Soylu Atalı. Özümüzü aldatmayaq

İnsanın özünü üç növ aldatması var: anlamadan (şüursuz olaraq) özünü aldatmaq, şüurlu olaraq özünü aldatmaq, biri də fərqinə varmadan özünü aldatmaq. Bunlar nədə özünü göstərir?! – Şüursuz olaraq özünü aldatmaq əqli kallıqdan, sağlam mühakimələri bacarmamaqdan irəli gəlir. Şüurlu şəkildə özünü aldatmaq hər şeyi uydurmaq səviyyəsində baş verir. Burada özünü yalandan inandırmağa çalışmaq var. Boş, anlamsız təsəlliyə gərək duymaq var. Həqiqətdən qorxmaq, doğrularla üz-üzə durmaq cəsarətsizliyi. Başqaları üçün görsəniş yaratmaq miskinliyinə enərək oyun oynamaq. Ardını oxu »

Asif Ata. Özüylə Barışan İnsan

Xudbinliklə barışmaq. Çirkinliklə barışmaq.
Əyyaşlıqla barışmaq. Sərxoşluqla barışmaq.
Küdurətlə barışmaq. Ətalətlə barışmaq.
Zalımlıqla barışmaq.
Avamlıqla barışmaq. Qorxaqlıqla barışmaq.
Alçaqlıqla barışmaq.
Cəlladlıqla barışmaq. Qəddarlıqla barışmaq.
Riyakarla barışmaq.
Fitnəkarla barışmaq. Süniliklə barışmaq.
Sürülüklə barışmaq. Ardını oxu »

Soylu Atalı. Doğal Yaşam – Toplumsal Yaşam

Doğal yaşamla toplumsal yaşam arasındakı bağlılığı dərk eləmədən mənəviyyat ölçülərinin sınırlarını bəlirləmək, onunla yaşamaq çətin olur. Mümkünsüz olur da demək yerinə düşər. Bu da, əslində İnsanlığın dərk olunması anlamı daşıyır. Bunu aydınlaşdırmağa çalışaq: “İnsan necə bir varlıqdır” – bu soruya olduqca mürəkkəb, fərqli açılardan cavablar verilib. Bu cavabların içərisində uyumlu, yetərli olanları da var, yanıltmacalar yaradanları da. İnsanın yaşamı çelişkilərlə o qədər doludur ki, onun necə bir varlıq olduğunu dilə gətirmək çətin olur. Xarakter mürəkkəbliyini bu çətinliklərin nədəni saymaq olar, ancaq mürəkkəbliyin arxasında zənginliyinmi, yoxsa boşluğunmu olduğunu görməklə insanla bağlı aydın düşüncə sərgiləmək heç də olumsuz deyil. Ardını oxu »

Günev Atalının “Atagün” kitabı çapdan çıxdı

Ön söz

Ürəyində Günəş olsun, sayğılı oxucu!
Sənə sunulan bu kitab gələnəksəl kitablardan fərqli bir biçimdə yazılıb. Bu nə bədii kitabdır, nə fəlsəfi. Bioqrafik tarixi oçerk saymaq olar. Ömür yolu, mübarizə yolu, sevgi yolu, heyrət yolu – əslində bu adların hər biri bu kitabın məzmununu ifadə edir. Çünkü bu kitabda yazıya alınan yaşan­tılar çağdaş dönəmdə ağlasığmayan görsə­nişlər­dir. Ona görə ağlasığmayan görsənişlər deyirəm ki, ortada heç kimin yaşamadığı, yaşamaq istəmə­diyi bir aqibət var. Böyük anlamda sonuca varma­yan, sonu görünməyən belə əməkləri gerçək dün­ya­da kim özünə arzulayar ki?! Yola necə vurul­malısan, Yolbaşına necə güvənməlisən, mübari­zə­nin həqiqətinə necə inanmalısan ki, bu boyda əziyyətlərdən fərəh alasan, yorulmayasan, tükən­mə­yəsən. Kitabda oxuyacaqlarınız əslində bu dedi­­yimiz həqiqətləri anladır. Özü də uzaq keç­miş­də deyil, yaşadığımız çağda; dünyanın o biri başında deyil, bizim doğmaca vətənimizdə. Ardını oxu »

Asif Ata Ocağının yeni səfərləri

Ürəyinizdə Ata Günəşi olsun!
Hər nə qədər sosial sorunlarla üz-üzə qalsa da, insanın yaşamı, ömrü təkcə məişətə bağlı deyil. Axı insan ruhani varlıqdır, insanın mənəvi ehtiyacları da var. Bu ehtiyacdan yana hər kəsin ağlında, düşüncəsində millətin bugünü, sabahı ilə bağlı ziddiyyət doğuran suallar var. İnsan vətəninə, millətinə bağlı olduğu qədər sorunları düşünür, qayğılanır, özünün düşüncəsinə dəstək olan insanlar axtarır.
Asif Ata deyirdi, “Xalq sizi gözləməyən görünür, ancaq o sizi gözləyir”. Asif Ata Ocağının Evladları da vaxtaşırı bölgələrə səfərlər gerçəkləşdirir, canlı görüşlər keçirir, insanlarla bir arada olmağa, milli-insani düşüncələri bölüşməyə can atırlar. Ardını oxu »

Paşa Talıblı. Şeirlər

                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                            Tanrı da təki çağırır…

 

Deyəsən, burda nəsə var,
nəsə var… görmürəm axı!
… qulaqlarım səsə düşüb
ya kimsə məni çağırır?

 

Elə hey səs eşidirəm,
kimdisə – gizlənir məndən…
Səs mənim özümdən gəlir
ya kimsə səslənir məndən? Ardını oxu »

Asif Ata. İnsan Alçaqlığı

Mütləqsizlik. İnamsızlıq. Sabahsızlıq.
Köləliyə alışmaq. Kölgəliyə alışmaq.
Sürünmək aqibəti. Sürülmək aqibəti.
Əsarət fərəhi. Ətalət fərəhi.
Minüzlülük. Dargözlülük. İlqarsızlıq.
Satılmaq və yaşamaq. Satmaq və yaşamaq.
Aldanmaq və yaşamaq. Aldatmaq və yaşamaq.
Daşlaşmaq və yaşamaq. Otlaşmaq və yaşamaq.
Riyanı sevmək. Fitnəni sevmək.
Erkəkləşmə aqibəti. Dişiləşmə aqibəti. Ardını oxu »

Bölgələrə yeni Ocaq səfəri

Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız.
Hər bir yol ardıcıl, davamlı addımlar tələb edir. Addımlar olmasa, yolu gedə bilməzsən, məqsədinə yetə bilməzsən. Yolda böyüyür, dəyişir, yetkinləşir adam. Yolda bəlli olur yola bağlılıq. Asif Atanın İnamı haqqında yurdumuzda hər kəs bilir. Ancaq daha dərindən anlatmaq gərəkir, bunu ancaq canlı ünsiyyətlərlə eləmək olar. Canlı ünsiyyət isə səfərlərdən keçir. Asif Ata Ocağının Evladları zaman-zaman bölgələrə səfərlər edib, Mütləqə İnam ideyası haqqında soraqlar veriblər. Bəzən eyni bölgələrə ardıcıl səfərlər olub. Ocaqsevərlərlə ardıcıl görüşlər keçirilib. Belə səfərlərin biri də bu yaxın günlərdə gerçəkləşib. Asif Ata Evladı Nurtəkin Atalı Ocaqdostu Yasin Türksoyla bölgəyə səfər edib, Ocaq sorağı yaymışlar. Ardını oxu »

Asif Ata. İnsan Yüksəkliyi

Aşiqlik aqibəti. Peyğəmbərlik aqibəti. İmtina qətiyyəti.
Duyğu ciddiyyəti. Vəcd əzəməti.
Ülvi səda hikməti. Ali kəlam qüdrəti.
Heyranlıq təlatümü. Vurğunluq təlatümü.
Müqəddəs istək. Müqəddəs ürək. Müqəddəs gözlər.
Müqəddəs əllər. Müqəddəs Səma. Müqəddəs ana.
Müqəddəs torpaq. Müqəddəs kəlam.
Müqəddəs sükut. Müqəddəs məqam. Ardını oxu »

Soylu Atalı. Aktiv Ruh, Passiv Ruh

“Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir.
İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var:  görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir də bunlarsız yanaşaq. Öncə onu deyim, həzz, iztirab, vecsizlik (biganəlik də deyə bilərik) bir tərəfli yanaşılası məsələ deyil. Bunun fiziki tərəfi də var, mənəvi tərəfi də. Mənəvi əzab, ya da, fiziki əzab; mənəvi həzz, ya da, fiziki həzz; biganəlik də belə, – fiziki baxımdan biganəlik, mənəvi baxımdan biganəlik. Fiziki əzab, fiziki həzz həmin bu beş lamisə duyğularının vasitəsiylə olur. İnsan nə vaxt həzz alır? – Dadlı nəsə yeyəndə, gözəl, ətirli nəsə qoxulayanda, yaxşı bir şey hiss edəndə. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv