Xaliq Bahadır Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası

Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni separatizminə, erməni terrorizminə biryolluq son qoyulacaq, yalnız Qarabağda deyil, bütün Azərbaycanda uzun sürəli dinclik dönəmi başlayacaqdı. Biz böyük arxayınçılıqla uzağı beş-altı günə gerçəkləşəcək bu günü gözləyirkən, bu günün sevinci ilə yaşayırkən, ortaya Ölkəmizin özülünə mina qoymaq yerində bir bildiri-öhdəlik çıxarıldı.

Biz bizdən sonra gələnlərimizin bir daha erməni separatizmi-erməni terrorizmi-erməni qırğınları ilə üzləşməyəcəklərini düşünüb arxayınlaşırkən separatçı-terrorçu erməniliyin başlıca arxa-dayağı olan Rusiya imperializminin gecəylə Qarabağa soxulması faktı ilə üzləşdik.

İlk günlərdəncə biz Az TV-lərin hay-küylü “sülhməramlı” propaqandasına qarşı çıxaraq sosial şəbəkədə xalqa gerçəyi anlatmağa çalışdıq: gələn doğru “sülhməramlı” deyil, İŞĞALÇI Rusiya ordusudur! Bir yandan “milli birlikdən” dəm vuran, o biri yandan xalqla-müxalifətlə polis, trol diliylə danışan rejim trollarını qabağa verməklə bizi susdurmağa çalışdı. Yalnız trollar deyil, gerçəkdə nə baş verdiyini anlamayaraq rejim propaqandasına aldanıb bildiri-öhdəliyi bayram edən, trollara qoşulub bizə qarşı çıxan xalq da Rusiya ordusunun Qarabağdan qovulmaqda olan erməniliyin yardımına gələn İŞĞALÇI Rusiya ordusu olduğunu görüb-anlayaraq trollarla bir “cəbhədəki” savaşa son qoydu.

Başlanğıcdan bizə qarşı çıxaraq “hələ qoyun görək nə olur” deyən bir sıra “ağsaqqal” baxışı sərgiləyənlərin də indi gerçəkdə nə baş verdiyini anladıqları görünməkdədir. Ancaq bu hamı demək deyil; hələ də yaxında-uzaqda göydən üç alma düşəcəyini düşünüb gözləyən çoxlu yurddaşımız, soydaşımız var. O üzdən də aşağıdakı qısa xronologiyanı yaxın-uzaq bilgisiz, unutqan yurddaşlarımıza, soydaşlarımıza ərməğan etmək gərəyi yarandı.

Din böyükləri başda olmaqla, ermənilər (ermənilik!) açunun harasında olur-olsun, üstün gücü iyləyib-çüyləyib tapmaq, sonra da o gücdən gərəyincə yararlanmaq ustalarıdır. Rusiyanın I Pyotr dönəmində də belə olmuşdu. Avropada çox yaxşı dərs alan I Pyotr Rusiyaya olduqca böyük planlarla qayıtmışdı.

Gərəkən əkləmə. Moskva Dövlət Universitetinin professorları Q.V.Nosovskinin, A.T.Fomenkonun yazdığına görə, Rusiyadan Avropaya gedən Pyotrla Avropadan Rusiyaya qayıdan (başqa cür desək, göndərilən) Pyotr başqa-başqa adamlar olmuşdular (bax: AST, Moskva, 2009). Pyotr Rusiyaya böyük bir yönərgə-baqajla dönmüşdü. O yönərgə-baqajda başlıca yeri Rusiyanı Türk dövlətindən antiTürk dövlətinə dönüşdürmə projesi tuturdu. Pyotr Rusiyaya gələn kimi bu projeni gerçəkləşdirməyə girişmişdi.

Dəmirqapı (Dərbənd) o çağadək Altaydan sonra Tanrıçı xristianlığın yayıcı Ocağı sayılırdı. Ardıcıl, etkili reformalar yoluyla Rusiyanı gücləndirən Pyotr  çox keçmədən Dəmirqapını tutdu (1722-ci il). Bu, Rusiyanın üzü güneyə genişlənməsi, eləcə də Böyük Azərbaycanı bölüb-parçalaması, Azərbaycan topraqlarını qonşular arasında pay-püşk etməsi sürəcinin başlanğıcı oldu…

Katalikosların Avropadan Hindistanadək apardıqları qızğın, eləcə də effektli propaqanda sonucunda ermənilər Avropadan Hindistanadək dağınıq yaşadıqları ölkələrdən Rusiyaya axışıb doluşur, gündən-günə güclənməkdə olan Rusiyanın qoruması altına çox böyük istəklə girirdilər. Bir sıra faktlardan göründüyü kimi, min illər dövləti olmayan ermənilər özləri dövlət qurmaq istəyində bulunmur, Rusiyada yerləşmək, güclü Rusiya dövlətinin qanadı altına sığınmaq istəyirdilər. Ancaq yönərgə başqa, proje başqa idi. Pyotrun istəyi Asiyada, Qafqazda, daha doğrusu,  Azərbaycanda xristian dövləti yaratmaq idi. Çox ola bilsin, bu proje ona Avropadan, konkret desək, Vatikandan ötürülmüşdü.

1667-ci ildə Rusiyanın QORUMASI ALTINA ALINMA ÖHDƏLİYİnə uyğun olaraq çar Rusiyası ilə ermənilər arasında ÖZƏL İLİŞKİLƏR quruldu. Rusiya qoruması altında ERMƏNİ VİLAYƏTİ yaratmaqla bağlı katalikos İsrail Ori Avropa ölkələrinə gedib erməni vilayəti yaratmaqla bağlı propaqanda aparmağa başladı.

1711-ci ildə Osmanlı dövləti ilə Ukraynanın Prut çayı yaxınlığındakı savaşa yollanan I Pyotr senata göndərdiyi “Bizimkilər qayıdandan sonra nə etməlidirlər” başlıqlı göstərişində ermənilərin İrandan (o çağlar Qacarlar dövləti) Rusiyaya köçüb gəlmələrini stimullaşdırmağı başlıca dövlət görəvi olaraq göstərirdi.

İsrail Orinin I Pyotrla sıcaq görüşləri sonucunda çar Pyotr ermənilərin Azərbaycana köçürülməsindən dolayı buyruq vermişdi. I Pyotrun erməniləri Azərbaycana köçürmə buyruğunun bugünümüz baxımından olduqca ilginc tarixi var: 1723-cü il 10 noyabr. Bax, belə!

1726-cı il fevralın 26-sında I Yekaterina ermənilərin qoruma altına alınması ilə bağlı yeni buyruq vermiş, bundan sonra onların İrandan, Türkiyədən İrəvan xanlığı topraqlarına köçü daha hızlı xarakter almışdı.

Hindistanda yaşayan İosif Emin erməni dövləti yaratmaq önərisi ilə 1760-cı ildə Yelizaveta Petrovnaya başvuruda bulunmuşdu.

1763-cü ildə Rusiyada ayrıca üstünlüklər qazandırmaqla erməni icmaları yaradıldı.

1768-ci ildə II Yekaterina da erməniləri qoruma altına almaqla bağlı ayrıca buyruq verib.

Həştərxanda yaşayan Movses Safarovla Nevsen Arqutyan, Hovanes Lazaryan 1780-ci ildə çarla ayrıca danışıqlar apararaq Türkiyə ilə İran sınırları arasında erməni dövləti yaratma önərisində bulunublar. Ancaq 1796-cı ildə II Yekaterina öldüyündən durum dəyişib.

Knyaz G.A.Potyomkin 1783-cü il mayın 19-da II Yekaterinaya yazırdı: “Girəvə düşdükcə Qarabağı ermənilərin gözətiminə verməklə Asiyada bir xristian dövləti yaratmaq üçün gərəkənlər edilməlidir”.

1797-ci il oktyabrın 1-də I Pavel 2000  (iki min) erməninin Qafqaz boyunca yerləşdirilməsi üçün buyruq verib.

Rusiya qoruması altında olan ermənilərin Azərbaycan Türklərini sıxışdırması üzündən 1801-ci ildə Batı Azərbaycandan (indiki “Ermənistan”) Türklərin ilk köçü baş verib.

Birinci Aleksandrın çarlığı dönəmində (1804-cü il) rus qoşununun ardıcıl basqılarına dözə bilməyən 5-6 min Azərbaycan Türkü Loru-Pəmbəkdən Qarsa köçüb getməli olub. Onların atıb getməli olduqları ata-baba yurdlarına 2 min erməni köçürülüb yerləşdirilib.

1802-ci ildə İ.Nikolayın verdiyi buyruqdan sonra ermənilər Polşadan Dəmirqapının yan-yörəsinə köçürülüb.

1828-ci ildə (21 mart) I Nikolayın buyruğu ilə İrəvan xanlığı ilə Naxçıvan xanlıqlarında “Erməni vilayəti” yaradıldı.

Ermənilər o çağlar Rusiya qoruması altında daha çox Rusiyanın özündə yerləşməyə can atırdılar. Bu canatımının gerçəkləşməsinin qarşısını o dönəm Qacarlar dövlətində (indiki İran) Rusiyanın böyükelçisi olan A.S.Qriboyedov aldı. Böyükelçi görəvi ilə bağlı ermənilərin Rusiyaya köçürülməsi işlərinə Qriboyedov başçılılq edirdi. Qacarlar dövlətində olduğu dönəmdə çoxsaylı ilişkilərdən ermənilərin xarakterinə, psixologiyasına yetərincə yetik olan Qriboyedov çar I Nikolaya məktubunda (1828) yazırdı: “Əlahəzrət, ermənilərin orta rus topraqlarında yerləşmələrinə yol verməyin. Onlar elə tayfadırlar bir neçə on il yaşayandan sonra bütün dünyaya bu topraqların onlara ata-babalarından qaldığını bağıracaqlar”. Bax, İranla Türkiyə sınırlarında bərkinməyə çalışan Rusiya imperializminə qorxu doğuran o sınırlarda belə bir qorxulu tayfanı yerləşdirmək gərək idi. Ermənilər o sınırlarda Rusiya imperiyasına başqa bir baxımdan da olduqca yararlı idi. Min il qabaq yunan coğrafiyaçısı Strabon yazırdı: “Ermənilər qoşunun ayağının altını qazan xalqdır”. Bu baxımdan da ermənilər İranla Türkiyə sınırlarında Rusiyaya olduqca gərəkli idilər. Xocalı soyqırımının başında duranlarından olan terrorbaşı S.Ohanyan yırtıcı erməni xarakteri sərgiləməklə demişdi: “Dağlıq Qarabağ da, çevrəsindəki yeddi rayon da Azərbaycana verilməyəcək”.

1836-cı ildə katalikos Nersesin ardıcıl çalışmaları, Peterburqla alveri sonucunda Peterburq Sinodunun qərarı ilə Alban katalikosluğu aradan qaldırılmış, bununla da Albanların qriqorianlaşdırılıb, indiki kimi erməniləşdirilməsinin, daha doğrusu haylaşdırılmasının özülü qoyulmuşdu.

1840-cı ldə “İrəvan vilayəti” aradan qaldırılmışdı. 1849-cu ildə İrəvan, Naxçıvan bölgəsi birlikdə İrəvan quberniyasına dönüşdürülmüşdü.

20-ci yüzilin başlanğıcında Quzey Azərbaycanın yerölçüsü 114 min kv km idi Çar Rusiyası, Sovet imperializmi Azərbaycanın bir sıra bölgələrini Gürcüstanla Dağıstan arasında pay-püşk etdi. Antanta dövlətlərinin (Rusiya, Fransa, İngiltərə) birgə çalışmaları ilə Azərbaycanın batı bölgəsində, 9 min kv km-lik bir alanda,  qondarma dövlət  – “Ermənistan” yaradıldı. Bu gün Azərbaycanın yerölçüsü 86, 6 min kv km-dir. Qalan topraqlarımız necə oldu? Göyçə-Zəngəzurdan başlamış Qazaxdan, Laçından qoparılan topraqlaradək 70 illik Sovet hakimiyəti boyunca ermənilər bizdən əl çəkmədilər: topraqlarımızı aldıqca aldılar. Bu baxımdan Yer üzündə bizim günümüzdə olan ikinci bir xalq yoxdur!

Arada bizim üçün unudulmaz olan bir faktı unutmuşam. Albaniya (Qafqaz Albaniyasaı) Qafqazın ən güclü dövləti idi. Erməni katalikosu İlya xəlifə Əbdülməlikə çuğulluq edib ara qarışdırmaqla o çağların qarşısıalınmaz gücü olan Ərəb imperiyasını Albaniya dövlətinə qarşı qaldırdı. Ərəb ordusu 705-ci ildə Albaniyaya soxuldu. Dövlətin başında qadın, ordunun başında kişi dururdu. Qaniçən ərəblər onların ikisini də işkəncə ilə öldürdülər, Albaniyanı darmadağın etməklə, ermənilərin istəyinə uyğun olaraq, Alban dövlətinin varlığına son qoydular. Albaniya dövlətinin varlığını az da olsa Alban katalikosluğu qoruyub saxlayırdı. Yuxarıda göstərildiyi kimi, başqa bir hay katalikosu Nerses yeni ağaları  ruslarla iş qurmaqla, əlilə 1836-cı ildə Alban katalikosluğunun varlığına da son qoydu.

Gərəkən əkləmə. İngiltərənin dış işlər baxanı Kerzon da “ayır, buyur” imperiya qurallarına uyğun olaraq 1918-ci ildə Azərbaycanla Türkiyə arasında “xristian erməni dövləti” yaratmaq planı ilə çıxış etmişdi. Onlar – Antanta dövlətləri – tarixə “Kerzon planı” olaraq düşmüş o planın gerçəkləşməsi üçün sonadək çalışdılar, ancaq Türkiyənin işə qarışması üzündən plan yarımçıq qaldı. Onlar qırğın yoluyla yalnız indiki Zəngəzur koridorunu yaratmaqla Naxçıvanı Azərbaycandan ayıra bildilər. Güdükləri Naxçıvanı Azərbaycandan ayırıb “Ermənistana” qatmaq idi. Orada Böyük Atatürklə qarşılaşma nədənilə planı sonunadək gerçəkləşdirə bilmədilər…

İkinci Qarabağ savaşındakı Azərbaycan Ordusunun böyük uğurundan, ermənilərin, demək olar, darmadağın edilməsindən sonra bir sıra erməni tanınmışları xarakter görsənişləri olaraq yenə “ilan dili” çıxarmağa başlayıblar. Onlardan biri – Karen Şahnazaryan deyir: “Azərbaycanlılarla ermənilər həmişə barış, harmoniya içində yaşayıblar”. Bu sayaq sözləri bizdə indiyədək çoxları deyiblər, yazıblar. Bizdəki bir çox tarixçilər, ayrı-ayrı bilim adamları, partiya, dövlət yetkililəri, son illər bir sıra politiklər, politoloqlar “tarix boyu ermənilərlə mehriban qonşular olduğumuzu” bildiriblər, bildirirlər. Bütünlüklə yalandır!

Ermənilər Qafqaza, başlıcası da Azərbaycana köçürüləndən buralarda dinclik pozulub. Bölgə, başlıcası da Azərbaycan, ermənilərin dönüklüyü, yırtıcılığı, bitib-tükənməz “Böyük Ermənistan” istəkləri üzündən qan çanağına, sonu görünməyən savaş meydanına dönüb. I Pyotrdan bu yana Rusiya politikasının kökündə bu durub: ermənilərin əlilə qarışıqlıq yaratmaqla, qırğınlar törətməklə Qafqazı içindən yenmək. Ən başlıcası, minilliklər boyunca Qafqazda barışın, güvənliyin başlıca güvəncəsi-qarantı olan Türklüyü dağıdıcı erməni virusundan yararlanmaqla etkisiz duruma gətirmək.

Bir daha vurğulamaq gərəkir: Avropaya gedən Pyotrla Avropadan qayıdan Pyotr ayrı-ayrı adamlar olmuşdular. Avropadan qayıdan Pyotr Vatlkandan aldığı yönərgələrə uyğun olaraq qatı Türk yağısı idi. Avropa onu Rusiyaya belə bir missiya ilə göndərmişdi: Rusiyanı (daha doğrusu, Böyük Çölü-Qıpçaq Ölkəsini) Türk ölkəsindən antiTürk ölkəsinə dönüşdürmək. I Pyotr Avropada yiyələındiyi antiTürk bilgilərindən çıxış edərək deyirdi: “Bir Türk bir Alman taboru deməkdir, iki Türk bir Alman ordusu deməkdir, üç Türkün bir araya gəlməsinə yol vermək olmaz”. I Pyotr Rusiyaya belə bir konseptual yönərgə ilə göndərilmişdi.

 

Doğrudur, ermənilərin bizimlə “mehriban” qonşular kimi yaşadıqları çağlar olub, ancaq bir ara! Ermənilər Antanta dövlətlərindən, Amerikadan yardım alaraq bizi qırdıqca qırıblar, ta Azərbaycanın batısını ələ keçirib orada erməni dövləti quranadək. Sonra da qalxıb bizdən yeni-yeni istəklərdə bulunublar. İstəklərinə yetəndən sonra bir ara geri çəkiliblər. Sonra yenə… Sonra yenə…

Sovetlərin ilkin çağlarında “Ermənistan”ın bizdən əldə edilən yerölçüsü 9 min kv km ikən…Sovet dövləti dağılanda 29 min kv km olmuşdu: 70 il boyunca Azərbaycanı didib-parçalamaq yoluyla. Vur-tut iki yüz il qabaq bütünlüklə Azərbaycan Türklərinin yurdu olan “Ermənistanda” bu gün bircə Türk belə yaşamır: qanlı qırğın, terror yoluyla “Ermənistan” çoxdan MONOETNİK ölkəyə çevrilib! Bu faktın ortaya çıxmasında başlıca rol oynamış dünənin Antanta, bugünün Minsk qrupu dövlətləri Dünən olduğu kimi bu gün də erməniliyə – erməni separatizminə, erməni terrorizminə arxa durmaqla  bizim onlara daha çox güzəştə getməyimizə çalışırlar. Daha çox güzəşt isə Rusiyanın 1923-ci ildə yaratdığı, indi “DQR” adlandırılan bölgəmizin “suverenliyinin” tanınması yoluyla ikinci erməni dövlətinə dönüşdürülməsi olardı. Onlar bizim üstümüzə belə bir ŞORTU demokratiya, ŞORTU humanizmlə gəlirlər!

Yeri gəlmişkən, biz 1988-ci ildə erməni istəklərinə uyğun olaraq Yuxarı Qarabağdan əl çəksəydik, ermənilər ən azı on il bizim “tarixi, mehriban” qonşularımız olacaqdılar. Ta yeni aqressiya, terrorizm istəkləri baş qaldıranadək…

Putin bugünlər açıq-aydın erməni xarakteri sərgiləyərək “DQR” konfliktinin kökünü 1988-ci ilin Sumqayıt olaylarına bağladı. Sumqayıt olaylarını erməni Qriqoryanın əlilə KQB-nin törətdiyi ilə bağlı Moskva basın-mediasında indiyədək çoxlu sayda bilgilər yayılıb. KQB polkovniki Putinin bunları görməzdən-bilməzdən gəlməsi KQB metodu ilə erməniləri, ən çox da “DQR” ermənilərini Azərbaycana qarşı daha da aqressivləşdirmək üçündür. “Sülhməramlı” Rusiya ordusunun başında duran Putin özü belə bir “sülhməramlıdır”!

Putinin sevimlilərindən olan terrorbaşı prezident S.Sərkisyan deyirdi: “Dağlıq Qarabağın statusu bu bölgənin adamlarının oyu ilə olacaq”. Başqa dillə desək, ermənilərin. Putin, demək olar, noyabrın 10-dan “Ermənistandan” Qarabağa erməni daşıdıb doldurur. Bu, böyük səs çoxluğu yaratmaqla, Sərkisyanın dediyi kimi, dağlıq Qarabağa suverenlik statusu qazandırmaq üçündür!

Eləcə də Putinin qardaş Türkiyə Ordusunu Azərbaycana buraxmaması sonucda ermənilərə “legitim” say üstünlüyü qazandırmaq üçündür!

Azərbaycan igid, oğullarımızın, dönməz Ordumuzun böyük uğurlarını uğursuzluğa dönüşdürən bir dönüklüyün acısını, acı sonuclarını yaşamaqdadır! Bizi indiki uğursuzluqdan, indikinə bağlı gələcək uğursuzluqlardan yalnız Türkiyəmizlə Xalqımızın birliyi qurtara bilər!..

P.S. ”DQR”-ə ardıcıl gəlişləri, yardımları ilə tanınan baronessa Keralayn Koks (ingiltərə parlamentinin keçmiş spikeri) 2016-cı il sentyabrın 28-də Xankəndində erməni ordusu qarşısında çıxışında demişdi: “Siz burada xristianlığı qoruma savaşı aparırsız”. Ancaq o, “siz burada bizim yardımımızla Türklüyü bölüb-parçalama, Türkləri basqı altında tutma, yenmə savaşı aparırsız” desəydi, daha düzgün olardı! Erməni terrorizminin doğma yurd-vuvalarından didərgin saldığı bir milyonluq Azərbaycan qaçqınları ilə bircə yol da görüşməyən, görüşmək istəməyən baronessa Koks lord Malkolmla birgə separatçı, terrorçu erməniliklə tez-tez görüşməyi, onlara yardım daşımağı görəv borcuna çevirmişdi.

Dünyanın ən demokratik ölkələri sayılan Fransa, Niderland kimi ölkələr belə qanlı qırğın yoluyla MONOETNİK ölkə yaratmış, Xocalı soyqırımını törətmiş erməniliyə, erməni separatizminə, erməni terrorizminə açıq-açığına arxa dururlarsa, biz minilliklər boyunca Yer üzünə düzgünlük yayan Türklər olaraq özümüzü bir daha tanımalı, özümüzə sayğımızı artırmalıyıq. Özünü tanıma, özünütanıtma, özünüdoğrulama – belə bir ideoloji üçlük üzərində qalxınmağımız gərəkir.

Noyabr, 2020

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv