Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü olanda əməli addımlar atır, zəif olanda isə baş qatır. Dövlətin zəif, ya güclü olmasını ilk növbədə onun öz içində yaratdığı nizamda görmək olar. Bu nizamın adına “daxili siyasət” deyirlər. Dövlət içrə yaranan nizam ədalətli qanunlarla həyata keçiriləndə dövlətin dünyada yeri, etkisi də bəlli olur, yəni dövlətin yürütdüyü dış siyasət öz xalqının müstəqil mədəni, mənəvi varlığını təmsil edir.
Bəs bu deyilənlərin fonunda biz öz dövlətimizi necə görürük?! Sovetlər dağılandan sonra dövlətimiz struktur baxımından bəlli yönlərdə gəlişmə aşamaları keçib. Ancaq biz gəlişmənin icazə verilən yönlərində irəliləmişik. Bu da doğaldır. Güclü dövlətlər güclü rəqiblər arzulamırlar. Dünyanı yönətən güclər bizi özləri ilə rəqabət apara biləcək aşamaya buraxmazlar. Ancaq gəlişmə elə bir tendensiyadır, onu keçmək üçün heç kimdən icazə almağa gərək yoxdur. Dövlət öz prinsiplərini həyata keçirməli, işini görməlidir. Ancaq nə yazıqlar, bizdə doğal, doğru gəlişmə yolu keçilmir, dövlət “qəlibdə inkişafla” yetərlənir. Dışarıdan texnologiyaları ölkəyə gətirib işə keçirmək, heç də,gəlişmə demək deyil. Ən yeni texnologiyaların sürəkli tətbiqi belə, öz xalqını sürü halına gətirən dövlətə uğur qazandırmaz… Ardını oxu »