İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı.
Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yaratdı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu.
Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünyalaşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani taleyini yaratdı. Ruh vasitəsiylə İnsan təbiətə insani məzmun verdi, həm də onunla yanaşı öz insani aləmini yaratdı.
Ruh insana dünyaya sığmamaq qüdrəti bəxş etdi. Ruh dünyayla insanın ali əlaqəsini təsdiq etdi. Ruh insana dedi ki, hadisələrin adi mənasına inanma. Onların mənası özlərindən böyükdür.
Ruh insana dedi ki, gerçəklik həmişə azdır, mahiyyəti həmişə ifadə edə bilmir. Bu səbəbdən də insan onda dayanıb qala bilməz, onunla kifayətlənə bilməz. İnsanın həyat səmti – Sabah yönlüdür. Ardını oxu »
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. İnsan Natamlığı
Natam İnam. Natam İlham. Natam vəcd. Natam ehtizaz. Natam məhəbbət. Natam ismət. Natam fərəh. Natam xəyal. Natam amal. Natam cürət. Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş. Natam iradə. Natam zəka. Natam duyğu. Natam arzu. Natam sirr. Natam dil. Natam yol. Natam səs. Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri. Natam açıq. Natam […]
Asif Ata. İnsanda Mütləq
Xaliq Bahadır. Altılı masanın fəlsəfəsi
(Müxalifətdə yer tutub ərdoğançılıq etmək)
Bu günlərdə “Ərzurumda baş verənlər sizə tanış deyilmi?” başlıqlı status paylaşdım. Trollardan öncə bir “müxalifətçi” qaçaraq özünü yetirdi. Yetirdi, özü də Aleksandr Matrosovcasına. Uzun-uzun yanıtlarla Ərdoğanı savunmağa girişdi. Adam çoxillik ərdoğançı dirənişiylə bəlli bnirisi olduğundan onunla polemikaya girməyi yersiz sayıram. Ancaq ərdoğansayağı dinçi birisi olaraq onun adamları yanıltmağa yönəlik çıxış epizodlarını yanıtsız buraxmaq da olmaz. Ardını oxu »
Soylu Atalı. “Allah Anlamı”na yönəlik bir neçə söz
…Baxmayaraq, göyel dinlərə qədər Zərdüştçülük olub, Buddizm olub, bunlar daha ciddi ideyalarla ortaya çıxıblar, bəşər həyatında bu gün üç semit dininin çox etkisi olduğuna görə bunların üzərində daha çox vurğu eləmək zorunda qalırıq. Bəllidir, axtarışlar ən çox dünya nədir, niyədir sorğuları üzərində gedib. Bu sorğulara bitgin cavab tapmayanda, “Allahın işinə qarışmaq olmaz” deyilib. Bunlar insan ağlının gücü dışındadır. İnsan ağlının gücü ora girmir. Ardını oxu »
Xaliq Bahadır. Bu susqunluq nə demək?
İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər film çəkib. Bildirildiyinə görə, “Erməni krallığı” adlanan filmdə Qafqazın, ayrıca olaraq Qarabağın “qədim erməni ölkəsi” olduğundan danışılır. Bu, ermənilərin yalançı tarixlərindən ortaya çıxan “Böyük Ermənistan” ideyasına qulluq faktıdır. Kanada erməni diasporunun güclü-etkili olduğu ölkələrdəndir. Ardını oxu »
Xaliq Bahadır. Bir daha Türklük, Türkçülük, Türk birliyi-Turanla bağlı
Açunda adı-kimliyi bir belə dartışma doğuran ikinci bir ulus yoxdur. Kimlərsə ondan onu daha da yüksəltmək, olduğuna uyğun dəyərini vermək üçün yazırlar, kimlərsə onun parlaq varlığını danmaq üçün.Adını üstündən götürmək, gerçək kimliyini unutdurmaq üçün Yer üzündə indiyədək nələrə əl atmadılar, nələrə əl atmırlar!
Dışdan bizi Türklüyümüzdən daşındırmağa çalışan, bundan ötrü çeşidli qurğular quran yaxın-uzaq imperialist güclərbir yana, içimzdəki biriləri də bizi kimliyimizdən uzaqlaşdırmaqla özünəözgələşməyə sürükləməyə çalışırlar. Ardını oxu »
Soylu Atalı. Sevgili Türkiyə, ölümünə oy vermə
Bəşəriyyətin yaşamı siyasət üstə köklənib. Siyasətlə yaşayır, siyasətlə davranır, baxışını siyasətlə qurur. Siyasət ruhaniyyatın, mənəviyyatın yoxluğundan, ya da azlığından yaranıb. Bəs siyasətin olmadığı dönəm, çağ olacaqmı? – Söz yox, bunu demək çox çətindir. Çünkü toplumsal yaşamın nizamı siyasətlə oluşur. Başqa sözlə, birgəyaşayışın nizamını siyasətlə oluşdururlar. Biz bunu qaçılmaz saymırıq. Çünkü dövləti siyasi deyil, ruhani olay sayırıq. (Bu ciddi bir qonudur. Burada dövlətin fəlsəfi, ruhani mahiyyətini geniş açmağa gərək duymuruq). Ardını oxu »
Asif Ata. İnsanda Mütləq
İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı.
Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yaratdı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu.
Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünyalaşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani taleyini yaratdı. Ruh vasitəsiylə İnsan təbiətə insani məzmun verdi, həm də onunla yanaşı öz insani aləmini yaratdı. Ardını oxu »
Soylu Atalı. Türkçülük Bəşəri Tələbdir
Bu gün insanlar arasında hər bir fikrə subyektiv baxış kimi yanaşma halları çoxalıb. Hətta varlığa yeni yanaşmaların danılmaz qatlarını ortaya qoysan da, bu, düşüncələrdə subyektiv xarakter daşıyır. Varlığa köhnə yanaşmaları isə bilim adamlarının, eyitim görmüş adamların içərisində elələri var ki, obyektiv yanaşma saymasalar da, subyektiv yanaşma da saymırlar. Çünkü gerilik səviyyəsində düşünən toplumun basqısından çəkinmələr – doğru fikir söyləməyin qarşısını alır. Ancaq ulusal sistemi oluşduran fikirlərə çəkinmədən, o an, subyektiv xarakter verirlər. Ardını oxu »