Asif Ata Milli Hökumətin Devrilməsi

Asif Ata:
(Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun!
Onda ən soyuq havada belə üşüməzsiniz.
Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı.
Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda idi ki, öz dünyasından ayrılmışdı. Orda həll olunurdu bütün dünya məsələləri. İnqilablar orda həll olunurdu – Avropada. Rusiya da Avropanın rəmzi sayılırdı, Rusiyadakılar da. Ona görə Rusiya yaşayırdı. Heç kəs yaşamırdı və yaşayan da Rusiya kimi yaşayırdı – onun kölgəsi kimi.
Fəlakət bunda idi. Müsavatçılar da Rus ziyalıları idilər. Ümumən Rus milyonerləri idilər Azərbaycan milyonerləri. Ümumən Azərbaycanlı olaraq məşhur yox idi, mahiyyətcə. Oxumağa da gedirdilər Rusiyaya. Rusiya sosial-demokratiya yaranmışdı və müsavatçılar sosial-demokratiyanın hissəsi idilər.Orda başladılar hamısı, o cümlədən Məmməd Əmin Rəsulzadə də sosial-demokrat olmuşdu. Sosial-demokratlar imkan verirdilər, pay verirdilər milli muxtariyyat adlı proqramlarında. Həmin proqramdan beşəlli yox, yüz əlli yapışmışdılar azərbaycanlılar. Yaxşı yadınızda qalsın, bu əvvəlki sözlər. Fəlakətimiz onda başladı. Dünyaya qarşı dura bilmədik. Nəinki dura bilmədik, dünya hara, mən də ora. Yaramadı azərbycanlılara dünyanın arxasınca getmək, alınmadı. Təcriddən qorxduq. Ona görə Səttarxanımız da Məşrutəyə qoşuldu, Məşrutəni böyütdü, Məşrutəni göyə qaldırdı. Məşrutə də onu məhv elədi. Həmişə yaradıq bu dünyaya, öz dünyamız olmadığı üçün. Tariximizin ən gözəl səhifələrindən biri olan milli Hökumət də bun­dan kənarda olmadı, – bu dairədən, təəssüf ki. Mən təəssüflə deyirəm, çünki mənim Müsavat hökumətinə hörmətim var. Onlardan mən hətta öyrənirəm də çox şeyləri. Lakin mən həqiqətçiyəm. Ona görə də Müsavatı tənqid eləməkdən də qorxmuram və bunu da böyüklük saymıram. Yeri gələndə Müsavat üçün Ata öz qurbanını veribdir. İndi onun haqqı var Müsavatı tənqid eləməyə. Milli hərəkat özü də, yenə də Rusiya dalğasında yaranırdı. 1905-ci il inqilabı. Ondan sonra Azərbaycanda türkçülük yaranır yenə sonda. Yenə sonda başlayırıq. Əvvəldə heç nə deyə bilmirik, neçə əsrdir. Dahi bir xalq. Şumerdən gələn dahi türk beyni işləmir neçə əsrdir. 1905-ci ildən sonra mətbuat yaranır. Ondan sonra Azərbaycanda milli türkçülük əmələ gəlir. Çox böyük əzabla, çox balaca addımlarla və yenə də Rusiyadan əl çəkmirlər, yenə də Rusiyaya gözünü dikir. Görəsən nə vaxt bu Rusiyada inqilab olacaq. Hamı gözünü ona dikir. Məmməd Əmin Rəsulzadə başda olmaqla hamı. Qorxur tək vuruşmaqdan. Dünyanı anlamır. Anlamır ki, türkün dünyası yoxdur, bu coğrafi dünyada, siyasi dünyada. Anlamırlar ki, türkü sevən yoxdur bu Avropada. Çünki türkdən qorxurlar Avropada. Bizans imperiyasının dəhşətini hələ gözlərinin qabağından çıxarmayıblar. Hərçənd Bizansı, İstanbulu türklər zəbt eləmədilər, xilas elədilər. Bizans eybəcərliyindən, Bizans murdarlığından, qışqırığından, əxlaqsızlığından. Bizans məhv olmuşdu əxlaqsızlıq girdabında. Heç olmasa İstanbulu xilas eləmək lazım idi. Qətiyyən… Bunlar hamısı yaddan çıxdı. O tərəfdə başqa bir dünya var idi. Lakin o dünyanı sayan yox idi. O fars dünyası. Bir tərəfdə məktəb var idi – “uçitellər” var idi, “şkolalar” var idi. O biri tərəfdə də mədrəsələr var idi. Bir şey idi ikisi də. O da yenə türkü özündən ayırıb müsəlman eləyirdi. Orda fransız var, ingilis var, alman var, ispan var, burda isə yalnız müsəlman var. Kimdi müsəlman? Bütün bunların hamısı. Budur İslamın bizim başımıza gətirdiyi fəlakət, bizim başımıza salınan çatı. O tərəfdə xutlar (?) idi, bu tərəfdə “uçitellər”. İkisi də özgələşdirdi bizi. Yazıq azərbaycanlı, bilmirdi neyləsin. Kiməm mən axı? Farsı əzbərləyirdi, ərəbi əzbərləyirdi. Türk dilində beş kəlmənin dördü fars sözü idi. Bəzən də hamısı rus sözü idi. Çünki öz dünyası yox idi. Çünki öz dünyasından ötrü dalaşmırdı, vuruşmurdu, gözü ora-bura baxırdı. Görüm fransız nə deyir, görüm ingilis nə deyir, görüm alman nə deyir?! İndiki kimi. Ona görə 1905-ci ildən sonra 1917-ci ilin fevralını gözlədilər. Fevrala qədər də SSRİ-də Rusiya imperiya­sından çıxmaq məsələsi yox idi. Niyə çıxıram axı bu “gözəl” Rusiyadan, bu böyük Rusiyadan, Pyotrun yaratdığı Rusiyadan niyə çıxıram axı? Qoy burda qalım, muxtariyyat versin mənə. Bəsimdir. Müsavat partiyasının proqramı yalnız Oktyabr İnqilabından sonra dəyişdi. Üçüncü bir tərəfdə Tiflis var idi, gürcü var idi – Zaqafqa­ziyada özünü dünya hiss eləyən. Yenə də Azərbaycan orada milli şuranın üzvü idi, balaca bir hissəsiydi. Hətta Gürcüstanın da. Budur məsələnin fəlakəti. İndi də o gündəyik elə. Gürcüstanda “Seym” əmələ gəlmişdi və “Seym”də azərbaycanlılar da iştirak eləyirdi. Bakı da bizim əlimizdən getmişdi, Babəki də Şaumyan… Daşnak və Bolşevik Şaumyan. İkisi də bir şey idi. Daşnak olmaq üçün Bolşevik olmuşdu və Bakı tamam əldən getmişdi, əgər türk olmasaydı. 1917-ci ildən sonra, oktyabr inqilabından – Zaqafqaziya Seymi ləğv olunandan sonra… ləğvi də biz eləmədik. Yenə də indiki Pribaltik­liyimiz. O zaman da Gürcüstanlığımız. Gürcü çıxdı ləğv elədi Seymi də, özü də tamam aralandı. Onda biz də aralandıq. Müsəlmanın sonrakı ağlı. Lakin bir dünyamız var idi – çətin vəziyyətdə olan, dünya sayılmayan. Özü pis vəziyyətdə ola-ola Nuru Paşanı göndərdi və Nuru Paşa mənim Gəncəmi birtəhər ermənilərin əlindən aldı.  O sevilməyən, o bəyənilməyən, o yazıq günə düşən, parçalanan. O rus sazişindən bir neçə vaxt əvvəl gəldi, bizə kömək elədi və sonra yenə kömək elədi. İkinci dəfə Gəncədən Bakıya o gətirdi partiyanı da, onun hökumətini də. Hərçənd onun vəziyyəti dəhşətli dərəcədə pis idi. Türkiyə əldən getmişdi. Yalnız (?) sazişindən sonra türklər məcbur oldular getsinlər. Qəzetlərdə, jurnallarda murdar bir intonasiyaya rast gəlirəm. Ehtiyatlı olun. Kamal Atatürkə çirk atırlar. Kamal Atatürklə Məmməd Əmin Rəsulzadə arasında süni, murdar münaqişə yaradırlar. Bilmirəm kimdir onlar. Murdardırlar onlar. Qəzetlərdə – Bakı qəzetində daha çox hiss olunur o. Ehtiyatlı olun! Kamal Atatürkün böyüklüyü onda idi ki, Türkiyə adlanan asimanı dəhşətli bir əjdahanın ağzından, ilanın ağzından, elə bir vəziyyətdə ki, çıxartmaq mümkün deyildi, çıxartdı. Onu “göydən bizə vermişdilər” – Kamal Atatürkü, dahi siyasətçini. Elə Türkiyənin sağalması, Türkiyənin sağ qalması Azərbaycan üçün bəs idi. Azərbaycana kömək edə bilməzdi. Lenindən… o sazişin Azərbaycan xalqının müqəddəratına dəxli yox idi. O başqa siyasət idi. O qlobal Avropa və SSRİ siyasəti idi. O kommunizm və kapitalizm siyasəti idi. Orada başqa nüanslar da var idi. Lenin Kamal Atatürkdən sosialist düzəltmək istəyirdi. Baş tutmadı. Belə bir vəziyyətdə, mayda Azərbaycan Milli Hökuməti elan olundu. Çox gözəl işdir. Heç bir azərbaycanlı bunun əleyhinə ola bilməz. Öz xalqını sevən üçün Müsavatçılar müqəddəs adamlardırlar. Bütün nöqsanlarıyla bərabər. Doğrudan təmiz adamlar idi hamısı. Sufi kimi adamlar idi. Bizə yaxın adamlar idi. Ata Ocağına çox yaxın adamlar idi onlar. Təəssüf ki, içində siyasətçi yox idi. Hamısı filosof idi, gözəl filosof idi. Bir az siyasətçi lazım idi, bir az bic lazım idi, vələdüzna lazım idi, zalım lazım idi. Sonra Məmməd Əmin Rəsulzadə özü bunu dedi. Napoleon tipli adam lazım idi o çətinlikdə. Təəssüf ki, o yox idi, olmadı. (Kimdir orda səs salan, qoymayın səs salsınlar!) Yenə də Rusiyaya inandılar. O dövrdə Məmməd Əmin Rəsulzadə yazırdı ki, Rusiya inqilabına pis baxma­yın. Hərçənd Bolşeviklər gəldilər hakimiyyətə. Onlar imperialist­dirlər və s. Amma rus inqilabının özünün təbiəti yaxşı şeydir. Guya ki, Çelenski (?) qalsaydı, işlər yaxşı olacaqdı. Dəhşətli bir avamlıq, bir sadəlövhlük. Cavan idilər, o dövrdə onların neçə yaşı var idi ki?! 40-45 yaşı. Sanballı dövr deyildi, ağılın da yaxşı vaxtı deyildi. Elə bilirdilər ki, inqilabı ondan ötəri eləyirlər ki, Rusiya imperiyası dağılsın. Elə bilirdilər ki, Çelenski Qorbaçovşina kimi səfehdir. Çox tez bir zamanda Məmməd Əmin Rəsulzadə öz səhvini anlamalı oldu. Tarix ona bunu göstərdi. Aprelin 26-da bunu hamımız gərək bilək – yas günümüzün tarixini. Aprelin 26-da Rusiya ordusu Astraxandan və Rusiya ordusunun içində Nəriman Nərimanov. İkisi də bir şeydir. Rusiya ordusu da, Nəriman Nərimanov da bir şeydirlər. Kommunist­lər, bolşeviklər (?). Daxil oldular, Bakının Ələt stansiyasında dayandılar və bu zaman Çingiz İldırım adlanan satqın, özü bolşevik ola-ola, özünü savadlı kimi qələmə verən və Müsavat partiyasının başçılarının sadəlövhlüyündən istifadə eləyib, Bakı donanmasına sahiblik eləyən o donanmanın toplarını düz parlamentin aynasına tuşladılar. Bolşeviklər, başda Həmid Sultanov olmaqla, bunu bilirsiz. Lakin yenə də bilin, ultimatum verdilər, getməlisiz, çıxmalısız. Çünki  XI Ordu orda dayanıb – Ələtdə. Budur Rusiya inqilabı. Kim olursa-olsun. Rusiya inqilabı hansı vəziyyətdə olursa-olsun, belə də olmalıydı. Lap Rus İnqilabı Lenin inqilabına çevrilməsəydi belə, Çelenski bunu eləyəcəkdi. (?) da. Hamısı bunu eləyəcəkdi. Bu mənim qəti fikrimdir. İnqilabın məqsədi Azərbaycanı xoşbəxt eləmək deyildi. İnqilabın məqsədi millətləri bir-birinə qovuşdurub süni bir inqubator, dəhşətli bir genotiz və inqubator vasitəsiylə təzə xalq, bəşər yaratmaq idi. Burda balaca xalqlar məhv olmalıydı. Assimilyasiya haqqında Leninin Mədahi-ihanə (?) ideyaları var. Assim­ilyasiyanı Lenin elə vəsf eləyir ki, həmin o məqamda o şair olur. Assimilyasiya gözəl şeydir deyir. Amma zorla olmaz deyir. Bax belə. Zorla yox, addım-addım. Nə Azərbaycan, nə Gürcüstan?! Nə fərqi var, Azərbaycan, ya Gürcüstan. Sabah hamınız bir olacaqsınız. Ya rus olacaqsınız, ya da ingilis. Böyük xalqlar üçündür bu aləm. Bu olacaqdı. Təbiidir ki, müsavatçıların, daha doğrusu, koalisiyon hökumətinin başqa əlacı da yox idi. Onları da aldatdılar. Deyirlər ki, əşi nə Rusiya. Elə Azərbaycan belə qalacaqmı sizsiz. Elə olmadı. Ondan bir neçə gün sonra Şahtaxtinski… İki Şahtaxtinski var, biri böyük Şahtaxtinski, biri əclaf Şahtaxtinski, sonra özünü öldürdü heç olmasa. O, xarici işlər naziri oldu. Guya xarici işlər naziri oldu bolşevik hökumətində. O getdi Leninin yanına nəyi varsa və orada belə fikrə gəldilər ki, bütün Azərbaycan mərkəzləşməlidir, – hər şeyi, sənin neftin də mərkəzinki olmalıdır, ticarətin də. Hətta Nərimanov kimi qatı bolşevik belə, başına döyməyə başladı. Ondan sonra bir az dəyişildi və sonra da öldürdülər. Onu da öldürdülər, Həmid Sultanovu da öldürdülər – hamısını öldürdülər. Çünki bolşeviklər bir-birini öldürməyi sevirlər. Çünki əgər zor tarixin mamaçasıdırsa (Marksın kəlamı), onda bolşevik bolşeviki öldürməlidir. Bolşevik başqasını öldürməyəndə özününkünü öldürməlidir. Zora alışır adam. Beləliklə, Milli Hökumət devrildi, Azərbaycan bolşevikləşdi, “Milliləşdi”, Beynəlmiləlləşdi. “Milliləşdi”, mən dırnaq arasında deyirəm. Riyakarlıq təsdiq olundu və biz özümüzdən azı 70 il ayrı düşdük. İndi gəlin bir az təhlil eləyək. Müsavat partiyasının başçılarının səhvi var idimi? Var idi. Çox idimi? Lap çox idi. Əsaslar hansılar idi? Aşağıdakı üç səhvini deyək, ən azı: bir tərəfdən bolşeviklər fəhlələri aldadırdılar ki, sən hakimiyyətə gələcəksən. Bir tərəfdən də Müsavat ona heç nə deyə bilmir. Nəinki əks təbliğat yoxdur, heç proqramda əməlli-başlı fəhlə sinfinə aid heç nə yoxdur. Fəhlə sinfini tamamilə verdilər bolşeviklərin əlinin altına. Çox böyük siyasi səhvdir. Bolşevizm iki şeyə əsaslanır: propaqanda və zor. İkisində də Müsavat partiyası heç idi. Böyük məsələlər… saatlarla parlamentdə danışıqlar, dahi-dahi fikirlər, sözlər. O bunu deyir, bu onu deyir, təbriklər, öpüşlər, – əməli iş çox cüzi. Bu zaman da, gündən-günə bütün Bakı mədənləri xaricilərlə dolur, – ruslarla dolur, ermənilərlə dolur və müsəlman fəhlələrindən kommunistlər təşkil eləyirlər, Əzizbəyovun başçılığı ilə. Və deyirlər ki, sən olmalısan hakim. Niyə Hacı Zeynalabdin bəy olsun? O kimdir? Sən işləyirsən. Orda aldadırlar, burda da heç nə demirlər. Ona görə bir fəhlə əməlli-başlı Müsavatı müdafiə eləmədi. Böyük səhvdir. Yenə deyirəm, çoxdur səhv. Mən yalnız üçünü… Həmçinin də kəndli. Fikir verdinizmi, Lenin neylədi?! Lenin o dəqiqə yalandan bağırdı ki, “zavodi raboçim”. Özü görə bilirdi ki, Marksizm “zavodi raboçim” deyil. Marksizm “zavodi obşi” stuludur. Leninə aldatmaq lazım idi, qalmaq üçün. Leninin bütün dahiliyi həmin o biclikdə idi. Zavodi raboçim i fabrikantom. Zemlya xristiana. Özü gözəl bilirdi ki, “Zemlya krestyanam” sosializm deyil. Sosializm cəmiyyətçilikdir, fərdçilik deyil. Lakin bu lazım idi. Sonra da ləğv elədi hamısını. Heç birini eləyə bilmədilər. Başa düşmək olmur, nə ilə məşğuldurlar bunlar. Çünki koalisiya hökuməti idi. Hərə bir şey deyirdi. İslamçılar bir şey deyirdi, o birilər başqa bir şey deyirdi. Bölünmüşdülər. Menşevik də vardı, sosialist də vardı. Ağamalıoğlu… Sonra ki, bolşevikə keçdi, satdı tezcə, o saat, çevikliklə hoppandı bolşevik oldu. O da ordaydı – Milli məclisdə. Bu, ikinci ən böyük fəlakət. Üçüncü, ordusu yox idi. Yeganə milli… bütün tarixdə bəlkə də ikinci belə milli hökumət yox idi. Özünün ordusu yox idi. Çünki inanmırdı ki, XI Ordu gələcək. Yenə də Rusiyaya inanırdı. “Allahına” yenə inanırdı. Sözdə deyirdi ki, Rusiya imperialistdir. Türkük, qışqır-bağır. Amma çətin məqamda yenə də daxili aləmində qeyri-şüuri əlini “Allahına” – Rusiyasına uzadırdı və deyirdi ki, məni xilas eləyən bu olacaq. Bugünkü duruma oxşar problemlərdir hamısı. Ona görə çox tez, çox asanlıqla devrildi. Sonra Müsavat Partiyasının başçılarının taleyi dəhşət oldu, sürgün elədilər, aldatdılar, tutatut başladı. Sonra əsas məsələ Türkiyə məsələsi. Yenə də bunu mən qəsdlə qabardıram. Çünki mən, mahiyyətcə, pantürkizmin Azərbay­canda belə alovlu təbliğatçısıyam. Çünki onun nə olduğunu bilirəm. Çünki zər qədrini zərgər bilər. Çoxlu oxumuşam, düşünmü­şəm. Pantürkizm qətiyyən farsa qarşı deyil, talışa qarşı deyil. Pantürkizm talışın da, farsın da yaxşısının dostudur. Bəlkə də köməkçisidir. Türkiyədə nə baş verdi, nə oldu?! Lenin çox bicliklə, türkiyəlilərlə azərbaycanlılar arasında elə gözəl nifaq sala bildi ki, bəlkə də diplomatiya tarixində bu, klassik bir biclik idi. Bir tərəfdən yalandan dedi ki, XI ordu Azərbaycana getmir. Azərbaycan keçid yeridir, gedir düz Anadoluya. Gedir Anadolunu fransızlardan xilas eləməyə. Görürsüz, necə gözəldir. Bir tərəfdən türkləri öz tərəfinə çəkə bilir. Hətta türk generalları, türk zabitləri XI Ordunun içində gəldilər bizə, sevinə-sevinə. Axmaqlar. Siyasətdə Lenin çox bic idi. Çünki yevrey idi. O tərəfdən türkləri başa saldı ki, Müsavat qoymur biz gedək. Müsavat sənin düşmənindir, ay türk. Çox böyük ziyan verdilər bundan Müsavatçılara. Xüsusilə onların Türkiyədə yaşaması çox çətinləşdi. Onları ələ salmağa başladılar. Mən qanınızı qaraltmaq istəmirəm. Köhnə vəziyyət –  türkləri bir-biriylə döyüşdürmək. Lenin bircə şeyi bacarmadı – Kamal Atatürkdən sosialist olmadı. Çünki Kamal Atatürk böyük adam idi. Kamal Atatürk türkün dahi siyasətçisiydi. Birinci və sonuncu. Bütün bunlar hamısı nə üçündür? Ata niyə bu cür danışır həyəcanla?! Əgər biz SSRİ-dən ayrıla bilməyəcəyiksə, bizim müstəqilliyimiz elan olunacaq. Biz yalnız öz istəyimizi rəsmiləşdirəcəyik, ayrı heç nə. SSRİ-dən çıxmaq lazımdır tamamilə. Heç bir saziş lazım deyil. Təcrid lazım azərbaycanlılara. Kişilər lazımdır, qeyrətli adamlar lazımdır. Qeyri-adi ağıllar lazım­dır. Yoxdur. Hay var, güc var, mitinq var. O qədər “böyük” var ki, tərpənə bilmirsən. Dahilik yoxdur. Talant yoxdur. Hamı həvəskardır. Rusiyadan çıxmaq lazımdır. İndi bu saat Yeltsinşina Qorbaçovşina­dan daha təhlükəlidir. Yeltsin saxlayır. Görürsüz, Çeçenin başına nə gətirdi. SSRİ dağılsın. SSRİ-ni Rusiya əvəz eləsin. Yenə əvvəlki imperiya qalsın. Pyotr imperiyası. Pyotrun vaxtında SSRİ yox idi. Bu daha pis. Nəyə sevinirsən. Nə qədər Başqırd Rusun əlinin altında­dırsa, nə qədər tatar, nə qədər çeçen, nə qədər ləzgi. 120 xalq var. Rusiya imperiyasında nədən söhbət gedir, nə dağılıb. SSRİ dağılıb, o biri… ondan pis imperiya qalıb. Azərbaycan gərək Qərbin təsirindən də əl çəksin. Qərb heç zaman Şərqi sevməyib. Qərb həmişə oynayıb. İngilis siyasətini də gördük, hamısını da gördük. İngilis əvvəl Müsavat Partiyasını qəbul eləmədi. Çünki elə bildi ki, Denikin burdadır. Denikin bu gün-sabah (kimdir səs salan, mane olurlar, biz burada oyun oynamırıq), Denikin əvvəl güclü idi deyə, İngilislər Bakıya Rus bayrağıyla girdilər. Elə ki gördülər yox, Denikinin sabahı yoxdur, ondan sonra icazə verdilər ki, Milli Hökumətini yarat. Təki ruslara ziyan verə bilək. İndi bu saat Amerika SSRİ-nin rolunu üzərinə götürüb. O daha pis. Azərbaycanlılar gərək Qərbin təsirindən qurtarsınlar. Bu da mümkün deyil. Çünki kapitalizmə qayıtmadır. Yenidənqurma sosializm qəddarlığından kapitalizm qəddarlığına qayıtmadır. İkisi də bir şeydir. İkisi də zorakılıqdır. Orada könüllü-demokratik zorakılıqdır. İkisində də istismar var. Fikir verirsiniz, son vaxt istismar sözü gəlmir. Heç kəs onu dilinə gətirmir. İstismar ancaq var. İstismar odur ki, heç kəs fəhləyə sahib olmamalı idi. İstismar var və olubdur. Görürsüz ki, zəhmətkeşlər də televiziyada görünmür. Ona görə də, zəhmətkeş sözü daha yoxdur. Məgər zəhmətkeş ölübdür, məgər zəhmətkeş olmayan yerdə vətən var, məgər fəhlə olmayan yerdə vətən var, məgər bütün bu məsələləri inkar eləmək olar?! Sevinəcəkmi ki, dövlət istismarından sonra bura bir kapitalist gələcək, sahibkar olacaq, pulçuluq yerə-göyə sığmayacaq, kimin pulu var, o böyük olacaq, kimin pulu yoxdur o balaca?! Kim kapitalizmi sevib, hansı şair ona yaxşı bir şeir həsr eləyib?! Qorba­çov­dan başqa kapitalizmi vəsf eləyən olmayıb. Ona görə qabaqda çox böyük yol var. Hələ ki, heç nə yoxdur. Hələ ki, istəyimizin rəsmi elanıdır. İslam təsirindən qurtarmaq lazımdır. İslam Şərqə heç nə verməyibdir. İslam bizim Zərdüştümüzü əlimizdən aldı, bizim Babəkimizi əlimizdən aldı. Qismətçilikdir o. Heç nəyə inanmamaq, özünə inanmamaq. Allaha inan. Allah səni çıxardacaq. Onda heç nə eləmək lazım da deyil. Onda heç parlament də lazım deyil. Elə səhər o başdan qalx, əlini Allaha uzat, o saat milli azadlığın gəlsin. Milli Azadlıq – Cənubi Azərbaycan probleminin həllini tələb eləyir. Bir nömrəli məsələ odur. Cənubi Azərbaycanı biz Azərbaycanla birləşdirsək, regionda böyük bir ölkə oluruq. Onda bütün problemlər həll olunur. Onda “Qarabağ” da həll olunur. Erməni bizi balaca görüb. Erməniləri mən yaxşı tanıyıram. Mən özüm Ermənistanlıyam. Orda böyümüşəm. Qazax mahalına sonradan gəlmişik. O, çətin gündə qorxaq, balaca, murdar, – yalnız zəifləri döyən. Mahiyyətcə, gen cəhətcə murdar bir xalqdır. 30-40 milyondan o qorxacaq. Heç yuxusuna da gətirməyəcək Qarabağı. Bütün qalan şeylər hamısı boş şeydir. Bir sözlə, Azərbaycan özünü dünyaya qarşı qoymalıdır. Bundan ötrü onun başqa oğulları lazımdır. Biz nəsildən qat-qat artıq oğullar lazımdır. Təzə İnam lazımdır – Mütləqə İnam. Təzə İnsan lazımdır – özüylədöyüşən. Təzə idrak lazımdır – indikindən qat-qat artıq. Təzə iradə lazımdır, indikindən qat-qat artıq iradə. Ruhani İntibah lazımdır. Onda biz arzumuza çatacağıq. Ata buna inanır və Ata buna ömrünü həsr eləyib. Ruhani İntibah intibahımızdan doğacaq, Günəşimiz özümüzdən. Mənim sözümün birinci hissəsi burda qurtarır. Bütün qalan şeylər söz olacaq. Sözçülüyü mən sevmirəm, mən fikirçiyəm. Filosofluq o deməkdir. İndi icazənizlə bu günlə bağlı olan fikirlərimi sizin üçün cəmləşdirmişəm. Bu gün nədir, yəni Ata baxımından. İndi onu burda sizə oxuyacam. Xahiş eləyirəm ki, dəftəriniz olsa, daha yaxşıdır. Bəlkə yazdınız. Ümumiyyətlə, bura gələndə dəftərlə gəlin. Bu elə-belə görüş deyil.

Əsil Atalı: Suallar var.

Asif Ata: Eybi yoxdur, o da lazımdır. Amma əsas o deyil. Yavaş oxuyacam. Demək, bütün hamısı da olmasa, müəyyən mənada Ocağın və Atanın müasir aləmə münasibəti burda var. Ola bilsin zəngin deyil, amma məğzi var. Zənginlik üçün gərək Ataya Evlad olasınız. Atanın bütün əsərlərini oxuyasınız. Mərasimdə iştirak eləyəsiniz. Onu heç kəs sizə zorla elətdirə bilməz. Amma burda hər kəsin öz payı var. Hər kəsə əqidədən pay düşə bilər (dəftərdən oxuyur).

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Vəziyyət
Yenidənqurma cəmiyyətin üfunətli meyid vəziyyətidir. Ona yaxınlaşmaq üçün burnunu tutmalısan.

 Təzə siyasət
Qeyrətindən keç, başından keçmə.

 Ardıcıllıq
Ölkə uçsa da, yenidənqurma tikilməlidir. Qəddar kapitalizmi uçurdular və qəddar sosializm qurdular. İndi qəddar sosializmi uçurub əvəzində qəddar kapitalizm qururlar.
O saat sizin ürəyinizdə olan suala cavab: bəs nə olsun? Nə kapitalizm, nə sosializm. Xəlqi Birlik. O nə deyən şeydir? O haqda bizim xüsusi bir görüşümüz olacaq. Tələsməyin, iki görüşdən sonra. Xüsusi, Atanın idealı. Bu haqda bizim xüsusi görüşümüz olacaq.

 Vəziyyət
Marksistlər Marksın saqqalını qırxdılar və balaca bir üz göründü.
Marksizm insanı alçaltdı. İnsanı alçaldandan böyüklük gözləmə. İnsan istehsal əlaqələrinin alətinə çevrildi. İstehsalat Allah oldu. İstehsalat qismət oldu. Qismətçilik yarandı. Materialist qismətçilik. İnsanı üç yevrey çox pis günə saldı. Mən yevrey xalqının əleyhinə deyiləm. Burda yevreyizmdən gedir söz. Birinci, Marks insanı çevirdi, istehsalat elədi. Onun iradəsini, ağlını əlindən aldı və dedi ki, səndən asılı olmayan iqtisadi qanunlar əsasında sənin cəmiyyətin yaşayır. Sən olsa-olsa, başa düşüb nəsə eləyə bilərsən bu qazanın içində. Amma qazanı sən yaratmırsan, o qazanı sən qaynatmırsan. Qazanı iqtisadi əlaqələrin özü yaradır. İnsan heç olur. Freyd… mənim gözümdə İnsan Allahdır. Yalnız ona görə yox ki, mənim babam Nəsimi deyib bunu. Mənim özüm bu fikrə onsuz da gəlmişəm. İnsan ruhani varlıqdır, İnsan Mütləq İnam yiyəsidir. İnsan heyvandan qat-qat artıqdır, heyvanla insan arasında yerlə-göy qədər fərq var. İnsan maddiyyatdan çox artıqdır. Onun əvəzinə insanı Freyd çevirib libidoya. Yəni seksə, yəni şəhvətə. İnsan nədirsə, onun mahiyyəti guya qeyri-şüuri şəhvətdir. Qəhrəmanlıq da onun sublimasiyasıdır. Nəyin varsa, ondan gəlir. Bu murdarlıqdır, bu böhtandır insana. Üçüncü, Eynşteyn insanı nüvə silahının əsiri elədi hərfi mənada. Bütün onun nəzəriyyəsinin mənası o idi ki, kütlənin enerjisi sürət vasitəsiylə artır. Özü də necə artır?! Bundan da həmin o nüvə əmələ gəlir. Budur XX əsrin böyükləri. Allah bizi elə böyüklərdən qurtarsın. Özümüzdəki böyüyü də görmürük. Gərək Mütləq ordan gəlsin. Mütləq gərək cuhud gəlsin, ərəb gəlsin. Amma türk başı Şumer başıdır. Özünü elə göstərəcək. Qılınca çox vaxt verdi. İndi ağlıyla eləyəcək onların hamısını. Vaxtı var hər şeyin.

-Çox qan tökəcək cəfəngiyyat. Çox qan töküləcək cəfəngiyyatdan.
(Mən bunu yazanda hələ 20 Yanvar olmamışdı. Təəssüf ki, mən deyənlər hamısı olur. Çox təəssüf eləyirəm ki, mən səhv eləmirəm. Ən böyük arzum odur ki, səhv eləyəm).

 Qorbaçovşina təmayülü
Təzə siyasi təfəkkür – riya, güzəşt – riya, çeviklik – riya, konsensus – riya, birlik – riya. Qorbaçovşina aramsız, ardıcıl murdar riyakarlıqdır. Onun riyadan üstün yalanı yoxdur. Qorbaçovşina riyakarlıq təmayülüdür – ölkənin üstünü alan.
Bunu da yazanda Qorbaçov hələ təzə gəlmişdi. Mənə bunu sual verdilər bizim evimizdə, hələ 85-ci ildə. Mən bunu o dövrdə demişəm və təəssüf ki, hamısı düz çıxır. Ateizmdə dinə qarşı çıxanları dabanından soyacaqlar. Bir tərəfdən plüralizmdən dəm vururlar, bir tərəfdən də televiziya, radio İslamı təbliğ eləyir. Bir nəfəri onun əleyhinə çıxış eləməyə qoymurlar. Çünki İslam lazımdır hökumətə. Siyasi bir oyun başlayıbdır. Avamlıqdan özlərinə dirək hazırlayırlar hökumətçilər. Gör nə gündədirlər. Amma xalqa ziyan verirlər. Plüralist deyirsən, qoy o da desin, bu da desin. Bütün ateistlər də hamısı dindar olubdur. Fuad Qasımzadə 82-ci ildə, partiya iclasında mənə deyən ki, sən nə başlamısan, sən antiMarksistsən, sən dinçisən, bağıra-bağıra. İndi özü dinçi olub köpək. Hamı qəhrəman olub. Çünki təhlükə daha yoxdur. Qəhrəmanlığın ləzzəti təhlükədədir. 76-cı ildə mən bunları deyirdim. Ona görə indi görürsüz, mən o qədər də bunu demirəm. Daha ləzzəti qaçıb. Təhlükə yoxdur. Təhlükə əla şeydir. Mən bilirdim ki, bundan sonra məni gəlib evdən aparacaqlar. Ləzzət ondaydı.
Despotizm insanı alçaldır. Demokratiya insanı oynadır.

 Vəziyyət
Hökumət riyakarlığın başında. Müxalifət riyakarlığın ətəyində. Dinçilər riyakarlığın ortasında. Camaat riyakarlığın tələsində.
Kapitalizmə ümid bəsləmək əslində ümidsizlikdir. Parlament adlı riyalı ümidsizlik var. Bazar iqtisadiyyatı adlı ümidsizlik var. Qərbləşmə adlı ümidsizlik var. Dinçilik adlı ümidsizlik var.

 Bəzi xasiyyətnamələr
(Qorbaçovun xasiyyətnaməsində nəsə yadımdan çıxıb. Hələ sizə, deyəsən, onu oxumamışam. Onu gələn dəfə sizə oxuyacam. İndi bəzi balacalardan söhbət gedəcək. Mirzə İbrahimov. Bir balaca haşiyə. Söhbət burda kiminsə qeybəti deyil. Söhbət böyüklüyün balacalan­ması əleyhinə, yalançı böyüklük əleyhinə bir döyüşdən gedir).

 Mirzə İbrahimov
Şöhrət aşiqi.
Həm oynadılan, həm oynadan.
Həm çalınan, həm çalan.
Həm sürünən, həm süründürən.
Əxlaq tanımayan, əqidə tanımayan.
Əxlaqlı tanınan, əqidəli tanınan. Öz aləmində klassikdir. Beləsi yoxdur.

Süleyman Rüstəm (Küçəsiylə indi biz yeriyə-yeriyə gedirik).
Manşırlanmış şər nökəri.
Abırsız, idraksız, məddah.
Təmənnalışünas.
Pozğun boyunduruqpərəst.
Ehtiraslı xalqsatan.

 Bütün əsərləri 35-ci ildə “el azaddır” deyirdi. Hüseyn Cavidin başını kəsirdilər, bu “el azaddır” deyirdi. Bilirdi ki, neyləyir. Deyirdi ki, mən xalqın ölən şairiyəm. Bilirdi ki, öldürməyəcəklər. Əksinə, bundan ötrü ona pul verəcəklər, şöhrət verəcəklər. Bicin biriydi, diplomat idi. Çox az təbi vardı. Bəzi yaxşı şeirləri (Təbrizə aid) vardı. O da yenə siyasət üçün idi. Bütün məğzi, mahiyyəti o idi ki, hökumət, mən səndən ötrü ölməyə hazıram, sən mənə şöhrət ver.

 Mirzə Fətəli Axundov
(Ondan başladı bütün bu rusçuluq). Antişərq məfkurəli çar çinovniki.
İmperiya nökərlərinin üfürdüyü köpük.
Sənətkar olmayan, filosof olmayan, əqidəçi olmayan.

 Sənətkarlığı üçdür, özfəaliyyət səviyyəsindədir. Hacı Qarası da, o birisi də. Bunu mən tənqidçi kimi deyirəm. Hər halda siz məni tən­qid­çi kimi dana bilməzsiniz. Filosofluğu heç yoxdur, uydurublar. “Kəmalüddövlə məktubları” fəlsəfəyə aid deyil, Ateizm əsəridir. Sonra balaca-balaca məqalələri var. Tənqid haqqında, tənqid necə olmalıdır. Bir əsərinin təhlili də yoxdur. Uydurulmuş bir köpükdür. Çünki ruspərəstdir. Paqonuna görə… Yorulmadınız ki?

Müasir dünya yekənin tərəfindədir. Milli azadlıq uğrunda döyüş əslində dünyayla döyüşdür –  uzunömürlü, aramsız, gərgin, təhlükəli, qeyri-adi.

 Heydər Əliyevin deputat seçilməsi
Novruzəlinin öz xanına məhəbbəti.
Heydər Əliyevə iki dəfə Sosialist Əməyi Qəhrəmanı nəyə görə vermişdilər?! Rusiya imperiyası dəlimi olmuşdu ona iki dəfə sosialist əmək… Məni sevdiyinə görəmi? Başa düşmürəm insanların beyni niyə belə balacalanıb?! Adam hissə qapılmaz. Mənim naxçıvanlılar arasında dostlarım da var. Elə pərəstişkarlarım var, onlar mənim çətin günümdə arxamda da durublar. Oxucularım da var. Tələbə­lərim də çoxdur. Naxçıvanlılara böyük hörmətim var. Naxçıvanizmə nifrətim var. Bizi bu günə salan odur. Sabah kürd ordan qalxa bilər, xanlıqlar əmələ gələ bilər. Mən gecələr birdən pis yatıram. Bu nə deməkdir, Muxtar Vilayəti ayırmaq?! Bu nə deməkdir, Azərbaycan ayrı, mən ayrı?! Pis tendensiyadır. Xanlıqlaramı gəlirik?! Sonra Şəki başlayacaq ordan, sonra Şirvan. Rus da elə bunu istəyir. Bu saat rus imperiyasının bircə əlacı qalıb çoxmillətli respublikalar yaratmaq və millətləri bir-birinə qarşı qoymaq. Ona görə ehtiyatlı olun belə şeylərdən, hissə qapılmayın. Kommunist partiyasının başçısının birdən-birə antikommunist olmasına inanmayın. Hakimyyət var idi olmuşdum, yoxdur, olmuram.

Mütləqə İnam Ocağının Ruhani Başçısı - Atası Asif Ata

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

  • Tərbiyə – zamanı ötmək.
    Tərbiyəsizlik – zamana uyğunlaşmaq.

 Siyasi oyun naminə xalqı dinçilərin cənginə keçirirlər qurmaçılar. Dinçilər vasitəsiylə öz ağalıqlarını möhkəmləndirirlər.

Bu aydındır.

  • Seçki – azad rəiyyətçilik.
    Əslində zahirən biz seçirik, doğrudan da. Əvvəl bizi televiziya seçdirir, radio seçdirir. Özümüzdən xəbərimiz yoxdur. Bizi elə hala salır ki, cəmiyyət, biz cəmiyyət deyəni deyirik. Azadlıq yalnız burda zahiri bir impulsdur deyirik, zahiri bir əlamət. Cəmiyyət istədiyi kimi bizi fırladır, elə gözəl sacda bizi qovurur ki, xəbərimiz yoxdur. Elə bilirik ki, biz özümüz qol çəkirik. Onda bəs qəzet nəyə lazımdır, onda o deputatın gəlib özünü göstərməsi nəyə lazımdır, gəlin kimi?! Ləyaqətsizlikdir bunlar hamısı mahiyyətcə. İnciməyin. Bizi ləyaqətsilziyə öyrədirlər. Bizim ipimizi elə çəkirlər ki, özümüz görmürük.

 Siyasətin məqsədi – mənfəət.
Ruhaniyyatın məqsədi – məhəbbət.

Məhəbbət deyəndə yalnız kişi-qadın münasibətlərindən söhbət getmir. Məhəbbət eşqdir. Eşq ömrə hakim olan ehtirasdır. Elə ehtirasdır ki, səni özündən ayırır. Zəmanədən…
(Burda kasset qurtarır – S.A.)

Asif Ata: …Ömrə hakim olan ehtirasdır. Elə ehtirasdır ki, səni özündən ayırır. Zəmanədən ayırır, şəraitdən ayırır, mühitdən ayırır, səni dəli-divanə eləyir və xoşbəxt eləyir.

 Qorbaçovun Nobel mükafatı
Kommunizmi qıran kommunistin antikommunistlər tərəfindən şöhrətləndirilməsi.

 Mənə 82-ci ildə ittiham o idi ki, mən antikommunistəm. Mənim antikommunistliyim təbiidir. Mən onu özümün döyüşümlə hazırlamışdım. Mən onu təhlükə ilə zənginləşdirmişdim. Lakin kommunist partiyasının başçısının, ömrü boyu kommunist partiyasının başçısı olduğuna görə böyüməsi və sonra onun öz partiyasının başını kəsməsi murdarlıqdır. Belə antikommunizmi bəyənmirəm. Xoşum gəlmir Leninin movzoleyini ələ salmalarından, sevmirəm elə şeyi. Ləyaqətim var, Şərqliyəm, türkəm. Özümü pis hiss eləyirəm. Döyüşdə ləyaqət gərəkdir.

 Qorbaçovşina realizmi
Ölümcül gerçəklik yaratdılar, indi ona uyğunlaşa bilmirlər.

 Qorbaçovşina ləyaqəti
Kapitalistdən maddiyyat dilənirlər, dindən ruhaniyyat.

 Xaos yönü
Demokratik diktatura.

 Biz demokratik diktaturanı 20 yanvarda gördük. İndi siz gözləyin demokratik diktaturanı Rusiyadan, Rusiya federasiyasından. Kaş ki, mən səhv eləyim, kaş ki.

Ölümcül dirçəliş
Qərbləşmə yolu ilə milli dirçəliş ölümü.
Kapitalistləşmə yolu ilə milli dirçəliş ölümü.
Dinləşmə yolu ilə milli dirçəliş ölümü.

İslam təməlçiliyi (fundamentalizmi)
Müqəddəsləşən mütilik.

 Qorbaçovşina yönü
Totalitar azğınlıqdan Demokratik pozğunluğa.

Yenidənqurmadan böyük həqiqət bilmirlər. Əslində yenidən­qurmadan böyük yalan yoxdur.

 Həqiqət
Zərdüştçülük – İşıqçılıq.
İslam – itaətçilik.
Xristianlıq – mərhəmətçilik.
Ocaq Amalı – İnsançılıq.

 Ölçülər
Mənəvi azadlıq ölçüsü – Kamil insan.
İctimai azadlıq ölçüsü – təbəqəsizlik.
Siyasi azadlıq ölçüsü – qəyyumsuzluq.

 Deməli, Mənəvi azadlıq ölçüsü – Kamil insan, ictimai azadlıq ölçüsü – təbəqəsizlik, siyasi azadlıq ölçüsü – qəyyumsuzluq.
Əgər bu dünya Qorbaçovşinanı başa çıxarırsa, deməli, bu dünya başsızdır.
Pul ilə tarixə də düşmək olarmış.

 Bu saat fikir verirsinizmi, güclə-bəlayla insanda o pulçuluğu alışdırırlar, o instinkti. Göstərirlər, məsəlçün, hansısa bir idmançı yaxşı oynayır. Sonra xüsusi qeyd edirlər ki, buna avtomobil verdilər, buna bir milyon verdilər. Belə xilasdan ölüm yaxşıdır.
Bunu Ata icad eləməyib. Dəllalıq olub axı. İndi dəllallığı güclə-bəlayla, bir də erotikanı, şəhvəti… Əgər Qərbdə belə şeylər varsa, Qərb ölməyibsə, sən də ölməyəcəksən. Belə deyirlər bizə. Qərb çoxdan ölübdür. İndi görünür. Mənən çoxdan ölüb. Kapitalizm elə ölümdür. Sosializm də ölümdür, ikisi də bir şeydir. Orda könüllü ölümdür, burda zorakı ölümdür.

Pantürkizm – türkün türkləşməsi, özümləşməsi. Panislamizm – türkün müsəlmanlaşması – özgələşməsi.

 Balaca bir qeyd. Mənə məktublarda da, çıxışlarda da belə sual verirlər ki, türk, türk deyirsiniz. Bəs burda talışlar var, kürdlər var, lahıclar var, tatlar var. Onlar bəs nə olsun, elə türk deyirsiniz?! Mən də onlara deyirəm, yaxşı, mən türk deməyim, sən tat de. Bu dünyada bizim vəziyyətimizə nə xeyri olacaq bunun?! Yaxşı, türklərdən əl çəkdik, sən lahıc de, səhərdən-axşama kimi. Əkrəm Cəfərdən də özünə prezident seç. Dünya üçün türk lazımdır. Dünya azmandır, bizə qarşıdır, ilandır. Onun başını sən nə təhər əzəcəksən, sən tat, nə təhər əzəcəksən?! Sonra insafın olsun axı, türk aləmi Füzulidir, türk aləmi Cəlaləddin Rumidir. Türk aləmindən istifadə eləyib biz dünyaya dərs deyə bilərik, ay axmaq. Balaca, məhdud bir aynası var, ordan baxır. Heç nə eləyə bilməzsən. Sən dünyaya qarşı dura bilməzsən varis kimi. Dura bilməzsən talış kimi. Amma hər mənada, həm ruhani mənada, həm cismani mənada sən türk kimi dura bilərsən. İndi bunu başa sal da bunlara. Yoxsa burada söhbət talışa qarşı nəsə fikirləşmək deyil. Kürdə qarşı nəsə düşünmək deyil. Tata qarşı nəsə fikirləşmək deyil. Tatı qorumaqdır, talışı qorumaqdır, türk birxətliliyiylə. Türkün nə nöqsanı var, Ata çox deyib onu. Türk ağlıyla, türk Cəlaləddin Rumisiylə, türk Füzulisiylə, Türk Zərdüştüylə var. Bundan əl çəkirsən. Ağlın var sənin? Gör nədən əl çəkirsən. Səhv eləmək olmaz bizə. Çox səhv eləmişik. Səhvin içində batırıq.

  • Marksizm materialist qismətçilikdir.
    Din idealist qismətçilikdir.
    Hər ikisi insanı alçaldır. Hər ikisi inamsızlıqdır əslində.
  • Sabah bu gündən yaranmayacaq. Sabah bu günün ziddinə yaranacaq. Bu gündə yaxşı nə varsa, o sabahkıdır, hamısı. Mənim arzum nədir? Mənim arzun sizdən sabahkılar yaratmaqdır. Bizdən ağıllı olun. Məgər pis şeydir, Ata sizə deyəndə ki, qoy sizin idrakınız bizdən artıq olsun?! Məgər pis şey deyir, Ata sizə deyir, sizin inamınız mənim inamımdan yaxşı olsun. Məgər pis sözdür bu, sizin mənəviyyatınız mənimkindən təmiz olsun?! Pis şeydir bu, sizin iradəniz mənim iradəmdən artıq olsun?! Pisdir? Elə Atalar arzusudur. Hər Ata istəyir ki, onun oğlu, qızı ondan yaxşı olsun. Atalıqdır da bu.

İndiki səviyyə çox azdır. Bizi o saat azdıracaqlar. Deyəcək sənin nəyin var e?! İslamı sənmi yaratmısan? Ərəb bunu deyir. Mənim təpəmdə neçə əsrdir oturur. Sözlə demir, əməllə deyir. O biri deyir ki, “Oktyabr İnqilabını kim yaratdı? Mən yaratdım”. 70 ildir mənim boynuma minibdir, söhbət bundan gedir. Amma sənin özünün inamın olanda, sənin özünün idrakın olanda, mənəviyyatın olanda, sən də deyəcəksən mən də bunu vermişəm. Bunu Azərbaycan eləyə bilər. İndiyə qədər nə olubsa, eksperimentlərdir. Alınmayıb. Bu dəfə alınmalıdır. Şəxsən Ata buna inanır. İndi suallarınıza cavab verim. Çünki vaxtımız azdır. Bizə deyiblər ki, 8-də qurtaraq. Söz verirəm ki, bunun hamısını sizə oxuyacam. Məncə, məğz aydın oldu. Biz yağışdan çıxıb yağmura düşdük. İndi biz bu yağmurdan çıxmalıyıq. Özümüz.

Sual (Ata vərəqdən oxuyur – S.A.): Asif Ata, siz filosof kimi Azərbaycanın gələcəyini nədə görürsünüz?
Cavab: Mən bir filosof kimi Azərbaycanın gələcəyini Mütləqə İnamda görürəm. Nə Allaha inanıram, nə istehsalata. Nə Marks mənim böyüyümdür, nə Məhəmməd. İnanıram dünyanın özünün dünyadan artıq olan Mənasına. Bu haqda xüsusi söhbətimiz olacaq. İnanıram insanın özündən böyük olan mənasına. İnanıram həyatın özündən böyük olan mənasına.
Qəti əminəm ki, həyatın mənası özündən artıqdır. Həyatda hər şey nisbidir. Mənası isə Mütləqdir. Əgər onun Mənası Mütləq olmasaydı, nisbi sözü də olmazdı. Ona görə nikbinəm. Həyatın özünə görə yox, dünyanın özünə görə yox, insanın özünə görə yox, mənasına görə. Məna əbədidir, əzəlidir, sonsuzdur, kamildir. İkinci, qəti əminəm ki, yalnız Mütləq olan, – əbədi olan, əzəli olan həqiqidir. Nisbi nə varsa, hamısı yoxluqdur, yalandır. Nisbi ədalətə camaat alışdı, ona görə ədalətsizliyə qərq ol­du. Nisbi Həqiqətə camaat alışdı, ona görə həqiqətsizliyə qərq oldu. Nisbi Xeyirə alışdı, Şərə qərq oldu. Nisbiylə barışmamaq. Dostluğum varsa, qoy dostluğum olsun, ya da olmasın. Orta bir şey olmasın. Məhəbbətim varsa, qoy ya tam olsun, ya olmasın. Barış­mayaq, yetimləşməyək, dilənməyək ədaləti. Və İnsan özü Mütləq ola bilər. Bu fəlsəfəni biz Azərbaycan xalqına təqdim eləmişik, biz onu bu İnama gətirsək, sonra bunu biz türk İnamı eləyə bilsək, sonra bunu biz Şərq İnamı eləyə bilsək, onda Azərbaycan xilas olacaq. Onda Azərbaycan dünyaya qarşı, yəni Avropaya qarşı, Qərbə qarşı dura biləcək. Əgər Ruhani İntibah olmasa, yenə də ağzımızı açacıq, görəsən İtaliya bizə nə kömək eləyəcək, görəsən Fransa bizə nə kömək eləyəcək, görəsən bizə ABŞ nə kömək eləyəcək. Biz batacıq, heç olacıq.
İkinci, təzə insanlar. İnsanlaşma, İnsanlaşdırma. Onun haqqında söhbətimiz olacaq. Təzə cəmiyyət yolu lazımdır. Nə kapitalizm, nə sosializm. Zəhmətkeş mülkiyyətinə əsaslanan, fərdi özünüidarəyə əsaslanan, Atalığa əsaslanan, Ağa-Nökər dairəsindən çıxmaq. Bunun da fəlsəfəsini görüşümüzün birində açacıq. Şərq özünə qayıtmalıdır, Şərq özünün təqlidçiliyindən əl çəkməlidir. Nə qədər olar öyrənmək, nə qədər olar tələbəlik. Şərq bir zamanlar öyrədirdi, indi yenə öyrətməlidir. Şərq Bəşər tarixində günahkardır, çünki Şərq Bəşəriyyəti Qərbin maddiyyatçılığının əsarətinə verdi. O, onu saxlaya bilərdi. Çünki Şərq Ruhaniyyat mərkəzidir. Azərbaycan Şərqin Məkkəsi olmalıdır.
(Gurultulu alqışlar – S.A.)
…Öz mənəviyyatımıza qayıda biləcəyik, mütləq. Ocaq ondan ötəridir, öz mənəviyyatımıza qayıda biləcəyik. Birinci, bilməliyik ki, bizim İslamdan əvvəl yerə-göyə sığmayan mədəniyyətimiz olub. Türk aləmində qədim türk mifologiyası olub. Zərdüştümüz olub. Əslində İslam bizə lazım da deyildi heç. Bizim İslamdan əvvəl qat-qat təmiz, xalis inamlarımız olub. Çox təəssüf ki, peyğəmbər səviy­yə­sində bir şəxsiyyət verməyib türk aləmi. Başı qarışıb Teymur­ləngliyə, Çingizxanlığa, döyüşlərə, dünyaya sahib olmağa və sonra da özüylə döyüşməyə. Sonra da başqalarına yaramağa. Türk aləmi indi özünə yarayacaq. Buna mənim qəti inamım var. Bunun vaxtını deyə bilmərəm.

Sual: Siz indiki vəziyyətlə razılaşırsınız?!

Cavab: Təbii ki, indiki vəziyyətin nə olduğunu mən sizə dedim. İndiki vəziyyət ümumi şəkildə SSRİ-nin, yəni SSRİ-də yaşayan xalqların sosializmdən kapitalizmə keçididir – bu, anormal bir işdir. Kapitalizmdən sosializmə keçid də anormal… Kitab əsasında idi. Bu da pisdir. Ancaq bu, əməlli-başlı mürtəcildir. Bu, türk aləminin fəlakətidir. İndi bilmirəm, burda türk qardaşları yoxdur. Mən qəti əminəm ki, kapitalizm Türkiyəni xilas eləyə bilməz. Düzdür, orda indi Turqut Özal möcüzəsindən danışırlar. Mən buna inanmıram. Çünki dəllallıqla türk ruhu tutmur. İnanmıram ki, türk Morqan versin, Ford versin. Ondan başqa, kapitalizm nə deməkdir, – kapitalizm sahibkarlıqdır, kapitalizm fəhlənin ölümüdür, kapitalizm kəndlinin ölümüdür. Sahibkarlıq nə deyən şeydir?! – Kimin haqqı var ki, fəhləyə sahib olsun, kimin haqqı var ki, zavodun sahibi olsun?! Sonra, dəhşətli bir fərq var – milyonçu ilə fəhlə arasında. Milyonçu birdən min dəfə fəhlədən artıq qazanır. Ədalətsizlikdir bu, fəhlə nə qədər tox da olsa, yenə də quldur. Qulun toxu da var, acı da var. SSRİ-də ac idi o, kapitalizmdə o toxdur, quldur ancaq. Çıxmalıyıq, “Yenidənqurma”nı aradan qaldırmaq lazımdır.

Sual (oxuyur): Ziyalıları necə qiymətləndirirsiniz?

Cavab: Ziyalılara münasibətim mənfidir. Əvvəl bir cür mənfi idi, indi bir cür mənfidir. Əvvəl onlar Marksizmin dəhşətli fədailəri kimi çıxış edirdilər, mən onlara deyirdim, nəyi müdafiə eləyirsiniz?! İndi Marksizmə onlar qoçaq düşmənlər oldular. İndi mən onlara deyirəm, siz özünüzümü deyirsiniz? Bilirsinizmi, təbəqə kimi həmişə belə olubdur. Elə bilirsiniz ki, ziyalı təbəqəsi hamısı Ələkbər Sabirdən ibarət idi?! Yaxud Cəlil Məmmədquluzadədən ibarət idi, yaxud Füzulidən ibarət idi?! Təklik! Bir nəfər təbəqənin içində gözdən düşən kimi əzaba düşür, zamanla qətiyyən ayaqlaşmır, çünki həqiqət zamana sığmır, döyülür, söyülür. Ondan sonra ac qalır, Motsart acından öldü, Bethoven acından öldü. Buş (ABŞ-ın prezidenti – S.A.) ayda 16000 dollar alır. Kim böyükdür görəsən – Buşmu, Motsartmı?! Buş Motsartın ayağının altında heç palaz da deyil, tarixi nöqteyi-nəzərdən. Amma görün cəmiyyət necə qiymətləndirir! Dahi heç zaman qiymətləndirilmir öz vaxtında. Elə də olmalıdır. Dahilik zamanla döyüşdür, vaxtla döyüşdür. Vaxt necə onu sevə bilər! Məncə, siz məni anladınız. Ümumiyyətlə, mən elə hesab eləyirəm ki, Azərbaycana yüzcə nəfər Evlad lazımdır. Hələ ki, 50-si var. Tarix boyu inqilabi şərait yarandıqda din öz xadimlərinin əlində silah olur. Hər kəs ondan öz mövqeyinə görə istifadə edir. Ancaq bunu inkar etmək olmaz ki, İslam dini insanların saflaşmasına kömək edir. İntəhası, İslam dini insanların saflaşmasına necə xidmət edir?! Saflaş, çünki Allah sonra sənin başına oyu`n açar, bu artıq özü, bu cür qorxunun özü günahkarlıqdır. Mən ona görə saf olmuram ki, məni Atam sillələyər.

Sual (oxuyur): Azərbaycanın Rusiyanın arxasına düşməyinin səbəbkarı kim idi və nə idi?

Cavab: Onun səbəbkarı Rusiya özü idi. Lakin Rusiya təlqin eləyə bilirdi onu. Fəlakət, bilirsinizmi, yuxuya verə bilirdilər imperialistlər balaca xalqları. Bəli, sən Azərbaycanlı, yaxşısan, təmizsən. Ancaq Novruzəlisən də.
Bunu təlqin eləyə bilirdilər. Çox təəssüf. Burda dahi lazımdır bağırsın. Dahi də, bilirsiniz də, çox çətin məsələdir.
(Kimsə yerdən “İkinci sual qaldı” deyir – S.A.)

Ata: Hə, bağışlayın, hanı?

Sual (oxuyur): Rəsulzadəni xalqın qatı düşməni, yoxsa Müsavat partiyasının başçısı adlandırmaq düz olar?

Cavab: Rəsulzadə Azərbaycan xalqının fəxridir. Olub bacardığı. Dahi deyildi, ancaq təmiz idi, saf idi. Bolşeviklərdən artıq idi. Fəxr eləyirəm ki, o var, olubdur bizim tariximizdə. Dahi hesab eləmirəm. Dahi olsaydı, zəmanəyə qarşı çıxış eləyərdi. Nədir sənin demok­ratiyan?! Elə bir şey yaradardı ki, türk mahiyyətinə oxşayardı. Türk onu bacarırdı axı.
Ancaq fəxr eləyirəm mən onunla. O təmiz adam olub, çox təmiz adam olub.

Sual (oxuyur): Azərbaycanda Müsavat Partiyasının işini necə qiymətləndirirsiniz?

Cavab: Hiss eləmirəm mən. Ola bilsin, mənim əlimə gəlib çat­mır. Müsavat partiyasının mövcudluğunu onda görərdim ki, Müsavat partiyasının əlindən onun bayrağını almazdılar kommunistlər. Qəribə şeydir, 28 Apreldə gəldilər, “28 may”ı ləğv elədilər bolşeviklər. İndi də bayrağı aldılar. Müsavat partiyası da orda sağ-salamat, guya… Nə partiyadır o?! Təki mən səhv eləyim. Təki mənim ətrafım gözəl adamlarla dolu olsun. İstəməyən kor olsun. Adam bəzən darıxır ki, indiki dövrdə Azərbaycanda belə partiya var.
Ancaq Azərbaycanın Müsavat idealına ehtiyacı var.

Sual (oxuyur): Asif Ata, bir sual, indi biz müstəqilliyimizi necə əldə edə bilərik?

Cavab: Hələlik, uzun müddət nə müstəqil olan kimi olacıq, nə də olmayacıq. SSRİ-də deyirəm ha. Qəribə, əcayib bir vəziyyət olacaq. Müəyyən dövrə qədər. Bu keçid dövrü deyirlər, nə deyirlər, əslində, bu, nə var olan kimi var olmaqdır, nə yox olan kimi yox olmaq. Prezident var və yoxdur. Guya var, çıxış eləyir Avropa məsələləri, yoxdur ancaq. Qəribədir, gülə də bilmirsən, ağlaya da bilmirsən. Çıxış yolunu mən sizə göstərdim. 10 ilmi, 20 ilmi belə var olub, yox olmaq vaxtıdır. Sonra xalqı ayağa qaldıracıq. Ata sağ olsa, özü eləyəcək onu. Olmasa, Evladları. Sizinkilər, bu yoldakılar.

Sual (oxuyur): İndi biz Müsavatın fikirləri ilə yeni bir ölkə qura bilərikmi?

Cavab: Tam yox. Amma Müsavatın səhvlərindən onu yaxşı öyrənmək. Müsavat partiyasının idealını qəbul eləmək. Lakin onun səhvini qəbul eləməmək. Səhvinin biri də onda idi ki, şüarının özü də ziddiyyətli idi. Doğrudur, məcbur oldular, – Milli Məclis məcbur oldu. Çünki koalisiya vardı, ayrı-ayrı partiyalar vardı. İntəhası, bir tərəfdən türkçülük, o tərəfdən İslamçılıq, o biri tərəfdən Avropa­laşma. Hamısı bir-birinə ziddir.

Sual (oxuyur): Azərbaycan İslam və türk aləmində özünə yer tapacaq?

Cavab: Bəli, Azərbaycan özünə yer tapacaq. O zaman ki, özünə­məxsus Ruhani İntibah yaradacaq və kömək eləyəcək başqalarına. Nə qədər kömək almaq olar?! İndi də biz kömək eləyək. Mənim məğrurluğumun mahiyyəti bundan ibarətdir. Elə şey yaradaq ki, türk bizdən öyrənsin, Şərq bizdən öyrənsin. Gəlsin bizə. Öyrədə bilərik. Mən buna tam inanıram. Yaxşı deyil, belə suallara cavab verəndə mən özümü yaxşı hiss eləmirəm. Elə bil ki, özünü tərifləyən kimi çıxır. Amma həqiqəti demək lazımdır.
Mütləqə İnamda yalan yoxdur. Yalansız İnamdır. Onu biz camaata təbliğ eləyəcəyik. Ata əlindən gələni eləyəcək. Harda bacarır.
Sonra da onu Türkiyədə deyəcik. İranda deyəcik, Şərqdə, Ərəbistanda deyəcik. Döyülə-döyülə, söyülə-söyülə. Nə olur-olsun. Dişimizlə, dırnağımızla. Deyəcəyik ki, Azərbaycan müəllim ola bilər. Balaca xalqın balaca iş görməyə haqqı yoxdur. Özünü böyük aparan o saat deyəcək, sən kimsən ki?! Gərək böyük iş görəsən ki, o səni saysın.

Sual (oxuyur): Müqəddəs Ata, siz Vahid Azərbaycanın yaranacağına inanırsınızmı? Və Zəngəzurlu, Göyçəli Azərbaycan olacaqmı?

Cavab: Qəti, mən nəinki inanıram, əgər Cənubi Azərbaycanı biz birləşdirə bilməsək, Azərbaycanın müstəqilliyindən danışmaq cəfəngiyyatdır. Azərbaycan Gürcüstan deyil. Gürcüstanın da heç gələcəyinə inanmıram. Onlar yenə yalançı müstəqillik eləyə bilərlər. Amma Azərbaycan, mümkün deyil. Azərbaycan güclü olmalıdır. Azərbaycan dünyada təkdir. Azərbaycanın dostu yoxdur. Cənubi Azərbaycan bizim qolumuzdur. Cənubi Azərbaycansız biz heç nə eləyə bilməyəcəyik. Çox təəssüf, mənim imkanım yoxdur. Cənubi Azərbaycanlılarla o qədər əlaqəm yoxdur. Düzdür, Evladlarımızın içində Təbrizlilər var. Bilin və agah olun, biz sizdən çox şey gözləyirik. Siz bizi sevirsiniz. Bizim də ümidimiz odur ki, birləşək. Ona görə, fars sizi oynatmasın. Bizi kommunizm, orada sizi İslam oynatmasın. Gəlin, bir dəfə Ata evinə. Gəlin oturaq, söhbət eləyək. Fikrimizi gedin deyin. İslam bu dövrdə farsçılıqdır. Xomeynidən sonra İslam, təxminən kommunizm rus üçün nə idisə, indi də islamçılıq fars üçün odur. Fars hegemonluğu. Ağır iş olacaq. Xalq ayağa qalxmalı olacaq. Parlament yoluyla heç nə eləyə bilməyəcəksən. Getmək-gəlmək, bunlar hamısı zahiri şeylərdir. Yaxşı şeylərdir, bir nəfər, iki nəfər Azərbaycanlı Cənubdan gəlir Bakıya. Əla şeydir bu. Lakin bu, Cənubi Azərbaycan probleminin həlli deyil qətiyyən. Ömründə fars sənə verməyəcək Cənubi Azərbaycanı. Təbrizi, Tehranı heç kim. Çox yaxşı oğullar lazım olacaq bizə. İnsanlar lazım olacaq bizə. Asan gəlir ey, camaata. Tez-tələsik, o saat əl çalma, alqış. Heç nə yoxdur hələ. İstəyimizin rəsmi elanıdır yalnız. Heç bir müstəqillikdən danışmaq belə, gülüncdür. Uşaq üçündür bu, bağça uşağı üçün.

Sual (oxuyur): Azərbaycanda sünni-şiə söhbətlərinə münasibə­tinizi bilmək istəyirəm.

Cavab: Bəli, İslamın guya ki, tamam fəlakəti olan, əslində İslamın nicatı oldu. İslam sünni-şiə ilə çox şey eləyə bildi. Türklərin başını əzdi və türkləri özünə tabe elədi. Hər zaman İslam antitürk olub. Həmişə. Bəli, yaxşı oxuyun İslam tarixini. Görün İslam türkün başına necə işlər gətirdi bu sünni-şiə məsələsiylə. Görün, Səlimlə Şah İsmayıl niyə döyüşməliydilər. Axı Səlimin məqsədi Azərbaycanı zəbt eləmək deyildi. Osmanlı imperiyasının başçısıydı o. Onun məqsədi Avropayla döyüşmək idi. O saat sünni-şiə məsələsi qalxdı və Şah İsmayıl da burda səhv elədi. Bizim böyüyümüz. Və orda – Anadoluda üsyan elədilər. Vaxtınızı almaq istəmirəm. Tarixi yəqin ki, bilirsiniz. Həm İslam, həm Avropa sünni-şiədən çox qazandılar. Niyə mən zəncir döyməliyəm?! Niyə mənim zəncirimi televizorda göstərməlidirlər?! Adam başını yarır, mənim ürəyim ağrıdı. Zəncirlər vuran Azərbaycan – “dikiy” Azərbaycan. Çox təəssüf ki, bizdə əvvəlki arsızlığın başqa bir variantı da yaranmaqdadır. Balaca iş görürük. O saat… Qarabağı guya ki, azad eləmişdik artıq. Nazir televizorda, gedirdi, parad qəbul eləyirdi. Nədir?! Nə parad?! Kinoaktyor hara, nazir hara?! İnsan azdır. Heç kəs öz yerində deyil.

Sual (oxuyur): Müasir Azərbaycanı necə görmək istəyirsiniz?

Cavab: Öz işlərimizin hamısını mən dedim. Yenə mən deyirəm. Mən Müasir Azərbaycanı müstəqil – İnam baxımından müstəqil, yəni Mütləqə İnam. İdrak baxımından müstəqil, yəni ki, təzə fəlsəfəni öyrənən. Siyasi cəhətdən müstəqil, – Rusiyadan ayrılan, SSRİ-dən ayrılan, Qərbə baş əyməyən, məğrur. Bundan ötrü illər lazımdır. Azı 20 il.

Sual (oxuyur): Cənubi Azərbaycanla və Türkiyəylə birləşməyimizi necə, münasib bilirsiniz?

Cavab: Dedim bunu. Türkiyəyə birləşməyi biz bu saat özümüzə bayraq eləsək, bu bizə həm siyasi cəhətcə, taktiki cəhətcə və strateji cəhətcə böyük zərbə olar. Bütün aləm bar-bar bağırar. Bilirsiz də, pantürkizm ideyası nə deyən şeydir. Avropa dəhşətə gələr, erməni bundan özü üçün nələr yapar. Ona görə bu söhbəti gəlin, hələ eləməyək. Yəqin ki, gec-tez türk birliyi olmalıdır. Lakin o cür yox. Azərbaycan atılmayacaq. 30 milyonluq Azərbaycan Türk Dünyasının beyni və ürəyi. 60 milyon Osmanlı türk əsgəri türk aləminin qolu və kürəyi. Mənim idealım budur.

Sual (oxuyur): Əgər dinimizi inkar ediriksə, onda bizim tariximizi kim açacaq?

Cavab: Bizim öz dinimiz olmayıbdır. Bizim dinimiz Zərdüştçülükdür. Ondan sonra müsəlman aləmi var. Müsəlman aləmi də türkü inkar eləyir. XX əsrə qədər türk sözü də yoxuydu heç.

Sual (oxuyur): Dağlıq Qarabağ məsələsinin sonu necə olacaq?

Cavab: Dağlıq Qarabağ məsələsi bu cürdür: nə var olan kimi var, nə yox olan kimi yox. Həll olunan şey deyil. 20 ilmi, 30 ilmi deyə bilmərəm, Cənubi Azərbaycan problemindən sonra həll olunacaq yalnız. Onda erməni qorxacaq və çəkiləcək. Hələ ki yalandan, bütün boş şeylərdir hamısı. Gəlirlər, gedirlər, saziş eləyirlər. Sazişlə qurtaran şey deyil. Daşnaksütyun partiyasının tarixini mən öyrənmişəm. Özümüz üçün, əlacsızlıqdan. Daşnaksütyun partiyasının tarixi 1 nömrəli məsələsi ermənilərin “Böyük Ermənis­tan” ideyasıdır. Erməni ya öləcək, ya Böyük Ermənistan yaranacaq. Yəni Anadolunun bir hissəsi. Türkiyədə olan başqa bir neçə hissədə. Ondan sonra Qarabağ, Şamaxı. Böyük bir ölkə yaranmalıdır. Yoxsa erməni öləcək. Ona görə burdan batıb, ordan çıxacaq. İlan kimi sürünəcək, sonra təzədən diş çıxaracaq. Erməniylə barışmaq mümkün olmayacaq. Ermənini məhv eləmək lazım olacaq. Sevinc xanım, sizin sualınıza Ata cavab verdi.
Açıq şəkildə, Ata başqa şəkildə cavab verə bilmir.

Sual (oxuyur): Sizcə milli ordunun yaranması… (Ata sualı sona çatdırmır – S.A.)

Cavab: Milli ordunun yaranması heç bir böyük rol oynaya bilməyəcək. Çünki bizim Milli Ordumuz təxminən 10 ildən sonra yalnız Milli Ordu səviyyəsinə qalxa biləcək. Tüfəngimiz yoxdur, heç nəyimiz yoxdur, silahımız yoxdur. Erməni bu saat müasir ordudur. Onlarla biz döyüşə bilməyəcik. Döyüşsək də, dəhşətli dərəcədə məğlub ola bilərik. Dəhşətli dərəcədə qan tökülə bilər. Mənim fikrim budur ki, buna baxmayaraq, döyüşmək lazım olsa, ölümə getmək lazım olsa, getməliyik. Lakin bu, məsələnin həlli deyil. Bu, qeyrət məsələsidir yalnız. Burda psixologiya var yalnız. Psixologiya ki, biz hər halda şərlə döyüşdən çəkinmirik. Biz öz borcumuzu yerinə yetiririk. Qələbəyə inam… erməninin nə olduğunu yaxşı bilirik. Çox öyrənmişəm. Erməni Amerikadan da istifadə eləyəcək, erməni fransızdan da istifadə eləyəcək, erməni hər şey eləyəcək, canını verəcək, ilan kimi çalacaq, hamını məhv eləyəcək. Amma “əqidəsi”ndən dönməyəcək, çünki “əqidə” çox qatıdır onun daxilində. Təəssüf ki, belədir. Siz Daşnaksütyunun nə olduğunu bilmirsiz.

Sual (oxuyur): Hörmətli Asif Ata, sizin… (sualı axıra qədər oxumur – S.A.)

Cavab: Bu, Qarabağ problemi ilə bağlı olan siyasi münasibətlər idi. Yeltsin özünün mərkəzçiliyini göstərirdi ki, prezident elə mənəm. Qazaxıstanınkı Yeltsinə yaxınlaşırdı, Mütəllibovşina da Yeltsinin başındakı günahı yuyurdu. Heç nə yox idi Qarabağa aid. Ümumi siyasi bir üst qurum vardı. Mənim fikrim belədir.

Sual (oxuyur): Türkiyənin Azərbaycan Respublikasının müstəqil­liyini tanımasına necə qiymət verirsiniz?

Cavab: Bunu mən Türkiyədə təzələrin hakimiyyətə gəlməsinin əlaməti kimi hiss eləyirəm və təbrik eləyirəm. Bu, Turqut Özala qarşı olan işdir. Turqut Özal bunu eləməyəcəkdi. Elə-belə Turqut Özal üçün Qorbaçov lazım idi. Bu təzələrin parlament seçkilərində, həmrəyçilərin gözəl bir işidir.

Sual (oxuyur): Azərbaycan rəhbərinin siyasətini necə qiymət­ləndirirsiniz? Onlar müstəqil Azərbaycan… (Sualı axıra qədər oxumur – S.A.)

Cavab: Azərbaycan hökumətinin siyasəti – mərkəzçilik-millət­çilik, Qərbçilik – millətçilik. Var olan kimi var olmamaq, yox olan kimi yox olmamaq. Amorf bir şey. Mənfi qiymətləndirirəm. Bu sualı da Miriyev…  Suala Ata cavab verdi.

Sual (oxuyur): Siz Azərbaycanın gələcəyini necə görürsünüz?

Cavab: Bu haqda mən dedim. Azərbaycan ya böyük ölkə olacaq, ya məhv olacaq. Azərbaycan sıravi ölkə olmamalıdır. Sıravi ölkə kimi o məhv olacaq. Sıravi ölkə kimi lap Birləşmiş Millətlər Təşkilatına daxil olsun, o balaca xalq kimi, balaca millət kimi məhv olacaq. Böyüklük lazımdır bizə. Ya böyüklük, ya ölüm.

Sual (oxuyur): Özünüz haqda…

Cavab: Bilirsiz mənim üçün bu necə çətindir.
Zahiri şeylər. Qısa. 35-ci ildə anadan olmuşam. Yaşım, görür­sünüz ki, çoxdur. Qazaxlıyam. Ulu babam, mən sizə də məsləhət görürəm ki, özünüzün soyunuzu öyrənəsiniz, onsuz vətən yoxdur. Ulu babam Hacı Alı Əfəndi Daş Salahlının məşhur əfəndisi olub, yəni ruhani siması olub. Özüm Qazax mahalının Çaykənd kəndində Qaraqoyunlu deyilən bir mahalda anadan olmuşam. Sonra onu Ermənistana veriblər. Bütün nəslimiz əzab içində olub. Ulu babam Hacı Əfəndidən sonra gəlir hamısı. Babam qolçomaq kimi məhv edilib. Lakin bilin və agah olun ki, mənim əqidəmə belə şeylərin əhəmiyyəti olmayıb. Atam müəllim idi. Yaxınlarda vəfat elədi. Anam da müəllimədir, təbiətçidir. Moskva Dövlət İnstitutunun tənqid şöbəsini qurtarmışam. O dövrdə mənlə bərabər Cabir Novruz da oxuyurdu, şeir şöbəsində və s. Ailə həyatı məndə alınmadı. Heç kəsin burada günahı yoxdur. Bu mənim verdiyim qurbanların birincisi oldu. Bəzən sual verirlər ki, öz balasına atalıq eləməyən xalqa atalıq eləyər? Eləyə bilər. Bu da bir qurbandır. Qurbansız olmaz. Xalqa atalıq eləyən adam öz övladından keçə bilər. Sonra deyirlər ki, öz arvadına xoşbəxtlik verməyən adam xalqa xoşbəxtlik verər? Verə bilər. İki xoşbəxtlik bir yerdə sığmır. Bəlkə də xoşbəxt adam var ki, o gözəl ailə də qurur. Mən onlardan deyiləm. Bəlkə eləsi də var. Bircə onu deyə bilərəm ki, mən Moskva Ədəbiyyat İnstitutunun ikinci kursunda anladım ki, bu dünya səfeh bir dünyadır və mən gecə-gündüz suallar içindəydim. Mən dəhşətli dərəcədə gərgin bir həyatdaydım. Marksizmi bəyənmirdim. Hamı marksizmi bəyənirdi. Sosializmi bəyənmirdim. Hamı sosializmi bəyənirdi. Tək idim, dəhşətli dərəcədə və xoşbəxt idim. Eyni zamanda cavanlığımın da odlu vaxtıydı. Od hamısı, eşq hamısı inam axtarışlarına getdi. Beş ildə Moskvada mən Moskva nə olduğunu elə əməlli-başlı bilmədim. Nə Kreml vardı mənim üçün, nə küçələr. Bir simfonik konsertlər vardı. Çünki o simfoniya mənə də lazım olurdu. Bir də kitabxanalar. Gecə və gündüz. Suallara cavab axtarmaq üçün. Marksizm fəlsəfə­sindən sonra ədəbiyyatı özüm öyrəndim. Gözəl an idi. Sözlə ifadə eləmək mümkün deyil onu. Haraylı anlar idi. Niyə belə oldu? Niyə insan bu günə düşdü? Niyə heç… Dinlərin hamısını öyrəndim, hamısını başdan-ayağa. Buddizmi, Musəviliyi, İsaçılığı, Məhəm­mədi, Sufiləri, Hürufiləri, hamısını. Və belə qərara gəldim ki, belə olmaz, təzə İnam lazımdır. Və belə qərara gəldim ki, məndə bu güc var. Təbiidir ki, belə bir fikirlə yaşayan adamın ailəsi olammazdı. Nə təhər Ailə yazıq səninlə yaşasın ki, səhər gedib, axşam gəlirsən. Həmişə fikirli. Siz mənim həyat yoldaşımı qınamayın. Onun təqsiri olmadı. Bir də üstəlik 76-cı ildə mən universitetdə Estetik və Etik tərbiyə klubu adıyla həmin bu Ocağın binasını qoydum. 82-ci ildə məni partiyadan çıxartdılar, işdən çıxartdılar. Əsərlərimi – elmi dərəcəmi əlimdən almaq üçün, yazdılar VAK-a. Gözəl günlərim başladı, təqib günlərim. Hara gedirdim, yanımda göyçək bir kişi gəzirdi o tərəfə, bu tərəfə. Ləzzət alırdım. Bazburutlu, gözəl, göyçək. Gör ey, onu mən adam eləmişəm. Hər addımda maşınla məni aparırdılar. Ya da mən gedirdim. Mənim arxamda kartec gedirdi. Gözəl anlar idi. Neçə dəfə adamı apararlar-gətirərlər?! Elə bir ev vermişdilər ki, o evdə mən 15 fəlsəfi əsər yazdım. Ev çox balacaydı. Əsərlər evdən çox kənara çıxırdılar, ideyalarım və s. və i.a. Burada suallar yarana bilər: – “Niyə mən partiyaya keçdim və niyə sonradan yenə partiya?! Belə şey olarmı?! Mütləqdən dəm vurursunuz, özünüz də partiyanın üzvüsünüz?” Mən partiyanın üzvü oldum 65-ci ildə. 60-cı ildə mən “Tənqid və Zəmanə” adlı birinci məqalə yazdım və bu məqaləmdə sübut elədim ki, Azərbaycanda fəlsəfə də yoxdur, tənqid də yoxdur. Bilmirəm bu olan işdir, ya olan iş deyil, bunu Türkiyədə, Ankara radiosunda verdilər mənim o yazımı. 60-cı ildə bunun nə demək olduğunu siz özünüz təsəvvür eləyirsiniz. Məni işdən çıxartdılar. Nə oldu?! Vaxtınızı almaq və qanınızı qaraltmaq istəmirəm. Onda mənim qarşımda iki yol vardı: bütün bu arzulardan əl çəkmək. Partiyaya girməmək, heç kəsi aldatmamaq. Necə deyər­lər, şəri aldatmamaq və bütün o arzulardan əl çəkmək. Nə fəlsəfə, nə filan. Ya da ki, aldatmaq, şəri aldatmaq. Mən şəri aldatdım və düz elədim. Şər həqiqət tanımır. Şəri aldadarlar və mən partiyaya keçdim. Hamı kimi. Heç kəs sevə-sevə keçməmişdi və mən o dövrdə, 68-ci ildən başlayaraq Asif Əfəndiyev adlı imzamı təsdiq elədim. Əməlli-başlı təsdiq elədim. Ondan sonra mən 65-ci ildə müdafiə elədim, elmlər namizədi adı aldım. Sonra hamısını qaytardım. Hamısını. Heç nə itirməmişəm. Yaxşı fikirləşin. Bu döyüşüm ruhani ləyaqətin təs­diq­idirmi, yoxsa xəyanətdirmi?!
İndi mən Ocaq Atasıyam. İndi mən fəlsəfi əsərlərimizin təbliğiylə məşğulam. İndi mən “Muğam fəlsəfəsi” kitabını yazmışam. Mən qəti əminəm ki, bizim Ocağımız sönməyəcək. Çünki onun məğzi ruhdur. Maddi nə varsa, məhv olur. Heykəllərə fikir verdinizmi?! Hamısının başına çatı salıb məhv eləyirlər. Bir ruhani ideyanı məhv eləmək olmaz. Ona görə mən qəti əminəm ki, mənim ömrüm düz ömür oldu və gələcək nəsil də, tarix də məni hərtərəfli anlayacaq. Siz yəqin ki, anlayırsınız. Mən partiyaya keçdim, bütün leksiyalarımda antimark­sist oldum. Mənim hər bir leksiyam əslində antimarksist dərsi idi. Mən Zərdüştdən danışırdım. Mən 65-ci ildən, bütün sonradan deyilən nə vardı, hamısını deyirdim. Bunları böyüklük hesab eləmirəm. O zaman ki, Azərbaycanda Ocağımızın Məbədi yaranacaq, onda mən özümü qalib hesab eləyəcəm. Amma xoşbəxtəm (gurultulu alqışlar – S.A.).
Balaca bir tənəffüs, bir beş dəqiqəlik tənəffüs. Yaxşıdı tənəffüs. Sizin aranızda Atanın dostu, rəğbətçisi, rəssam Vaqif Ucatay var. O, bizim Ocağımızın rəmzi mənasını ifadə eləməyə çalışır və Ataya, Fikir Evinə, sizə bir hədiyyə hazırlayıb. Gəlin, onun hədiyyəsinə baxaq. (Əl çalırlar). Bizim rəssamımızı tanıyın. Vaxt olacaq ki, onu hamı tanıyacaq. Vaqif Ucatay (alqışlayırlar). Gedə bilərsən, sağ ol.
Nə qədər vaxtımız var? Sualların hamısına cavab verməliyik.

Əsil: Çoxdur, yəqin ki, çatdıra bilərik.

Ata: Doğrudan? Saat neçədir?

 (Kimsə saatı deyir – S.A.).

Ata: Hələ var. Sualların hamısına cavab vermək istəyir Ata. Amma gərək qısa verəm ki, hamıya cavab verim.

Əsil: Burda belə sual varıydı – Ocaqçı olmaq üçün neyləmək?

Ata: Ocaqçı olmaq üçün əvvəl Əsil vasitəsiylə, başqa Evladlar vasitəsiylə Atanın iki kitabını oxumaq lazımdır: “Yol” və “Mütləqilik”. Orda hər şey aydın olacaq. Ondan sonra Ataya Rica yazmaq lazımdır və Ata sizə təzə ad qoyur. Ömrünüzün yönü tamamilə dəyişir.

Sual (oxuyur): Ataçılıq Hərəkatı ləngimir ki? Təbliğat vasitələriniz çox zəifdir.

Cavab: Bilirsizmi, inqilabi sel kimi gələnlərin nə olduğunu gör­dük. Biz ağac-ağac, hal-hal yetişməliyik. Biz bağbanlıq eləyirik. Biz uçurmuruq. Ona görə biz tələsmirik. Özümüzə inanırıq. Bugünün işi deyil bu.

Sual (oxuyur): Müqəddəs Ata, müxtəlif xalqdan olan adam Evlad… (Sualı axıra kimi oxumur – S.A.).

Cavab: Hər bir xalqdan Evlad ola bilər. Əvvəl bizim əsərlərimizi oxusunlar. Rusca da var o əsərlər. Oxusunlar. Deyə bilərsiniz ki, bəs bu nədir? Rus siyasəti bir şeydir, rus mədəniyyəti başqa şeydir. Biz Lev Tolstoyu inkar eləyəmmərik. Onda biz avam olarıq. Belə millət­çilik bizə lazım da deyil. Amma biz rus siyasətini inkar eləyirik, başdan-ayağa.

Hamı ola bilər. İndi özüm deyim, erməni ola bilər? Yox, erməni ola bilməz. O qədər onlardan mən bezar olmuşam ki…

Sual (oxuyur): Dinlərin gələcəyi haqqında…

Cavab: Dinlərin fəlakəti ondadır ki, yalana əsaslanır. Elə bir din yoxdur ki, onda yalan olmasın. İnam isə yalansız olmalıdır. Mənim zənnimcə, Din İnamla əvəz olunacaq, yəni İnam olacaq. Onlardan da birincisi – Mütləqə İnam.

Sual (oxuyur): Sizin fikrinizcə, əziz Ata, Cənubi Azərbaycanı farslardan necə qurtarmaq?

Cavab: Böyük sualdır. Hələlik Cənubi Azərbaycanı İslamdan qurtarmalı. Bundan başlamaq lazımdır. Necə bizim SSRİ-dən qurtar­mağımız kommunizmin süqutuyla başlandı, yəni elanımız. O cür də birinci addım olmalıdır Azərbaycanlıların İslam təsirindən… heç olmasa, İslam təsirinin azalması. Çox pisdir. Bəxtiyar Vahabzadə deyirdi ki, mən hara getdim, orda Cənubi Azərbaycanda olubdur, ya bura gələnlər deyiblər, deyir ki, Cənubi Azərbaycanda mənə deyirlər ki, əşi, nə türk, türk başlamısınız, İslam…

 Sual (oxuyur): Müqəddəs Ataya Ali Ehtiram! Belə bir fikir var ki, bizim dinimiz xalqı qarşı-qarşıya qoyacaq. Belə ki, İslamçılar bizə qarşı duracaqlar.

Cavab: İslamçılar indi də bizə qarşıdırlar. Zəng eləyirlər, söyür­lər. Qoy söysünlər. Mən elə şeydən fəxr eləmişəm həmişə. Əgər fil fildirsə, onun alabaşı mütləq olmalıdır. Lakin bundan ötəri bizə qarşı duracaqlar deyin… qoy bizə qarşı dursunlar, qoy bizlə dalaşsınlar, qoy bizi öldürsünlər. Bəs nə oldu həlli?! Düşünmürəm, həm təzə əqidə yaranacaq, həm də gözəl çarpayıda ipək yorğanda bizə yer salacaqlar? Hər şey olacaq. Sui-qəsd də olacaq. Nə olsun ki?! Oyun oynamırıq ki! Biz aktyor deyilik axı. Aktyor tamaşada ölür, 5 dəqiqədən sonra da durub başlayır zarafat eləməyə.

 Sual (oxuyur): Nə etmək lazımdır ki, həyatda narazılıqlar az olsun?

Cavab: Nə qədər ki, kapitalizm var, nə qədər ki, sosializm var, narazılıq nədir, fəlakət adiləşəcək, “normallaşacaq”. İki başlı qartal var: sosializm, kapitalizm. Onları bir-birinə qarşı nahaq qoyurlar. Mən bununla razı deyiləm.

 (III kaset)

Ata sualı oxuyur: Asif Ata, sizin nəzərdə tutduğunuz cəmiyyəti yaratmaq yollarını, qısa da olsa, şərh etməyinizi xahiş edirik.

Cavab: Bu dəfə vaxtımız azdır, xüsusi görüş olacaq. Deməli, bun­dan sonra hansıdır bizdə? – “20 yanvar”. 3 görüşdən sonra xüsusi, əsərləri də Ata gətirəcək bura. Əməlli-başlı. Bilirsiz, elə-belə, tez-tələsik gəlib, söhbətimiz ucuzlaşmasın. Yolları haqqında da, özü haqqında xüsusi bir kitab var, “Ruhani Cəmiyyət” adlanır.

 Sual (oxuyur): Ata, yas yeridir, ərəb dilində Quran oxunur. Başa düşməyən camaat göz yaşı tökür.

Cavab: Bəli, elə başa düşməmək üçün. İndiyə qədər qəsdlə tərcü­mə eləmirlər ki, görün, fəlakətə bax! İnsan xəstələnir, ona dua yazır­lar. Onu içir və birdən-birə xoşbəxt olur. Ağzı əyrilərə əlinlə belə eləyirsən, ağzı dəyişir və sənə Peyğəmbər deyirlər. Necə asan şey­miş. Bəli, Quranın effekti 99 faiz əcnəbi dilidir. Yaxşı daxili qafiyələri var, şeir var və Məhəmmədin böyük harayı var. Qalan hamısı orda cəfəngiyyatdır.

Sual (oxuyur): Sizə necə Evlad olmaq olar?

Cavab: Dedim, bir də deyirəm, elə bax bu günləri Əsilə müraciət eləyin. Bax, bu mənim evladımdır. O sizə hər şeyi deyər. Gəlin, Ataya Evlad olun. Lakin bilin ki, bu nə deyən şeydir. Bizim qəbrimiz də bir yerdə olacaq. Ataya bunu demək lazım olacaq. Biz bu dünya­dan ayrı bir dünyadayıq. Bu, mitinqə gedib qışqırmaq deyil, ağır işdir. Özü də zahirən camaata elə gəlir ki, heç nə eləmirik. Heç bir qərar qəbul eləmirik. Çox güclü etiqad olmalıdır. Köhnə kişilər kimi. Lakin hamınızı mən Evlad qəbul eləməyə hazıram. Hamınızı.

Sual (oxuyur): Ata təqvimi Hicri və Miladi təqvimlərdən nə ilə fərqlənir?

Cavab: Ata təqvimi, birinci, onunla fərqlənir ki, bizim cəmi 13 ilimiz var. Ocaq indiki təqvimlə 1979-cu ildə əmələ gəldi. Ona görə biz 13 il əvvəl başladıq öz tariximizi, öz təqvimimizi. İkinci, bizdə hamısı mənayla bağlıdır. Yağış Ayı, Ata Ayı, ondan sonra Xəzan Ayı, Günəş Ayı. Təbiətdəki o Türk Tanrıçılığı ideyasına əsaslanır. Gələn dəfə bunu mən sizə gətirərəm və deyərəm, bizim aylarımız hansılardır?
Günəş Ayı, yəni Mart ayı, Çiçək Ayı, yəni Aprel ayı, İşıq və s. Şölə Ayı, Od Ayı, Qürub Ayı, Ata Ayı, Xəzan Ayı, Yağış Ayı, Sərt Ayı, Qar Ayı, Köçəri Ayı.
İndi günlərimiz: Birinci, Arzu günü, yəni hər gün, hər həftənin əvvəlində Arzu başlayır. Arzulamağı ömrü boyu sevmişəm. Arzu gerçəkliyi ötməkdir həmişə. Sonra Ümid günü, Arzudan ümid doğur. Sonra Dözüm günü. Dözüm olmasa, Ümid həyata keçməz. Sonra Mərhəm günü. Mərhəm olmasa, Dözüm çox amansız olar. Gərək bir adamın dostu da olsun, Mərhəmi olsun. Qismət günü. O pis mənada qismət yox, Aqibət kimi. Murad günü və İnam günü. Bunlar hamısı vəhy məqamında Atanın ağlına gəldi və o saat mən bunu diktə elədim Evladıma, Sadiqə. Amma bunlar elə-belə göydən düşməyib. Hərçənd bir anda yazılıb. Amma onlar hər halda biliyə əsaslanır. Bilik də ki, azdır. Ancaq biliksiz də vəhy heç nədir. Gərək əvvəl bilik olsun. Onun üstündə vəhy.
Vaxtımız azalır, hə?

Sual (oxuyur): Müqəddəs Asif Ata, biz Mütəllibovşinaya son qoymalıyıq. Əgər son qoymasaq, o, Azərbaycanı Fələstinə sürüyə­cək. Biz isə iki düşmənlə vuruşmalıyıq. Birinci daxili düşmənləri məhv etdikdən sonra ikinci düşməni məhv etmək asandır. Hələ bilmək olmaz ki, Mütəllibov İranda və s… (Sualı axıra qədər oxumur- S.A.).

Cavab: Çox yaxşı sualdır, qısa şəkildə. Razıyam. Bircə onu əlavə eləmək istəyirəm ki, ümumən demokratiya, SSRİ demokratiyası bizim bu dövrdə ən böyük fəlakətimizdir. Demokratiya Şərqdə alınmır, alınmayacaq. Heç Qərbdə də alınmır. Demokratiya əslində könüllü bir köləlik yaradır. İndi görəcəksiniz. Demokratiya çayını adlamasaq, sahilə çıxmayacağıq. Mütəllibovşina da onun bir əlaməti. Balaca bir əlaməti. Hər şeyə gedir o adam, vəssalam. Hamının gözünün qabağında avamlarla bir yerdə oturub. Quranı öpür. O, Quranı öpmür, hakimiyyəti öpür.

Sual (oxuyur): Atam, alovum, Müqəddəsim. İkinci dəfə sizə müraciət edirəm. Mən artıq zalda dəli olmaq səviyyəsindəyəm. Xahiş edirəm, tez cavab verin. Böyük iş görürəm. Həyatımı əqidəyə verməyə siz deyən səviyyədə hazıram. Lakin Məcnundan artıq Məcnunluğum var. Qadınam. O da mənim əqidəmə mane ola bilər. Məni dünyaya bağlaya bilər.

(Ata: Yaxşı sualdır. Oxumaqda davam edir – S.A.)

Məcnundan artıqdır alovum, çünki Mütləqçiyəm. Mütləqçilik buna imkan verir. Mənə məsləhət verin, Alovum mənə deyir ki, birləşdirə bilərsən.

Cavab: Əgər sənin sevdiyin Ocaqçı olsa hə. Əgər sənin sevdiyin Ocaqçı olmasa, sən ikisindən birini sevməlisən. Ocaqçının bir Leylisi var – Ocaq. Və Ocaqçının sevdiyi Leylinin də bir Leylisi var – Ocaq. İkinizin də bir Leyliniz var – Ocaq. Aydındırmı? Məncə, aydındır. Hamımız Məcnunuq, bizi sevənlər də Ocağımızın Məcnunu olmalıdır. Əqidə belə şeydir. İkisi də eyni səviyyədə olmaz. Həm səni sevirəm, səni sevdiyim qədər də əqidəmi sevirəm. Cəfəngiyyat­dır bu. Mən əqidəmi sevdiyim üçün səni sevirəm. Çünki sən mənə əqidəm qədər doğmasan. Bu başqa məsələ. Və sən mənim əqidəmi sevdiyin üçün də biz xoşbəxt olacıq. Elə ki, soyuduq əqidəmizdən, ikimiz də bədbaxtıq. Çünki əqidə bizim hamımızdan artıqdır. Gəlin, açıq danışaq, bu elə söhbətdir ki, burda… bəlkə siz mənimlə razılaşmayacaqsınız, hər halda qulaq asın. Mən cavanlıqda elə hesab eləyirdim ki…

Əsil Atalı: İcazə istəyirlər.

( Yerdən səs: Müqəddəs Ata, biz Sumqayıtda oluruq, bizə icazə verin).

Ata: Gedin. Məmnuniyyətlə. Sağlıqla qalın. Yükümüzdən Böyük Fərəhimiz Yoxdur! Kim ki, Sumqayıtda olur, o gedə bilər.

Əsil Atalı: Ümumiyyətlə, kim getmək istəyirsə…

Ata: İnsanın insanlaşma, başqalaşma ehtirası var. Bu, İnsanın ən gözəl cəhətlərindən birisidir. Başqasında özünü tapma, özündən aşmaq, özünü böyütmək, özünü genişləndirmək başqasında. Lakin çox təəssüf ki, bu başqalaşma ilə yanaşı insanın içində ağalıq, nökərlik də var. Kişinin ağalığı, qadının xanımlığı var. Böyük eşqdə, yerə-göyə sığmayan eşqdə, min illərin birində yaranan eşqdə bu ikincisi güclü olmur. Yalnız və yalnız başqasında özünü tapmaq olur. Lakin ali sevgidə bu olur: 5 gün, 10 gün, 100 gün nə bilim neçə ay, ildən sonra birdən xanım baş qaldırır. İstəmədən, bilmədən, səndən asılı olmadan, xanım baş qaldırır. Xanım başlayır eşqi öldürməyə özünün xanımlığıyla və sonra əvvəl ağalıq baş qaldırır. Yalnız insan ağalıq, xanımlıq əsarətindən qurtara bilmir ki, bilmir və eşq məhv olur. Bu birinci.
İkinci, cinsi əlaqə məsələsi. Bəli, cinsi əlaqə olmasa, ailənin mənası yoxdur. Lakin siz elə bilməyin ki, cinsi əlaqə, doğrudan da, eşqin zirvəsidir. Mən bundan da açıq danışmaq istəmirəm. Çünki aramızda pərdə olmalıdır. Atayla Evlad arasında. Çox incə olmalısan, çox zərif olmalısan ki, sənin eşqinin cinsi xüsusiyyəti, cinsi keyfiyyəti ülviyyəti öldürməsin. Öldürür. Leyliylə Məcnunun toyu olammazdı. Lakin elə başa düşməyin ki, mən ailənin əleyhinəyəm. Mən ailənin nəinki əleyhinə deyiləm, bayraqdarıyam. Lakin Ailə ağır yükdür. Tək eşq deyil, eşq hardasa qurtarır ailədə. Adiləşməyə başlayır. Hər gün görürsən o sifəti. Bir dəfə gördüyün o gecələr. Təəssüf ki, gecələr yerə düşür. Gündüzləşir gecələr. Bax, burda ağıl lazımdır, burda idrak lazımdır. Burda o günün gözəlliyi lazımdır. Bax, bunu mən istəyirəm sizə deyəm. Yəqin ki, siz məni düzgün başa düşdünüz. Eşqdən başlayır hər şey, böyüklük. Beş adamda, on adamda eşq həmişəlik qalır. O birilərində azalır və bəzilərində dəhşət olur. Sonra başlayırlar bir-birini döyməyə, o dünənkilər. Qəribə şeydir. Ölürdülər ey bir-birindən ötəri. Xanımlıq ilan kimi baş qaldırır. Ağayla xanım döyür bir-birini. Təəssüf ki, belədir. Ona görə Mütləq olmalısan hər şeydə, Ailədə də. Yalnız Mütləq səni çıxara bilər belə vəziyyətdən. Nisbilik budur.

Sual (oxuyur): Füzulinin ən çox sevdiyiniz qəzəlini deyəsiniz…

 Cavab: Baş üstə. Onun bütün qəzəlləri gözəldr. Eşqdən ki, söhbət düşdü:

 Eşqdən canımda pünhan bir mərəz var, ey həkim.
Xalqa pünhan dərdimi izhar etmə zinhar, ey həkim.

 Var bir dərdim ki, çox dərmandan artıqdır mənə.
Qoy məni dərdimlə dərman eyləmə var, ey həkim.

 Gəl basıb əl nəbzimə, təşxis qılsan dərdimi,
Al əmanət, etmə hər bir dərdə izhar, ey həkim.

 Gəl mənim təbiri bihüdəmdə sən bir səy qıl.
Kim olan bu dərdə artıqraq kiriftar, ey həkim.

 (Zaldakılar alqışlayırlar – S.A.)

Sual (oxuyur): Asif Ata, bu yaxınlarda Adanadan, Türkiyədən gəlmiş Bozqurdların bir qrup nümayəndələriylə görüşünüzü eşitdik. Sizin fikirlərinizə, ideyalarınıza və ümumiyyətlə, Ocağa onların münasibəti və sizin özünüzün Türkiyədə mövcud olan indiki Bozqurdlara münasibətiniz.

 Cavab: Yaxşı sualdır. Mən müasir Türkiyədə yeganə türkçülük qüd­rə­tini Bozqurdlarda görürəm. Hərçənd bizim Bozqurdlar haqqın­da məlumatımız hədsiz dərəcədə azdır. Amma arifə, necə deyərlər, bir işarə də kifayətdir.
Bozqurdlar pantürkçülüyü saxlayırlar. Bozqurdların məqsədi türklüyü birləşdirməkdir. Bozqurdlar da Qərbə münasibətdə bizə yaxındır. Yeganə bizi bir-birimizdən ayıran, çox təəssüf ki, çox güclü ayıran o İslamçılıqdır. Onlar bunu başqa cür deyirlər ki, İslam bizim əlimizdə vasitədir, biz Şamançıyıq. Çox açıq söhbət oldu. Hədsiz dərəcədə açıq. Mən Ocağımızın bütün fikirlərini dedim. Müasir türk haqqında iradlarımı dedim. Mən elə bilirəm ki, Bozqurdlarla bizimki tutacaq.

Sual (oxuyur): Asif Ata, bu yaxınlarda Osmanlı imperiyasının yaranmasından bəhs edən quruluş filmi… (Sualı axıra qədər oxumur – S.A.).

Cavab: Yaxşı cəhətləri çoxdur. Nə xoşuma gəldi? Necə zərifdir türk, necə uşaq qədər safdır türk. Osmancıq necə də effektdən uzaqdır. Yeganə xoşuma… və ağsaqqallıq necə böyük şeydir. Xoşu­ma gəlməyən İslamçılıq oldu. Başdan-ayağa azan, azan, azan. O da yəqin ki, vəziyyətlə bağlıdır. Ləzzət aldım. Mənim üçün böyük həzz oldu. Çoxdandır mən belə həzz almamışdım. Türk haqqında fikrimə çox uyğun oldu o film. Ölüm məsələsi, bir-bir hamısının getməsi, Dədə Qorqud ideyası, gəlimli-gedimli dünya. O Türkiyə estradasının iyrəncliyindən sonra bu mənə çox doğma göründü. Türkiyə estradasında Türk yoxdur. Türkiyə estradasından sonra mən həmişə ürəyimdə deyirəm, yaşasın Fransa.

 Sual (oxuyur): Müqəddəs Ata, sizin dediyiniz o Ocağın bar verə­cə­yinə varlığım kimi inanıram. Ocağınızdan ürəyimdə bir köz, alov olaraq Ata adınıza, Ata mənasına, Ata Mütləqçiliyinə səcdə edirəm. Ocağımız sönməsin.

Cavab: Mən də sizin doğmalığınıza bel bağlayıram. Azərbay­canımız dünyaya işıq saçmalıdır. Dünya qaranlığa qərq olub. Onun xilası bizdədir. Bax, bu sevilməyən, balaca sayılan Azərbaycanda. Xoşbəxt olun, çox sağ olun.

Sual (oxuyur): Asif Ata, bu gedişlə bu ölü Azərbaycan nə zaman cana gələcək, nə vaxt Ruhani İntibah ürəklərdə, beyinlərdə qələbə çalacaq? Qəribə də olsa get-gedə alilikdən ibtidailiyə getdiyimiz açıq görünməkdədir.

Cavab: Əgər bugünkü gündə biz burda oturub böyük söhbətlər eləyiriksə, Azərbaycandan küsmək haqqınız yoxdur. Azərbaycan, – zahiri azərbaycanlılar, orta azərbaycanlılar, daxili azərbaycanlılar. Zahirən Azərbaycan dissident… o bir qatdır. Bilirsizmi, xalqın da qatları var. Mənəvi qatları da görmək gərək. Azərbaycan xalqına inanmamaq Ataya inanmamaqdır. Axı mən köklü azərbaycanlıyam, mənim qanımda pozuq yoxdur. Əgər bir adam varsa, onda 1000 adam olar. Sizin sualınıza belə cavab. Amma sizin o narahatlığınızı mən anlayıram.

Sual (oxuyur): Ruhani Allahsızlığı nə ilə izah edirsiniz?

Cavab: Allahsızlıq, öz-özlüyündə Mütləqsizlik olanda o, ateizm olur. Ateist üçün heç bir mütləq şey yoxdur, hər şey nisbidir, dialektikdir. Allah da əslində elə o nisbilikdir. Çünki Allah hökmdar­dır, Allah qorxudandır. Allahda hardadır o Mütləqilik. Ona görə nə Allah olmalıdır, nə Allahsızlıq. Mütləqilik olmalıdır. Mütləqə inan­maq lazımdır. Dünya Mənadan yaranıb. Dünya özündən böyük Mənadan yaranıb. Yoxsa dünya bu mənasızlıqda ölərdi. Siz deyirsiz ki, həyat pisdir, mən də deyirəm həyat pisdir. Həyat pisdir, amma Mənası yox. Deməli, həyat pis olmayacaq. Mütləq gec-tez yaxşı olacaq. Çünki o yaxşı Mənadan əmələ gəlib. Ona görə əsil İnam nə Ateizmdir, nə Marksist eybəcərliyidir, nə də bu Allah xurafatıdır. Dünyanın Mənası olubdur, Məna özü o dünyanı yaradıb. Lakin dünyada nə varsa, Mənadan aşağıdır. Hər şey nisbidir. Təzahür Mənadan aşağıdır. Xüsusi bu haqda bizim görüşümüz olacaq. Orda bunu təhlil eləyəcik. Bilirsizmi, həmişə ifrat meyillər olur. Ya gərək ateist olasan, ya da gərək Allaha inanasan. Belə deyil axı! Ateizm özü də pisdir, din də pisdir. Din insanı özünə inamdan təcrid eləyir. Dinlərin hamısında insana inamsızlıq var, mücərrəd Allaha inam. Allah özü bilir. Mən özümə inanmalıyam. Allahdan nə istəyirsən, özündən istə. Elə Allahı istəyə-istəyə bu günə qalmışıq. Əgər insana inam yoxdursa, orda inamsızlıq var. Bütün dinlər hamısı inamsızlıqdır. Allah özü verəcək, Allah – kərimdir. Mən özüm eləyəcəm özümü. Mən fəxr eləyirəm ki, mən Nəsiminin Yurddaşıyam. İnsan Allahdır sözü böyük sözdür. Dünya fəlsəfəsi ondan çox aşağıdır. İnanın mənə. Mən dünya fəlsəfəsindən dərs demişəm 20 il.

Sual (oxuyur): İnsanı Allah yaradıb, yoxsa insan meymundan… (sualı axıra çatdırmır – S.A.)

Cavab: Görürsünüzmü, bir tərəfdən də Darvinizm – İnsan mey­mun­dan yaranıb, insanla heyvan arasında fərq yoxdur. Cəfəngiyyat. Bütün insan dünyanın nəticəsidir. İnsanda ceyran da var, insanda şeytan da var, insanda daş da var. İnsan ancaq Mənaya bənzəyir. Ən çox göyə bənzəyir. Biz ən çox cansız təbiətə bənzəyirik, çaya bənzəyirik. Duyğularımızı yaxşı təhlil eləsək. Ona görə Darvinizm cəfəngiyyatdır. Allahdan yaranmaq, o da yenə cəfəngiyyatdır. Çünki yaradılan nə varsa, məhv olmalıdır. Yaranan da elə bir şey yoxdur ki, məhv olmasın. Yalnız özündən yaranan məhv olmur. Ona görə dünya məhv olmur, çünki özündən yaranıb. Bu haqda xüsusi söhbətimiz olacaq. İnsanla heyvan arasında yerlə göy qədər fərq var. İnsan ən çox, təkrar eləyirəm, göyə oxşayır. Cansız təbiət başdan-ayağa insandır. Şairlər qoy yazsınlar. Qoy şair yazsın ki, doğrudan da çay nəğmə oxuyur. Şairin böyük vəhyi olsun. Ata hər şeyi eləyər. Bunlar sizin işinizdir. Göyü mənə elə yarat ki, göydə insanı mən görüm. Çünki bu dünyanın mənası insandadır. İnsan bu dünyanın cüzi bir hissəsidir. Amma bütün Məna onun çiynindədir. Ədəbiyyat bunu verməyib. Heç kəs, heç kəs! Nə Avropa, nə də Şərq. Elə belə, ey gözəl təbiət… Sən mənə elə-belə təbiət demə. Sən mənə ağacı elə təsvir et ki, mən orda insan görüm. Eləmək olar onu. Mən görürəm. Qürub çağı, doğrudan, təbiət ağlayır. Yağış doğrudan göz yaşıdır. Bunun əvəzinə mənə deyirlər ki, əşi, nə göz yaşı. Bunlar hamısı nə bilim nələrin, hüceyrələrin birləşməsidir. Bunlar cəfəngiyyat. Hüceyrələr onun zahiri tərəfidir. Mən elə bilirəm ki, ədəbiyyat buna xidmət eləməlidir. Mənanı açmalıdır. Hadisəni açmağa nə var ki. Sən mənə demə ki, çay belə axdı. Sən mənə deynən ki, çay mahnısında nə eşidirdin. Kəşf elə. Mən tənqidçiyəm. Son vaxt əlimə əsər gəlir. Çox az vaxtda mən sevinirəm. Yazmağa bir şey yoxdur tənqidçi üçün. Çünki hadisəni mənə verir. Amma ulduzda özünü görmək… Mən indi ad çəkmirəm, bir nəfər mənim evladlarımdan biri o kəşf yazdı. Ulduzda mən özümü görürəm. Ulduzdan mən yazı yazıram. İnsan göyə oxşayır ən çox. Hərçənd yerdə yaşayır.

Sual (oxuyur): Ölümdən sonra həyat varmı? Ölümdən sonra fərdiyyatın davamı varmı?

Cavab: Ölümdən sonra həyat nə mənada. Nə varsa, burda qalır. İnsan özüylə yoxluğunu aparır. Varlıq burda qalır. Ağlın da, düşüncən də, sifətin də kiməsə verilir. İntəhası, ayrı-ayrı verilir. Bir zaman hamısı səndəydi. Sifət, əl, göz. İndi paralanır, parçalanır, kiməsə verilir. Birinə göz verilir, birinə əl verilir. Sonra nəyimiz var hamısı xalqda qalır. Qeyrətimiz də, fəlakətimiz də. Heç nə itmir, heç nə. Bədən də itmir. Əslində ölüm yoxdur.

Sual (oxuyur): Qiyamət günü sorğu-sualdan qorxmursan?

Cavab: Qiyamət gününün sorğu-sualından qorxmuram. Çünki mən Qiyamət gününü bu yerdə görmüşəm (gülür).

Sual (oxuyur): Müqəddəs Ata (fasilə verir 5 saniyə… Sualı astadan oxuyur – S.A.).
Çox yaxşı sualdır. (Sualı davam edir. Bu, Atadan Güntay adı almış Ərdəbilli bir oğlanın sualıdır. İndi Ocaqda deyil. Avropada yaşayır – S.A.)
Müqəddəs Ata, mən Cənubi Azərbaycanlı, sizin çıxışınızda iştirak edirəm bir Evlad kimi. Cənubi Azərbaycanda fəlsəfi duyğusuzluq başlayıb, Ocaq Amalını mənimsəməklə imkan əldə edə bilər və bütün Müstəqil Azərbaycan ola bilər. Çünki müstəqillik bu İnamla qurulub, bu şanlı tariximiz bütöv Azərbaycan coğrafiyasına sığışa bilər.

Cavab: Səninlə tamam razıyam. Bil və agah ol ki, bütün bu böyük hərəkatlar və çox kiçik, sayca kiçik, lakin möhtəşəm şəxsiy­yət­lər tərəfindən yaradılıb. Ad çəkmək fikrində deyiləm, peyğəmbər­lərin heç birinin birdən-birə mitinqi olmayıb. Peyğəmbərlər həmişə 10-10, 15-15, evladlarla bir yerdə olublar. Küçə-küçə gəziblər. Ona görə mən də səninlə razıyam. Cənubi Azərbaycanla birləşəcik. Vaxtı var. Çox işləməliyik.

Sual (oxuyur): Asif bəy, bu günlərdə yeni bir qəzetin buraxılışına başlayacıq. Bu, qeyri-rəsmi qəzetin adı Xürrəmdir. Bu qəzet Xür­rəmilər hərəkatı, Xürrəmilər dünyasının orqanıdır. Xürrəmilər haqda fikrinizi bilmək bizim üçün çox maraqlıdır.

Cavab: Mən belə hesab eləyirəm ki, Xürrəmilərin özlərinin dini olubdur, Məzdəkilərdən fərqli. Yoxsa onlara Məzdəkilər deyərdilər.
O dinin mənasını təxminən belə hesab eləyirəm – Fərəh. Xür­rəm’in iki mənası var: bilirsinizmi, həm nəşə, həm fərəh. Babəki sevməyənlər bizim böyüyümüzü, bizim fəxrimizi nəşəsevər adlan­dırır­dılar, həyasız adlandırırdılar, zındıq adlandırırdılar, lotu adlandı­rır­dılar. Guya ki, ildə bir dəfə nələr eləyirlər və s. işığı keçirirdilər və s. Bu, cəfəngiyyatdır. Mənim zənnimcə, mənim öz fəhmimə görə, Xürrə­milərin əsərləri mütləq olub və onları yandırıblar. Çünki Babək­dən qorxan Xəlifət o kitabları saxlayammazdı axı. Bunun mənası budur ki, insan fərəh üçün doğulub. Döyüşdə də fərəh var, məğlubda da fərəh var, kədərin özündə də var. Döyüşəndə də fərəhlə döyüş, öləndə də fərəhlə öl. Bu olmasaydı, 23 il Xəlifəti sarsıdammazdılar. Mən sizə uğurlar arzulayıram, sizin qəzetinizə. Əgər sizdə belə bir həvəs olsa, özüm də orda iştirak eləyərəm, Xürrəmidin haqqında öz fikrimi də hərtərəfli deyərəm. Uğurlar arzulayıram sizə.

 Əsil Atalı: Müraciət eləyiblər.

Ata: Çox yaxşı, mən hazır. İndi İslamçılar belə bir şaiyə düzəldirlər ki, əşi, Babək özü İslamçıydı. Utanmırlar. Heç olmazsa, Səid Nəfisinin əsərini oxuyun. “İslamçıydı, intəhası vətənpərvər idi”. Kimi aldadırsız? İslama qarşı, müsəlmanları qıran, dinsiz, zındıq, lotu, bir milyona qədər guya müsəlman öldürən, imansız, Səid Nəfisini oxuyun da. Kimi aldadırlar bu İslamçılar. Nə günə düşüblər? Niyə belə azğınlaşıblar bunlar?

Cavab: Çünki hökumət onlardan özlərinə seçki qabağı ordu düzəldir. Vəssalam. Bilə-bilə ki, bu ləyaqətsizlikdir, buna da gedirlər.

 Sual (oxuyur): Ali ehtiram, Mütləqim! Görünür aramızda molla var və mənə elə gəlir ki, onun daxilində ikilik peyda olub. Biri Mütləqə İnam, o birisi isə axirət sorğu-sualı. Mütləqə inam axirət qorxusu üstə… (sualı davam eləmir – S.A.)

Cavab: Əgər o molla bizim fəlsəfəmizi dərk eləyib sevinirsə, mən sevinərəm. Mən sevinərəm, çünki o, Azərbaycanlıdır. Lakin zorla yox. Onlar zorla eləmək istəyirlər, Atanı hədə-qorxuya çəkirlər. Gülüncdür Ataya hədə-qorxu gəlmək. Ata Atadır. Onun üçün qorxu yoxdur. Anadangəlmə məndə qorxu yoxdur. Mən də sizi hədələmirəm. Mən sizin səviyyənizə enmirəm.

Sual (oxuyur): Asif Ata, “İnsan Allahdır” ideyası türk təfəkküründə Sufilərdən, Hürufilərdən qabaq haçan təsvir olunub?

 Cavab: Türk təfəkküründən əvvəl bir ideya kimi, bir fikir kimi, konsepsiya kimi yox, Mənsur Həllacda. Mənsur Həllac fars idi. İndi bütün farsları da inkar eləməyək. O deyirdi ki, mən Onu o qədər sevdim ki, O oldum. Allahı, demək, Sufi Allahını, o barədə söhbə­timiz oldu. Sufi Allahı Məhəmmədin Allahı deyil. O bir fikir deyib və ondan sonra onu, bilirsiz də, dara çəkiblər. Çox böyük adam idi, mən ona baş əyirəm. Təəssüf ki, onun əsərləri gəlib çıxmayıb da SSRİ-yə. Mən doğrudan burdan tapdığımdan və öz fəhmim əsasında yaratmışam onun haqqında təsəvvürümü. Lakin “Cavidannamə” əsərində, artıq, Leninqradda var o, bilmirəm onu niyə tərcümə elə­mir­lər? Artıq burda böyük bir fəlsəfi konsepsiya, hətta mən deyərdim təlim səviyyəsində. Bir də ki, Nəsimi kimi şair var. Yerə-göyə sığmayan Nəsimi, yəqin ki, Mənsur Həllacdan qat-qat böyükdür, şair kimi. Ona görə biz deyə bilərik ki, türkündür bu ideya və Azərbaycanındır, Şamaxınındır, Şirvanındır və Bakınındır, Təbrizin­dir. Nəimi özü Təbrizliydi. Sonra Bakıya gəlmişdi, burda iqamətgahı vardı. Nəsimi də Şirvanlıdır. Sonra Hələbdə onu dabanından soydular. Dünya tarixində mən Hürufilərə bərabər şəxsiyyət də görməmişəm, təlim də. Vurğunam onlara, aşiqiyəm onların. Amma onları təkrar eləmirəm. Onları qanıma keçirirəm və itirirəm. Öz daxilimdə.

Sual (oxuyur): Xalq Cəbhəsi haqqında nə deyə… (sualı axıra çatdırmır – S.A.)

Cavab: Xalq Cəbhəsi indi mən deyən oldu, çox təəssüf. İndi qol­tuq­laşır. Bu gün, sabah lap qardaşlacaqlar, öpüşəcəklər. Hakimiy­yət həvəsindən böyük, deyəsən, onların həvəsi yoxdur. Azdan-çoxdan vətən eşqi də var. Lap belə mikroskopik. Ən çox da hakimiy­yət eşqi. Hakimiyyət eşqi ondan çox üstündür. Döyüş də ondan ötəridir. Məni də sal hökumətə, yoxsa çıxammazsan, özü də hədə-qorxu, lap bolşevizm kimi. Çıxmaq da olmur. Zorla gələn bizə heç nə vermir, zorla gəldi hamısı. Zorla gəldi Xəlifə, zorla gəldi faşizm, zorla gəldi rus kommunizmi. Bunlar bizə düşmür.
Düzdür, səviyyə bir az aşağı düşür. Eybi yoxdur.

Sual (oxuyur): Azərbaycan Xalq Cəbhəsinin xalqımızın aparıcı qüvvəsi olduğuna inanırsınızmı? Onun liderlərinə münasibətiniz.

Cavab: Xalqın aparıcı qüvvəsi, o biri qüvvə, belə şeylər hamısı Marksist kateqoriyalarıdır. Mən belə şeylərə inanmıram. Aparıcı kimdir görəsən? O biri kimdir? Mən bircə onu deyə bilərəm ki, camaat o dərəcədə əsəbidir, o dərəcədə narazıdır ki, heç kəsi təhqir eləmək istəmirəm ha, mitinqin başında bir xoruz qoysan, xoruz banlasa hamı gələcək. Heç bir böyüklük görmürəm mən Xalq Cəbhə­sində. İnstinkt. Xalqın özü dəhşətli vəziyyətdədir. Gərək məndən inciməyəsiniz. Çünki siz mənim fikrimi bilmək istəyirsiz. Özünüzün yəqin ki, tamam başqa fikriniz var. Qalın öz fikrinizdə.

Sual (oxuyur): Azərbaycan Xalq Cəbhəsinin, onun dünənki və bugünkü mövqeyi necə?..

Cavab: Azərbaycan Xalq Cəbhəsi demokratiya dalğasında yaranıb, yenidənqurma dalğasında yaranıb, kapitalistləşmə dalğasın­da yaranıb. Bunların da heç birini mən qəbul eləmirəm. Buna baxmayaraq, qoy öz işini görsün. Sual verməsəydiz, heç o haqda mən danışmazdım. O vaxta qədər ki, pislik eləməyəcəklər xalqa. Ata onları tənqid eləməyəcək. Hələ ki, pislik eləmirlər, elə bir yaxşılıqları olmasa da.

Sual (oxuyur): Müqəddəs Asif Ata, son günlər Xalq Cəbhəsinin fəaliyyəti haqda nə deyə bilərsiniz? Sizə elə gəlmirmi ki, yeni bolşevizm… Vəli Səmədli. (Sualı axıra qədər oxumur – S.A.)

Cavab: Bu suala mən cavab verirəm. Mən yenə deyirəm, camaatı mitinqə gətirməkdə heç bir dahilik yoxdur. Camaat dəhşətli dərəcədə, instinktiv dərəcədə üsyankardır. Xoruz olmaq bəsdir. Xoruz olmaq amma siyasət üçün bəs deyil axı. Xoruz olmaq camaatı çağırmaq üçün bəsdir. Amma dünya siyasətindən baş çıxarmaq üçün baş lazımdır. Hələ ki, Xalq Cəbhəsinin elə bir fikri yoxdur ki, onu başqaları deməsin. Hələ ki, Pribaltikalıların dediklərindən artıq bir şey demirlər. Və mən qəti əminəm ki, lap az qalıb ki, hökumətlə Xalq Cəbhəsi birləşsinlər. Lap az qalıb. Çünki başqa şey də alınmır. Mən isə heç kəsi mitinqə çağırmayacam. Mən belə-belə, bax bu cür, on-on, yüz-yüz öz əqidəmizi yayandan sonra xalqı ayağa qaldıracam. Əgər mən sağ qalsam, o vaxta qədər, qalmasam da onu mən bir vəsiyyət kimi evladlarıma qoyacam.

Sual (oxuyur) Yenə Vəli bəyin sualı: Asif Ata, Nemət Pənahlının təzədən meydana qayıtmasına sizin qənaətiniz. O, xalqı inandırıb öz arxasınca apara bilərmi?

Cavab: Nemətin yeganə müsbət cəhəti odur ki, deyəsən o, hökumətlə qoltuqlaşmır. Bu cəhəti çox yaxşıdır. Bütün qalan cəhət­ləri ilə Xalq Cəbhəsindən heç bir fərqi yoxdur. Bircə bundadır onun fərqi. Onlar birləşirlər, bu birləşmir. Bu müsbətdir. Əgər siz onu görsəniz deyin ki, Ata bunu yaxşı qiymətləndirir. O bir dəfə mənə zəng eləmişdi, sonra görüşəmmədik. Onun üçün mən deyirəm. Bunu saxlasın.

Sual (oxuyur): Azərbaycanda Prezident Şurasına və Xalq Cəbhəsinə münasibətiniz…

Cavab: Yaxşı sualdır. Mütəllibov və Qarayevin simasında. Prezident Şurası – əməlli-başlı təzə demokratik diktatura yaranır və bu demokratik diktaturanın müəllifi də Yeltsindir. Guya Sovetlər var, guya Ali Sovet var. Ali Sovetlə birtəhər oynamaq. Lakin əsas işi yenə də prezidentə vermək, yəni ki, icra hakimiyyətinin qüvvətlən­dirilməsi. Hələ bu ilk addım. Deməli, əsas o ideya ki, bütün hakimiy­yət sovetlərə, onunla demokratiya başlamışdı, o, ləğv olunub. Bu da həmin şeydir. Prezident olandan sonra, onun belə bir yekə şurası olandan sonra burda qanun, burda söhbət olacaq, orda iş olacaq. Burda getmələr, gəlmələr olacaq, orda hakimiyyət olacaq. Yavaş-yavaş, yavaş-yavaş elə təxminən əvvəlki Sovetin gününə düşəcək. Mən bunu görürəm. Nə qədər sovet olar. Üstəlik hələ Milli Məclis yenə də prezidentaltı. Dəhşətli prezidentaltılıq yaranıb. Prezidentaltı prefektlər. İndi daha icra komitələr ləğv olunur. Daha bunun nəyi demokratiya oldu ki?! Bu təzə demokratiyadır. Demokartik diktatura. Bir zaman yaşasın Stalin deyilib, indi deyəcəklər ki, yaşasın prezident və yavaş-yavaş deyəcəklər prezident ikinci dəfə seçiləcək, üçüncü dəfə seçiləcək və Ərəbistandakı vəziyyət. Guya ki, Sovet var, guya ki, deputat var, guya ki, nümayəndə var. Amma bütün hakimiyyət bir nəfərin əlində. Mütəllibov hakimiyyət üçün hər şeyə gedir, hər şeyə, bir günün içində… Bir günün içində Leninin başını kəsdilər onlar özləri. Lenin haqqında pis danışmaqdan ötəri adamın başını kəsdilər onlar özləri. Mən bunu deyə bilərəm. Haqqım var. İndi bunlar başını kəsirlər. Bir günün içində elan, dalbadal. Ondan sonra məscidə getdilər mollalarla, ondan sonra Quranı öpmək, ondan sonra aministiya. Hakimiyyətdən ötəri bu nə qədər fırlanmaqdır. Belə rəqs siyasəti çox azdır. Rəqsdir bu. Belə rəqs, belə fırlanma heç bir dəyirman maşını belə fırlanmır.

Sual (oxuyur): Tamerlan haqqında… (Tamerlan Qarayev nəzərdə tutulub – S.A.).

Cavab: Vallah, mən yaxşı tanımıram. Mənə elə gəlir ki, onun ciddiliyində bir az poza var. Bircə onu deyə bilərəm, o süni bir cid­dilikdir, o aktyor ciddiliyidir. Bilmirəm o lazımdırmı, həmişə gərək qaşını-qabağını çevirəsən. Mənim zənnimcə, öz-özünə gəlmə­li­dir. Onun o ciddiliyində qeyri-ciddilik hiss eləyirəm. Bircə bunu deyə bilərəm. Çünki xüsusi maraqlanmamışam. Yenə məndən inciməyin. Çünki sizə mənim həqiqətim lazımdır.

Sual (oxuyur): Keçmiş kommunistlərin Azərbaycan inqilabını qəbul etmələrini necə… (sualı axıra çatdırmır – S.A.)

Cavab: Keçmiş kommunistlərin əlacı nə idi? Kommunist Müsavat partiyasının bayrağını aldı, mən dedim ki, bu kommunistin axırı nə olacaq?! İndi kommunistlər hamısı antikommunist olurlar. İndi bu saat o kommunistlər antikommunistdirlər, ateistlər dindardır­lar. Süni bir oyundur. Kommunistlər içində ola bilsin ki, yaxşı adamlar var. Kommunist başçılarında bir əqidə var – hakimiyyət. Hakimiyyətdir onların anası da, atası da, bacısı da, qardaşı da hakimiy­yətdir. Ölürlər hakimiyyətdən ötəri. Çünki ayrı heç nələri yoxdur. Hakimiyyətdən çıxandan sonra, görürsüz, heç olurlar. Nə bir qələmləri var, nə bir əsərləri var. Nə olacaq? İstəmirlər də. Ona görə yapışırlar. Bir də mənə elə gəlir ki, Mütəllibov sözdə Qorbaçovu tən­qid eləyirsə də, Qorbaçovun əməlli-başlı ardıcılıdır siyasətdə. Onun kimi yüyürən, bic, ordan-ora keçən, burdan ora keçən… Bir nömrəli Qorbaçovçudur siyasətdə. Bir gün bu Xalq Cəbhəsini döydürdü, ikinci gün onları qılıqladı, qorxdu. Və qorxaqdır dəhşətli dərəcədə. Hiss eləyirəm  onu. Çox qorxaqdır. Dəhşət! Kişi ki, qorxaq oldu, dəhşət! Kişinin qorxağından qorx!
Bizi qovalamırlar ki?

Əsil Atalı: Çatmayacıq.

Asif Ata: Vay səni! İndi qovalayacaqlar bizi?

Sual (oxuyur): Sizcə Azərbaycanın tarixi genişlənməsi olubmu?

Cavab: Bəli, Midiya dövrümüz çiçəklənmə dövrü olub. Midiya dövrümüzdə bizə atlılar deyiblər, Xüsusilər deyiblər. Və Midiya dövrümüzdə Zərdüşt olub, 2000 il bundan əvvəl.

Sual (oxuyur): Müasir Azərbaycan parlamentinə və onun rəhbərliyinə münasibətiniz.

Cavab: Mənfi. Parlamentarizm bizdə alınmır. O, bütün insanda olan xüsusiyyətləri mən televizorda görürəm: şöhrətpərəstlik, özünü qabağa vermək, – televizorda məni göstərsinlər. Gülmək məni tutur. Dəhşətdir. Parlament deyil ki, bu. Döyüşmə, bir-birinə söymə. Allah eləməsin, az qalırlar ki, bircə lap belə an qalır ki, dursunlar bir-birinin boğazından yapışıb öldürsünlər. Bütün insanda olan pis cəhətləri mən görürəm. Şöhrətpərəstlik, balacalıq, paxıllıq. Psixolo­qam, mən bunu görməyə bilmərəm. İyrənirəm.

Sual (oxuyur): Hörmətli Asif Ata, 3 il bundan əvvəl, 88-ci ilin noyabr ayının 17-də Azadlıq meydanında xalqımız birləşmişdi. Dekabr ayının 4-dən 5-ə keçən gecədən qanlı gecəyə qədər bu hadisələrə münasibətiniz.

Cavab: Azadlıq meydanında xalqımız… əvvəl bu, məni hədsiz dərəcədə sevindirdi. Mənim o gün çox yaxşı yadımdadır və mən o zaman dedim ki, şükür, Azərbaycanlılar indi özləri uğrunda döyüşməyə başlayıblar. 20 yanvar fəlakətini də mən izlədim və s. və i.a. Çox təəssüf ki, bütün o zəhmət, bütün o dəhşət hamısı Azərbay­canın istiqlalına yox, demokratiya və Quramaçılıq tələsinə düşməsinə gətirib çıxardı. Heç bir nəticə ordan əmələ gəlmədi. Lakin mən yenə o fikrimi təkrar eləyirəm, mən onda bilmirəm kim gəlmişdi mənim yanıma, dedim ki, Azərbaycan tarixində neçə əsrdir ki, belə şey olmamışdı. İndi azərbaycanlılar özləriylə məşğul olmağa başlayıblar. Müsbət hesab eləyirəm bu işləri nəticəsindən asılı olmayaraq. Yaxşı sual idi.

Sual (oxuyur): Respublikada vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Cavab: Çıxış yolunu bu saat deyə bilmərəm. Çətindir. Mən bircə onu deyə bilərəm ki, bir neçə il Azərbaycanı çox çətin günlər gözləyir və son nəticədə Azərbaycan özünün əsil, müstəqil mahiy­yətinə qayıtmalıdır. O haqda mən dedim, siyasi müstəqillik: SSRİ-dən ayrılmaq, heç bir sazişə qol çəkməmək. Deyəsən çəkəcəklər. Rusiya təsirindən ayrılmaq, Qərbçiliyin təsirindən ayrılmaq. Əslində yol getmək, uzun yol. Çox ağır və çətin. Lakin qələbə o zaman olacaq ki, Azərbaycan özünü bütün dünyaya qarşı qoya biləcək bir qüdrət olsun. Bunun üçün Cənubi Azərbaycan məsələsi…

Sual (oxuyur): Lenin yəhudidir. Mümkünsə fikrinizi əsaslandırın.

Cavab: Bəli, Leninin yəhudiliyi haqqında mən bir ensiklope­diyada da oxumuşam. Deməli, Leninin babası Kalmıkdır, bunu mən ensiklopediyada… Ümumiyyətlə, Lenində rus qanı çox azdır. Demək, babası kalmıkdır əməlli-başlı. Elə monqolluq da Leninin sifətində bilinirdi, var idi. Onun babasının arvadı olub rus. Rusluğu bircə bunda olub. Babasının arvadı, nənəsi olub rus. Atası yarı rus, yarı kalmık olan Şved yevreyindəndir. Leninin anası Şved yevreyidir. Və bunun qanı kalmık, yevrey, bir az da rus, birləşib bir yerdə. Demək ki, kalmık, rus və yəhudi. Stalinin yəhudiliyi haqqında mən çox axtardım, tapa bilmədim. Məncə, o, yəhudi deyil, məncə, o, Osetindir. Osetinlər o cür olur – çox soyuq, az danışan, çox bic. Gürcü deyil, şübhəniz olmasın. Gürcü Şevardnadzedir, çox danışan. Nə qədər danışmaq olar?!

Sual (oxuyur): Hörmətli Asif Ata, Ağamalıoğlu haqqında…

Cavab: Ağamalıoğlu çox belə ziqzaq bir siyasi xarakterdir. O, əvvəl sosial-demokrat olub. Sosial-demokratdan sonra millətçi olub. Müsavat partiyasıyla əlaqə saxlayıb. Ondan sonra menşevik olub. Sonra, həm də deputat olub. Və həmin o Ağamalıoğludur ki, parlament iclasında durub çıxış eləyib ki, Türkiyə bizim üçün əsasdır. Qoy ruslar gəlsinlər Türkiyəni xilas eləsinlər, guya. Və birdən-birə belə bir adam – Müsavat hökumətinin, Milli hökumətin üzvü gəlib olub Azərbaycanın bolşevik prezidenti. Belə adamlara mənim heç bir hörmətim yoxdur. Adamın nə qədər siması, nə qədər əqidəsi olar?! Onu Kremldə basdırıblar bilirsiniz. Sonra Bakıya gətiriblər. İlk Bolşevik prezidentiydi.
Yaxşı sual olardı, hayıf ki, onu vermədiniz, Nəriman haqqında Atanın fikri. Elə burda deyim onu. Bəzilərində belə ideya var ki, Nəriman doğrudan xalqdan ötrü ölürdü. Bu səhvdir. Mən çox baxdım bununla əlaqədar, çox fikirləşmişəm, oxumuşam. Nəriman Nəriman­ov Bakının daşnaklar tərəfindən zəbt olunmasını, doğrudan da, ürəyinə salmışdı. Hər kəs elə olardı. Sən özün Bakının Başçısı olasan, guya, bütün idarələr hamısı erməniləşə, bütün böyük yerdə hamısı ermənilər ola, ruslar ola, özü də erməninin daşnak olduğunu bilə-bilə. Yəqin ki, burda hər kəs, çox belə murdar adamlardan başqa, hamı bunu qəlbinə sala bilərdi. Və Nərimanovun Leninə yazdıqlarını mən başa düşürəm. Stalinə yazdığını mən başa düşürəm. Doğrudan həyəcanlanırdı. Lakin kommunist kimi o, Azərbaycanı necə sevə bilərdi ki, kommunizmin məqsədi millətlərin bir-birinə “qovuşmasıdır”, yəni millətlərin itməsidir. Belə bir adamın nə millət­çiliyi ola bilər?! Ona görə Nərimanov haqqında mif düzəldiblər, əsatir düzəldiblər, – guya ki, bu sonradan bədbəxt oldu. O ki, qaldı niyə sonradan öldürdülər, o başqa məsələ. O, hakimiyyət uğrunda döyüş idi. Stalinə beləsi lazım deyildi. Stalinə özünün əlaltıları lazım idi, – Şərqin Lenini. Şərqin Lenini Qərbçidir. Lenin dəfələrlə, Marks dəfələrlə deyib ki, Şərqin Qərbləşməkdən başqa xilası yoxdur. Ona görə də, belə əfsanələrə inanmayın. Bizim onsuz da böyük oğullarımız çoxdur. Yalançı böyük oğullar bizə lazım deyil.

Sual (oxuyur): XIX əsr Azərbaycan ədəbiyyatının fəlsəfəsi, fəlsəfi mənası haqqında danışasınız…

Cavab: Azərbaycan ədəbiyyatının fəlsəfəsi Hüseyn Caviddə var yalnız. Fəlsəfi səviyyə deyək də. Hüseyn Cavid o Hüseyn Cavid idi ki, Qərbə meyil eləmədi. “Mədəniyyət, sonu vəhşət” dedi və Füzulinin məhəbbət idealını davam elətdirdi. Eşq ideyasını “Şeyx Sənan”da və Topal Teymurda Pantürkizmi. O birilər, Sabir, böyük şair idilər, doğrudan da, böyük şair idilər. Onların hamısının sosial-demokrat illüziyası vardı, təəssüf ki. Sosial-demokratizmdə heç bir fəlsəfi səviyyə yoxdur. Bir də Hadi. Bəlkə bu həftə Atanın Hadiylə bağlı bir yazısı çıxdı, “Ədəbiyyat”da. Hadi tamam başqa. Hadi təqlidçi deyildi. Amma Hadi bəşəriyyətin dairəyə düşməsini, pessimiz­mini göstərirdi. Ümumən XIX əsr Azərbaycan ədəbiyyatı fəlsəfi səviyyədən məhrum idi, təəssüf ki. Çox siyasətlə məşğul idilər. O da lazım idi. Çox böyük işlər gördülər, – demokratiya, İslamın pis cəhətlərinə qarşı döyüş. Amma fəlsəfi bir ideya vermədilər, çox təəssüf. Sosial-demokratiya qoymadı, bilirsizmi. Müəyyən dövrdə İslam imkan vermədi ki, Şərq fəlsəfəsi inkişaf eləsin. Hamısı başladılar indiki Marksçılar kimi şərh eləməyə. Onların özlərinin fikir səviyyəsi olmadı. Sonra da XX əsr. XX əsr  sosializm ideyasıdır, hamını avara elədi, ayırdı fəlsəfədən, o cümlədən Azərbaycanı.
Yaxşı sualdır. Bunu da mənim Evladım Göylü yazıb. Mənim “sonbeşiyim”. Yox, iki “sonbeşiyim” var mənim, biri də Elana.

Sual (oxuyur): Azərbaycan şairləri – Molla Vəli Vidadi, Mirzə Şəfi Vazeh və qadın şairləri Aşıq Pəri, Xurşudbanu Natəvan xanıma münasibətiniz…

Cavab: Xurşudbanu Natəvan xanıma münasibətim əla. Az yazıb, özünəməxsus yazıb. Hər halda, Əlağa Vahiddən qat-qat daha böyük qəzəlxandır. Molla Vəli Vidadi və Molla Pənah Vaqif, bunlar Aşıq sənəti ifaçılıq baxımından çox yaxşıdır. Böyük məzmun yoxsa da, forma cəhətdən çox böyükdür. Mirzə Şəfi Vazehin fəlakəti onda oldu ki, o, özünün əsərlərini yazmırdı. Ona görə onun haqqında söz demək çox çətindir. Şeir axı sözdür. Şeir dildir. Buna görə icazə verin, bu suala mən cavab verməyim. Şeir ayrı şeydir. Şeir, söz hər şeydir. Füzulidən də dərin fikirli adamlar var, Füzulidən də dərin fikirli filosof var, amma heç kəs belə deyə bilmir axı:

Kimi ki, dustu dedim,
Düşməni qan oldu mənə.
Düşmən öz bəxtin
Kimdir bəyəm.

Burda böyük fəlsəfə guya yoxdur. Amma burda necə gözəllik var.

Şəmi-şami firqətəm, sübhi vüsalı neylərəm.
Bulmuşam yanmaqda bir hal, özgə halı neylərəm.

Bunu demək lazımdır axı. Ona görə mən bilmirəm Mirzə Şəfi Vazeh nədir. Çünki onu mən Aslan Aslanovun tərcüməsində oxuyu­ram. Aslan Aslanovun talantı yoxdur. Gah filosofdur, gah bilmirsən nədir. Hər yerdə elə eynidir. Ortadan aşağı. Heç yerdə bir şeyi yoxdur yazığın. Götürüb onu tərcümə eləyib. Novruz Gəncəli tərcümə eləyib. Novruz Gəncəli hələ bir şair olsun, sonra tərcümə eləsin.
Aşıq Pəri, Xurşudbanu Natəvan. Aşıq Pəriyə münasibətim əladır. Aşıq Pəri qadın Ələsgərimizdir. Çox təəssüf, vaxtımız yoxdur. Onlardan mən şeir də bilirəm. Əzbər də deyə bilərəm. İntəhası, mənim zənnimcə, Asif Atanın işi deyil, burda şeir demək. O, bir az bizim səviyyəni aşağı salar. Füzuli ayrı.

Sual (oxuyur): Müqəddəs Ata, “Fikir Evi”nə gəldim, insanın dünyadan yüksək olan Mənasına inandım. Atada insanın mənasını gördüm. Bütün bunlar müqəddəsliyinizi necə tamamlayır?

Cavab: İndi əməl eləmək lazımdır. Sabahda, elə bu gündən etiba­rən yaxşı nə varsa… mənfi nə var at, nisbini qəbul eləmə. Bir az amansız səslənir. Öz-özünə de: Mənim bu dostum doğrudanmı dostdur mənə? Doğrudanmı məndən ötrü yaşaya bilir? Gördün yaşaya bilmir, tək qal. Bax, bununla başla. Ömrünü dəyiş, mənim bu müəllimim doğrudanmı böyük müəllimdir? Bəlkə yalandır. Nisbini at, sil ömründən. Bundan başla. Görəcəksən ki, bu nə böyük işdir. Elə iş budur. Ruhani iş. Hamımız. 99 faizimiz nisbiylə barışmışıq: “Şükür Allaha, elə bunu mənə verdi”. O da yenə bir az ondan gəlir. Bəsimdir, neyləyirəm mən Mütləqi, nə Mütləq?! Yox, Mütləqsiz insan yaşaya bilməz. İnsan heyvan deyil. Ya hər şey, ya da heç nə. Tək qalıram, nə olar ki, tək qalıram. Amma özümü aldatmıram.

Sual (oxuyur): Atam Mütləqim, dediniz ki, Ocaqçı səviyyəsində olan Leyliylə birləşmək olar. Mənim Leylim Ocaqçı səviyyəsində deyil. Lakin Mütləqə inandırmaq üçün, özümdəki alovun gücünə inandığım üçün bu işi, yəni onu bu səviyyəyə qaldıracağıma inanıram. Ruhani gücüm vasitəsiylə.

Cavab: İnanırsan, sənə bu işdə uğurlar arzulayırıq.

Sual (oxuyur): Asif Ata, Mən bu yaxınlarda sizin “İnam və şübhə” kitabınızı oxudum… (Sualı axıra çatdırmır – S.A.)

Cavab: Bilin və agah olun. Atanın əsil kitabları hələ çap olunmayıb. Bunu elə-belə demirəm. Yəqin ki, vaxt olacaq, çap olunacaq.
Tənqidçiliyimi inkar eləmirəm, tənqidçiliyimi ayağım hesab eləyirəm. Filosofluğumu başım hesab eləyirəm, Ocaqçılığımı ürəyim.

Sualın davamı: …Belə bir fikir diqqətimi cəlb etdi: İsmayıl Şıxlı Cahandar Ağa surətiylə Azərbaycan Sovet ədəbiyyatını yeni bir bədii xarakterlə zənginləşdirmişdi. Fikir ürəkdən deyilir, yoxsa senzura?

Cavab: Bəli, Azərbaycan ədəbiyyatına görə, Sovet ədəbiyyatına görə həmişə mülkədar kim olub? – Azğın, murdar, ondan sonra əyyaş. Burda heç olmasa, Cahandar ağa xalq deyirdi. Görürsüzmü, nələr eləyir. Bəli, mən Cahandar ağanı senzura xətrinə demirəm. Cahandar ağa o dövrün, doğrudan da, qeyri-adi, gör nə günə düşmüşük ki, adi bir adam bizim gözümüzdə qeyri-adiydi. O zama­nın xüsusiyyətidir, Atanın xüsusiyyəti deyil. Ümumiyyətlə, mənim tənqidçiliyimi də oxuyun. Orda başdan-ayağa antimarksizm görəcək­siniz. İndi deyilənlərin hamısını orda görəcəksiniz. Bir az yaxşı oxuyun, diqqətlə. Ağırdır onları köçürmək. Silirdilər, bir də yazırdım. Silirdilər, bir də yazırdım. Senzura dəhşət idi.
Hə, sonra, gəlin, belə eləyək, sualımız çoxdur, hamısını mən deməyə hazıram. Sizdə o güc varmı? Yoxsa qalsın sonrayamı? İndi baxın, hələ ki, bir-ikisini deyək. Çünki mən istəmirəm sizə borclu qalım.

Sual (oxuyur): Dünyada sizin üçün ən əziz nədir?

Cavab: Həqiqət!

Sualın davamı: Elə bir əziz şey varsa, o nədir? Sizin sitayiş etdiyiniz şəxsiyyət.

Cavab: Bu saat sitayiş etdiyim şəxsiyyət yoxdur. İnciməyin, həqiqəti mən deyirəm. Bir zaman cavanlığımda olubdur, İsa Peyğəm­bər olubdur, sonra Hegelə sitayişim olmasa da, hörmətim olubdur. Sonra ki, məndə o böhran əmələ gəldi və gördüm ki, bu dünya hələ olmayıbdır. Əslində heç bir böyüklük aşkara çıxmayıbdır hələ. Bəlkə indən sonra yarandı hamısı. Ondan sonra mənim heç kəsə sitayişim olmadı, indi də yoxdur. Lakin Nəsimi şəxsiyyətinə, onun saflığına mənim ömrümdə yer var, yəni ki, o, həmişə mənimlədir. Görürsüz, mən heç bir aktyorluq eləmirəm, deyə bilərdim ki, var.

Sual (oxuyur): Asif Ata, din nədir, fəlsəfə nədir, filosof kimdir?

Cavab: Din – yalan inam. O dünya cəfəngiyyatı, Allahı yaratmaq və qismətçilik. Fəlsəfə – Həqiqətin ağıl vasitəsiylə dərki. Filosof – dünyanın, həyatın, insanın mahiyyətini dərk eləyən. Özünü yox ha, Mahiyyəti. Mahiyyətə enən. Filosof odur. Peyğəmbər – filosofluğun vəhy səviyyəsi. Artıq sənin üçün həqiqət ömrünün mənası olur. Onu sən təbliğ eləyirsən, ondan ötrü ölümə gedirsən. Onu başqalarına verirsən, belə.

Sual (oxuyur): Asif müəllim, sizin Evladınız olmadan insan olmaq mümkün deyilmi?

Cavab: Yəqin ki. Əgər bacarırsınızsa eləyin. Lakin hər halda ən doğru yol bizim Ocaqdır, mərasimlərdir, qardaşlarınız-bacınızla ünsiyyətdir. Məncə, ən doğru yol odur. Ocaqdır! Vaxtımız azdır deyin mən qısa deməliyəm.

Sual (oxuyur): Pantürkizm, panislamizm təzad deyilmi?

Cavab: Bəli, pantürkizm, panislamizm təzaddır. Yəni panislamizm ümumi müsəlmançılıq. Amma ərəb öz milliliyini saxla­yır ha. İncə şəkildə. Necə ki, rus kommunizmdə özünü saxlayırdı hər mənada. O da bir siyasətdir. Pantürkizm – millətçilik. Panislamizmdə millət yoxdur, mahiyyətcə. Hamı müsəlmandır. Pantürkizm – millətçilik. Tamam bir-birinin əksinədir.

Sual (oxuyur): Ocağımızın məqsədi indiki səviyyədə… (Sualı axıra çatdırmır – S.A.)

Cavab: Ocağın məqsədi Mütləqə İnam vasitəsiylə insanlaş­dırmaq. İnsanlaşdırma vasitəsiylə Müqəddəs Azərbaycan yaratmaq. Müstəqil Azərbaycan vasitəsiylə Şərq özümlüyünə çatmaq və Ruhani Cəmiyyət yaratmaq. Müqəddəslik vasitəsiylə təzə dünya yaratmaq. Birinci dəfədir, uydurmasız və yalansız.

Sual (oxuyur): Zərdüştçülük necə yaranıb, nə vaxt?

Cavab: Zərdüştçülük indiki eradan əvvəl altıncı əsrdə. Yəni ki, Buddadan bir əsr əvvəl yaranıb, Midiyada yaranıb. Zərdüştün ömrü haqqında məlumat çox azdır. Ümumiyyətlə, peyğəmbərlər haqqında bilirsiniz ki, bilik azdır. Şairlərin tərcümeyi-halı daha yaxşı öyrənilib. Lakin o aydındır ki, hardasa Cənubi Azərbaycanın Şiz adlı bir şəhəri olubdur. İndi deyəsən o, yoxdur. Zəlzələdən sonra, deyəsən, məhv olubdur. Cənubi Azərbaycanda bununla məşğul olsunlar. Gör indi orda Şiz şəhəri varmı? Orda həyata gəlib, sonra onu Midiyadan qovalayıblar. O gəlib bizim Muğana və əsas bizim Muğanda öz fəlsəfəsini təbliğ eləyib addım-addım. Bizim bildiyimiz budur. Türk aləminin ən böyük simasıdır. Bizim fəxrimizdir. Bütün Azərbaycan ədəbiyyatına təsir eləyibdir.

“Şəmi-şamı firqətəm
Sübhü vüsalı neylərəm”.

 Həmin o işıqdır. Hürmüzd işığıdır. Vaxtımız yoxdur. Sizin vaxtınız olsa, Zərdüştdən “işıq” adlı kitab yazın. Bütün Azərbaycan ədəbiyyatını təhlil eləyə biləcəksiz, bütün fars ədəbiyyatını – hamısını. “Zərdüşt İşığı” adında bir əsər yazın. Kömək eləyəcəm sizə. Mənim vaxtım yoxdur. Fikirlər o qədər çoxdur ki, hamısını mən qavrayammıram da, yığışdırammıram da. Yaşla bağlıdır yəqin. Bunu mən eləyəmməyəcəm. Amma sizin içinizdə beləsi olsa, mənim evladlarım, mən ona kömək eləyəcəm. İdeyalarımı sizə bəxş eləyərəm. Zərdüştdən gəlib çıxacaqsız Cəlaləddin Rumiyə, gəlib çıxacaqsız Ömər Xəyyama, gəlib çıxacaqsız Füzuliyə, gəlib çıxacaq­sız lap Hüseyn Cavidə. Yaxşı iş olar bu. Bu, artıq ədəbiyyatşünaslıq olmaz, ədəbiyyat fəlsəfəsi olar ki, o da bizə çox lazım olar.
Gəlin, belə eləyək, çox təəssüf ki, suallar o qədər çoxdur, məni sevindirir, inanın ki, sualın hamısına cavab verəcik. Bu gün isə qurtaraq.
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Yerdən Ocaqçılar: “Atamız Var olsun!”
(Gurultulu alqışlar – S.A.)

 Asif Ata: Fərəhinizi Fərəhsizlərdən qoruyun, fərəhsizlərə fərəh aparın!

 

 13 Yağış Ayı, 13-cü il. Bakı.

(noyabr, 1992)

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv