Erməni gerçəklikləri… Xocalı soyqırımı… Unutqanlıq sırıntısı
Tarixi varlıqları mübahisəli, milli kimlikləri – mənşələri calaq, dilləri calaq, kültürləri calaq ermənilərin (söz türk sözüdür “ər+mən” – ərdəmliyi, igidliyi bildirir. / Təəssüf, bu sözü də itirdik/ . İlkin forması – “ər+sak” sözüdür. Ermənilərin “Artsax” kimi söyləmi də “Arsak” sözündəndir) iddia etdikləri “Böyük Erməninstan Krallığı” (müxtəlif formada) “Armenia” , “Hayastan” ərazilərinin özəyi ərəb deyilişində “Ərməniyyə”, təbiətinin gözəlliyinə görə fars məftunluğunda “İrəvan” – Oğuz yurdudur.
“Qədim Ermənistan” xəritələrinə Qara, Aralıq dənizlərinin, Urmiya, Van, Göyçə göllərinin əlavə edilməsində ilkin insan məskənlərinin şirin su hövzələri ətrafında salındığını, dənizdən-dənizə strateji əhəmiyyəti nəzərə alsaq, deməli, xəritələr uşaq başı aldatmaqdan başqa heçnədir!
Ermənilər Qafqaza gələrkən urartuluları sıxışdıraraq mərhələli formada onların mədəni-mənəvi irsini özününküləşdirməklə yiyələnmişlər. Bu öz adlarına çıxma oğurluqlarını indiyədək qonşu xalqlara qarşı da davam etdirməklə onların ərazilərindən tutmuş tarixinə, abidələrinə, folkloruna, kulinariyasına, musiqisinə, və s. mədəni irsini mənimsəyirlər.
“Naxarar” adlanan erməni məliklərinin özəyi elə alban əcdadlarına gedib çıxır. “Yersiz gəldi, yerli qaç!” ermənilər daim əsarətdə qaldıqlarından, qul halında yaşadıqlarından sənətkarlıqla məşğul olmuşlar. Qazandıqları sənət – sənətkarlıq olub.
Orta əsr Azərbaycan hökmdarlarının, padşahlarının torpaqlarımızda erməni kilsələrinə güzəştləri də az deyil. Bu da erməniyə qarşı humanizmin göstəricisidir.
İki türk dövləti – Türkiyə (o zamankı Osmanlı) və Azərbaycan arasında Pyotrun siyasətinə uyğun Ermənistan adlanan bufer dövlətin yaradılması türk hökmdarların mənəmliyinin sünni-şiə ayrılığı yaratmalarından sonra daha böyük bəla oldu.
Qanla ötürülən nifrət hissi
Axı bu qədər amansızlığın əsası haradandır, doğrudanmı türk irqi olaraq biz, onların iddia etdikləri eradan əvvəlki dədə torpaqlarından didərgin salmışıq, tarixi imkan düşən kimi özlərinə yenidən dövlət qurmuşlar? Bununla da türklərə qarşı beşikdən son nəfəsə qədər intiqam hissinə başlamışlar?! “Basqı və zülm altında yaşamışıq, daim başqalarından qisas almalıyıq” ideolojiliyə çevirdikləri intiqamçılıq tarixi yəhudi-ərəb çarpışmalarındakı yəhudi taktikasıdır.
“Harada çörək varsa ora sənə vətəndir” – erməni ata sözü üzərində düşündükcə xeyli dərinliklərə varmaq olur. Ermənilərin bu dərəcədə qəddarlığı, amansızlığı, qisasçılığı hökmən bir tarixi nöqtəyə dirənməlidir. Erməni düşünənləri yaxşı anlayır, yalançı qisas hissinin nəsillərə ötürülməsindən başqa çıxış yolları yoxdur.
***
“…Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına tıxadı. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək keçindi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə (Azərbaycan türkləri nəzərdə tutulur –Y.T.) atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək”. (Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı-şair Zori Balayan “Ruhumuzun yüksəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqırım haqqında).
***
“Düşmənə olan nifrətini, kini körükləsən özün də yanarsan”. Erməni bir xalq olaraq nifrət-qisas hissiylə köklənib. Millət bu cür şər duyğularla yüklənməz.
Erməni uşaqlarının “sakit durmasan türk gəlib başını kəsər” , “türk gələr ha!” hədəsi ilə qorxudulması, onlarda psixoloji nifrət halı yaradılması – beşikdən başlayan qan havasıdır. Türk düşüncəsini, xarakteristikasını, psixologiyasını, folklorunu, kültürünü, ruhaniyyatını incələdikcə türkün “at belində bahadır, atdan düşəndə Füzuli” olduğunu görüb bəşər.
Niyə məhz Xocalı?!
Erməni məkri – ənənəvi tarix saxtakarlığı
Azərbaycanda son tunc və erkən dəmir dövrünü xarakterizə edən Xocalı – Gədəbəy mədəniyyəti (və ya Gəncə – Qarabağ) nümunələri; tikililər, yaşayış məskənləri, maddi-mədəniyyətə aid eksponatlar, həmən dövrün iqtisadi əlaqələr coğrafiyasının genişliyinə aid üzərində Aşşur (Assur) hökmdarı Adadnerarinin adı yazılmış zinət əşyası və digər tapıntılar diqqət cəlb etməyə bilməz. Köçürülmə ermənilərin kompakt yaşadıqları Qarabağ zonasında ərazini yaxşı tanıdıqlarından məhv edilməli tarixi obyekt olduğunu əvvəlcədən ölçüb-biçib bu fürsətdən yararlanmışlar.
“Liditse əməliyyatı” – Xocalı əməliyyatı
Xocalıdakı əməliyyatın məxfi adı Çexoslovakiyanın Kladno şəhərində almanlar tərəfindən yerlə-yeksan edilmiş Liditse kəndindən götürülmüşdür. Əməliyyat Qarabağı türklərdən təmizləmə (məhv etmək) məqsədilə yaradılan “KRUNK” təşkilatında əvvəldən-axıra müzakirə edilib. “KRUNK” – “Komitet Revolyutsionnoqo Upravleniya Naqornım Karabaxom” (Dağlıq Qarabağ İnqilab İdarə Komitəsi). Diqqəti azdırmaq üçün “krunk (ermənicə “durna” deməkdir) ədəbi obrazdır” faktından istifadə olunub. Ermənilərin təşkilatçılığı ilə SSRİ-nin könüllülərdən ibarət xüsusi təyinatlı hərbiçiləri (Əfqanıstanda döyüş keşmiş hərbiçilərin də iştirakı ilə) Rusiyanın Xankəndindəki 366-cı motoatıcı alayının heyətində hücum-qətliam gerçəkləşdirdilər. “KRUNK”-da hər cür alçaqlıq edənlər daha sonra Ermənistanın hakimiyyət strukturunu təşkil etdilər:
Ermənistan Silahli Qüvvələrinin qurucusu Vazgen Sarkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, “DQR”in keçmiş Müdafiə Rəisi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, Ermənistanın indiki Müdafiə Naziri, general-polkovnik Seyran Ohanyan, Xankəndində doğulmuş Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, Xankəndində doğulmuş Ermənistanın indiki prezidenti Serj Sarkisyan, “DQR”in keçmiş prezidenti Arkadi Qukasyan, Xankəndində doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan .
İşğal, Terror, Soyqırım: Soydaşları didərgin, torpaqları parça-parça. Təkrarlanan acılar…
Xanlıqların bir ola bilməməsinin acı nəticələri – “Gülüstan” və “Türkmənçay” məğlubiyyətləri; erməni kilsəsi və elitası tərəfindən təşkilatlandırılmış çar ordusunda xidmətdə olan erməni zabiti Lazaryanın təklifi ilə I Nikolayın 21 mart 1828-ci il “Erməni vilayəti”nin yaradılması haqqında bölücü fərmanı; I Nikolayın 1840-cı il 10 aprel qanunu ilə Azərbaycan elinə, yurduna “ayır, buyur” siyasəti; Yurdumuzun azadlıq və ərazi bütövlüyünü pozmaq üçün 1880-ci ilin axırlarından erməni terror təşkilatlarının yaradılması; 1905-1907-ci il qırğınları, 1918-ci ildə Quzeyli-Güneyli Azərbaycanda silsilə Soyqırımlar; “Antanta” birliyi dönəmində rus-erməni irticaçı siyasətinə uyğun “Ararat” respublikasının yaradılması; 1918 – bütünlükdə 1920-ci illərin işğal və ağrı-acıları; ermənilərin arxivləri məhv etməsi, daşıması; Azərbaycan Cümhuriyyəti idarəçilərinin səhvləri – məcburiyyət qarşısında ərazilərin müəyyən müddətlərdə ermənilərə, gürcülərə verilməsi və rusların basqısı ilə 1922, 1924-cü illərə kimi prosesin davam etməsi; N. Nərimanovun guya ermənilərin başını aldatmaq üçün “… Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir… Dağlıq Qarabağın əməkçi kəndlilərinə öz müqəddəratlarını təyin etmək hüququ verilir ” kimi tarixi-milli-siyasi səhvləri; Lenin-Stalin separat prinsiplərinə uyğun kommunist bolşevik-daşnakların Azərbaycan Cümhuriyyətini devirməsi; XI Qırmızı Ordunun talanları; Vətən torpaqlarımızı – Kürdüstan Muxtar Vilayəti (Kəlbəcər, Laçın, Qubadlı – 1923-29), Dağlıq Qarabağ Muxtar Vilayəti (1923-1991), Naxçıvan Muxtar Vilayəti (1924) ərazilərinə bölmələri; 1918 -1920-ci illərdə Gəncə və Tiflisdə erməni bolşevik daşnaklar tərəfindən Azərbaycanın üzdə olan ictimai-siyasi, ədəbi xadimləri, yüksək rütbəli hərbiçilərini bilərəkdən məhv etmələri, 1937-1940-cı illərdə millətin düşünən beyninin – ziyalıların repressiya buxovunda məhvi; İrəvanda demoqrafik vəziyyəti ermənilərin xeyirinə dəyişmək üçün 1948-1953-cü illər deportasiyaları; 1965-ci ilin aprelində 1915-ci ildəki uydurma “erməni soyqırımına” İrəvanda abidə qoyulması; 1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr edilmiş tədbirlərdə Qarabağın Ermənistana birləşdirilməsi tələbi; Qorbaçovşinanın dəstəklədiyi, istifadə etdiyi ermənilərin 1988-ci ildə İrəvandan Azərbaycan türklərini əzəli torpaqlarından zorla deportasiyaya məruz qoyması; “Türksüz Ermənistan!”, “Bizə çörək və su lazım deyil, Ermənistana birləşmək lazımdır!” mitinqləri; DQMV-nin Ermənistana birləşdirilməsi qərarının SSRİ Ali Soveti Rəyasət Heyətində dəstəklənməsi; İmperiyanın özgürlük, istiqlal haqqımıza qarşı əməlləri – 20 Yanvar Qırğını; “DQR” bölücülüyünün yaradılması… Bir-birinin ardınca işğalçılıq – 1992-1994 ! (davamı var)