Günəş görürəm – sevinirəm, səma görürəm – sevinirəm, müqəddəs analıq, möhtəşəm atalıq, zərif ürək görürəm – sevinirəm, Mütləqə can atmaq ehtiyacı görürəm – sevinirəm, məhəbbət görürəm, mərhəmət görürəm, həqiqət görürəm – sevinirəm, körpə dil açır – sevinirəm, ulduz göydən boylanır – sevinirəm, səhər açılır – sevinirəm, ürəklərdə arzu doğur – sevinirəm, yollar yollara calanır – sevinirəm, Ardını oxu »
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. İnsan Natamlığı
Natam İnam. Natam İlham. Natam vəcd. Natam ehtizaz. Natam məhəbbət. Natam ismət. Natam fərəh. Natam xəyal. Natam amal. Natam cürət. Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş. Natam iradə. Natam zəka. Natam duyğu. Natam arzu. Natam sirr. Natam dil. Natam yol. Natam səs. Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri. Natam açıq. Natam […]
Paşa Talıblı. “Qərib köynəyində bircə mən idim…”
Bir gül olmalı…
…havadı, nə bilmək olur?
Bükülsə bürkü olmalı…
Ən acı nə varsa – adı
qürbət ya sürgün olmalı.
…açıl, açıl, baxaq nədir;
tellərində duvaq nədir?
…yaşıl-yaşıl, ağ-ağ nədir,
deyəsən bir gül olmalı.
…eşik qar içəri darmı?
…Yaradan hamıya yarmı?
Olacağa çara varmı?
Olmalı, bir gün olmalı! Ardını oxu »
Xaliq Bahadır. Şeytan dəyirmançıları
Surət Hüseynov–“suç keçisi”
Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə düşüncə, belə baxış xalq arasında da geniş yayılıb. Ardını oxu »
Güney Azərbaycanla bağlı müsahibə
ASİF ATANIN GÜNEY AZƏRBAYCAN HAQQINDA DÜŞÜNCƏLƏRİ – “QUZEYDƏN GÜNEYƏ” Verilişi (15.08.2023)
Soylu Atalı, Nurtəkin Atalı, aparıcı Səfurə Çərkəzqızı
Asif Ata. xeyirli DünyA
Ümidlisən, məhəbbətlisən, səmalısan, baharlısan, müjdəlisən, bərəkətlisən, səxavətlisən, cavanlısan, gözəllisən, bulaqlısan, səslisən, rənglisən, musiqilisən, sözlüsən, mərhəmətlisən, məlahətlisən, paklısan, nurlusan, qəhrəmanlı – fədakarlısan, torpaqlısan, çaylısan, mehirlisən, vüqarlısan!
Körpəlikdə – ana səsi, ilk günəş şüası, gecə ənginliyi, meşələrin ilk qüssəsi, əllərin əllərə mehri, sədalarla dolmuş təbiət, ilk gül, ilk mehr, doğmaların istisi, kəndinə, şəhərinə, evinə heyrət, ilk qar, ilk mahnı, düşüncə, arzu tumurcuqları. Ardını oxu »
Soylu Atalı. Türk Dünyasının çevrəsində gedən oyunlara qısa bir baxış
Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım.
Bu gün 19 Yağış Ayı, 44-cü il (noyabr, 2022) Günsıramızda sizinlə bəzi rahatsızlıqlarımı paylaşmaq istəyirəm. Hər halda, biz Ocaq olaraq, baxışlarımızı bildirməliyik, deməliyik. Bu bir tarixdir, bu bir faktdır. Güney Azərbaycanla bağlı olduqca rahatsızam. Bizi yenidən oyuna çəkirlər. Məncə Güney Azərbaycan İsrailin, Amerikanın, Böyük Britaniyanın, Ərdoğanın oyunlarına gedir. Mənə elə gəlir, addım-addım Kürdüstan dövlətini yaratmağa yaxınlaşırlar. Burada bəzi nüansları da bildirmək istəyirəm. Amerikanın dövlət başçısı Bayden demişdi, biz İrandakı azərbaycanlıların (Güney Azərbaycanlıların) haqqının yanındayıq. Ardını oxu »
Asif Ata. Mütləq Tələb
Mütləqə İnamın Mütləq olsun! Özünü Mütləqlə müqayisə et! Mütləqi Kamillik, Gözəllik və Xeyir meyarına çevir!
Özünə tələbin Mütləq olsun!
Gerçəkliyi Mütləqləşdirmə – Mütləqdən uzaqlaşarsan!
Həyata sığınma, onun üzərində yüksəl!
Mütləqin nişanələrini sev, onların ali mənasını qan, bu mənaya heyrət et! Ardını oxu »
Xaliq Bahadır. Türkiyə seçkisi demokratiya, antidemokratiya güzgüsündə
Türkiyədə keçirilən prezident seçkisi orada olduğu kimi Azərbaycanda da toplumu iki yerə böldü: dəyişiklik istəyənlər-istəməyənlər. Başqa sözlə desək, demokratiyaistəyənlər-istəməyənlər.
Türkiyədəki seçkinin durğunluq durumundakıAzərbaycanda virtual olsa belə yüksək qatılım doğurması çox önəmlidir. Biriləri bunu lağ obyektinə çevirirlər. Yanlış yanaşmadır. Uzun illərdən bəri yalanlarla aldadılan, repressiyalarla qorxudulan Azərbaycan toplumunun qardaş Türkiyədəki prezident seçkisinə o sayaq aktiv qatqısı onun Azərbaycan üçün, özü üçün dəyişiklik dilədiyinin, istədiyinin göstərgəsidir. Ardını oxu »
Soylu Atalı. Türkiyənin yeni dönəmi ən pis köhnəlik olacaq
Elə düşünürlər Türkiyə yeni gəlişmiş bir dönəmə girir. (Bizə görə Türkiyə köhnə dönəmini ən pis bir düzeydə sürünməyə davam edəcək). Niyə belə düşündüklərinə qısaca bir baxış sərgiləyək. Əslində bu düşüncə Ərdoğanın televiziya ekranlarındakı çıxışlarından, mənimsənilən, qullanılan onlarla televiziyaların, basın orqanlarının propaqandalarından qaynaqlanır.
Ərdoğanın heç vaxt gerçəkləşməyən, onun xarakterinə görə gerçəkləşməsi olumsuz olan yuxugətirici nəzəriyyəsi ard-arda fəlakətlər yaşayan Türkiyəni gerçək anlamda iki yerə bölübdür. Bu bölgülərdən biri, Ərdoğanın yüksək bağırtılarına dayanıb, onu dünyaya meydan oxuyan bir qəhrəman kimi görür. Qarşı düşərgənin bunu görməyəcək qədər “kor” olduğuna yanıb- yaxılır. Ardını oxu »
Xaliq Bahadır. Türkiyə bir heliokopter vermədi
Azadlıq radiosu (televiziya bölümü) önəmli bir iş gördü: seçkiyə iki gün qalmış Türkiyə müxalifətinə azacıq da olsa Azərbaycan toplumuna özünütanıtma olanağı yaratdı. Burası çox yaxşı, ancaq… (Bu olmayayadı!)
Sovet dönəmində Az TV əməkdaşı olmuş, sonra ADU-BDU-da jurnalistika müəllimliyi etmiş Zeynal Məmmədli uzun illərdir Azadlıq radiosunun başında durur. Hansı nədənləsə elə Z.Məmmədli dönəmindən Azadlıq radiosu, demək olar,Azteleradioların uzantısına çevrilib. Azadlıq adına yaraşmayanbu görsəniş Z.Məmmədli yönətimindən başladı, ancaq… (Yenə də “ancaq”).
“Dəvədən böyük fil də var”, axı. Azadlıq radiosunun pulunu ABD Konqresi verir. Bir çağlar gurultulu səsiylə SSRİ kimi azman dövləti sarsıdan Azadlıq radiosu indi sısqa-cır səslə yayınlanırsa, bu, iki dövlətin üst qatındakı uzlaşmadan özgə nəyin göstərgəsi ola bilər? Ardını oxu »