Xaliq Bahadır. Kim kimdir: demişlə deyənin tutuşdurması

(bilim-texnologiya)

Ərdoğan demişdi: “İmam  hatip oxulları bu ölkənin, bu millətin göz bəbəyi olacaqdır”. Dedi, etdi: 21 illik hakimiyəti boyunca sivil oxulları qapadaraq Türkiyədə 20 mindən artıq (iyirmi mindən artıq!) Imam hatip oxulları- mollaxanalar  açdı.
M.K.Atatürk deyir: “Millətimizin politik, sosial yaşamında, onun qavrayış eyitimində yolgöstərənimiz bilim (elm), texnika olacaqdır”.
“Türk millətinin yürüməkdə olduğu irəliləyiş, sivilizasiya yolunda, əlində, başında tutduğu məşəl qabaqcıl bilimdir”.
“Bilim, texnika haradadırsa, biz də orada olcaq, onu millətin bütün bireylərinin beyninə yeridəcəyik. Bilim, texnika üçün hansısa sınır yoxdur”.

“Biz sivilizasiyadan, bilimdən, texnikadan güc alır, onlara doğru yürüyürük”.

“Gənc düşüncəli demək, doğrunu görən, anlayan gerçək düşüncəli deməkdir”.

“Biz sürəkli olaraq gerçəyi axtaran, onu tapdıqca , tapdığımızı anlatmaqdan çəkinməyəcək adamlar olmalıyıq”.

“Gerçəyi danışmaqdan qorxmayın”.

“Milləti aldatmayacağıq. Millətə yalnız da yalnız gerçəyi söyləyəcəyik. Bəlkə, yanlış etdik, yanlış nəsnələri gerçək bildik; qoy millət onu düzəltsin”.

“Bir-birimizə yalnız gerçəyi söyləyəcəyik. Fəlakət, mutluluq gətirsə də, yaxşı, pis olsa da, gerçəkdən ayrılmayacağıq”.

“Bir millətin kültür düzəyi üç alanda: dövlət, düşüncə, ekonomik alanlardakı çalışma, uğur sonuclarının bərabər etki göstərən gücü ilə ölçülür”.

“Türkiyə Respublikasının özülü kültürdür”.

“Ulusal kültürümüzü çağdaş sivilizasiya düzəyinin üstünə çıxaracağıq”.

“Düşüncələr güclə, qorxutmaqla, top-tüfənglə öldürüləməz”.

“Biz cahil deyirkən kəsinliklə oxulda oxumayanları demək istəmirik. Bizim demək istədiyimiz gerçəyi bilməkdir. Yoxsa, oxumuş olanlar arasında ən böyük cahillər olduğui kimi, oxumaq bilməyənlər arasında da gerçəyi görən gerçək bilimçilər vardır”.

“Kültür oxumaq, anlamaq, görə bilmək, gördüyündən anlam çıxarmaq, düşünmək, qavrayışı bilikləndirməkdir”.

“Millətlərə özgürlük qazandıran yalnız da yalnız öyrətmənləırdir. Öyrətmənsiz  eyitimsiz millət demək millət adı daşımaqdan uzaq olmaq deməkdir. Ona saya bir kütlə deyilir, millət deyilmir. Bir kütlənin millət ola bilməsi üçün kəsinliklə eyitimçilər, öyrətmənlər gərəkir”.

Bizdəki bir çox oxumuşların, hansısa universitet öyrətmənlərinin belə, son günlər Türkiyədə baş verənlərin arxasındakı başlıca gerçəyi (dəprəmdən qıraq) görə bilmədiyi, anlamadığı ortaya çıxdı. Olduqca acınacaqlı görsənişdir: bir çox politik, ekonomik, sosial dəprəmlərə yol açacaq, nədən olacaq görsəniş! Öz üzərində ardıcıllıqla çalışmamaqdan, kitab oxumamaqdan qaynaqlanan, sonucları acılar doğuracaq kütlük-biliksizlik görsənişləri…

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv