Xaliq Bahadır. Gücümüz ortaq çıxarlarımıza bağlıdır

(Tofiq Yaqublu faktoru)

Bütün Azərbaycana yaxşı tanış olan, çoxdan Azərbaycandan çox-çox uzaqlarda da tanınan Tofiq Yaqublu ölüm aksiyası keçirir. T.Yaqublu antidemokratik rejimə sürəkli dirənişi ilə tanınan, rejimlə barışmaz çarpışma aparan birisidir.
T.Yaqublu Qarabağda döyüş yolu keçib. Qarabağda döyüş yolu keçənlərin bir çoxu rejimin yalnız antidemokratik deyil, eləcə də antimilli xarakterli yönətimi qarşısında sınıb geri çəkilirkən, bir çoxu rejim acımasızlığına dözməyib özünü öldürürkən Tofiq Yaqublu rejimlə qladiatorcasına savaşa qalxan bir savaşçı yerindədir. Biz istəsək də, istəməsək də Tofiq Yaqublu bir örnəkdir – yamanlıqlar, əyriliklərlə barışmazlıq örnəyi! A.Kamyu deyir: “Haqsızlıqla ya çarpışırlar, ya da əməkdaşlıq edirlər”. T.Yaqublunun birincilərdən olduğunu görmək üçün düz-düzünə baxmaq yetərlidir. Ardını oxu »

Xaliq Bahadır. Bizim bir Azərbaycanımız var

Tehrandakı Azərbaycan elçiliyinə bəlli basqından sonra Azərbaycanda İrana yönəlik savaşçı söyləmələr durmadan artmaqdadır. Qısası belədir: “İrana həddini bildirməyin çağı çatıb”.
Bu gün Azərbaycanda İrana yönəlik kəskin ritorika sərgilənməkdədir. Özgürlükdən, özgür yanaşmalardan bütünlüklə uzaq televiziyalar yurddaşlarımızın İrana olan acığını daha da körükləyir.
Bəllidir “İran islam respublikası” adlanan dövlət uzun illərdən bəri, demək olar, ara vermədən, antiAzərbaycan politikaları yürüdür. İllərlə dönə-dönə genişliyi ilə yazmışıq, indi qısaca demək yetər: Azərbaycana yalnız yamanlıq etməyə yüklənmiş İran fars rejimi başlanğıcdan sonadək erməni terror dövlətinə, qaniçən erməniliyə arxa durub, yardımçı olub- Xocalı soyqırımını, ermənlərin Qarabağda törətdikləri çoxsaylı qırğınları, böyük dağıntıları gözardı etməklə! Azərbaycanın Qarabağdakı yarımçıq uğurunun belə qondarma “islam dövlətini” necə özündən çıxardığı, onun Azərbaycana yönəlik politikalarının daha da aqrerssiv xarakter aldığı bəsbəllidir. Yaxın günlərdə geniş sərgilənən Tehran-İrəvan qardaşlığı da, Paşinyanın arvadının İranda saraydan məscidə, məsciddən saraya yüksək qarşılanmaları da istər-istəməz yurddaşlarımıza öz etkisini göstərməkdədir. Bütün bunlara baxmayaraq, planetin indiki qarışan durumunda biz toxtaq olmalıyıq! Ardını oxu »

10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 195-ci ildönümüdür

Fəlakətlərimizdən dərs götürək!
Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib…
Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər. Ardını oxu »

Asif Ata Ürəkdən gələn səs

Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığma­yan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təza­hür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır.

Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. Mütləq onlara yaddır, düşməndir, onları rədd edəndir.

Mütləq – dünyada, həyatda, insanda nə varsa, hamısının kamilləşməyə, ucalmağa, şərə, çirkinliyə qələbə çalmağa sövq edir, onları özlərindən kənara çıxarır, Mütləq gözəlliyə, Mütləq xeyirə səsləyir, onların qarşısında sonsuz üfüqlər açır, onlara sığmazlıq xisləti bəxş edir. Dünya, Həyat, İnsan çoxcəhətlidir, əlvandır, mürəkkəbdir, ziddiyyətlidir, bulanıqdır, ancaq həm də Mütləqlə səciyyələnən, yetişən, gözəlləşən, özündən yüksəyə qalxan, sonsuzluğa doğru hərəkət edəndir. Dünyanın, Həyatın, İnsanın məziyyətləri nisbi səciyyə daşıyır. Nisbi gözəllik, nisbi kamillik, nisbi xeyir var dünyada. Lakin nisbidə Mütləq var. Nisbi gözəlliyin, nisbi kamilliyin, nisbi xeyirin mayasında Mütləq yaşayır.

Əslində nisbilik nisbi olanın mahiyyətini ifadə etmir. Nisbiliyin mahiyyəti nisbi deyil, Mütləqdir. Bu o deməkdir ki, nisbi öz nisbiliyində qalmayacaq, onun üzərində qələbə çalacaq, daxilində yaşatdığı Mütləqin çağırışıyla, təsiriylə, hökmüylə daha yüksək mövcudiyyata qədəm qoyacaq, özündə dayanmayacaq, özündən ucalığa can atacaq. Mütləq – dünyanı, insanı, həyatı Mütləqə doğru istiqamətləndirir; onlara əbədi kamilləşmə, gözəlləşmə, ülviləşmə səadəti verir.

Bir tərəfdən Mütləq bizə deyir ki, nisbi hadisələrə ciddi yanaşın, onları düzgün qiymətləndirin – onlar Mütləqin təzahürləridir. Onlar nisbi olsa da, özlərində Mütləqi daşıyırlar. O biri tərəfdən Mütləq bizə deyir ki, nisbi gözəlliklər, xeyirlər, kamilliklər öz indiki səviyyələrində qalmayacaq, Mütləqə yaxınlaşacaq, özlərindən yüksəyə qalxmağa meyil göstərəcək, artacaq, böyüyəcək, gözəlləşəcəklər.

Mütləq heç vaxt özünü hadisələrdə tam ifadə etmir, lakin hadisələrin heç birini özündə dayanmağa, özüylə kifayətlən­məyə qoymur, onları özünə, Mütləqə yaxınlaşdırır.

Mütləq – hadisələrin daxilində yaşayır və hadisələri öz arxasınca aparır. Mütləq ilə hadisələr arasında həm qırılmaz əlaqə, həm də sonsuz sədd var. Hadisələrin heç biri və hadisə­lərin hamısı bir yerdə Mütləqi bütövlükdə ifadə etmir. Ancaq Mütləq heç vaxt hadisələrdən kənarda olmur. O, Hadisələrdə yaşayır. Hadisələr də öz növbəsində heç vaxt tək Mütləqdən ibarət olmur. Onlar həm də naşılıqdan, yanlışlıqdan, şərdən, çirkinlikdən ibarət olur. Ancaq hadisələr həmişə Mütləqin hökmünə əməl edir, Mütləq olmağa can atır. Dünyanın heç bir məqamı, vəziyyəti – Mütləq məziyyətə malik olmur. Ancaq dünyanın heç bir məqamı, vəziyyəti həm də özündə qalmır, özündən kənara çıxmağa can atır. Bu baxım­dan, Mütləq zamanın əbədi gedişatında, Sabahda, bir-birini əvəz edən sonsuz məqamlar, vəziyyətlər, hadisələr axarında yaşayır. Dünya, Həyat, İnsan – Mütləqin təsiriylə, Mütləqin istiqamə­tində, Mütləqin yollarında addımlayırlar.

Mütləq ağlasığmaz dərəcədə kamildir, əlçatmazdır, təsəv­vürə gətirilməz dərəcədə alidir, bu səbəbdən də o, dünyanın, həyatın, insanın ülvi xislətini təyin edir. Bu səbəbdən də dünya, həyat, insan heç bir vəziyyətdə qalmır, bu vəziyyətdən kənara çıxır, onunla kifayətlənmir, onun üzərində yüksəlir.

Beləliklə də Mütləq – bugündə nişanələriylə, əbədi Sabahda bütöv mövcudluğuyla aşkara çıxan, nisbi hadisə­lərin daxilində yaşayan, ancaq onlara sığmayan, onları özlərindən kənara çıxarıb özünə yaxınlaşdıran, Dünyaya, Həyata, İnsana Ali Daxili Qüvvə, İstiqamət və Meyar olan bir Qüdrətdir.

Bu Qüdrəti laboratoriyalarla, riyazi hesablamalarla, elmi tədqiqatlarla dərk etmək olmaz. Çünki o, ağılasığmazdır. Ağıla sığmamaq – var olmamaq deyil. Mütləq ağıla sığmır, gözlə görünmür, ancaq o, var: Dünyanın, insanın, həyatın ideala yaxınlaşmaq meylində, bugünlə sabahın təmasında, dünyanın daimi dəyişməsi, təkmilləşməsində, insanın özüylə, dünyayla, həyatla kifayətlənməməsində, daim ədalətə, həqi­qətə can atmasında, idrakda, sənətdə, qəhrəmanlıqda, təbiətin sehrində. Mütləq heç vaxt tam gözə görünmür, çünki tarixə, dünyaya, həyata sığmır, gözlə görünən onun nişanələ­ridir. Ancaq o, var. Çünki dünya nisbidə dayanmır.

Nisbinin nisbidən yüksəyə qalxması – Mütləqin yaşama­sıdır. Bu meylin ölməzliyi, əbədiliyi Mütləqin yaşamasıdır. Dünyanın Mütləqə yaxınlaşdırmaq istiqamətində əbədi gedişi – Mütləqin yaşamasıdır.

Yaşamaq – yalnız zahirə çıxmaq deyil.

Yaşamaq həm də hadisənin daxili məzmununu, inkişaf meyilini müəyyən etmək, onun hərəkətverici qüvvəsinə çevril­məkdir. Bu baxımdan, Mütləq həmişə yaşayır, hadisələrin daxilində təzahür edir, həm də hadisələri özlərindən kənara çıxarıb, özünə yaxınlaşdırır.

Əgər dünyada, həyatda, insanda Mütləq olmasaydı, dünya, həyat, insan nisbi hadisələrə pərçimlənib qalardı, sabahla bu­gün arasında fərq olmazdı, dünya, həyat, insan artmazdı, İnsan özünüdəyişdirməyə, insanı yaxşılaşdırmağa çalışmazdı, dünya, həyat, insan yerində sayardı.

İnsan özünü özüylə yox, Mütləqlə müqayisə etdiyindən özündən yüksəyə qalxdı, özüylə razılaşmadı, kifayətlənmədi.

O, ən yaxşı insanı yox, Mütləqi özünə meyar seçdi. Mütləq insanın əsil inkişaf tarixini yaratdı. Onda ki, İnsan özünü Mütləqlə yox, özüylə, İnsanla müqayisə etdi, özüylə razılaşdı, barışdı, kifayətləndi, onda adiləşdi, kiçildi, çünki insanın ən alisi belə, İnsan üçün azdır. Mütləqdən ayrıldıqca insan müflis­ləşdi. Mütləqə qovuşduqca yüksəldi.

Mütləqə can atmaq, özünə Mütləq ölçüsüylə yanaşmaq İnsanda özüylədöyüş ləyaqəti yaratdı və İnsan özünü təsdiq etməklə yanaşı, özünü inkar etməyi də öyrəndi və özünün özündən böyük  səviyyəsini dərk etdi.

Köhnə peyğəmbərlər Mütləqi Allah adlandırdılar və həyatı, dünyanı, insanı yaradan Qüdrət saydılar. Onlar həyatda, dünya­da, insanda Mütləqin olduğuna inanmadılar. Onlara elə gəldi ki, dünyanı, həyatı, insanı kimsə yaratmalıdır.

Onlar bəlkə də bilmədən, istəmədən Mütləqi insaniləş­dirdilər. İnsan alətlər yaradırdı və onlara elə gəlirdi ki, dünyada nə varsa, hamısının yaradıcısı var. Bu yaradıcı – Allahdır. Yeri-göyü, kainatı yaradan odur.

İstəmədən, bilmədən peyğəmbərlər Mütləqi kiçildirdilər, insan səviyyəsinə endirirdilər, ona insan səviyyəsində yanaşırdılar. Onlara elə gəlirdi ki, böyüklüyün yeganə meyarı yaratmaq qabiliyyətidir. Əgər Allah yeri-göyü yaratmayıbsa, yer-göy özü peyda olubsa, deməli, Allah mütləq gücə malik deyil.

Bu, yanlış təsəvvür idi. Peyğəmbərlər Mütləqin mütləqli­yini həyatın, dünyanın, insanın özündə görmürdülər.

Onlar mütləq qüdrətin olduğunu dərk etmişdilər, həmin Qüdrətə səcdə qılır, onu ürəklərində gəzdirir, bəşəriyyəti həmin Qüdrətə məhəbbət ruhunda bəsləyirdilər, həmin Qüdrəti Ali Var­lıq səviyyəsində insanlara təqdim edirdilər. Ancaq onu dün­ya­dan, həyatdan, insandan tam ayırırdılar. Ali Qüdrət dünyanı, həyatı, insanı yaradırdı, ancaq ondan təcrid olunurdu. O, dünyanın daxilində yox, fövqündə yaşayırdı. Peyğəmbərlər dünyanın heç bir varlıq tərəfindən yaradılmamasına inanmır­dılar. Onlar yeri, göyü, dünyanı, insanı yarada bilməyənin Mütləq Qüdrətə malik olmasını ağıllarına gətirmirdilər. Əgər Mütləqsənsə, deməli, Dünyanı yaratmalısan, Dünyanı yaratma­yırsansa, deməli, Mütləq deyilsən. Dünya öz-özünə yarana, yaşaya bilməz! Həyatda hər bir hadisənin yaradıcısı var, deməli, dünyanın da yaradıcısı olmalıdır. Həmin yaradıcı Allahdır.

Allahı dünyanın yaradıcısına çevirən peyğəmbərlər onu qeyri-ixtiyari olaraq insani keyfiyyətlərlə səciyyələndirirdilər. Allah insan kimi qeyzli, mərhəmətli, amansız, ağıllı olurdu, insan kimi yaşayırdı, bəndələrinə sahiblik edirdi, insanları cəzalandırır, mükafatlandırır, cənnət-cəhənnəm divanı, cin-şeytanlar, hurilər-pərilər aləmi icad edirdi. Bir sözlə, peyğəm­bərlər özləri də hiss etmədən Mütləqi Mütləqlik taxtın­dan salır, onu nisbilik səviyyəsinə endirirdilər. Allah qeyri-insani möhtəşəmliyə malik olurdu, ancaq insan münasibətləri, xasiyyəti məntiqinə uyğun davranırdı. Allahın o dünyası da mahiyyət etibarilə bu dünyaya, insani dünyaya bənzəyir. İlahi möcüzələr – insan arzularını, niyyətlərini ifadə edirdi. Allah insan diləklərindən, təxəyyülündən çox asılı idi. O, həm də haradasa yer hakimlərinə bənzəyirdi. İnsanların Allaha müna­sibətində rəiyyət – hakim əlaqələri təkrar olunurdu. Allaha baş əyirdilər, ondan qorxurdular, çəkinirdilər, ona yalvarırdılar, ondan səadət umurdular.

Bir sözlə, peyğəmbərlərin yeri, göyü, insanı yaradan Allahı əslində İnsan mövcudluğunu təqlid edirdi. Üstəlik, zehinlərə həkk olunan xurafat cəfəngiyyatı Mütləqin ülvi mənasına xələl gətirirdi və inkarçılar həmin naqislikdən istifadə edib Mütləqi dandılar. Allahla döyüş əslində dünyanın, həyatın və insanın ali mənasıyla döyüş oldu. İnkarçılar dünyadan, həyatdan, insandan Mütləqi sildilər və dünyaya, həyata, insana dəhşətli zərbə vur­du­­lar. Dünyanı, həyatı, insanı nisbi hadisələrin cəminə çevir­dilər, nisbi hadisələrə qapılıb qaldılar, yalnız olanı gördülər, olanda yalnız nisbini sezdilər, nisbiyə tapındılar… Görünənə sığındılar, dünyada, həyatda, insanda dünyadan, həyatdan, insandan yüksək heç nə tapmadılar, dünyayla, həyatla, insanla kifayətləndilər, barışdılar. Dünyanın, həyatın, insanın nisbi mənasını saxladılar, Mütləq mənasını itirdilər. Dünya müqəd­dəslik mahiyyətindən məhrum oldu.

Əgər dünyadakılar nisbi məziyyətə malikdirlərsə, nisbi məziyyətlərin arxasında heç bir mütləq məna dayanmırsa, dünya­nın gedişatında Mütləqə yaxınlaşmaq meyli yoxsa, deməli – onda qeyri-adi xüsusiyyət, müqəddəs mahiyyət axtar­maq əbəsdir. İnsan elə insandır, yəni nisbi keyfiyyətlərə malik bir varlıqdır, onda nisbi mənadan kənara çıxmaq, mütləq məna axtarmaq lazım deyil. Əgər insan bütöv mahiyyət kimi adidir­sə, deməli, onun müxtəlif keyfiyyətləri: məhəbbəti, analığı, qəhrəmanlığı, fədakarlığı və s. də müqəddəslikdən məhrumdur. Beləliklə də insanı ucaltmaq niyyətini aləmə car çəkən inkar­çılıq əslində insanı son dərəcə alçaltdı, qiymətdən saldı.

Mütləqi alçaltmaq yoluyla İnsanı ucaltmaq cəhdi acı nəticə verdi. Müqəddəsliyin ləğvi həm də dünyanı İnsanın gözündən saldı.

Köhnə peyğəmbərlər dünyaya inanmadılar, onu icad edən Qüvvə axtardılar. İnkarçılar yenə də dünyaya inanmadılar, ona xas olan mütləqliyi dandılar. Hər ikisində şübhə hökm sürür. Əslində isə dünyanın yaradıcısı allah yoxdur, ancaq dünyaya ülvilik, kamillik, gözəllik gətirən Mütləq var və o özünü dünyada aşkara çıxarır. O, dünyanın ümumi gedişindən, istiqamətindən kənarda deyil, dünyanın daxilindədir, o hər bir nisbi hadisənin, tarixi məqamın mənasından böyük, ali və yük­sək­dir, bu baxımdan, özünü dünyanın, həyatın, insanın sonsuz, əbədi gedişatında realizə edir. Onu adi gözlə görmək olmaz, onun şəklini çəkmək olmaz, ancaq o var. Onu dünyanın, həyatın, insanın daimi kamilləşməsində görmək olar.

Əgər dünya bir yerdə qalmırsa, dəyişirsə, gözəlləşirsə, ülvilə­şirsə, – deməli, Mütləq var!

Əgər insan bir vəziyyətdə qalmırsa, özüylə kifayətlənmirsə, özüylə döyüş vasitəsiylə özünün üzərində ucalırsa, özündən daha kamil, daha ali olursa, –  deməli, Mütləq var!

Əgər həyat bir səmtdə, bir məqamda qalmırsa, dayanmırsa, daim yaxşılaşmağa, gözəlləşməyə meyil edirsə, – deməli, Mütləq var!

Əgər şərə qarşı nifrət azalmırsa, əksinə, artırsa, əgər xeyirə qarşı məhəbbət azalmırsa, əksinə, çoxalırsa, əgər məşəqqətlərə, yanlışlıqlara, xülyalara, qəddarlığa baxmayaraq, bəşər şərin yox, xeyirin arxasınca gedirsə, – deməli, Mütləq var!

Əgər Məhəbbət, Müqəddəslik, Ülviyyət naminə ölənlər həmişə tapılırsa, əgər heç bir qüvvə Qüdsiyyət odunu söndürə bilmirsə, – deməli, Mütləq var! Dünyanın, Həyatın, İnsanın Meyarı – Dünya, Həyat, İnsan ola bilməz – yalnız Mütləq ola bilər. Dünyanın, Həyatın, İnsanın əsas yolu  – Mütləqə aparan yoldur. Əsil mövcudluq – Mütləqə yaxınlaşmaqdır.

Bu sözlər Əbədi, Sonsuz, Müqəddəs qəlbdən gələn səslərin əks-sədası idi. Onlar qədimlərdən gəlib Əbədi Sabaha yollanırdı.

Asif Ata. Türk Ruhu bərqərar olsun!

Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiy­yəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Göy burda islam Göyü deyil, qətiyyən. Burda Allahın taxtı yoxdur, tacı yoxdur. Göy – ucalıq rəmzidir. Harda olursa olsun, türk başının üstündə Göy görüb. Atilla da Göy görüb, o biriləri də. Nə qədər ki, onlar Göyə pənah gətiriblər, Göyə tapınıblar – çox məğrur olublar. Türk məğrurluğu, türk vüqarı hədsizdir, əvəzsizdir, bən­zərsizdir. Burda heç bir şişirtmə yoxdur. Ona görə mahiyyətcə türk ruhu antiislamçıdır. İslam sözünün mənası itaətdtr. İslam qorxu­dur və mahiyyətcə Göydə Allah olanda Yerdə hökmdar olur, hökm­dar rəiy­yət tələb edir. Bu, türklərdə olmayıb, belə qorxu, belə təbə­qələşmə, belə ağaçılıq türklərdə olmayıb, türk ruhuna uyğun deyil. Bu birinci. Ardını oxu »

Soylu Atalı. 20 YANVAR DƏRSİ

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik.
Saxtakarlığın fatehliyinə dözmədik – «20 Yanvar» yaratdıq. Ardını oxu »

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Ardını oxu »

Faiq Balabəyli. Şuşa

Mənim qoca şəhərim, mənim uca şəhərim
neçə ilin həsrətini çəkən, yorğun şəhərim
özümüzdən çox uzaq,
könlümüzə çox yaxın
gözümüzlə görünməyən tənha, oğrun şəhərim
axır ki qayıda bildik, gözlərin aydın…

Qırmızı qoftalı, yaşıl tumanlı
ətrafı çiskinli, çənli dumanlı
Abırlı, həyalı, nurlu, imanlı
yaşıl meşələrdən qurşaq bağlayan
dumanı başına çalma tək çəkən,
yaşmaq bağlayan şəhərim
qayası, qalası, didərgin balası
hirsindən, hikkəsindən ağlayan şəhərim
axır ki qayıda bildik, gözlərin aydın… Ardını oxu »

Asif Ata Ölümlə Görüş

– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür! Ardını oxu »

Xaliq Bahadır. Azərbaycan gerçəyi

Ortada birisinin Gültəkin Hacıbəylini məhkəməyə vermək istəyi ilə bağlı yekə bir dartışma var. Mən o dartışmaya qarışmaq istəmirdim. Ancaq qarışası oldum. Şəmşad Ağanın statusunu oxuyandan sonra. Daha doğrusu, statusla bağlı bir sıra postları, ən başlıcası da Rafiq Cəlilov adında feysbukdan tanıdığım adamın postunu oxuyandan sonra.
Bir çoxları özlərini elə aparırlar, elə yazırlar- nəsə olmamış kimi. Böyük say baxımından Azərbaycan Türk ölkəsidir. Türklər isə tarixə tolerantlıq damğasını vurmuş bir uluis olaraq tanınır. Mən indi çox fakta əl atmayacam. İndilikdə bircə fakt göstərirəm. 1926-cı sayımına görə, SSRİ-də 195 xalq vardı. 1989-cu il sayımına görə xalqların sayı 128-ə enmişdi. Göründüyü kimi, vur-tut 70 ildə 67 xalq asimilyasiya edilmişdi. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv