da, Rus çarı da is­təmirdi.

Onlara Vahid İran gərək idi: – Vahid İran İqtisadiyyatı, Siya­səti.

İran uğrunda döyüş gedirdi əcnəbilər arasında; İran payı qarma­layırdılar soyğunçular; Azərbaycan bu payın ən dəyərli hissəsiydi, ondan keçə bilməzdilər, Azərbaycanın əbədi İranlaşması üçün səy­lərini əsirgəmirdilər.

Müstəqil Azərbaycan ideyasının müttəfiqi yox idi əslində.

Sosial-demokratların məqsədi – Vahid Azərbaycan, Müstəqil Cənubi Azərbaycan deyildi; proletar İnqilabıydı; Səttarxan dövründə o aramsız d ünyəvi  hərəkat kimi təsəvvür edilirdi;  bütün  dünyada,  o cümlədən İranda, İranın tərkib hissəsi olan Cənubi Azərbaycanda dünyəvi proletar inqilabı hazırlamaq, dünyada olan bütün hərəkatları ona yönəltmək, bəşər tarixində yeni era yaratmaq və son nəticədə millətlərin bir-birinə qovuşması vasitəsiylə Millətsiz Vahid Bəşərə çatmaq istəyinə çalışırdılar sosial-demokratlar və öz ideyalarını İran­da, Cənubi Azərbaycanda yayırdılar.

İslamçılar təbii şəkildə Müstəqil Azərbaycan ideyasının əley­hinə idilər; müsəlman birliyi milli səlahiyyətə uyğun deyildi; islamçı üçün xüsusi Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində Cənubi Azərbaycan problemi ola bilməzdi; Dünyəvi İslamçılıq nəzərində xüsusi Cənubi Azərbaycan, onun taleyi görünmürdü.

Dövran Azərbaycan çağırmırdı, dövran İran çağırırdı, Azər­baycan hədsiz dərəcədə təklənmişdi.

Səttar «İran Məşrutəsinin banisiydiazadlıq hərəkatının rəhbəriydi», ancaq İran Məşrutəsi Azərbaycan Azadlığının əleyh­darıydı  Səttarxanlıq hadisəsinin faciəvi mənası elə bun­daydı.

Səttarxan azadlığı tək parlamentarizm kimi anlamırdı, o onu həm də Cənubi Azərbaycan milli istiqlaliyyəti kimi təsəvvür edirdi;

Məşrutə – Səttarxan üçün Cənubi Azərbaycanı xilas eləmək vasitəsiydi, ancaq Məşrutə mahiyyətcə Cənubi Azərbaycan istiqla­liyyətinə yaraya bilməzdi; o, Azərbaycana azadlıq vermək üçün yaranmamışdı; İranı demokratikləşdirmək üçün yaranmışdı; Səttar Qəhrəmanlığı məşrutəyə gərək idi, ancaq Səttar Azərbaycansevərliyi məşrutəyə gərək deyildi; Azərbaycan milli hərəkatının başçısı Səttar – məşrutə üçün təhlükəli idi: o, məhv olmalıydı və məhv edildi.

Səttar Azadlıq bayrağına çevrildi, ancaq xalqını azad eləyə bil­mədi; Böyütdüyü, yetirdiyi, canını, qanını verdiyi Məşrutə onu öldürdü.

«Yaralı aslana oxşayan Sərdarı böyük bir taxta qapının üstünə uzadaraq başlarının üstünə qaldırmışdılar: «Məhv olsun Zülm

Səttarxanlıq – bizim Faciəvi, Fəlakətli Özümlüyümüzdür, özgələrə həsr olunan, özgəlikdə öldürülən.

«Özümüzə gərək olduğumuz dərəcədə Dünyaya gərəyik!» – bunu öyrənməliyik Səttarxanlığımızdan – əzəli Qəhrəmanlığımızdan.


1 Sitatlar Makulunun “Səttarxan” romanındandır.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv