Uzun, uzun bir yolu keçib getdik, arxadaş,
Bu açunu su kimi içib getdik, arxadaş.
Yanğı içində qaldıq… yolumuz bitər oldu,
Biz yetəməz olana özgələr yetər oldu.
Ölkəmizi sevməyi çoxlarına öyrətdik,
Biz gerçəyi bitirdik, biz düzgünlük ürətdik.
Bacardıq-bacarmadıq, nələr oldu-olmadı,
Bir yol tutduq sonadək: Özgürlük idi adı!
Bir yol tutduq sonadək – bizi o yol yaxınlaşdırmış, o yol birləşdirmiş, o yol arxadaş eləmişdi. O yol Sovet dönəmindən başlamışdı. Sovetin yıxılıb dağılmasından keçdik. Bir sosial-politik formasiyadan başqasına keçid dönəmini yaşadıq. Üzləşdiyimiz (birilərinin satqınlığı, dönüklüyü üzündən üzləşməli olduğumuz) acımasız diktaturanın, yırtıcı kapitalizmin bütün acılarını yaşayası olduq. Biz o uzun dönəmi elə-belə, passiv yurddaş olaraq yaşamadıq, sürəkli çarpışma içində yaşadıq… Ardını oxu »