Xaliq Bahadır Bəxtiyar Hacıyev: baş tutan tələ

 

Bəxtiyar Hacıyevlə bağlı bir sıra bilgilərim olduğundan tutuqlu olduğu dönəmdə onun yararına geniş yazı yazmadım. Ancaq bütünlüklə susqunluq da sərgiləmədim. Insan hüquqları baxımından yanaşmaqla kiçik statuslar yazdım: Bəxtiyara özgürlük!
“Tutuqlu olduğu dönəmdə”,- o indi də tutuqludur. Onunla bağlı içdə də, dışda da çoxlu çağırışlar yayılmaqdadır: tutsaqlıqdan çıxarma çağırışları. Sözsüz, bunlar hamısı gərəkdir, gərəkli çağırışlardır. Bir ucu ABD-nin keçmiş dövlət katibi Hilları Klintona gedib çıxan o çağırışlara qarşılıq olaraq rejim özünün KQB resurslarını işə salaraq Bəxtiyarla bağlı kompromat xarakterli videosessiya yayımladı. Ardını oxu »

Soylu Atalı Ölümün qarasına

Xalqımızın ulusal gələnəklərindən, daha doğrusu, bayram gələnəklərindən ən ucası Yaz Bayramıdır – Xızır ruhunun Doğa ilə bütövləşdiyi bir bayram. Bu bayram – bizi ölənlərimizin ruhu ilə doğmalaşdıran, onların varlığını sevincimizə, sevgimizə qaytaran qutsal bir gələnəkdir. Doğrudur, son çağlar bu bayramın özünün ruhu da öləziyib. Dadlı biş-düşlərdən çox da dərinə getməyən bir durumda gerçəkləşir. Ancaq bizim yaddaşımızda bu bayram daha anlamlı, sevincli, xatirəli qalıbdır. Bir çağlar Yaz Bayramı gələndə bütün el-oba tonqallar işığına bürünərdi. Hər evdə diləklər tonqallara çevrilərdi. Yaxın keçmişdə ölənlərin hər birinin adına ayrıca tonqal çatılardı. İşıqlanırdı ruhu, xatirəsi ölənlərimizin. İndi çox həyətlərdə tonqal qalanmır. Qalayanlar isə bircə tonqalı yetərli sayır. Ölənlərin adını tutmaları, ruhunu anmaları varmı, yoxmu, bəlli deyil. Biz də bircə tonqal çatırıq. Ancaq ölənlərimizin adını tutur, xatirələrini yad edirik… Ardını oxu »

Xaliq Bahadır Başına gələn başmaqçı olmaya da bilir- bizim kimi

BMT yanında beynəlxalq məhkəmə Laçın koridorunu Azərbaycanın yubanmadan açmalı, ermənilərin özgürcə gediş-gəlişini qarantiyalamalı olduğu ilə bağlı qərar çıxardı. Bu qərara uyğun olaraq fevralın 20-dən Azərbaycanla qondarma “Ermənistan” arasında sınırlarda, belə desək, Avropa jandarmeriyası dayanır. Dayanır, “yazıq erməniləri Azərbaycanın saldırıılarından qorumaq üçün”. Elə o məhkəmə Azərbaycanın ermənilərə qarşı olan suçlamasını yersiz sayıb. Bu iki faktı Erməni diplomatiyasının uğuru, Azərbaycan diplomatiyasının uğursuzluğu saymaq olar. Burada bir neçə faktorun rolu var. Onlardan biri Paşinyan-İlham Əliyev faktorudur. Ardını oxu »

Asif Ata. Novruzluğumuz

(Fəlsəfi-bədii məqam)
I

Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz.
Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək! Ardını oxu »

Soylu Atalı “Od İşığı” ideyası

Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi sayılır. Materializmdə isə hər şeyin əsasında Materiya durur, ancaq burada heç bir ilahi uyum, qüdrət qəbul olunmur.
Dedik, Tanrıçılıqda Doğanın özünün ilahi uyum olduğu qəbul olu­nur. Burada Doğanın 4 ünsürü – torpaq, hava, su, od yaranışın qaynağı sayılır. Bu gün də xalqımız bu 4 ünsürü, dörd çərşənbə adı ilə bayram edir. Günün farsca adlanması yanlışdır, ancaq anlam dəyişmir. Bununla bağlı sonrakı bölümdə aydınlaşdırıcı söz deyilə­cək. Ancaq burada başlıca məsələ ünsürlərin anlamı ilə bağlıdır. Ardını oxu »

“Babəki verən xalqın özünü balaca sayması günahdır”

(14 mart Böyük Babəkin edam olunduğu gündür)

Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaş­larımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düşüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq Bahadır, Azərbaycanımızın Güneyindən olan aydınımız Ağşın Ağkəmərli suallarımızı cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər.
– İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi?

Ardını oxu »

Əkbər QOŞALI. ÇOBANBAYATI (poema)

Uzaqlardan bir ilahi tütək səsi gəlirdi,

Kədər vardı,

fərəh vardı,

dəvət vardı o səsdə…

Əlim qaşımın üstündə, qulağım dinşəmədə,

axşamüstü yol dəyişdim o ilahi səs səmtə.

“Az getdim-üz getdim, dərə-təpə düz getdim”,

Bir saatın tamamında ol məkana yetişdim.

Dağ döşündə bir çobandı üzü-gözü fərəhli,

Yeməkdən yorğun sürüsü gövşəyirdi sərində.

Salam verdim, salam aldım.

Dedim, qardaş,

nə çalır, nə oxurdun? –

buralara

o ilahi

səsdən tutub gəlmişəm. Ardını oxu »

Asif Ata Tarixə çatmaq. Babəkliyimiz (I və II hissə)

I. TƏLƏB
Tarixi görmək üçün daxili göz gərək – RUHANİ.

II. BABƏKLİYİMİZ

XƏLİFƏT BOŞLUĞU
Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginli­yin­də, dəbdəbəsində.
Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqam­larda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, məna­sız­la­şıb.

Xəlifə Möhtəşəmliyində, mənəm-mənəmliyində Boşluq var – çilçıraqlı. Ardını oxu »

Soylu Atalı Babək özgürlük simgəmizdir

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)

 Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadıl­masına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğula­mayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrə­dilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı, – onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »

Asif Ata Babəkliyimiz – Xürrəmdinliyimiz

I. Fərəh İnamı

Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.
O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…
Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.
Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.
Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı.
Xəlifət Babək Peyğəmbərliyi və qəhrəmanlığından dəhşətə gəlmişdi.
Peyğəmbərlikilə Qəhrəmanlığın misilsiz birliyi yaranmışdı və bu birlik başı Bağdadda, ayağı Hindistanda olan Xəlifət Həşəmətini yerindən oynadırdı. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv