Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. Normal siyasi mübarizə apara bilməyən, doğruları eşitmək istəməyən, topluma hesab verməyi özünə sığışdırmayan bir adamın dövlət başında durmasından daha qorxulu nə ola bilər?! Ardını oxu »
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. İnsan Natamlığı
Natam İnam. Natam İlham. Natam vəcd. Natam ehtizaz. Natam məhəbbət. Natam ismət. Natam fərəh. Natam xəyal. Natam amal. Natam cürət. Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş. Natam iradə. Natam zəka. Natam duyğu. Natam arzu. Natam sirr. Natam dil. Natam yol. Natam səs. Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri. Natam açıq. Natam […]
ASİF ATA. Cəmiyyətdə Mütləq
İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqalarıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpəsəndliyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu.
İnsan özündə qala bilməzdi, özünü başqalarında tapmalıydı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin yalnız nişanələri, əlamətləri var idi və onlar naqis keyfiyyətlərlə əhatə olunmuşdur. İnsan öz təkliyindən ayrılıb cəmə qovuşmaq istədi, bu – Mütləqin təzahürü idi. Ancaq cəmiyyət Mütləqin tələblərindən uzaq idi. O, özündə Mütləqin nişanələrini gəzdirirdi, ancaq həm də Şəri yaşadırdı. Bu baxımdan, bəşər tarixi Mütləq ilə Şərin döyüşü tarixi sayılmalıdır. Ardını oxu »
Soylu Atalı. Türklüyə bulaşmış fəlakət
Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün bir-anlamlı deyil. Toplum təbəqələrə bölünübdür. Hər təbəqə məsələyə öz açısından, sosial durumundan yanaşır. Ardını oxu »
Göytəkin Atalı. Kədərin doğurduğu duyğular
(Stendalın “Parma Monastırı” əsəri üstə duyğulanmalar)
Əsərin baş qəhrəmanı Fabrisio, uşaqlığından bu yöndə tərbiyə aldığı üçün, dinə fanatikcəsinə bağlılığı olan saf bir gəncdir. Yaşadığı qəsrdən qıraqdakı həyatın sərt üzündən xəbərsiz olsa belə, onun ruhu daim yeniliyə can atır. Bu duyğuların etkisilə 16 yaşlı gənc, Napaleona qoşularaq, müharibəyə yollanmağa qərar verir. Çıxdığı bu yolda dəfələrlə aldanır, çətin durumlara düşür. Düşdüyü hər çətin durum çətinlik görməyən, saf, ürəyitəmiz oğlanı daha çox sarsıtsa da, geri dönmək barədə düşünmür. O yalnız irəli can atır, həyəcanla müharibə meydanını arzulayır. Ardını oxu »
Soylu Atalı. Türkiyədə seçki sürəci
Ürəyinizdə Günəşi olsun!
Türkiyədə seçkinin durumu ilə bağlı, bir neçə sözlə, düşüncələrimi bölüşmək istəyirəm.
Bilirsiniz, Türkiyədə bu gün seçkiyə hazırlıq prosesləri gedir. Dövlət başçılığına 4 aday mübarizə aparır. Bunlardan biri hakimiyyətin başında duran Ərdoğan; ikincisi, bundan öncəki seçkilərdə adaylığını verən, hətta qalib gələn Məhərrəm İncə; üçüncüsü, özünü Atatürkçü yönü ilə tanıdan Sinan Oğan; bir də CHP-nin başqanı Kamal Kılıçdaroğlu. Bu dörd adamın arasında seçki çəkişməsi gedir. Ardını oxu »
Soylu Atalı. İbadət – kamilləşmə yetirməlidir
Ürəyinizdə Günəşi olsun!
İnsan-Tanrı münasibəti məsələsi (Asif Atanın anlayışı ilə desək, İnsan-Mütləq münasibəti) bəşəriyyəti düşündürən başlıca bir qonu olmuşdur. Bu məsələni din ruhaniyyatı ilə aydınlaşdırmalı olsaq, insan üçün sanki ondan qıraqda, onun ifadə edə bilmədiyi, əlinin çatmadığı, özündə daşımadığı bir həqiqət var, bir ideal var. İnsan həmişə bu idealla üz-üzə qalıb ona ibadət edir, dua edir ki, ondan hansısa keyfiyyətlər götürsün. Başqa sözlə, insanın ibadətinin anlamı odur ki, o özünün yetmədiyi, özündə olmayan, özündən qıraqda olan bir idealla ünsiyyətdə olsun, o ideala doğmalaşa bilsin, o idealdan etkilənə bilsin. Bu cür ibadət bizim toplumumuz üçün bir az başqa bir anlam daşıyır. Başqa xalqlar ibadəti öz dilində edir, Tanrısı ilə, idealı ilə öz dilində ünsiyyətə gedir, dua edir. Ancaq türklər Tanrısı ilə başqa dildə qonuşur, başqa dildə dua edir, başqa dildə ibadət edir. Ardını oxu »
Xaliq Bahadır. Kim kimdir: demişlə deyənin tutuşdurması
(bilim-texnologiya)
Ərdoğan demişdi: “İmam hatip oxulları bu ölkənin, bu millətin göz bəbəyi olacaqdır”. Dedi, etdi: 21 illik hakimiyəti boyunca sivil oxulları qapadaraq Türkiyədə 20 mindən artıq (iyirmi mindən artıq!) Imam hatip oxulları- mollaxanalar açdı.
M.K.Atatürk deyir: “Millətimizin politik, sosial yaşamında, onun qavrayış eyitimində yolgöstərənimiz bilim (elm), texnika olacaqdır”.
“Türk millətinin yürüməkdə olduğu irəliləyiş, sivilizasiya yolunda, əlində, başında tutduğu məşəl qabaqcıl bilimdir”.
“Bilim, texnika haradadırsa, biz də orada olcaq, onu millətin bütün bireylərinin beyninə yeridəcəyik. Bilim, texnika üçün hansısa sınır yoxdur”. Ardını oxu »
Soylu Atalı. Yazılan qanunlar, yazılmayan qanunlar
Ürəyinizdə Ata Günəşi olsun!
Bəzən bir adam humanist bir işi görəndə “yazılmayan qanunlar da var” deyər. Buna istəyirəm aydınlıq gətirəm. Hardan qaynaqlanır bu söz, nə deməkdir?! – Qanunları kimlərin yazdığına baxsaq, “Yazılmayan Qanunlar”ın nə demək olduğunu daha yaxşı aydınlaşdıra bilərik. Toplumun birgəyaşayışında başlıca olaraq, siyasi, ruhani qanunlar rol oynayır. Siyasi qanunları dövlət yönətimi formalaşdırır, ruhani qanunları isə din-inanc sistemi. Din-inanc sistemində qanunları ruhaniyyat yaradıcıları oluşdurur. Onlar bu qanunları Tanrının göstərişi ilə yazdıqlarını deyirlər. Onlar, yəni Buddizm, Xristiyanlıq, İslam i.a. Bunların hər biri insanın birgəyaşayışını necə düşünüblərsə, o cür də ona yön verməyə çalışıblar. Ardını oxu »
Xaliq Bahadır Bir daha Şahbaz Xuduoğlunun “tərcümə” kitabları ilə bağlı
Evimizin yaxınlığındakı kitab mağazasına getmişdim. Kitablara baxırdım. Qarşıma belə kitab çıxdı: “Şüuraltının gücü”. Çoxdankı alışqanlığımla düşündüm: “Türkcəmizdə belə olmalıdır: “Bilincaltının gücü”. Bu, məndə açun dillərinin ən gözəli, ən dolğunu, ən yetkini olan gözəlim Türk dilinə sonsuz sevgidən qaynaqlanan alışqanlıqdır: tək kitab mağazalarında deyil, şəhəri gəzəndə də gördüyüm yad sözləri dilimizə çevirir, sonra da dilimizin özümlü gözəlliyinin dadını çıxarıram. Bilirəm, indiki ağalığa bağlı pul düşkünlüyündən belə görsənişlər kimlərəsə bayağı görünə bilər, qoy olsun. Ardını oxu »
Soylu Atalı. Ocağın ölümsüzləşən “Bağban”ı
Asif Ata deyirdi: “Ocaq heç bir planda, proqramda olmayan bir olaydır”.
Başlanğıcda Asif Atanın istəyi ruhaniyyat yaratmaq deyil, milli dövlət yaratmaq idi. Ancaq milli dövləti yaratmağa insan gərəkirdi – satmayan, satılmayan, millətə, dövlətə, insanlığa xəyanət etməyən. Asif Atanın bu işi gerçəkləşdirmək istədiyi çağlar milli düşüncənin, demək olar, susdurulduğu bir dövr idi. Sovet imperiya maşını milli düşüncələrin qətliamını davam eləməyə hazır dayanmışdı. Ardını oxu »