Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, sönük, etkisiz deyildir. Onlar özünəxas özəlliklərlə (əlamətləri, nişanələrilə) izlənir. Bu özəlliklər olmasaydı, cisimlər sadəcə kütlə yığınından, olaylar isə quru görsənişlərdən başqa bir şey olmazdı. Ardını oxu »
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. İnsan Natamlığı
Natam İnam. Natam İlham. Natam vəcd. Natam ehtizaz. Natam məhəbbət. Natam ismət. Natam fərəh. Natam xəyal. Natam amal. Natam cürət. Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş. Natam iradə. Natam zəka. Natam duyğu. Natam arzu. Natam sirr. Natam dil. Natam yol. Natam səs. Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri. Natam açıq. Natam […]
Soylu Atalı Tarixi faktları dəyərləndirmək gərəkdir
Bu gün Azərbaycan, çevrəsində gedən, eləcə də içində qaynayan olaylarla bağlı olduqca kövrək dönəmini yaşayır. Güney Qafqaz çıxarların toqquşduğu aktiv bölgələrdən biri olduğu üçün siyasi durum daha geniş dramatik xarakter alıb. Azərbaycan dövləti özünün siyasi varlığını bəlirləməyə çalışdıqca, onun çevrəsində siyasi dramatizm daha da dərinləşməyə meyil edir. Sovetlər dağılandan sonra bu cür gedişlərin ortaya çıxması gözlənilən idi. Ancaq bu dərəcədə deyil. Ardını oxu »
Asif Ata Tariximizin Cənubi Azərbaycan dərsi
1. Azərbaycan birdir. Əgər o, ikidirsə, deməli, o, yoxdur əslində.
2. Böyük, sivilizasiyalı dövlətlərin maraqları dairəsində Milli müstəqillik boğulur, dağılır – böyümür, yüksəlmir.
Nəhəngləri maraqlandırmaq siyasəti yürüşündə bu tarixi dərs unudulur.
3. Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. (Demokratların SSRİ-yə bel bağladıqları kimi).
Özümləşmək üçün özünə bel bağlamalısan! Ardını oxu »
Xaliq Bahadır. Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası
Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni separatizminə, erməni terrorizminə biryolluq son qoyulacaq, yalnız Qarabağda deyil, bütün Azərbaycanda uzun sürəli dinclik dönəmi başlayacaqdı. Biz böyük arxayınçılıqla uzağı beş-altı günə gerçəkləşəcək bu günü gözləyirkən, bu günün sevinci ilə yaşayırkən, ortaya Ölkəmizin özülünə mina qoymaq yerində bir bildiri-öhdəlik çıxarıldı. Ardını oxu »
Asif Ata İdrak
İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsəməlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünyanın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq tapmalısan, ondan istifadə etməlisən. Ardını oxu »
Xaliq Bahadır Azərbaycandakı panfarsizm
Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır.Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük. Ardını oxu »
Asif Ata Mənəviyyat
İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüşmək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcərliklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır. Ardını oxu »
Xaliq Bahadır İki qardaşın bir absurd teatrı
İki qardaş: Zərdüşt Əlizadə, Araz Əlizadə. Atabir, anabir qardaşlar. M.Ə.Sabirin “Beynəlmiləl” şerindən bir parçanı azacıq dəyişikliklə yazaq: “İki qardaş, iki yoldaş bir vətəndə həmdiyiar,/Əsrlərlə ömr edib, sülh içrə bulmuşkən qərar./ Nagəhan fitneyi-iblisi-məlun oldu aşıkar”. Buradakı sonuncu misrada Rusiyanın iblis oyunları gözə çarpdırılır. Çevirməsi belədir: Birdən lənətə gəlmiş iblisin qurğusu üzə çıxdı. Ardını oxu »
Soylu Atalı Zəkanın demədikləri
(Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr)
Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, kitab oxunaqlı durumda deyil. Bununla belə, çətinliklə olsa da, kitabı oxudum. Ardını oxu »
Soylu Atalı Əlacsızlıq diplomatiyası
İllər öncə “Balanslaşdırılan faciələrimiz” adlı yazı yazmışdım. Uluslararası güclər Azərbaycanda uluslararası problem yaradıb, hər yöndən Azərbaycana basqı yaradılanda bizim mətbuatımızda yanlış təbliğatlar aparılırdı. Güya Azərbaycan hakimiyyəti balanslaşdırma siyasəti apararaq, uluslararası güclərin basqısına dirəniş göstərirdi. Ancaq o çağlar da aydın görünürdü, indi də. Ortada heç bir balanslaşdırılan durum yox idi. O çağlar Güney Qafqaz çıxarıların, mənafelərin aktiv toqquşduğu bölgə deyildi. Çəkişmələr başlıca olaraq Orta Doğuda gedirdi. Ardını oxu »