Asif Atanın (ədəbiyyatla bağlı problemlərə yönəlik) Mirzə İbrahimova məktubu

 

 Hörmətli Mirzə müəllim!
Ehtiramımı qəbul edin.
Mənim son illərdə tənqid sahəsində fəaliyyətsizliyimin səbəbləri haqqında Sizə müraciət etməyə ehtiyac duyuram.
Mən öz tənqidi yaradıcılığımda həmişə aşağıdakı prinsipə əsaslanmışam:
əsil ədəbiyyat təqlidçiliyə, qondarmaya, süni yenilikçiyə yaddır, o, xalq mənəviyyatının ifadəçisi olduğundan təbii, özünəməxsus şəkildə inkişaf etməlidir, Qərbi yamsılamaq – hünər deyil, erudisiya həyatiliyi əvəz edə bilməz, tənqid bir qrupun mənafeyini yox, bütün ədəbiyyatın mənafeyini qorumalıdır, o, yaradıcılıq növüdür, bu səbəbdən də bədiilik, üslub əlvanlığı, idrakla hissiyatın vəhdəti tənqidin ümdə cəhəti olmalıdır. Ardını oxu »

SOYLU ATALI HƏYAT DİN İLƏ ALINMIR

İnsan kimdir, həyat nədir, ölüm niyə var, əbədilik nə deməkdir, ölümsüzlük xəyallardırmı?! – Bəşər övladı bu sonsuz, əbədi sorulara daim cavab axtarır. Bununla bağlı, çoxsaylı nəzəriyyələr, ideyalar işlənib ortaya qoyulur. Ancaq axtarışlar başa çatmır, sorular qapanmır, yenə də davam edir. Düşünürük ki, qapanmayacaq da. Əbədi davam edəcək. Ardını oxu »

Ruhsal səfər sevincləri

Ocaq səfərlərinin hər biri uğur yaradan addımlar olub. Hər bir səfərdə gərəkən soraqlar verilir. Bizim səfərlərimiz həm Asif Atanın işindən, yolundan soraqlardır, həm də bütövlükdə milli özümlüyümüzdən, dəyərlərimizdən. Bu soraqlarla kök atmaq istəyirik xalqın içində. Çətinliyə düşəndə özümlüyünə baxsın. Gələcəyini düşünəndə dəyərlərini xatırlasın. Özünə inansın. Ümidsizləşəndə Asif Atadan güc alsın. Gələcəyinə inansın, sabahını qursun.
Bu günlərdə Ocaq Evladı Nurtəkin Atalı yurdumuzun quzey bölgələrinə səfər edib. Şabran, Quba, Xaşmaz bölgələrində olub. Bu rayonların Kitab Evlərinə Asif Atanın, Ocaq Yükümlüsü Soylu Atalının, başqa Ocaqçıların kitablarını, Günsıra vizitlərini, dərgi buraxılışlarını bağışlayıb. Kitab Evlərinin müdirləri, işçiləri ilə milli-insani dəyərlər açısından, Ata ideyalarının açımı yönündən söhbətlər edib. Tarix-Diyarşünaslıq muzeylərində, Gənclər Mərkəzlərində olub. Orada da işçilərlərlə söhbətlər edib, Ocaq ədəbiyyatları bağışlayıb. Ardını oxu »

Xaliq Bahadır Bizim Muğam dilimiz (birinci yazı)

Ürəyimdə sevinc, qəm,
Muğamı dinləyirəm,-Əli Kərim.

Bu, muğamın iki görsənişi, iki özüdür: sevinc, qəm.Bir az obrazlı desək, bu, Çahargahla Segahdır. Muğam Böyük, Bütöv Azərbaycan deməkdir. Muğam bizim musiqiyə çevrilmiş duyğu, düşüncə varlığımızdır. Böyük, yetkin bir ulus olaraq biz nələrə görəsə özümüzü bəyənməyə bilərik.Belədə muğamı dinləməyimiz gərəkir- onu biz yaratmışıq. Ardını oxu »

XALİQ BAHADIR Mirzələrimizin Mirzəsi (oxumuşlarımızın oxumuşu)

 

Mirzə Cəlil yazırdı: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya heç yazmamaq lazımdır.
Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”.
Mirzə Fətəli (1812-1878) 19-cu yüzildə, Mirzə Cəlil (1869-1932) 19-cu yüzillə 20-ci yüzilin arasında yaşadı. Onların ikisindən də öyrənəcəyimiz çox nəsnələr var- bizi aydınladacaq-işıqladacaq, gələcəyə aparacaq nəsnələr.
Öyrənmək üçün oxumaq gərəkdir, biz isə oxumaqdan qaçırıq. Elə bil bizim üçün “çox oxuyan çox bilər” deyil, “çox oxumayan çox bilər” düşüncəsi daha keçərlidir. Ardını oxu »

ASİF ATA HAQQINDA SƏNƏDLİ FİLM

Xaliq Bahadır Londonda baş verənlər

Belə bir deyim var: itik bir yerə gedər, güman min yerə. London Azərbaycan elçiliyinə bir qrup azğın dinçinin saldırısı çox keçmədən çoxlu versiyalar doğurdu.
Bir qrup qarageyimli-islamçı əliyalın olaraq çox asanlıqla Azərbaycan elçiliyində, belə desək, hakimiyəti ələ keçirdi. Sonra da azacıq, ötəri olsa belə dirənişlə qarşılaşmadan üçboyalı Azərbaycan bayrağını çıxarıb, yerinə qara islam bayrağını asdılar. İngilis polisi nəyə görəsə soyuqqanlı izləyici rolunda idi- bunu anladıq Ardını oxu »

Xaliq Bahadır Yolsuzluq yaradanlar

  Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar- başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr.Başqalıqlara yolçuluq yolsuzluğa gətirər…
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi: Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv