Milli Hökumətin devrilməsi (Asif Atayla görüş) I hissə

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Asif Ata:
(Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun!
Onda ən soyuq havada belə üşüməzsiniz.
Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı.
Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda idi ki, öz dünyasından ayrılmışdı. Orda həll olunurdu bütün dünya məsələləri. İnqilablar orda həll olunurdu – Avropada. Rusiya da Avropanın rəmzi sayılırdı, Rusiyadakılar da. Ona görə Rusiya yaşayırdı. Heç kəs yaşamırdı və yaşayan da Rusiya kimi yaşayırdı – onun kölgəsi kimi.
Fəlakət bunda idi. Müsavatçılar da Rus ziyalıları idilər. Ümumən Rus milyonerləri idilər Azərbaycan milyonerləri. Ümumən Azərbaycanlı olaraq məşhur yox idi, mahiyyətcə. Oxumağa da gedirdilər Rusiyaya. Rusiya sosial-demokratiya yaranmışdı və müsavatçılar sosial-demokratiyanın hissəsi idilər. Orda başladılar hamısı, o cümlədən Məmməd Əmin Rəsulzadə də sosial-demokrat olmuşdu. Sosial-demokratlar imkan verirdilər, pay verirdilər milli muxtariyyat adlı proqramlarında. Həmin proqramdan beşəlli yox, yüz əlli yapışmışdılar azərbaycanlılar. Yaxşı yadınızda qalsın, bu əvvəlki sözlər. Fəlakətimiz onda başladı. Dünyaya qarşı dura bilmədik. Nəinki dura bilmədik, dünya hara, mən də ora. Yaramadı azərbycanlılara dünyanın arxasınca getmək, alınmadı. Təcriddən qorxduq. Ona görə Səttarxanımız da Məşrutəyə qoşuldu, Məşrutəni böyütdü, Məşrutəni göyə qaldırdı. Məşrutə də onu məhv elədi. Həmişə yaradıq bu dünyaya, öz dünyamız olmadığı üçün. Tariximizin ən gözəl səhifələrindən biri olan milli Hökumət də bun­dan kənarda olmadı, – bu dairədən, təəssüf ki. Mən təəssüflə deyirəm, çünki mənim Müsavat hökumətinə hörmətim var. Onlardan mən hətta öyrənirəm də çox şeyləri. Lakin mən həqiqətçiyəm. Ona görə də Müsavatı tənqid eləməkdən də qorxmuram və bunu da böyüklük saymıram. Yeri gələndə Müsavat üçün Ata öz qurbanını veribdir. İndi onun haqqı var Müsavatı tənqid eləməyə. Milli hərəkat özü də, yenə də Rusiya dalğasında yaranırdı. 1905-ci il inqilabı. Ondan sonra Azərbaycanda türkçülük yaranır yenə sonda. Yenə sonda başlayırıq. Əvvəldə heç nə deyə bilmirik, neçə əsrdir. Dahi bir xalq. Şumerdən gələn dahi türk beyni işləmir neçə əsrdir. 1905-ci ildən sonra mətbuat yaranır. Ondan sonra Azərbaycanda milli türkçülük əmələ gəlir. Çox böyük əzabla, çox balaca addımlarla və yenə də Rusiyadan əl çəkmirlər, yenə də Rusiyaya gözünü dikir. Görəsən nə vaxt bu Rusiyada inqilab olacaq. Hamı gözünü ona dikir. Məmməd Əmin Rəsulzadə başda olmaqla hamı. Qorxur tək vuruşmaqdan. Dünyanı anlamır. Anlamır ki, türkün dünyası yoxdur, bu coğrafi dünyada, siyasi dünyada. Anlamırlar ki, türkü sevən yoxdur bu Avropada. Çünki türkdən qorxurlar Avropada. Bizans imperiyasının dəhşətini hələ gözlərinin qabağından çıxarmayıblar. Hərçənd Bizansı, İstanbulu türklər zəbt eləmədilər, xilas elədilər. Bizans eybəcərliyindən, Bizans murdarlığından, qışqırığından, əxlaqsızlığından. Bizans məhv olmuşdu əxlaqsızlıq girdabında. Heç olmasa İstanbulu xilas eləmək lazım idi. Qətiyyən… Bunlar hamısı yaddan çıxdı. O tərəfdə başqa bir dünya var idi. Lakin o dünyanı sayan yox idi. O fars dünyası. Bir tərəfdə məktəb var idi – “uçitellər” var idi, “şkolalar” var idi. O biri tərəfdə də mədrəsələr var idi. Bir şey idi ikisi də. O da yenə türkü özündən ayırıb müsəlman eləyirdi. Orda fransız var, ingilis var, alman var, ispan var, burda isə yalnız müsəlman var. Kimdi müsəlman? Bütün bunların hamısı. Budur İslamın bizim başımıza gətirdiyi fəlakət, bizim başımıza salınan çatı. O tərəfdə xutlar (?) idi, bu tərəfdə “uçitellər”. İkisi də özgələşdirdi bizi. Yazıq azərbaycanlı, bilmirdi neyləsin. Kiməm mən axı? Farsı əzbərləyirdi, ərəbi əzbərləyirdi. Türk dilində beş kəlmənin dördü fars sözü idi. Bəzən də hamısı rus sözü idi. Çünki öz dünyası yox idi. Çünki öz dünyasından ötrü dalaşmırdı, vuruşmurdu, gözü ora-bura baxırdı. Görüm fransız nə deyir, görüm ingilis nə deyir, görüm alman nə deyir?! İndiki kimi. Ona görə 1905-ci ildən sonra 1917-ci ilin fevralını gözlədilər. Fevrala qədər də SSRİ-də Rusiya imperiya­sından çıxmaq məsələsi yox idi. Niyə çıxıram axı bu “gözəl” Rusiyadan, bu böyük Rusiyadan, Pyotrun yaratdığı Rusiyadan niyə çıxıram axı? Qoy burda qalım, muxtariyyat versin mənə. Bəsimdir. Müsavat partiyasının proqramı yalnız Oktyabr İnqilabından sonra dəyişdi. Üçüncü bir tərəfdə Tiflis var idi, gürcü var idi – Zaqafqa­ziyada özünü dünya hiss eləyən. Yenə də Azərbaycan orada milli şuranın üzvü idi, balaca bir hissəsiydi. Hətta Gürcüstanın da. Budur məsələnin fəlakəti. İndi də o gündəyik elə. Gürcüstanda “Seym” əmələ gəlmişdi və “Seym”də azərbaycanlılar da iştirak eləyirdi. Bakı da bizim əlimizdən getmişdi, Babəki də Şaumyan… Daşnak və Bolşevik Şaumyan. İkisi də bir şey idi. Daşnak olmaq üçün Bolşevik olmuşdu və Bakı tamam əldən getmişdi, əgər türk olmasaydı. 1917-ci ildən sonra, oktyabr inqilabından – Zaqafqaziya Seymi ləğv olunandan sonra… ləğvi də biz eləmədik. Yenə də indiki Pribaltik­liyimiz. O zaman da Gürcüstanlığımız. Gürcü çıxdı ləğv elədi Seymi də, özü də tamam aralandı. Onda biz də aralandıq. Müsəlmanın sonrakı ağlı. Lakin bir dünyamız var idi – çətin vəziyyətdə olan, dünya sayılmayan. Özü pis vəziyyətdə ola-ola Nuru Paşanı göndərdi və Nuru Paşa mənim Gəncəmi birtəhər ermənilərin əlindən aldı.  O sevilməyən, o bəyənilməyən, o yazıq günə düşən, parçalanan. O rus sazişindən bir neçə vaxt əvvəl gəldi, bizə kömək elədi və sonra yenə kömək elədi. İkinci dəfə Gəncədən Bakıya o gətirdi partiyanı da, onun hökumətini də. Hərçənd onun vəziyyəti dəhşətli dərəcədə pis idi. Türkiyə əldən getmişdi. Yalnız (?) sazişindən sonra türklər məcbur oldular getsinlər. Qəzetlərdə, jurnallarda murdar bir intonasiyaya rast gəlirəm. Ehtiyatlı olun. Kamal Atatürkə çirk atırlar. Kamal Atatürklə Məmməd Əmin Rəsulzadə arasında süni, murdar münaqişə yaradırlar. Bilmirəm kimdir onlar. Murdardırlar onlar. Qəzetlərdə – Bakı qəzetində daha çox hiss olunur o. Ehtiyatlı olun! Kamal Atatürkün böyüklüyü onda idi ki, Türkiyə adlanan asimanı dəhşətli bir əjdahanın ağzından, ilanın ağzından, elə bir vəziyyətdə ki, çıxartmaq mümkün deyildi, çıxartdı. Onu “göydən bizə vermişdilər” – Kamal Atatürkü, dahi siyasətçini. Elə Türkiyənin sağalması, Türkiyənin sağ qalması Azərbaycan üçün bəs idi. Azərbaycana kömək edə bilməzdi. Lenindən… o sazişin Azərbaycan xalqının müqəddəratına dəxli yox idi. O başqa siyasət idi. O qlobal Avropa və SSRİ siyasəti idi. O kommunizm və kapitalizm siyasəti idi. Orada başqa nüanslar da var idi. Lenin Kamal Atatürkdən sosialist düzəltmək istəyirdi. Baş tutmadı. Belə bir vəziyyətdə, mayda Azərbaycan Milli Hökuməti elan olundu. Çox gözəl işdir. Heç bir azərbaycanlı bunun əleyhinə ola bilməz. Öz xalqını sevən üçün Müsavatçılar müqəddəs adamlardırlar. Bütün nöqsanlarıyla bərabər. Doğrudan təmiz adamlar idi hamısı. Sufi kimi adamlar idi. Bizə yaxın adamlar idi. Ata Ocağına çox yaxın adamlar idi onlar. Təəssüf ki, içində siyasətçi yox idi. Hamısı filosof idi, gözəl filosof idi. Bir az siyasətçi lazım idi, bir az bic lazım idi, vələdüzna lazım idi, zalım lazım idi. Sonra Məmməd Əmin Rəsulzadə özü bunu dedi. Napoleon tipli adam lazım idi o çətinlikdə. Təəssüf ki, o yox idi, olmadı. (Kimdir orda səs salan, qoymayın səs salsınlar!) Yenə də Rusiyaya inandılar. O dövrdə Məmməd Əmin Rəsulzadə yazırdı ki, Rusiya inqilabına pis baxma­yın. Hərçənd Bolşeviklər gəldilər hakimiyyətə. Onlar imperialist­dirlər və s. Amma rus inqilabının özünün təbiəti yaxşı şeydir. Guya ki, Çelenski (?) qalsaydı, işlər yaxşı olacaqdı. Dəhşətli bir avamlıq, bir sadəlövhlük. Cavan idilər, o dövrdə onların neçə yaşı var idi ki?! 40-45 yaşı. Sanballı dövr deyildi, ağılın da yaxşı vaxtı deyildi. Elə bilirdilər ki, inqilabı ondan ötəri eləyirlər ki, Rusiya imperiyası dağılsın. Elə bilirdilər ki, Çelenski Qorbaçovşina kimi səfehdir. Çox tez bir zamanda Məmməd Əmin Rəsulzadə öz səhvini anlamalı oldu. Tarix ona bunu göstərdi. Aprelin 26-da bunu hamımız gərək bilək – yas günümüzün tarixini. Aprelin 26-da Rusiya ordusu Astraxandan və Rusiya ordusunun içində Nəriman Nərimanov. İkisi də bir şeydir. Rusiya ordusu da, Nəriman Nərimanov da bir şeydirlər. Kommunist­lər, bolşeviklər (?). Daxil oldular, Bakının Ələt stansiyasında dayandılar və bu zaman Çingiz İldırım adlanan satqın, özü bolşevik ola-ola, özünü savadlı kimi qələmə verən və Müsavat partiyasının başçılarının sadəlövhlüyündən istifadə eləyib, Bakı donanmasına sahiblik eləyən o donanmanın toplarını düz parlamentin aynasına tuşladılar. Bolşeviklər, başda Həmid Sultanov olmaqla, bunu bilirsiz. Lakin yenə də bilin, ultimatum verdilər, getməlisiz, çıxmalısız. Çünki  XI Ordu orda dayanıb – Ələtdə. Budur Rusiya inqilabı. Kim olursa-olsun. Rusiya inqilabı hansı vəziyyətdə olursa-olsun, belə də olmalıydı. Lap Rus İnqilabı Lenin inqilabına çevrilməsəydi belə, Çelenski bunu eləyəcəkdi. (?) da. Hamısı bunu eləyəcəkdi. Bu mənim qəti fikrimdir. İnqilabın məqsədi Azərbaycanı xoşbəxt eləmək deyildi. İnqilabın məqsədi millətləri bir-birinə qovuşdurub süni bir inqubator, dəhşətli bir genotiz və inqubator vasitəsiylə təzə xalq, bəşər yaratmaq idi. Burda balaca xalqlar məhv olmalıydı. Assimilyasiya haqqında Leninin Mədahi-ihanə (?) ideyaları var. Assim­ilyasiyanı Lenin elə vəsf eləyir ki, həmin o məqamda o şair olur. Assimilyasiya gözəl şeydir deyir. Amma zorla olmaz deyir. Bax belə. Zorla yox, addım-addım. Nə Azərbaycan, nə Gürcüstan?! Nə fərqi var, Azərbaycan, ya Gürcüstan. Sabah hamınız bir olacaqsınız. Ya rus olacaqsınız, ya da ingilis. Böyük xalqlar üçündür bu aləm. Bu olacaqdı. Təbiidir ki, müsavatçıların, daha doğrusu, koalisiyon hökumətinin başqa əlacı da yox idi. Onları da aldatdılar. Deyirlər ki, əşi nə Rusiya. Elə Azərbaycan belə qalacaqmı sizsiz. Elə olmadı. Ondan bir neçə gün sonra Şahtaxtinski… İki Şahtaxtinski var, biri böyük Şahtaxtinski, biri əclaf Şahtaxtinski, sonra özünü öldürdü heç olmasa. O, xarici işlər naziri oldu. Guya xarici işlər naziri oldu bolşevik hökumətində. O getdi Leninin yanına nəyi varsa və orada belə fikrə gəldilər ki, bütün Azərbaycan mərkəzləşməlidir, – hər şeyi, sənin neftin də mərkəzinki olmalıdır, ticarətin də. Hətta Nərimanov kimi qatı bolşevik belə, başına döyməyə başladı. Ondan sonra bir az dəyişildi və sonra da öldürdülər. Onu da öldürdülər, Həmid Sultanovu da öldürdülər – hamısını öldürdülər. Çünki bolşeviklər bir-birini öldürməyi sevirlər. Çünki əgər zor tarixin mamaçasıdırsa (Marksın kəlamı), onda bolşevik bolşeviki öldürməlidir. Bolşevik başqasını öldürməyəndə özününkünü öldürməlidir. Zora alışır adam. Beləliklə, Milli Hökumət devrildi, Azərbaycan bolşevikləşdi, “Milliləşdi”, Beynəlmiləlləşdi. “Milliləşdi”, mən dırnaq arasında deyirəm. Riyakarlıq təsdiq olundu və biz özümüzdən azı 70 il ayrı düşdük. İndi gəlin bir az təhlil eləyək. Müsavat partiyasının başçılarının səhvi var idimi? Var idi. Çox idimi? Lap çox idi. Əsaslar hansılar idi? Aşağıdakı üç səhvini deyək, ən azı: bir tərəfdən bolşeviklər fəhlələri aldadırdılar ki, sən hakimiyyətə gələcəksən. Bir tərəfdən də Müsavat ona heç nə deyə bilmir. Nəinki əks təbliğat yoxdur, heç proqramda əməlli-başlı fəhlə sinfinə aid heç nə yoxdur. Fəhlə sinfini tamamilə verdilər bolşeviklərin əlinin altına. Çox böyük siyasi səhvdir. Bolşevizm iki şeyə əsaslanır: propaqanda və zor. İkisində də Müsavat partiyası heç idi. Böyük məsələlər… saatlarla parlamentdə danışıqlar, dahi-dahi fikirlər, sözlər. O bunu deyir, bu onu deyir, təbriklər, öpüşlər, – əməli iş çox cüzi. Bu zaman da, gündən-günə bütün Bakı mədənləri xaricilərlə dolur, – ruslarla dolur, ermənilərlə dolur və müsəlman fəhlələrindən kommunistlər təşkil eləyirlər, Əzizbəyovun başçılığı ilə. Və deyirlər ki, sən olmalısan hakim. Niyə Hacı Zeynalabdin bəy olsun? O kimdir? Sən işləyirsən. Orda aldadırlar, burda da heç nə demirlər. Ona görə bir fəhlə əməlli-başlı Müsavatı müdafiə eləmədi. Böyük səhvdir. Yenə deyirəm, çoxdur səhv. Mən yalnız üçünü… Həmçinin də kəndli. Fikir verdinizmi, Lenin neylədi?! Lenin o dəqiqə yalandan bağırdı ki, “zavodi raboçim”. Özü görə bilirdi ki, Marksizm “zavodi raboçim” deyil. Marksizm “zavodi obşi” stuludur. Leninə aldatmaq lazım idi, qalmaq üçün. Leninin bütün dahiliyi həmin o biclikdə idi. Zavodi raboçim i fabrikantom. Zemlya xristiana. Özü gözəl bilirdi ki, “Zemlya Xristiana” sosializm deyil. Sosializm cəmiyyətçilikdir, fərdçilik deyil. Lakin bu lazım idi. Sonra da ləğv elədi hamısını. Heç birini eləyə bilmədilər. Başa düşmək olmur, nə ilə məşğuldurlar bunlar. Çünki koalisiya hökuməti idi. Hərə bir şey deyirdi. İslamçılar bir şey deyirdi, o birilər başqa bir şey deyirdi. Bölünmüşdülər. Menşevik də vardı, sosialist də vardı. Ağamalıoğlu… Sonra ki, bolşevikə keçdi, satdı tezcə, o saat, çevikliklə hoppandı bolşevik oldu. O da ordaydı – Milli məclisdə. Bu, ikinci ən böyük fəlakət. Üçüncü, ordusu yox idi. Yeganə milli… bütün tarixdə bəlkə də ikinci belə milli hökumət yox idi. Özünün ordusu yox idi. Çünki inanmırdı ki, XI Ordu gələcək. Yenə də Rusiyaya inanırdı. “Allahına” yenə inanırdı. Sözdə deyirdi ki, Rusiya imperialistdir. Türkük, qışqır-bağır. Amma çətin məqamda yenə də daxili aləmində qeyri-şüuri əlini “Allahına” – Rusiyasına uzadırdı və deyirdi ki, məni xilas eləyən bu olacaq. Bugünkü duruma oxşar problemlərdir hamısı. Ona görə çox tez, çox asanlıqla devrildi. Sonra Müsavat Partiyasının başçılarının taleyi dəhşət oldu, sürgün elədilər, aldatdılar, tutatut başladı. Sonra əsas məsələ Türkiyə məsələsi. Yenə də bunu mən qəsdlə qabardıram. Çünki mən, mahiyyətcə, pantürkizmin Azərbay­canda belə alovlu təbliğatçısıyam. Çünki onun nə olduğunu bilirəm. Çünki zər qədrini zərgər bilər. Çoxlu oxumuşam, düşünmü­şəm. Pantürkizm qətiyyən farsa qarşı deyil, talışa qarşı deyil. Pantürkizm talışın da, farsın da yaxşısının dostudur. Bəlkə də köməkçisidir. Türkiyədə nə baş verdi, nə oldu?! Lenin çox bicliklə, türkiyəlilərlə azərbaycanlılar arasında elə gözəl nifaq sala bildi ki, bəlkə də diplomatiya tarixində bu, klassik bir biclik idi. Bir tərəfdən yalandan dedi ki, XI ordu Azərbaycana getmir. Azərbaycan keçid yeridir, gedir düz Anadoluya. Gedir Anadolunu fransızlardan xilas eləməyə. Görürsüz, necə gözəldir. Bir tərəfdən türkləri öz tərəfinə çəkə bilir. Hətta türk generalları, türk zabitləri XI Ordunun içində gəldilər bizə, sevinə-sevinə. Axmaqlar. Siyasətdə Lenin çox bic idi. Çünki yevrey idi. O tərəfdən türkləri başa saldı ki, Müsavat qoymur biz gedək. Müsavat sənin düşmənindir, ay türk. Çox böyük ziyan verdilər bundan Müsavatçılara. Xüsusilə onların Türkiyədə yaşaması çox çətinləşdi. Onları ələ salmağa başladılar. Mən qanınızı qaraltmaq istəmirəm. Köhnə vəziyyət –  türkləri bir-biriylə döyüşdürmək. Lenin bircə şeyi bacarmadı – Kamal Atatürkdən sosialist olmadı. Çünki Kamal Atatürk böyük adam idi. Kamal Atatürk türkün dahi siyasətçisiydi. Birinci və sonuncu. Bütün bunlar hamısı nə üçündür? Ata niyə bu cür danışır həyəcanla?! Əgər biz SSRİ-dən ayrıla bilməyəcəyiksə, bizim müstəqilliyimiz elan olunacaq. Biz yalnız öz istəyimizi rəsmiləşdirəcəyik, ayrı heç nə. SSRİ-dən çıxmaq lazımdır tamamilə. Heç bir saziş lazım deyil. Təcrid lazım azərbaycanlılara. Kişilər lazımdır, qeyrətli adamlar lazımdır. Qeyri-adi ağıllar lazım­dır. Yoxdur. Hay var, güc var, mitinq var. O qədər “böyük” var ki, tərpənə bilmirsən. Dahilik yoxdur. Talant yoxdur. Hamı həvəskardır. Rusiyadan çıxmaq lazımdır. İndi bu saat Yeltsinşina Qorbaçovşina­dan daha təhlükəlidir. Yeltsin saxlayır. Görürsüz, Çeçenin başına nə gətirdi. SSRİ dağılsın. SSRİ-ni Rusiya əvəz eləsin. Yenə əvvəlki imperiya qalsın. Pyotr imperiyası. Pyotrun vaxtında SSRİ yox idi. Bu daha pis. Nəyə sevinirsən. Nə qədər Başqırd Rusun əlinin altında­dırsa, nə qədər tatar, nə qədər çeçen, nə qədər ləzgi. 120 xalq var. Rusiya imperiyasında nədən söhbət gedir, nə dağılıb. SSRİ dağılıb, o biri… ondan pis imperiya qalıb. Azərbaycan gərək Qərbin təsirindən də əl çəksin. Qərb heç zaman Şərqi sevməyib. Qərb həmişə oynayıb. İngilis siyasətini də gördük, hamısını da gördük. İngilis əvvəl Müsavat Partiyasını qəbul eləmədi. Çünki elə bildi ki, Denikin burdadır. Denikin bu gün-sabah (kimdir səs salan, mane olurlar, biz burada oyun oynamırıq), Denikin əvvəl güclü idi deyə, İngilislər Bakıya Rus bayrağıyla girdilər. Elə ki gördülər yox, Denikinin sabahı yoxdur, ondan sonra icazə verdilər ki, Milli Hökumətini yarat. Təki ruslara ziyan verə bilək. İndi bu saat Amerika SSRİ-nin rolunu üzərinə götürüb. O daha pis. Azərbaycanlılar gərək Qərbin təsirindən qurtarsınlar. Bu da mümkün deyil. Çünki kapitalizmə qayıtmadır. Yenidənqurma sosializm qəddarlığından kapitalizm qəddarlığına qayıtmadır. İkisi də bir şeydir. İkisi də zorakılıqdır. Orada könüllü-demokratik zorakılıqdır. İkisində də istismar var. Fikir verirsiniz, son vaxt istismar sözü gəlmir. Heç kəs onu dilinə gətirmir. İstismar ancaq var. İstismar odur ki, heç kəs fəhləyə sahib olmamalı idi. İstismar var və olubdur. Görürsüz ki, zəhmətkeşlər də televiziyada görünmür. Ona görə də, zəhmətkeş sözü daha yoxdur. Məgər zəhmətkeş ölübdür, məgər zəhmətkeş olmayan yerdə vətən var, məgər fəhlə olmayan yerdə vətən var, məgər bütün bu məsələləri inkar eləmək olar?! Sevinəcəkmi ki, dövlət istismarından sonra bura bir kapitalist gələcək, sahibkar olacaq, pulçuluq yerə-göyə sığmayacaq, kimin pulu var, o böyük olacaq, kimin pulu yoxdur o balaca?! Kim kapitalizmi sevib, hansı şair ona yaxşı bir şeir həsr eləyib?! Qorba­çov­dan başqa kapitalizmi vəsf eləyən olmayıb. Ona görə qabaqda çox böyük yol var. Hələ ki, heç nə yoxdur. Hələ ki, istəyimizin rəsmi elanıdır. İslam təsirindən qurtarmaq lazımdır. İslam Şərqə heç nə verməyibdir. İslam bizim Zərdüştümüzü əlimizdən aldı, bizim Babəkimizi əlimizdən aldı. Qismətçilikdir o. Heç nəyə inanmamaq, özünə inanmamaq. Allaha inan. Allah səni çıxardacaq. Onda heç nə eləmək lazım da deyil. Onda heç parlament də lazım deyil. Elə səhər o başdan qalx, əlini Allaha uzat, o saat milli azadlığın gəlsin. Milli Azadlıq – Cənubi Azərbaycan probleminin həllini tələb eləyir. Bir nömrəli məsələ odur. Cənubi Azərbaycanı biz Azərbaycanla birləşdirsək, regionda böyük bir ölkə oluruq. Onda bütün problemlər həll olunur. Onda “Qarabağ” da həll olunur. Erməni bizi balaca görüb. Erməniləri mən yaxşı tanıyıram. Mən özüm Ermənistanlıyam. Orda böyümüşəm. Qazax mahalına sonradan gəlmişik. O, çətin gündə qorxaq, balaca, murdar, – yalnız zəifləri döyən. Mahiyyətcə, gen cəhətcə murdar bir xalqdır. 30-40 milyondan o qorxacaq. Heç yuxusuna da gətirməyəcək Qarabağı. Bütün qalan şeylər hamısı boş şeydir. Bir sözlə, Azərbaycan özünü dünyaya qarşı qoymalıdır. Bundan ötrü onun başqa oğulları lazımdır. Biz nəsildən qat-qat artıq oğullar lazımdır. Təzə İnam lazımdır – Mütləqə İnam. Təzə İnsan lazımdır – özüylədöyüşən. Təzə idrak lazımdır – indikindən qat-qat artıq. Təzə iradə lazımdır, indikindən qat-qat artıq iradə. Ruhani İntibah lazımdır. Onda biz arzumuza çatacağıq. Ata buna inanır və Ata buna ömrünü həsr eləyib. Ruhani İntibah intibahımızdan doğacaq, Günəşimiz özümüzdən. Mənim sözümün birinci hissəsi burda qurtarır. Bütün qalan şeylər söz olacaq. Sözçülüyü mən sevmirəm, mən fikirçiyəm. Filosofluq o deməkdir. İndi icazənizlə bu günlə bağlı olan fikirlərimi sizin üçün cəmləşdirmişəm. Bu gün nədir, yəni Ata baxımından. İndi onu burda sizə oxuyacam. Xahiş eləyirəm ki, dəftəriniz olsa, daha yaxşıdır. Bəlkə yazdınız. Ümumiyyətlə, bura gələndə dəftərlə gəlin. Bu elə-belə görüş deyil.

Əsil Atalı: Suallar var.

Asif Ata: Eybi yoxdur, o da lazımdır. Amma əsas o deyil. Yavaş oxuyacam. Demək, bütün hamısı da olmasa, müəyyən mənada Ocağın və Atanın müasir aləmə münasibəti burda var. Ola bilsin zəngin deyil, amma məğzi var. Zənginlik üçün gərək Ataya Evlad olasınız. Atanın bütün əsərlərini oxuyasınız. Mərasimdə iştirak eləyəsiniz. Onu heç kəs sizə zorla elətdirə bilməz. Amma burda hər kəsin öz payı var. Hər kəsə əqidədən pay düşə bilər (dəftərdən oxuyur).

Vəziyyət
Yenidənqurma cəmiyyətin üfunətli meyid vəziyyətidir. Ona yaxınlaşmaq üçün burnunu tutmalısan.

 Təzə siyasət
Qeyrətindən keç, başından keçmə.

 Ardıcıllıq
Ölkə uçsa da, yenidənqurma tikilməlidir. Qəddar kapitalizmi uçurdular və qəddar sosializm qurdular. İndi qəddar sosializmi uçurub əvəzində qəddar kapitalizm qururlar.
O saat sizin ürəyinizdə olan suala cavab: bəs nə olsun? Nə kapitalizm, nə sosializm. Xəlqi Birlik. O nə deyən şeydir? O haqda bizim xüsusi bir görüşümüz olacaq. Tələsməyin, iki görüşdən sonra. Xüsusi, Atanın idealı. Bu haqda bizim xüsusi görüşümüz olacaq.

 Vəziyyət
Marksistlər Marksın saqqalını qırxdılar və balaca bir üz göründü.
Marksizm insanı alçaltdı. İnsanı alçaldandan böyüklük gözləmə. İnsan istehsal əlaqələrinin alətinə çevrildi. İstehsalat Allah oldu. İstehsalat qismət oldu. Qismətçilik yarandı. Materialist qismətçilik. İnsanı üç yevrey çox pis günə saldı. Mən yevrey xalqının əleyhinə deyiləm. Burda yevreyizmdən gedir söz. Birinci, Marks insanı çevirdi, istehsalat elədi. Onun iradəsini, ağlını əlindən aldı və dedi ki, səndən asılı olmayan iqtisadi qanunlar əsasında sənin cəmiyyətin yaşayır. Sən olsa-olsa, başa düşüb nəsə eləyə bilərsən bu qazanın içində. Amma qazanı sən yaratmırsan, o qazanı sən qaynatmırsan. Qazanı iqtisadi əlaqələrin özü yaradır. İnsan heç olur. Freyd… mənim gözümdə İnsan Allahdır. Yalnız ona görə yox ki, mənim babam Nəsimi deyib bunu. Mənim özüm bu fikrə onsuz da gəlmişəm. İnsan ruhani varlıqdır, İnsan Mütləq İnam yiyəsidir. İnsan heyvandan qat-qat artıqdır, heyvanla insan arasında yerlə-göy qədər fərq var. İnsan maddiyyatdan çox artıqdır. Onun əvəzinə insanı Freyd çevirib libidoya. Yəni seksə, yəni şəhvətə. İnsan nədirsə, onun mahiyyəti guya qeyri-şüuri şəhvətdir. Qəhrəmanlıq da onun sublimasiyasıdır. Nəyin varsa, ondan gəlir. Bu murdarlıqdır, bu böhtandır insana. Üçüncü, Eynşteyn insanı nüvə silahının əsiri elədi hərfi mənada. Bütün onun nəzəriyyəsinin mənası o idi ki, kütlənin enerjisi sürət vasitəsiylə artır. Özü də necə artır?! Bundan da həmin o nüvə əmələ gəlir. Budur XX əsrin böyükləri. Allah bizi elə böyüklərdən qurtarsın. Özümüzdəki böyüyü də görmürük. Gərək Mütləq ordan gəlsin. Mütləq gərək cuhud gəlsin, ərəb gəlsin. Amma türk başı Şumer başıdır. Özünü elə göstərəcək. Qılınca çox vaxt verdi. İndi ağlıyla eləyəcək onların hamısını. Vaxtı var hər şeyin.

-Çox qan tökəcək cəfəngiyyat. Çox qan töküləcək cəfəngiyyatdan.
(Mən bunu yazanda hələ 20 Yanvar olmamışdı. Təəssüf ki, mən deyənlər hamısı olur. Çox təəssüf eləyirəm ki, mən səhv eləmirəm. Ən böyük arzum odur ki, səhv eləyəm).

 Qorbaçovşina təmayülü
Təzə siyasi təfəkkür – riya, güzəşt – riya, çeviklik – riya, konsensus – riya, birlik – riya. Qorbaçovşina aramsız, ardıcıl murdar riyakarlıqdır. Onun riyadan üstün yalanı yoxdur. Qorbaçovşina riyakarlıq təmayülüdür – ölkənin üstünü alan.
Bunu da yazanda Qorbaçov hələ təzə gəlmişdi. Mənə bunu sual verdilər bizim evimizdə, hələ 85-ci ildə. Mən bunu o dövrdə demişəm və təəssüf ki, hamısı düz çıxır. Ateizmdə dinə qarşı çıxanları dabanından soyacaqlar. Bir tərəfdən plüralizmdən dəm vururlar, bir tərəfdən də televiziya, radio İslamı təbliğ eləyir. Bir nəfəri onun əleyhinə çıxış eləməyə qoymurlar. Çünki İslam lazımdır hökumətə. Siyasi bir oyun başlayıbdır. Avamlıqdan özlərinə dirək hazırlayırlar hökumətçilər. Gör nə gündədirlər. Amma xalqa ziyan verirlər. Plüralist deyirsən, qoy o da desin, bu da desin. Bütün ateistlər də hamısı dindar olubdur. Fuad Qasımzadə 82-ci ildə, partiya iclasında mənə deyən ki, sən nə başlamısan, sən antiMarksistsən, sən dinçisən, bağıra-bağıra. İndi özü dinçi olub köpək. Hamı qəhrəman olub. Çünki təhlükə daha yoxdur. Qəhrəmanlığın ləzzəti təhlükədədir. 76-cı ildə mən bunları deyirdim. Ona görə indi görürsüz, mən o qədər də bunu demirəm. Daha ləzzəti qaçıb. Təhlükə yoxdur. Təhlükə əla şeydir. Mən bilirdim ki, bundan sonra məni gəlib evdən aparacaqlar. Ləzzət ondaydı.
Despotizm insanı alçaldır. Demokratiya insanı oynadır.

 Vəziyyət
Hökumət riyakarlığın başında. Müxalifət riyakarlığın ətəyində. Dinçilər riyakarlığın ortasında. Camaat riyakarlığın tələsində.
Kapitalizmə ümid bəsləmək əslində ümidsizlikdir. Parlament adlı riyalı ümidsizlik var. Bazar iqtisadiyyatı adlı ümidsizlik var. Qərbləşmə adlı ümidsizlik var. Dinçilik adlı ümidsizlik var.

 Bəzi xasiyyətnamələr
(Qorbaçovun xasiyyətnaməsində nəsə yadımdan çıxıb. Hələ sizə, deyəsən, onu oxumamışam. Onu gələn dəfə sizə oxuyacam. İndi bəzi balacalardan söhbət gedəcək. Mirzə İbrahimov. Bir balaca haşiyə. Söhbət burda kiminsə qeybəti deyil. Söhbət böyüklüyün balacalan­ması əleyhinə, yalançı böyüklük əleyhinə bir döyüşdən gedir).

Asif Ata

 Mirzə İbrahimov
Şöhrət aşiqi.
Həm oynadılan, həm oynadan.
Həm çalınan, həm çalan.
Həm sürünən, həm süründürən.
Əxlaq tanımayan, əqidə tanımayan.
Əxlaqlı tanınan, əqidəli tanınan. Öz aləmində klassikdir. Beləsi yoxdur.

Süleyman Rüstəm (Küçəsiylə indi biz yeriyə-yeriyə gedirik).
Manşırlanmış şər nökəri.
Abırsız, idraksız, məddah.
Təmənnalışünas.
Pozğun boyunduruqpərəst.
Ehtiraslı xalqsatan.

 Bütün əsərləri 35-ci ildə “el azaddır” deyirdi. Hüseyn Cavidin başını kəsirdilər, bu “el azaddır” deyirdi. Bilirdi ki, neyləyir. Deyirdi ki, mən xalqın ölən şairiyəm. Bilirdi ki, öldürməyəcəklər. Əksinə, bundan ötrü ona pul verəcəklər, şöhrət verəcəklər. Bicin biriydi, diplomat idi. Çox az təbi vardı. Bəzi yaxşı şeirləri (Təbrizə aid) vardı. O da yenə siyasət üçün idi. Bütün məğzi, mahiyyəti o idi ki, hökumət, mən səndən ötrü ölməyə hazıram, sən mənə şöhrət ver.

 Mirzə Fətəli Axundov
(Ondan başladı bütün bu rusçuluq). Antişərq məfkurəli çar çinovniki.
İmperiya nökərlərinin üfürdüyü köpük.
Sənətkar olmayan, filosof olmayan, əqidəçi olmayan.

 Sənətkarlığı üçdür, özfəaliyyət səviyyəsindədir. Hacı Qarası da, o birisi də. Bunu mən tənqidçi kimi deyirəm. Hər halda siz məni tən­qid­çi kimi dana bilməzsiniz. Filosofluğu heç yoxdur, uydurublar. “Kəmalüddövlə məktubları” fəlsəfəyə aid deyil, Ateizm əsəridir. Sonra balaca-balaca məqalələri var. Tənqid haqqında, tənqid necə olmalıdır. Bir əsərinin təhlili də yoxdur. Uydurulmuş bir köpükdür. Çünki ruspərəstdir. Paqonuna görə… Yorulmadınız ki?

Müasir dünya yekənin tərəfindədir. Milli azadlıq uğrunda döyüş əslində dünyayla döyüşdür –  uzunömürlü, aramsız, gərgin, təhlükəli, qeyri-adi.

 Heydər Əliyevin deputat seçilməsi
Novruzəlinin öz xanına məhəbbəti.
Heydər Əliyevə iki dəfə Sosialist Əməyi Qəhrəmanı nəyə görə vermişdilər?! Rusiya imperiyası dəlimi olmuşdu ona iki dəfə sosialist əmək… Məni sevdiyinə görəmi? Başa düşmürəm insanların beyni niyə belə balacalanıb?! Adam hissə qapılmaz. Mənim naxçıvanlılar arasında dostlarım da var. Elə pərəstişkarlarım var, onlar mənim çətin günümdə arxamda da durublar. Oxucularım da var. Tələbə­lərim də çoxdur. Naxçıvanlılara böyük hörmətim var. Naxçıvanizmə nifrətim var. Bizi bu günə salan odur. Sabah kürd ordan qalxa bilər, xanlıqlar əmələ gələ bilər. Mən gecələr birdən pis yatıram. Bu nə deməkdir, Muxtar Vilayəti ayırmaq?! Bu nə deməkdir, Azərbaycan ayrı, mən ayrı?! Pis tendensiyadır. Xanlıqlaramı gəlirik?! Sonra Şəki başlayacaq ordan, sonra Şirvan. Rus da elə bunu istəyir. Bu saat rus imperiyasının bircə əlacı qalıb çoxmillətli respublikalar yaratmaq və millətləri bir-birinə qarşı qoymaq. Ona görə ehtiyatlı olun belə şeylərdən, hissə qapılmayın. Kommunist partiyasının başçısının birdən-birə antikommunist olmasına inanmayın. Hakimyyət var idi olmuşdum, yoxdur, olmuram.

  • Tərbiyə – zamanı ötmək.
    Tərbiyəsizlik – zamana uyğunlaşmaq.

 Siyasi oyun naminə xalqı dinçilərin cənginə keçirirlər qurmaçılar. Dinçilər vasitəsiylə öz ağalıqlarını möhkəmləndirirlər.

Bu aydındır.

  • Seçki – azad rəiyyətçilik.
    Əslində zahirən biz seçirik, doğrudan da. Əvvəl bizi televiziya seçdirir, radio seçdirir. Özümüzdən xəbərimiz yoxdur. Bizi elə hala salır ki, cəmiyyət, biz cəmiyyət deyəni deyirik. Azadlıq yalnız burda zahiri bir impulsdur deyirik, zahiri bir əlamət. Cəmiyyət istədiyi kimi bizi fırladır, elə gözəl sacda bizi qovurur ki, xəbərimiz yoxdur. Elə bilirik ki, biz özümüz qol çəkirik. Onda bəs qəzet nəyə lazımdır, onda o deputatın gəlib özünü göstərməsi nəyə lazımdır, gəlin kimi?! Ləyaqətsizlikdir bunlar hamısı mahiyyətcə. İnciməyin. Bizi ləyaqətsilziyə öyrədirlər. Bizim ipimizi elə çəkirlər ki, özümüz görmürük.

 Siyasətin məqsədi – mənfəət.
Ruhaniyyatın məqsədi – məhəbbət.

Məhəbbət deyəndə yalnız kişi-qadın münasibətlərindən söhbət getmir. Məhəbbət eşqdir. Eşq ömrə hakim olan ehtirasdır. Elə ehtirasdır ki, səni özündən ayırır. Zəmanədən…
(Burda kasset qurtarır – S.A.)

Asif Ata: …Ömrə hakim olan ehtirasdır. Elə ehtirasdır ki, səni özündən ayırır. Zəmanədən ayırır, şəraitdən ayırır, mühitdən ayırır, səni dəli-divanə eləyir və xoşbəxt eləyir.

 Qorbaçovun Nobel mükafatı
Kommunizmi qıran kommunistin antikommunistlər tərəfindən şöhrətləndirilməsi.

 Mənə 82-ci ildə ittiham o idi ki, mən antikommunistəm. Mənim antikommunistliyim təbiidir. Mən onu özümün döyüşümlə hazırlamışdım. Mən onu təhlükə ilə zənginləşdirmişdim. Lakin kommunist partiyasının başçısının, ömrü boyu kommunist partiyasının başçısı olduğuna görə böyüməsi və sonra onun öz partiyasının başını kəsməsi murdarlıqdır. Belə antikommunizmi bəyənmirəm. Xoşum gəlmir Leninin movzoleyini ələ salmalarından, sevmirəm elə şeyi. Ləyaqətim var, Şərqliyəm, türkəm. Özümü pis hiss eləyirəm. Döyüşdə ləyaqət gərəkdir.

 Qorbaçovşina realizmi
Ölümcül gerçəklik yaratdılar, indi ona uyğunlaşa bilmirlər.

 Qorbaçovşina ləyaqəti
Kapitalistdən maddiyyat dilənirlər, dindən ruhaniyyat.

 Xaos yönü
Demokratik diktatura.

 Biz demokratik diktaturanı 20 yanvarda gördük. İndi siz gözləyin demokratik diktaturanı Rusiyadan, Rusiya federasiyasından. Kaş ki, mən səhv eləyim, kaş ki.

Ölümcül dirçəliş
Qərbləşmə yolu ilə milli dirçəliş ölümü.
Kapitalistləşmə yolu ilə milli dirçəliş ölümü.
Dinləşmə yolu ilə milli dirçəliş ölümü.

İslam təməlçiliyi (fundamentalizmi)
Müqəddəsləşən mütilik.

 Qorbaçovşina yönü
Totalitar azğınlıqdan Demokratik pozğunluğa.

Yenidənqurmadan böyük həqiqət bilmirlər. Əslində yenidən­qurmadan böyük yalan yoxdur.

 Həqiqət
Zərdüştçülük – İşıqçılıq.
İslam – itaətçilik.
Xristianlıq – mərhəmətçilik.
Ocaq Amalı – İnsançılıq.

 Ölçülər
Mənəvi azadlıq ölçüsü – Kamil insan.
İctimai azadlıq ölçüsü – təbəqəsizlik.
Siyasi azadlıq ölçüsü – qəyyumsuzluq.

 Deməli, Mənəvi azadlıq ölçüsü – Kamil insan, ictimai azadlıq ölçüsü – təbəqəsizlik, siyasi azadlıq ölçüsü – qəyyumsuzluq.
Əgər bu dünya Qorbaçovşinanı başa çıxarırsa, deməli, bu dünya başsızdır.
Pul ilə tarixə də düşmək olarmış.

 Bu saat fikir verirsinizmi, güclə-bəlayla insanda o pulçuluğu alışdırırlar, o instinkti. Göstərirlər, məsəlçün, hansısa bir idmançı yaxşı oynayır. Sonra xüsusi qeyd edirlər ki, buna avtomobil verdilər, buna bir milyon verdilər. Belə xilasdan ölüm yaxşıdır.
Bunu Ata icad eləməyib. Dəllalıq olub axı. İndi dəllallığı güclə-bəlayla, bir də erotikanı, şəhvəti… Əgər Qərbdə belə şeylər varsa, Qərb ölməyibsə, sən də ölməyəcəksən. Belə deyirlər bizə. Qərb çoxdan ölübdür. İndi görünür. Mənən çoxdan ölüb. Kapitalizm elə ölümdür. Sosializm də ölümdür, ikisi də bir şeydir. Orda könüllü ölümdür, burda zorakı ölümdür.

Pantürkizm – türkün türkləşməsi, özümləşməsi. Panislamizm – türkün müsəlmanlaşması – özgələşməsi.

 Balaca bir qeyd. Mənə məktublarda da, çıxışlarda da belə sual verirlər ki, türk, türk deyirsiniz. Bəs burda talışlar var, kürdlər var, lahıclar var, tatlar var. Onlar bəs nə olsun, elə türk deyirsiniz?! Mən də onlara deyirəm, yaxşı, mən türk deməyim, sən tat de. Bu dünyada bizim vəziyyətimizə nə xeyri olacaq bunun?! Yaxşı, türklərdən əl çəkdik, sən lahıc de, səhərdən-axşama kimi. Əkrəm Cəfərdən də özünə prezident seç. Dünya üçün türk lazımdır. Dünya azmandır, bizə qarşıdır, ilandır. Onun başını sən nə təhər əzəcəksən, sən tat, nə təhər əzəcəksən?! Sonra insafın olsun axı, türk aləmi Füzulidir, türk aləmi Cəlaləddin Rumidir. Türk aləmindən istifadə eləyib biz dünyaya dərs deyə bilərik, ay axmaq. Balaca, məhdud bir aynası var, ordan baxır. Heç nə eləyə bilməzsən. Sən dünyaya qarşı dura bilməzsən varis kimi. Dura bilməzsən talış kimi. Amma hər mənada, həm ruhani mənada, həm cismani mənada sən türk kimi dura bilərsən. İndi bunu başa sal da bunlara. Yoxsa burada söhbət talışa qarşı nəsə fikirləşmək deyil. Kürdə qarşı nəsə düşünmək deyil. Tata qarşı nəsə fikirləşmək deyil. Tatı qorumaqdır, talışı qorumaqdır, türk birxətliliyiylə. Türkün nə nöqsanı var, Ata çox deyib onu. Türk ağlıyla, türk Cəlaləddin Rumisiylə, türk Füzulisiylə, Türk Zərdüştüylə var. Bundan əl çəkirsən. Ağlın var sənin? Gör nədən əl çəkirsən. Səhv eləmək olmaz bizə. Çox səhv eləmişik. Səhvin içində batırıq.

  • Marksizm materialist qismətçilikdir.
    Din idealist qismətçilikdir.
    Hər ikisi insanı alçaldır. Hər ikisi inamsızlıqdır əslində.
  • Sabah bu gündən yaranmayacaq. Sabah bu günün ziddinə yaranacaq. Bu gündə yaxşı nə varsa, o sabahkıdır, hamısı. Mənim arzum nədir? Mənim arzun sizdən sabahkılar yaratmaqdır. Bizdən ağıllı olun. Məgər pis şeydir, Ata sizə deyəndə ki, qoy sizin idrakınız bizdən artıq olsun?! Məgər pis şey deyir, Ata sizə deyir, sizin inamınız mənim inamımdan yaxşı olsun. Məgər pis sözdür bu, sizin mənəviyyatınız mənimkindən təmiz olsun?! Pis şeydir bu, sizin iradəniz mənim iradəmdən artıq olsun?! Pisdir? Elə Atalar arzusudur. Hər Ata istəyir ki, onun oğlu, qızı ondan yaxşı olsun. Atalıqdır da bu.

İndiki səviyyə çox azdır. Bizi o saat azdıracaqlar. Deyəcək sənin nəyin var e?! İslamı sənmi yaratmısan? Ərəb bunu deyir. Mənim təpəmdə neçə əsrdir oturur. Sözlə demir, əməllə deyir. O biri deyir ki, “Oktyabr İnqilabını kim yaratdı? Mən yaratdım”. 70 ildir mənim boynuma minibdir, söhbət bundan gedir. Amma sənin özünün inamın olanda, sənin özünün idrakın olanda, mənəviyyatın olanda, sən də deyəcəksən mən də bunu vermişəm. Bunu Azərbaycan eləyə bilər. İndiyə qədər nə olubsa, eksperimentlərdir. Alınmayıb. Bu dəfə alınmalıdır. Şəxsən Ata buna inanır. İndi suallarınıza cavab verim. Çünki vaxtımız azdır. Bizə deyiblər ki, 8-də qurtaraq. Söz verirəm ki, bunun hamısını sizə oxuyacam. Məncə, məğz aydın oldu. Biz yağışdan çıxıb yağmura düşdük. İndi biz bu yağmurdan çıxmalıyıq. Özümüz.

  13 Dözüm günü, Yağış Ayı,  13-cü il. Bakı.

(noyabr, 1992)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv