Mütləqə İnam Ocağının İlk İnam Evinin (İnam Məbədinin) açılış törəni
Milad Günsırası (təqvimi ilə) 1979-cu ildə genelbəşər varlığında Azərbaycandan başlayan yeni bir era açıldı – Mütləqə İnam, ya da İnsanilik erası. Kitablı,İdeyalı, Bayraqlı, Peyğəmbərli bir era.
Dünyabaxışın – yaşamaq, dəyişiklik yaratmaq, gələcəyə addım götürmək üçün Ruhani Quruma gərəyi vardı. Bu qurum yarandı, yaradıcısının adı ilə Asif Atanın Mütləqə İnam Ocağı adlandırıldı. Ocağın yaşam biçimi, quralları, fəlsəfəsi yarandı, yazıldı. Qurum öz çalışmalarını, başlıca olaraq, Bakıda sürdürdü. Addım-addım bölgələrə yayıldı. Bölgələrdə Ruhani Ailələr biçimində genişlənməyə, gəlişməyə başladı. Getdikcə Azərbaycanın hər yerində eşidildi. Sonra Ocağın sorağı Azərbaycanın sınırlarından uzaqlara da yayıldı. Bu soraq Asif Atanın ölümündən sonra da yayılmaqda davam edir. Ardını oxu »