Soylu Atalı. Dairələr

Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”.
Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə yoxluğa bərabərdir. Nisbi həqiqət – yarımdoğru deməkdir. Ardını oxu »

Paşa Talıblı. Şeirlər

Bir könüldən min könülə…
…məni haramdan vurdular,
oramdasan, könül yaram!
Könlümdəsən, könül sevən,
yaramdasan, könül yaram!
…ox dəydi sevər yerindən,
yaralandı Bamsı Beyrək.
Yar alandı, könül yaram,
əynimdəki qanlı köynək…

Ardını oxu »

Xaliq Bahadır. Onlar bizi satdılar

Düz 20 il öncə, 15 oktyabr prezident seçkisindən az sonra, yazılmış bir yazı.İyirmi il boyunca onu dönə-dönə paylaşmaq istəmiş, son anda düşünüb-daşınıb əl saxlamışam. “Bəlkə, birləşdilər, bəlkə, nəsə etdilər”,- düşüncəsidemokratik dəyərlərə özgü XALQIN BİLMƏK HÜQUQUNA uyğun  paylaşım istəyinə üstün gəlib.Qaş düzəltmək istəyən yerdə gözü vurub çıxarmaqdan qorxub-çəkinmişəm.Düşünürəm: daha ortadaulusal çıxarlara bağlı elə bir çəkindirici nəsə qalmayıb- “müxalifət lideri” adına yiyələnənlər reyestr müxalifətinə dönüşüblər. Onlar kimlərdir? Çoxluq olaraq azman Xalq hərəkatından, o Hərəkatın törəməsi olan AXC-dən (AXC hakimiyətindən) KQB hakimiyəti doğuzduranlar. Ardını oxu »

Soylu Atalı. Qarabağ Düyünü açılmayıb

 Ürəyinizdə Ata Günəşi olsun!
Bu gün Azərbaycanın siyasi taleyində nələr baş verir?! – Bu məsələ ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda eyforiya səviyyəsində bilgilər verilir. Hər kəs qələbə əhvalındadır. Hər kəs Qarabağ sorununun başa çatmasından danışır, çəkişmələrin bitməsindən danışır: Daha hər şey arxada qaldı, heç nə olası deyil, hər şey başa çatdı. Söz yox, bir vətən övladı olaraq, bir azərbaycanlı olaraq, mən də buna sevinərdim. Nəinki sevinərdim, biz elə bunu istəyirik. Ancaq gerçəkdən bu belədirmi, biz axıra qədər sevinə bilirikmi, bilərikmi?! – Bunu demək olduqca çətindir. Özünü aldatmaq çox pis şeydir. Bizim toplumumuz da hal-hazırda özünü aldatmaqla yola verir. Bəlkə də bu özünü aldatmaq qaçılmazdır, bəlkə də insanlar Qarabağ, Qarabağ çevrəsində gedən sorunlardan usanıb, yorulub tükəniblər, bəlkə də bu məsələni dartışmaq, çək-çevir eləmək istəmirlər. Mümkündür. Ancaq kimin nə istəyib nə istəməməyindən asılı olmayaraq, bizi çevrələyən gerçəkliklər var, dünyada baş verən olaylar var, Azərbaycanın çevrəsində, taleyində gedən proseslər var. Bunlara ayıq baxmaq gərəkdir. Təbliğat qururlar, təbliğatı kimə, nəyə hesablayırlar özləri bilər. Bu da yanlış bir məsələdir. Bizimkilər gerçəkdən elə bilirlər ki, erməni ilə döyüşürlər. Bu erməni adlı çürük bir toplum bizim millətin gözünün odunu alıb sanki. Onların bütün davranışları, elədikləri nə varsa hamısını elə onun özünün ayağına yazır, ermənilikdən də qırağa çıxmır. Ardını oxu »

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, türkoloq Arif Acaloğlunun qəfil ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir.
Balalarında, Yurdunda, Ulusunda yaşasın!

 

        “Matəm üstə Mütləqlə Təmas”

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

Ardını oxu »

Xaliq Bahadır. Atatürk

Qurtuluş savaşı başa çatmış, ölkədə yeni bir dönəm başladılmışdı. Bu dönəmin başında Qurtuluş savaşının başında durmuş Kamal Atatürk dururdu.O, ordu komandanından yeni yaratdığı Türkiyə Respublikasının başqanına dönsüşmüşdü.

Atatürkün qurduğu Respublika 9 özülə dayanırdı1.Cümhuriyərin bildirilməsi; 2.Xəlifəliyin qaldırılması; 3.Şəriə.ıtin qaldırılması; 4.Mədrəsələrin, Təkkələrin qaldırılması; 5. Sarığın, fəsin qaldırılması, şapka geyilməsi; 6. Hakimiyət millətindir; 7. Türkiyə Böyük Millət Mclisinin dışında hansısa qurum millətə ağalıq edəməz.Bütün yasaların yapılmasında, türlü yönətim örgütlərində, yönətimin bütün bölümlərində, genəl eğitimdə, ekonomidə, milli əgəmənlik ilkələriylədavranılacaqdır. 9.Səltənətin qaldırılması qonusundaki qərar, dəyişməz yasa buyruğudur. Ardını oxu »

Asif Ata. Nəşəli Dünya

Müqəddəsliyə tapınmaq nəşəsi, İdrak nəşəsi, analıq nəşəsi, cəngavərlik nəşəsi, təbiətə qovuşmaq nəşəsi, ehtizaz nəşəsi, özündənkeçmə nəşəsi, vətənsevərlik nəşəsi, qələbə nəşəsi, özüy­lə­döyüş nəşəsi, ruhani paklıq nəşəsi, gənclik nəşəsi, eybə­cərliyə nifrət nəşəsi, şərlə dava nəşəsi, xoş xəbər nəşəsi, gözəl­liyə heyranlıq nəşəsi, xalqsevərlik nəşəsi, ucalığa can atmaq nəşəsi, ucalıqda yaşamaq nəşəsi, ilk addım, ilk söz, ilk görüş, ilk dərs, ilk sevinc nəşəsi, sədanın sədaya, duyğunun duyğuya qovuşmaq nəşəsi, gecə sehrinin, səhər təravətinin yaratdığı nəşə, dostluğun, həmdəmliyin nəşəsi, təravət, səxavət, ədalət nəşəsi, qədimliyə, tarixə, adət-ənənəyə sədaqət nəşəsi, xilaskarlıq, məlhəmlik, mərhəmlik nəşəsi, həqiqəti tapmaq, həqiqətçün döyüşmək nəşəsi, Ardını oxu »

Xaliq Bahadır. Şeytan dəyirmançıları

Surət Hüseynov–“suç keçisi”

Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox  hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə düşüncə, belə baxış xalq arasında da geniş yayılıb. Ardını oxu »

Asif Ata. Kədərli Dünya

Zülmət görürəm – kədərlənirəm, zillət görürəm – kədərlə­ni­rəm, yadlıq görürəm – kədərlənirəm, yalan görürəm – kədərlə­nirəm, naşılıq, hərcayilik, miskinlik görürəm – kədərlənirəm, ananı balasından, duyğunu ürəkdən, hikməti sözdən, insanı Mütləqdən ayrı salırsan, izzəti azaldıb, möhnəti artırırsan, məhəb­bət çayını bulandırırsan, ülvilik bulağını qurudursan, möhtə­şəm­liyi parçalayırsan, mətanəti sındırırsan, məlahəti soldu­­rursan, körpəliyin paklığına, gəncliyin hərarətinə, yet­kin­liyin rəvanlığına, qocalığın müqəddəsliyinə qəsd edirsən; torpağı çürüdürsən, arzuları gözdə qoyursan, ədaləti ədalətsizə, gözəlliyi eybəcərliyə, alini naqisə tapşırırsan, ürəklərdə iblisə yer verirsən, xalisi ağladırsan, xəbisi güldürürsən, göz yaşıyla suvarılırsan, Dünya! Ardını oxu »

Asif Ata Evladı Günev Atalı

Günev Atalı. Ümidləşən İnamım

 

Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
İnamla yaşamaq – hüdudsuz fərəhimdir!
Yaşamın dəyişə biləcək imkanına ümidimdir.
Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür.
Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam kimi babam kimi. İnsanın hüdudsuz imkanlarını görürəm: – Qorqudların, Babəklərin, Zərdüştlərin, Nəsimilərin, Asif Atanın, Soylunun gerçəkləşən yaşamlarında.
Ocaq mühitini düşünəndə içim gülür, səcdəli münasibət, heyranlıq, səmimiyyət görürəm. Görənin buna həsrətini gördükcə düşüncə selinə qərq oluram. Ehtizaz, vəcd gəlir ömrümə, haray çəkmək eşqilə doluram. Böyük ümidlərlə evdən çıxıram. Uca söz deyirəm, göstərirəm İnamlı yaşamağın yönünü, özünə yetməyin gözəlliyini, böyüklüyü görməyin gərəkliyini, vurğunluğun ifadəsini, özüylədöyüşün dağlar qədər, göylər qədər ucalığını, dərələr qədər dərinliyini, ruhun təlatümünü, narahat ömrün, gərgin yaşamağın sevincli anlamını. Yaşamın sevincini, yenidən doğulmağın məsuliyyətini, insani sorunlara qarşı sorumluluğun ömrə gəlməsini… Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv