Daşnaksyütunçular (məkirli, terrorçu… ermənilər belə adlanırlar – B.S.) hələ sovet dönəmində öz yenicə dil açan körpələrinə də türklərə qarşı nifrət hissi aşılayarkən Türkiyəni sındırmaq, inkişafdan qoymaq marağında olan dövlətlərin tapşırıqlarını yerinə yetirirdilər. Odur, türkləri qəddar, qaniçən, mədəniyyətsiz kimi təsvir edirdilər, 1918-ci ildə ermənilərə qarşı “soyqırım törətmiş olduqlarını” anlatmaq istəyirdilər. Bu cür təbliğatın özülündə türklərdən “qisas almaq” ideyası dayanırdı, ermənilərdə körpəlikdən başlayaraq türklərə kin, qəzəb hissi aşılanırdı. Onlar vaxtilə, 40 nəfər azyaşlı azərtürk uşaqlarını boruya doldurub onu hər iki tərəfdən qaynaq etmişdilər (əsl “əzabkeş ermənilik” budur – B.S.). Səksən səkkizinci ildən başlayan Ermənistan-Azərbaycan müharibəsi ərəfəsində əsir götürdükləri soydaşlarımızı diri-diri yandırırdılar, diri-diri qarınlarını yırtırdılar, diri-diri başlarını, bədən əzalarını kəsirdilər, diri-diri qol-qılçalarını, qabırğalarını sındırırdılar, kürəklərinə, sinələrinə közərdilmiş dəmir xaç basırdılar… Bununla ürəkləri soymayan “arxalı”lar əsir götürdükləri soydaşlarımızın bədəninə şpris vasitəsi ilə salyarka yeridirlər. Onlar əsir düşənlərimizə çörəyi itin, pişiyin ağzından çıxartdırıb yedizdiriblər (əsirlikdən azad olunanlar özləri dəfələrlə bu faktları televiziya ekranlarından deyiblər – B.S.). Onların törətdikləri Xocalı, Quba, Şamaxı, Bakı… soyqırımları türklərə nifrətin nümunəsi olmaqla qalmır, o, həm də insanlığa nifrətin nümunəsi kimi diqqətdən yayınmır. Bütün bunlar daşnak xislətlilərin hər bir ermənidə lap uşaq çağlarından başlayaraq türklərə qarşı yaratdıqları kin-küdurətin, nifrətin sonucu idi. Onların törətdikləri soyqırımlar, qətllər həmişə terrorlarla müşaiyət olunub. Ermənistan dövlətinin başında dayananlar özləri də azərtürklərə qarşı terrorçuluqla məşğul olduqlarını nüfuzlu beynəlxalq tədbirlərdə də dəfələrlə etiraf etmişlər, bundan qürur duyduqlarını “arxaları”na güvənərək heç kimdən çəkinmədən bəyan etmişlər…
Beynəlxalq miqyaslı terrorçu “Asala” erməni təşkilatı Bakıda, Moskvada dəfələrlə metro stansiyalarını partlatmışlar, ABŞ-da, bir sıra başqa ölkələrdə terror aktları həyata keçirmişlər. Onlar Türkiyənin xarici ölkələrdə akreditə olunmuş neçə-neçə səfirlərini terror yolu ilə öldürmüşlər. “Asala” zaman-zaman yüz minlərlə suçsuz insanın həyatına son qoyub…
Bilindiyi kimi, erməni başbilənləri Rusiyanın aktiv yardımı ilə işğal etdikləri Azərbaycan ərazilərinə Rusiyanın köməyi ilə həm də sahib çıxacaqlarını həmişə sadə erməni xalqına “anlatmağa” çalışırlar. Rusiyanın o çirkin işə heç vaxt getməzliyini daşnak xislətlilər özləri anlasalar da, ortaya çıxartmaq istəmirlər. Rusiyanın öz maraqlarının olduğunu, bu maraqların həyata keçirilməsi üçün ermənilərin ruslara lazım olduğunu erməni siyasətçiləri özləri də yaxşı bilirlər. Ruslar təbii, heç də ermənilərin hayında deyillər. Rusiyanın verdiyi vədlərə erməni xalqını həmişə “zori balayanlar” aldadaraq inandırmağa çalışmış, əslində, onları ələ salmışlar. Adi məntiqə söykənib ermənilərə sual vermək istəyirəm: rusların öz mənafelərini sənin mənafelərinə qurban verməsi nə qədər inandırıcı ola bilər? Tarixdə bir dövlətin öz maraqlarını başqa dövlətin maraqlarına qurban verməsini eşitmisinizmi? Düzünə qalsa, ermənilərin bir dövlət halında güclənməsi Rusiyanın marağına cavab verməz. Çünki, aydın məsələdir, daşnakların güclənməsi onun müstəqilliyinin güclənməsi, Rusiyadan asılılığınının azalması demək olardı. Rusiya belə olmasını istəyərmi? Rusiyadan erməni asılılığının azalması isə, Rusiyaya qarşı müxtəlif iddialar ortaya çıxarmış olar. Bu iddialardan biri də “öz torpaqları” saydıqları Rusiya ərazilərinə qarşı iddiadır. Heç də sadəlövh olmayan Rusiya dövləti bunu çox yaxşı bilir, həm də ermənilərə aid münasibətlərində həmişə incəliklə, dəqiqliklə nəzərə alır.
Ermənilərin müstəqil olması təkcə Rusiyanın maraqlarına zidd deyil. Bunun onların ABŞ-a qarşı muxtariyyət əldə etmək də daxil olmaqla, yeni-yeni iddialara düşməsinə səbəb olacağı qaçılmazdır. Məsələ onların öz istəklərinə nail ola bilib-bilməyəcəyində deyil, məsələ, bu iddialar baş qaldıranda ABŞ-ın başağrısına düçar olacağından ehtiyatlanmağa məhkum olmasındadır. Bu sözləri ərazisində erməni yaşayan başqa dünya dövlətləri haqqında (İran, Fransa…) da demək olar. Bunların isə, nə ABŞ-a, nə Rusiyaya, nə də başqa dövlətlərə lazım olmadığı sadə məntiqə söykənir.
Dünyanın ən böyük sərvətlərə malik ərazilərini zəbt etmək iştahına düşən daşnakçı ermənilər istəklərinə çata bilmədikləri üçün ehtiyac içində çabalayırlar. Bu, həmişə belə olub. Ona görə də gözləri başqa dövlətlərin əlindədir. Ya aldadıb tora saldıqları “diasporları”ndan pul toplayırlar, ya da böyük dövlətlərin tapşırıqlarını icra etməklə, onlardan “zəhməthaqqı” alırlar. Bunlar hamının bildiyi erməni gerçəkliklərinin tərkib hissəsidir.
Daşnakların adları dəfələrlə beynəlxalq narkotika qaçaqmalçılığında hallanıb. Beynəlxalq narkotika qaçaqmalçılığı, narkotika bitgilərinin əkilib-becərilməsi, daşınması onların başlıca gəlir qaynaqlarındandır. Mətbuatdan bilindiyinə görə, indinin özündə, Ermənistan Respublikası işğal altında saxladığı Azərbaycan ərazilərində narkotika bitgiləri əkib becərir, həmin ərazilərdən narkotika tranziti kimi istifadə edir. İqtisadiyyatca zəif bir ölkə olan bu respublika erməni xalqının bütövlükdə ölkəni tərk eləməməsi, vecsiz bir ordunu saxlamaq üçün belə qanunsuz yollarla vəsait əldə edir. Onlar ordu saxlamaqda da şirin vədlərə inanmaqdadırlar…
Ermənistan Respublikasının adi səviyyəli iqtisadiyyatı, güclü ordusu olmadığı halda, xüsusi məqsədlə arxasında dayanan dövlətlərə ümid bağlayaraq özünü davakar cildində göstərərək, “nüfuz qazanmaq” istəyir…
Ermənilər dünyada beynəlxalq terrorçu, beynəlxalq narkotika qaçaqmalçısı, başqa dövlətlərin ərazilərinə iddialı olan, davakar bir xalq kimi, Ermənistan dövləti də bu əqidəyə xidmət edən bir dövlət kimi tanınmaqdadır. Erməni ideoloqları, başda Daşnaksyütun partiyası olmaqla, sadə erməni xalqını aldadaraq buna erməni xalqının “qəhrəman xalq” olduğu yozumunu verirlər… Daşnaksyütun tarixən erməniləri yanlış yola çəkən, erməni xalqından öz məkrli məqsədləri üçün istifadə edən davakar bir partiyadır. Bu partiyanın erməni xalqını dünyadan təcrid etmək yolu tutduğu, ermənilərin gələcəyinə yaxşı heç nə vəd etmədiyi, həm Ermənistanın xaricində, həm də daxilində yaşayan sadə erməni əhalisinə artıq, sirr deyildir.
Əsassız, yolverilməz niyyətllər heç bir xalqı xoşbəxt həyata qovuşdurmayıb, sözsüz, bundan sonra da qovuşdurmayacaq. Elə, PKK-çı kürdləri (kürd milləti nəzərdə tutulmur – B.S.) götürək. Bu terrorçu təşkilatın yaradılmasında vaxtilə sovet rejimi başlıca rol oynayıb. Ancaq sovet rejimi dağıldı, bu təşkilat terrorçu təşkilata ehtiyacı olan başqa dövlətlərin terrorçuluq sifarişlərinin icraçısına çevrildi, kürd millətinə xəyanət yolu tutdu.
Neçə illərdir, PKK-çılar iddialı dövlətlərin göstərişi ilə Türkiyədə ardıcıl terror aktları törətməklə, yüzlərlə dinc insanı məhv edirlər, Türkiyə iqtisadiyyatına zərbə vurmağa, Türkiyəni sındırmağa, burada kütləvi ixtişaşlar törətməyə, vətəndaş müharibəsi mühiti yaratmağa çalışırlar. Əslində, terrorçuluq kürdlərin etiqad bəslədiyi İslam dininə ziddir. Ona görə də onların bu əməllə milli bağlılığı inandırıcı deyil. Onların arasında PKK-çı əqidəlilərin olması ağla sığmasa da, nəfsi itilərinin, pula hərislərinin olması mümkündür. Bu hərislər nə millət bilmirlər, nə din. Ona görə də hansısa, xüsusi marağı olan dövlətlərdən maddi dəstək alıb varlanırlar, sadəlövh kürdləri PKK oyununa qoşmaqla kürd milləti adına ləkə gətirirlər. İndi artıq bütün dünya terrorçu PKK-nın kürd təşkilatı olduğunu qəbul edib, ona qarşı mübarizəyə xüsusi önəm verirlər.
Terrorçuluq, narkotika qaçaqmalçılığı, özgə ərazilərinə iddialı olmaq… çağdaş dünyanın qəbul etmədiyi, yolverilməz saydığı əməllərdir.
PKK-nı İsrailin idarə etdiyi, görünür, həm də maliyələşdirdiyi bu yaxın günlərdə ortaya çıxarılıb. Türkiyə Baş Nazirinin dediyinə görə, Türkiyə İsrailin “qəlbinə dəyən” kimi, PKK aktivləşir. Onun sözlərinə görə, bu, PKK-nı İsrailin idarə etməsinin başlıca göstəricilərindəndir. İnandırıcıdır!..
Türkiyə dövlətinin tarixin müxtəlif dönəmlərində bir neçə dəfə yəhudi kökünün kəsilməsinin qarşısını aldığı məlumdur. O, bu işdə insanlıq dəyərlərini özül götürüb, insanlığa xidmət göstərib. Yəhudilərin kökünü kəsmək istəyənlər, isə, başqa cür düşünüblər…
Ancaq, necə olsa da, Türkiyənin insan amilini uca tutması, insanlıq dəyərlərinə önəm verməsi Türkiyəyə, türk millətinə başucalığı gətirən haldır. Çünki, terrorçuluq yolu ilə insanları məhv edən, əzablara məruz qoyan, bununla, insanlıq üçün ağır problemlər yaradan yəhudilərdən fərqli olaraq, bəşər elmini, mədəniyyətini irəli aparan yəhudilər də az deyil. Bakıda doğulub boya-başa çatmış, təhsil-tərbiyə görmüş yəhudilərdən Lev Davidoviç Landaunu, Mark Aleksandroviç Dalini misal göstərə bilərəm. Onlar elm tarixinə böyük hərflərlə yazılan fizika, kimya alimlərindəndir. Onlar öz elmi yaradıcılıqları ilə elmi yüksəltmişlər, yəhudi millətinə başucalığı gətirmişlər. Beynəlxalq terrorçu PKK-nı (təkcə PKK-nımı? – B.S.) maliyələşdirən, Fələstin ərəblərini insanlığa zidd işgəncələrə məruz qoyaraq kütləvi şəkildə qıran, öz yurdlarından didərgin salıb çöllərə atan yəhudilər isə, bunun əksinə, yəhudi millətinə ləkə gətirirlər, yəhudilərin gələcəyi üçün qaranlıq mühit yaradırlar, insanlığa ağır zərbə vururlar.
…Hazırda beynəlxalq aləmdə PKK cildində kürd millətini görürlər. Əslində, bu, səhvdir. Çünki ermənilərin təbiətində terrorçuluq olduğu halda, kürdlərdə tarixin heç bir qatında bu keyfiyyət müşahidə edilməyib. Kürdlər tarix boyu müxtəlif dövlətlərin tərkibində, müxtəlif etnoslarla, millətlərlə bir ərazidə, yanaşı yaşamışlar. PKK isə, iyirminci yüzildə Türkiyə dövləti üçün problemlər yaratmaq məqsədilə ilk öncə SSRİ-nin ortaya gətirilmiş olduğu, maliyələşdirdiyi, Türkiyənin başqa düşmənlərinin ürəyincə olan bir terrorçu təşkilatdır. Türkiyə dövləti üçün problemlər yaratmaq, onun başını bu problemlərə qatmaq, onu zəiflətmək, inkişafdan qoymaq, vüqardan salmaq, kölələşdirmək məqsədi İsraillə yanaşı, bir sıra başqa dövlətlərin də maraqlarına xidmət edir.
Bəzən ermənilərlə yanaşı, yəhudiləri, kürdləri bir sıra dövlətlərin açıq-aydın dəstəkləməsini elmi məntiqə, sağlam düşüncəyə sığmayan müddəalara söykənərək yozanlar tapılır. Deyirlər, məsələn, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərini güclü dövlətlər ermənilərin əlində saxlayacaqlar, onların gücləndirilib Gürcüstanda Cavaxetiya bölgəsini də ələ geçirəcəklərini təmin edəcəklər, Türkiyə, İraq, İran, Azərbaycan torpaqlarının bir hissəsi hesabına Kürdüstan dövlətinin yaranmasına şərait yaradacaqlar. Beləliklə, Qafqazda erməniləri, kürdləri gücləndirəcəklər, Fələstin torpaqlarının qaytarılmasına əngəl törədəcəklər, Livan torpaqlarının bir hissəsini yəhudilərin tutmasına şərait yaradacaqlar… Bunlar başdan-başa əsassız, yalandan, aldadıcı məqsədlərdən qidalanan, bəzən də elmi, siyasi özülə söykənməyən, sadəlövh düşüncədən qidalanan sözlərdir. Belə sözlərə ümid bağlamaq özünü aldatmaqdan savayı bir şey deyildir.
Bu cür düşünənlərdən soruşuram: sizcə, dünya ölkələrinə sivil yolla inkişaf edən, heç bir dövlətin ərazisinə göz tikməyən, terrorçuluqla, narkotika qaçaqmalçılığı ilə məşğul olmayan, davakarlıqdan uzaq olan Azərbaycan, Türkiyə, Gürcüstan… dünyaya lazımdır, yoxsa, beynəlxalq terrorçu, özgə dövlətlərdən torpaq iddiaları olan, beynəlxalq narkotika alverçisinə çevrilən, ərazisini narkotika tranzitinə çevirən, davakar ermənilər, kürdlər…? Dünya kimin ona daha çox lazım olduğunu özü bilməmiş deyil.
Bu əməllərin Türkiyəyə qarşı yönəlməsi Türkiyəni sıradan çıxartmaq, onun yerinə terrorçu, özgə torpaqlarına göz tikən, beynəlxalq narkotika qaçaqmalçılığı ilə məşğul olan Ermənistan, Kürdüstan (necə də şirnikləndirici addır! – B.S.) dövlətlərinin yaranması demək deyil. Güclü Türkiyə dövlətinin məramı, məqsədi aydındır. Onun yerində “qurulacaq” həmin dövlətlərin insanlığa zidd əməllərini, işğalçılıq məqsədli siyasətini davam etdirəcəyini dünya xalqları yaxşı bilir. Ona görə də nə Rusiya, nə ABŞ, nə də başqa dövlətlər özləri üçün “ASALA”, PKK… vasitəsilə problemlər açmaq marağında deyildir. Terrorçular özlərini aldatmaqla nifrətdən başqa heç nə qazana bilməyəcəklər. Bəşəriyyətin inkişafı bunu göstərməkdədir…
Xalqlar terrorçulara, onlara vəd verənlərə gərək inanmasınlar. Zaman ayıqlıq, gözüaçıqlıq tələb edir…
24.06.2010