Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar- başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr.Başqalıqlara yolçuluq yolsuzluğa gətirər…
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi: Ardını oxu »
Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir
(Amaldaşlarla dialoq silsiləsindən) … Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq […]
ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN
Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs? Həzin ladlar üstündə bir qız oxuyurdu. Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı […]
Asif Ata. 20 Yanvar
Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Soylu Atalı. 20 Yanvar Dərsi
Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Xaliq Bahadır Yolsuzluq yaradanlar
Xaliq Bahadır. Azərbaycandakı panfarsizm
Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır. Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük.
Başdan başlayaq.
Bir daha, deyilənə görə, polis “Allahı təhqir eləyib, Tale Bağırzadə buna görə aclıq eləyir”. İstər-istəməz soruşmaq gərəkir: Allah kimdir, Taleh Bağırzadə kimdir? Allahın hüququları yerdə qorunmur, qoruna bilməz; elə olsa dünyanı qan bürüyər.
Quranda dönə-dönə vurğulanır: Allah böyükdür, hər şeyi görəndir, biləndir. Quranda Allahın böyüklüyü dünyaüstü böyüklük olaraq vurğulanır, eləcə də Allah dünyaüstü güc olaraq tanıdılır. Gerçəkdən bu belədirsə, onda Allahın hüquqlarını qoruma aksiyası nə deməkdir? Ardını oxu »
ASİF ATA SİYASİ XİLASIMIZ – GÜNEY AZƏRBAYCAN
Mövcud vəziyyətdə, Atanın dediyi kimi, Güney Azərbaycanın üç böyük düşməni var – İslamçılıq, Farsçılıq və Qərbçilik. Ata bu fikirləri necə açıqlayardı?
ATA: Ürəyinizdə Günəş olsun! Güney Azərbaycan ümumi Azərbaycan məsələsinin ən mühüm, ən zəruri tərəfidir, cəhətidir. Əgər Güney Azərbaycan Quzey Azərbaycanla birləşməsə və Vahid Azərbaycan yaranmasa, Azərbaycanın gələcəyi dumanlıdır (yumşaq şəkildə desək). Güney Azərbaycan Quzey Azərbaycanla birləşəndə sayca böyük, dünya siyasətində müəyyən olunacaq Böyük və Qüdrətli bir ölkə yaranır. Ardını oxu »
ASİF ATA Güney Azərbaycan – İnqilablar məskəni
İnqilab və İntibah – Ata görümündə?
ATA: Ürəyinizdə Günəş olsun!
Cənubi Azərbaycan, çox möhtəşəm, biri-birini əvəz eləyən, biri-birinin davamı olan inqilablar məskənidir. Heç kəs də həmin inqilabları inkar eləyə bilməz. O inqilablar üçdür: Səttarxan inqilabı, Xiyabani inqilabı və Pişəvərinin rəhbərlik elədiyi inqilabi hərəkat. Ondan əvvəl də dünyada inqilablar olub. Ardını oxu »
Asif Ata Azərbaycançılıqda Cənubi Azərbaycan Amili
Ürəyinizdə Günəş olsun!
1. Cənubi Azərbaycan məsələsi Azərbaycanın ən əsas siyasi məsələsidir.
Cənubi Azərbaycan Şimali Azərbaycanla birləşsə – indiki Dünyaya qarşı dura bilən iri ölkə yaranar.
İndiki siyasi Dünya dahi tanımır – əhali çoxluğu tanıyır, iqtisadi güc tanıyır, silah tanıyır…
Vahid Azərbaycan ölkəsi Dünyəvi Zəbtçiliyə qarşı dayanar, müstəqilliyini qoruya bilər, siyasi Özümlüyünü Təsdiq edər… Ardını oxu »
Soylu Atalı Gərəkən Xatırlatma
Hələ Birinci Dünya Savaşı sonrası, yəni Osmanlının çökməsi ilə Türkiyənin qurulması çağlarında Azərbaycanı Bolşevik Rusiyası işğal etdi. Başqa sözlə, Azərbaycanın işğalından 3 il sonra Türkiyə Cümhuriyyəti quruldu. Bu gün bəzi antitürk ünsürlər iddia edirlər ki, Atatürk Azərbaycanı o çağlar Leninə satdı. Kökündən yalandır, Atatürkə də, türklüyə də böhtandır. Ardını oxu »
Soylu Atalı Faciələrimizdən dərs götürək
Azərbaycanın taleyində uzun illər qorunan, toplumun böyük kəsiminə bəlli olmayan bir faciəvi gizlin artıq üzə çıxıbdır. Bu gizlin Azərbaycanın ikiyə bölünməsi, zaman-zaman Azərbaycanı dünya xəritəsindən silmək istəyən güclərin azğın planının olmasıdır. Təbriz, Göyçə, Borçalı, Dərbənd, Qarabağ kimi parçalara bölünmüş bir vətənin yağısı çox, yiyəsi yox kimi. Ardını oxu »
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Ardını oxu »
Xaliq Bahadır. Yolsuzluq yaradanlar
Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar – başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr. Başqalıqlara yolçuluq yolsuzluğa gətirər…
Nələrdən keçib gəldik!
1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda partiyanın (ADP), qəzetin yiyəsi Sərdar Cəlaloğlu ilə qarşılaşdım. O məni görəndə alındı, duruxdu, sonra qırağa çəkib dedi:
- Bu gün Elçibəylə aramızda sizlə bağlı söhbət oldu, o sizə görə mənimlə sərt danışdı.
- Mənə görə niyə? – soruşdum.
- Deyir: “Mən Xaliq Bahadırı “Azadlıq” qəzetindən uzaqlaşdırmışam, siz ona qəzetinizdə çap olunmağa şərait yaradırsız”. İnanın, sizin yazılarınızın bizim qəzetdə çıxması bizə şərəfdi, ancaq…
Soylu Atalı. İnsanlığın Yaşam Sevdası
(Viktor Hüqonun “Səfillər” əsəri üstə düşündüklərim)
“İnsan ən pis mühitdə belə, yaxşı olaraq qala bilər”
(Asif Ata).
1. Gəlişmə – antigəlişmə
Gəlişmə (tərəqqi) harda baş verir – elmdə, texnikada, məişətdə, dövlət quruluşunun, yönətiminin yenilənməsində, sınırların qorunması üçün yaraqların modernləşməsində, təbiəti mənimsəmənin çalarlarında. Bunların heç biri toplumdan qıraqda deyil, ancaq insandan qıraqda baş verir. Bu cür gəlişmələrlə bağlı qalaq-qalaq kitablar basılır, elmi dərəcələr alınır, ödüllər qazanılır, şöhrət pillələri fəth olunur. Ancaq insanın içində gedən mürəkkəb proseslər – sarsıntılar, əyintilər, xəyanətlər, qəbahətlər bilinmir, dərk olunmur, aradan qaldırılmır. Bu ona görədir ki, gəlişmə əsilliyə yetmir. Ardını oxu »