Sürü yekdilliyi. Canavar qəddarlığı.
Hakimə səcdə qılmaq. Mühitə sığmaq. Zülmdən qorxmaq. Ölümdən qorxmaq.
Yırtıcı ehtiras kiçikliyi. Məkrli qisas kiçikliyi. İnamsız yaşamaq kiçikliyi! Sabahsız yaşamaq kiçikliyi! Vüqarsız yaşamaq kiçikliyi! İlqarsız yaşamaq kiçikliyi! Ayaqlar altına sərilmək kiçikliyi! Ayaqlar altında sürünmək kiçikliyi! Kor qalmaq, kar qalmaq, kal qalmaq kiçikliyi!
Alçalıb sevinmək kiçikliyi! Əyilib öyünmək kiçikliyi! Palaz tək döyülmək kiçikliyi! Kölələşmək kiçikliyi! Kölgələşmək kiçikliyi! Əsarətə salmaq kiçikliyi! Zahirə uymaq kiçikliyi! Qafilə uymaq kiçikliyi! Zailə hörmət kiçikliyi! Aliyə lənət kiçikliyi! Həsəd havasına oynamaq kiçikliyi! Həvəs havasına oynamaq kiçikliyi!
İblisə uymaq! Naqisə uymaq! İşıltını işıq saymaq! Hərcayini Aşiq saymaq! İşığı görməmək! Aşiqi görməmək! Yoxuşda təntimək! Bəd ayaqda sarsılmaq! Ardını oxu »
Asif Ata. Cəmiyyət
Cəmiyyətin məqsədi ruhanidir: insanın ləyaqətini, böyüklüyünü, qüdrətini təsdiq etmək, sonsuz, əbədi, kamil mahiyyətini aşkara çıxarmaq. İnsan təklikdə özünə çata bilmirdi. O, cəmdə özünə çatmaq istədi. İnsanın daxilindəki ruhanilik – sonsuzluğa, əbədiliyə, kamilliyə meyil onu özündən kənara çıxmağa, özünü cəmiyyətdə tapmağa sövq etdi. Buna görə də o, öz azadlığını, sərbəstliyini cəmiyyətə tabe etdi. İnsan bu tabeçiliyi […]


Xaliq Bahadır. Türk dövlətlərinin antiTürk- antiTürkiyə paradı
“Avropaya İnteqrasiya” Projesi Olacaq oldu. Türk Dövlətləri Təşkilatını oluşduran dörd dövlət BMT TŞ-nin 541, 550 saylı qərarına uyğun olaraq Türkiyəni Kiprdə “işğalçı güc” olaraq tanıdı. Hansılar? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan. Beləliklə, 35 illik bir dönəmdə Quzey Kıbrıs Türk Respublikasını tanımayan Türk dövlətləri bir neçə günün içində ard-arda Yunan Kıbrısını tanıdılar, orada elçiliklər açdılar. Bu fakt […]


Soylu Atalı. “Turan qurulur”, yoxsa yanlışları anlamaq istəmirlər
Bu gün ən çox dartışılan qonu “Türk Dövlətləri Təşkilatı”nın 4 üzvünün Yunanıstanın qurduğu “Kıprıs Respublikası”nı tanımalarıdır. Ortada ilginc fakt var, bu fakt bəlkə də son dönəmin ən böyük xəyanətlərindən biridir. Eldə məsəl var, – “bəy dediyin harda, bəyənmədiyin harda”. Əgər Türkiyəni işğalçı olaraq tanıyacaqdınızsa, nədən “TDT” (Türk Dövlətləri Təşkilatı) yaradırdınız?! Kim(lər)i aldadırdınız, niyə aldadırdınız?! – […]


Xaliq Bahadır. Ərdoğan Türkiyəni fəlakətə aparır
ABD prezidenti D.Trampla, Türkiyə prezidenti T.Ərdoğan arasına Türkiyənin yararına olmayan çox ilginc gəlişmələr yaşanmaqdadır. ABD ilə Türkiyə arasında deyil, ABD prezidenti Trampla Türkiyədə özünün Tək Adam rejimini qurmuş Ərdoğan arasında- Türkiyə üçün qorxulu olan da burasıdır. Ərdoğanın aylarla sürən çalışmalarından sonra, Tramp Ağ evdə onunla görüşməyi aprelin sonlarına saxlayıb. İsrail prezidenti B.Natanyahu üçünsə Ağ evin […]


Asif Ata. Tarix
Tarix həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. Tarix həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. Tarixdə nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. Tarixdə ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum olmuşdur. Tarixdə möhtəşəmlik, […]



Asif Ata. İnsan Kiçikliyi



Milli dəyərlərimiz – Varlığımızın Özülüdür.


Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.

Asif Ata. 28 May


XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.
Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı… Ardını oxu »

Paşa Talıblı. Şeirlər


Şairləri ilhamından tanıyırlar…
… ilhamı köhlən ata bənzədən düz eləyib,
düz eləyib, bənzədib ilhamı köhlən ata.
Minib köhlən atları axıracan şairlər
getdilər zamanın yalmanına yata-yata.
Bir gün də ilhamsız olmadı şair olanlar…
Canında ilham yoxsa şair sözü yalandı!
Hər şeyin ağrısına ölür-dirilir şair,
hər şeyin ağrısından şair ilham alandı…
Şairlərin ilhamı öz ağrısından gəlir…
Hərə payına düşən öz gücündən keçirlər!
Bizdə şairləri ilhamından tanıyırlar,
bizim eldə şairi ilhamından seçirlər… Ardını oxu »

Asif Ata. İnsan Möhtəşəmliyi


Peyğəmbərlik. Cəngavərlik.
İztirab zirvəsi. Fəda zirvəsi. Aşiqlik zirvəsi.
Mütləqə səcdə zirvəsi. Özüylədöyüş zirvəsi. Ülvi kədər zirvəsi. İnsana çatmaq zirvəsi.
Yandırılmaq. Parçalanmaq. Paralanmaq.
İradə mətinliyi. Ağıl zənginliyi. Duyğu dərinliyi. Ardını oxu »

Günev Atalı. Ümidləşən İnamım


Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
İnamla yaşamaq – hüdudsuz fərəhimdir!
Yaşamın dəyişə biləcək imkanına ümidimdir.
Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür.
Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam kimi babam kimi. İnsanın hüdudsuz imkanlarını görürəm: – Qorqudların, Babəklərin, Zərdüştlərin, Nəsimilərin, Asif Atanın, Soylunun gerçəkləşən yaşamlarında.
Ocaq mühitini düşünəndə içim gülür, səcdəli münasibət, heyranlıq, səmimiyyət görürəm. Görənin buna həsrətini gördükcə düşüncə selinə qərq oluram. Ehtizaz, vəcd gəlir ömrümə, haray çəkmək eşqilə doluram. Böyük ümidlərlə evdən çıxıram. Uca söz deyirəm, göstərirəm İnamlı yaşamağın yönünü, özünə yetməyin gözəlliyini, böyüklüyü görməyin gərəkliyini, vurğunluğun ifadəsini, özüylədöyüşün dağlar qədər, göylər qədər ucalığını, dərələr qədər dərinliyini, ruhun təlatümünü, narahat ömrün, gərgin yaşamağın sevincli anlamını. Yaşamın sevincini, yenidən doğulmağın məsuliyyətini, insani sorunlara qarşı sorumluluğun ömrə gəlməsini… Ardını oxu »

Yas Mərasimi – 28 Aprel (Asif Atanın çıxışı)


…Köhnə təqvimlə e.ə.VI əsrdə Azərbaycan xalqının müstəqil dövlət Ocağı söndü. 2400 il təxminən bundan əvvəl Qədim Midiya, Asiyada birinci dövlət sayılan, bəşərin ən qüdrətli dövlətlərindən biri, möhtəşəm adlanılan, özünəbənzər adlandırılan, yerə-göyə sığmayan qüdrətli Maq ölkəsi adlandırılan Midiya süquta uğradı. Astiaqın nökəri fars Kir Keyxosrov öz sabahına xəyanət elədi. Ona qarşı üsyan yaratdı və Midiya fars əyalətinə çevrildi. Midiya Cənubi Azərbaycan səviyyəsində qatıldı İrana, Əcəmi İraq səviyyəsində qatıldı İrana. İran sözü fars sözündən artıq idi. “İran” sözü “Ari” sözü ilə bağlı idi və ən böyük ari Midiya idi. Midiyalılardan öyrənirdilər, Midiyalıların atlarından danışırdılar, Midiyalıların qılıncından danışırdılar, ən qoçaq xalq sayılırdı Midiya. Midiya süquta uğradı, ondan bizim ocağımız keçdi, 2400 il bundan əvvəl. Ardını oxu »

Soylu Atalı. Zəkanın demədikləri


(Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr)
Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, kitab oxunaqlı durumda deyil. Bununla belə, çətinliklə olsa da, kitabı oxudum. Nitşsenin başqa kitabını, yazılarını da oxuduğum üçün üslubunu, fəlsəfi hədəflərini tanıyıram. Oxudum, bəhrələndim, ancaq həm də rahatsız oldum. Nitşse zəkalı alimdir. Bir sıra zəka yiyələri kimi onun da qabaqcıl düşüncəli insanlara etki göstərmək imkanları vardır. Nə yazıqlar, bir sıra qələm adamları qıraqdan gələn ədəbiyyatların əyrisini, doğrusunu araşdırmadan təbliği ilə uğraşırlar. Öncələr də yazmışıq, dünyada geniş yayılan, iz buraxan ədəbiyyatları dilimizə gətirib oxucuların ixtiyarına vermək maarifçilik işidir. Ancaq biri var, bədii ədəbiyyat, bir də var, fəlsəfi, ideoloji ədəbiyyat. Bədii ədəbiyyatları hər kəs oxuya bilir, fəlsəfi, ideoloji ədəbiyyatları isə yalnız düşüncə adamları, elm adamları oxuyur. Bu cür ədəbiyyatların üstündən gözüyumulu keçməyi doğru saymırıq. Onlar araşdırılmalı, ciddi öyrənilməli – milli-insani açıdan baxış sərgilənməlidir. Düşüncələrə zərəri nə, xeyri nə – bəlirlənməlidir. Bu cür ədəbiyyatlar milli-mental şüurun gəlişməsində, dəyişilməsində rol oynaya bilirlər. Genel götürəndə toplumsal yaşamın (ictimai həyatın) nizamında iz qoya bilirlər. Doğrudur, Nitşsenin bu kitabı xristianlığa baxış açısından yazılıb. Ancaq mənəvi anlayışlara qarşı elə ikrahla, nifrətlə danışır, sanki bu dəyərləri xristianlıq icad edib. Əgər xristianlığın yaratdığı mənəvi ölçülərin doğru olmayan, ya da doğru saymadığı etkilərinə hücum etsəydi, hardasa anlamaq olardı. O, genel olaraq “İnam”, “əxlaq” anlayışlarını insanın güclənməsi yolunda əngəl sayır. Burada kitabdan bir alıntıya baxaq: “Hər növdən olan inam özündən üzdöndərmənin, özündən yadlaşmanın ifadəsinin özüdür.” Ardını oxu »

Asif Ata. İnsan Şəri


Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət!
Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasında müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevərlik libasında zorsevərlik!
Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli!
Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı!
Yanılma uçurumu! Aldanma uçurumu! Mərhəmət biçimində əsarət. Doğmalıq biçimində düşmənlik. Analıq biçimində yamanlıq. Atalıq biçimində zalımlıq. Ardını oxu »

Xaliq Bahadır. Tanıtım anıları


Çağında, gecəli-gündüzlü yaşam içində, anlamlı-anlamsız, gərəkli-gərəksiz qaç-qov axarında illərin necə keçib getdiyini bilmək olmur. Çağlar ötür, axar ağırlaşır, asta-asta sular axır, durulur. Sular durulduqca öncələr çox da önəmsəmədiklərini asta-asta axıb durulan sular sayağı asta-asta anır, andıqca önəmsəyir, önəmsədikcə öncələr üstündən eləcə ötüb keçdiklərinə qayıdır, qayıtdıqca hamısında olmasa da, bir çoxunda yeni-yeni yaşam yaşantıları, yeni-yeni yaşantı çalarları bulursan: retro filmə baxmağa bənzər görsənişlər… Ardını oxu »