AZƏRBAYCAN PARLAMENTARİZMİ: YETƏRİNCƏ BİLMƏDİKLƏRİMİZDƏN… (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ) – 6

Rusca «Azərbaycan» qəzetinin 19 noyabr 1918-ci il, 39-cu saynda «Böyk Britaniya Dəniz Ulaşımı Qurumu»na deneyimli sayıcı (Rusca buxqalter), iki kontor işçisi, makinaçı xatun, iki çevirici gərəkdir. İngilis dilini bilənlərə üstünlük verilir. Saat 12-də «Prezident Kryüger» gəmisinə gəlməli» bilgisi, sonra isə V.M.Tomsonun «Bildiriş»i yayımlanmışdır: «Birlik Dövlətləri Ordusunun komandanıtək Bakıya girərkən,  aşağıdakıları hamıya bildirirəm: Böyük Britaniya Ordusu Birlik Dövlətlərinin adından Bakını tutur. Fransa ilə Birləşmiş Ştatların yetkililəri də mənimlədir. Biz Yeni Rus Ağalığınının onayı ilə buradayıq. Türkiyə «Barış Anlaşması»nda Bakını tutmağı onaylamışdır.

Biz bu törən anında Rus xalqının  Dünya Savaşının ilk illərində «Birlikçilər»ə etdiyi yardımı unutmuruq! «Birlikçilər» Rusiyada hər şeydən öncə yasal düzən oluşdurub, ona başqa uluslar içində öz yerini tutmaq olanağı sağlamadan evlərinə qayıdammazlar!

Qafqazda bu gün də toxtaglıg yoxdur. Mənim borcum Bakı bölgəsində dinclik yaratmaqdır. İndiki dağınıqlıq bütünlüklə bizim yağılarımızın işidir! Nə Almaniyada, nə də Türkiyədə ulus Ağalığı yoxdur. Onlar başqa ölkələrdə respublika istəklərini dəstəkləyərkən, o ulusların çıxarlarını yox, öz amaclarını güdürlər!

«Birlikçilər»in Rusiyanın bir qarış toprağını belə ələ keçirmək istəmələri sualı olammaz! Onlar buna Rus ulusu qarşısında törənlə söz vermişlər. Buna görə də, ölkənin, ya da onun hansısa bölgəsinin iç yönətimi ancaq Rus ulusunun işdir, «Birlikçilər» ona qarışmayacaqlar!

Biz bura ancaq Alman-Türk çaxnaşma ortaqlarını uzaqlaşdırıb, yasal düzən yaratmaq amacı ilə gəlirik!

Bizim bütün uluslara, bütün inanclara baxışımız bir olacaqdır. Mən yerli, bir də kənd keçici gurumları [Rusca administrasiya] yaradacağam, bizim çalışmalarımız isə ancaq yasal düzəni qurmağa yönələcəkdir!

Mən bu işdə yüksək bilincli yurddaşların çoxluğunun yardımına güvənib, onları öz görəvlərinə qayıdaraq yurddaştək toplumsal güvənliyi saxlamaq yolunda borclarını verməyə çağırıram.

Mənim verdiyim tapşırıqlar yaşayanlara az çətinliklər yaratmağa, daha çox alver, sənaye alanlarına yönələcəkdir.

Mən orta baxışlı, yüksək bilincli bütün bakılıların yardımına güvənərək, mənə, eləcə də başçılığıma verilmiş  orduya tapşırılmış işi az sürədə, çətinliksiz görüb, Rusiyanın birgə yağını yenməyimizin ürününü yeməyinə yardım etdik düşüncəsilə, tezliklə öz yurdumuza qayıdacağımıza inanıram.

Aşağıdakı önəmli işlər danışıqsız uyğulansın:

1.Kənddə yaşayan, ona görə də ordunun qorumasında olanlar, onlardakı bütün tüfəngləri, tapançaları bəlirlənəcək sürədə, yerdə, Ağalığa verməlidirlər!

2.Türk Ordusu gedəndən sonra kənddə qalmış Türkiyə, Almaniya yurddaşlarını Ağalığa verənlər ödülləndiriləcəklər.

3.Kənddə sivil Ağalığın güclənib ordunu yasal düzəni qorumaq işindən ayırana kimi ordu durumu uyğulanır!

V.M. Tomson

General-mayor, Böyük Britaniyanın Quzey İrandakı Ordusunun komandanı».

V.M.Tomsonun «Bildiriş»indən sonra «Bakı, 19 noyabr» yazısı verilmişdir: «General Tomsonun başçılığında Azərbaycan topraqlarına girən Birlik Ordusu Rusiyanı Bolşevik dağıntısından arındırıb dirçəltmək, onda yasal düzən yaradaraq, Rus Ulusunun böyük uluslar içində öz  yerini tutması amacını güdür.

Birlikçilərin heç bir pislik güdmədən başladığı bu yararlı işi, bugünədək sevincini, acısını Rus Ulusu ilə bölüb, onunla bir kültürlə eyitilmiş biz – Azərbaycan Türkləri, eləcə də bütün Qafqaz müsəlmanları alqışlamaya bilməz. Buna görə də zorakıların buçağadək gerçək istəklərini, istəncini boğduğu Rus Ulusunun dirçəlməsi bizimçün yaxşı olay olub, onunla kültür ilişkisində olan bütün ellərin gəlişməsini etkiləyəcəkdir. Yenə də deyirik: biz Müsəlmanlar bütün çağlarda Rus Ağalığını Rus ulusundan ayıra bilirdik. Buna görə də, biz Rus Ağalığının bizə törətdiyi pisliklərə görə Rus Ulusu ilə bağlı yanlışa heç yol vermədik!

Bu yanaşma Qafqazı uzun sürə bürümüş dərəbəylik dönəmində, eləcə də yeni yaranmış Azərbaycan Ağalığının çalışmaları ilə yaradılan sonrakı toxtaqlıq dönəmində də aydın göründü. Bütün bu sürədə bulanıq suda balıq tutmaq istəyənlərin düzənli qarışdırmalarına baxmayaraq, Ruslarla Müsəlmanların yoldaşlıq, qardaşlıq ilişkiləri pozulmadı, Ruslar yeni Azərbaycan Ağalığında da özlərini başqa ölkələrdəkitək yad, bizə doğma olmayan saya biləcək duruma qoyulmadılar.

Rus Ulusunun onu içindən yeyən savaşdan uğurla çıxıb yeni, gerçək özgürlük, eşitlik, qardaşlıq qoşullarına uyğun dirçəlməsi ən qızğın, içdən gələn istəkdir. Rus Ulusunun acısını, onunla birgə Rusiyanın deyilən qoşullarda dirçəlişinin onların da dirçəlişi olacağını bilən 20 milyonadək müsəlman qardaşlarımız da bölüşür.

Qəzetimizin Bakıda çıxan ilk sayında, bağımsız Azərbaycanın yaranmasına gətirən ortamı  qısaca özətlərkən, ortaqlıqda [Ərəbcə mərkəzdə], ardınca bütün ölkədəki ağasızlıqdan, ortaqlıqda, bölgələrdə baş verənlərin Qafqaz uluslarını gələcəklərini qurmağa yönəltdiyini göstərmişdik. Başqa uluslar üçün bu qərar dış politik nədənlərlə oluşurdusa, fiziki varlığı qorxu altında olan  Azərbaycan Türkləri üçün  bu yardımı haradan olur-olsun almaq olüm-dirim sorunu idi.  Mart qırğınını bizlə birlikdə yaşayan, Müsəlmanların yox edilməsini, sonrakı Şaumyan-bolşevik dönəmini görən bütün insanlar bunu doğrulamalıdırlar! Güneydoğu Qafqazda yandırılmış yüzlərcə Müsəlman köyləri, kəndləri  bunları görməyənlərə onların çəkdikləri ağrı-acıları göstərə bilər!

İndi ucqardakı uluslar, bir yolla, gələcəklərini qurub, ağalıq yaradaraq dərəbəyliyin, özbaşınalığın öldürücülüyündən qurtulmuşlar. Ancaq biz bütün bunları dağıntının, dərəbəyliyin özünə bərk yuva qurduğu ortaqlıqda görmürük. Birlikçilər bütün bunları aradan qaldırmaq üçün gərəkənləri edirlər. Ancaq ortaqlıq dərəbəylikdən qurtulub, onun yerində güclü yasal Ağalıq qurulmayıbsa, ucqarlara toxunmağa dəyərmi? Bax, bu sual üzərində bir az düşünmək gərəkdir!

Burada yaşam normal axarına düşmüşdür, ayrı-ayrı ellərin Rusiyaya baxışı az-çox bəllidir. Dirçəlmiş Rus Ulusunun gələcəkdə bir ara bir dövlətdə olan, indi özünübəlirləmişlərlə necə ilişkilər quracağı indilik kəsinləşməyibsə də, ortada Rus Ulusunun özünübəlirləmə ilkəsini tanımadığını göstərən tutalqalar da yoxdur. Bu durumda ucqarlarla bağlı sorunu ortaqlığın sağlam yaşayacağı dönəmədək açıq saxlamaq düzgün, politik olmazmı? Bizə görə bu yolla böyük Rusiyanın yenidən qurulmasındakı bir çox kələ-kötürü ortadan qaldırmaq olar».

Oxucu bu yazıdan da, Azərbaycanın dövlətquran bahadırlarının dolaşıq ortamda sözlərini yetkin geopolitiklərtək dediyini görür.

Rusca «Azərbaycan» qəzetinin 20 noyabr 1918-ci il, 40-cı sayında «Bakı 20 noyabr» başlıqlı yazı verilmişdir: «Azərbaycan Ağalığının Bakıya girməsindən sonrakı üçüncü ay başladı. Bu arada kəndin yaşamında çox dəyişikliklər olmuşdur. Daşnak-bolşeviklərlə Daşnak-menşeviklərin dönəmində burada ağalıq sürüb, sivil insanları terror edən dərəbəylik üç-dörd gündə ortadan qaldırıldı.

Düzdür, ordunun küçə döyüşlərilə girdiyi ilk günlərdə kiçik qızışmalar oldu, ancaq qabaqcadan sağlanmış yönətim cinayətkar elementlərin istəyini tez kəsdi.

Kənd alver, sənaye, yemək-içmək baxımından da bütünlüklə dəyişmişdir! Özbaşınalığın terroru dolayı mallarını evlərin altında gizlədən alverçilər, indi yasal düzən yarandığından,  şeylərini bazara çıxarırlar. Buna bildirilən alver özgürlüyü yardım edir. Dövlətləşdirilmiş, yönəticilərin sistemsiz ağalığı üzündən bütünlüklə dağıdılmış sənaye, Ağalığın qızğın çalışmaları ilə düzəlib normal yoluna düşür.

Kənddə yemək-içmək şeylərinin acınacaqlı biçimdə çatışmaması onun başçılarını qorxuya salırdı. Çörəyin bir funtunun dəyəri 18 rubla çatırdı. Bazarda başqa yeməli şeylər də tapılmırdı. İlk günlərdə küçələrdə yeməməkdən üzülüb əldən düşmüş insanları görürdük.

Ortam elə ilk günlərdən, Azərbaycanın bölgələrindən qatarlarla çörək, eləcə də başqa yemək-içmək şeyləri gətiriləndən, bütünlüklə dəyişdi. Çörəyin bir funtunun dəyəri 2 rubl 50 qəpiyə düşdü, bazarlar çeşidli yemək-içmək şeylərilə doldu, dağılmış okullar öncəkitək dərslərə başladı. Bütün ulusal qurumlar özgürcə çalışırlar, kənd bələdiyəsi, başqa toplumsal, dövlət qurumları yenidən işləməyə başladılar.

Azərbaycan Ağalığının Bakı kəndinin yaşamını düzəltəmək yolundakı ağır, sorumlu işi belə olmuşdur! O, öz işində bütün yurddaşlara ulus ayrı-seçkiliyi qoymadan bir yanaşmaya dayanır. Bütün özəl, eləcə də dövlət qurumlarının qapısı hamının üzünə açıqdır. Dövlət, eləcə də özəl qurumlarda önəmli görəvlərdə çalışan müsəlman olmayanların say yüzdəsinin  müsəlmanlarınkından çox olduğunu kəsinliklə demək olar.

Çox uyğun olmayan qoşullarda yaradılan Ağalıq Azərbaycan Milli Şurasının qərarında göstərildiyi kimi ulusal azlıqları sırasına qatammamışı. İndi ulus ayrılığı qoymadan Azərbaycanın bütün yurddaşlarının Elçiliyinin gərəkliyi düşünülür. Ağalıq başçısı Azərbaycan Türklərinin başçılarının bu yöndəki istəklərini, çalışmalarını bir neçə yol bildirmişdir.

Biz Azərbaycanın politik gələcəyini qabaqcadan bəlirləmədən, dinc yaşamağın yolunun ancaq ölkənin bütün  güclərinin birləşdirilməsində, burada yaşayan ulusların əl-ələ verib çalışmasında,  Ağalığın uluslar birliyi [Rusca koalisyonu] ilkəsilə qurulmasında, uluslar arasında qarşılıqlı uyğun [Rusca normal] ilişkilərin ancaq bu yolla qurula biləcəyində görürük.

 Uluslara yasallıq, ədalət, özgürlük yayıcısı olan Birlik Ordusunun topraqlarımızda olduğu indiki anda, bizə içimizdə yönətim, yasal düzən yaratmaq yüngülləşmişdir. Normal düzən ancaq Azərbaycanın bütün uluslarının qardaşcasına çalışması ilə saxlana bilər! Birlik Ordusu ilə Bakıya girmiş kazakların küçələrdə polislərlə, yurddaşlarla gözlənilməyən kiçik qarşıdurmaları çaxnaşma, qorxu doğurur. Ağrı-acı çəkmiş yurddaşlar qarışıqlıq yarada biləcək bütün şeylərdən qorxur, alverçilər mallarını gizlədir, bazarda mallar yoxa çıxır, gərəkən ölçü götürülməszə çörək ürünlərinin gətirilməsi kəsilə bilər.

Biz kəndi ac qoymamaq istəyilə, onun çıxarlarını önəmli sayan bütün insanların düşüncəsini buna yönəltməyi özümüzün yurddaş borcumuz sayırıq. Qara güclərin hansısa gözlənilməzlikdən qarışdırıcı yollarla yararlanmağa başlayacağından qorxmaq gərəkdir! Dinclik, uğurlu yaşam istəyən, ağlı başında olan bütün insanlar bununla savaşmalıdırlar! Bəsdir, insanların çəkdiyi ağrı-acılar!».

ARDI VAR

* Düz ayrıcdakı [ ] açıqlamalar Yadigar Türkelindir.

 

 

 

 

 

 

 

 

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv