Soylu Atalı. Oyunların əlində də olsaq, içində də…

Həqiqətin bir açımı, yönü, izahı olur, siyasətin yüz. Bir siyasi olaya bir neçə baxış sərgiləmək olar. Əgər baxışlar siyasətin oyunlarına oyun qatmaq açısından sərgilənmirsə doğru sayıla bilərlər. Yəni sərgilənən baxışların hərəsi bir oyunun doğru qiymətləndirilməsi ola bilər. İstənilən siyasi olay özünə qarşı bir sıra doğru cavablar, izahlar doğurur. Kimsə siyasi olaylara strateji açıdan yanaşıb qiymətləndirər, kimsə taktiki açıdan; kimsə milli çıxarlardan baxıb qiymətləndirər, kimsə regional; kimsə olaylara işin bir cəhətindən baxar, kimsə çox yöndən. Bütün bunların hamısı ayrı-ayrılıqda doğru qiymətlər sayıla bilər. İstənilən doğru rahatsızlıq alqışadəyərdir (təqdirə layiqdir). Olaylara bəzək vuranlar, qərəzli yanaşanlar, haqlını qoyub haqsızı savunanlar bu deyilənlərin dışında qalır…. Ardını oxu »

Yılmaz Dikbaş. TROL YOK, İĞFAL VAR!

İnternetdə, sosial mediada tez-tez istifadə olunan bir söz var: Trol.
Bu söz türk dilində deyil. Bu söz ingilis dilindədir: Troll.
Troll-un iki müxtəlif mənası var. Birincisi, bir növ balıq tutma üsuludur. İkincisi isə mənfi və dağıdıcı bir münasibət bəsləyən, təhqir, böhtan və ya hücum xarakterli təxribat törədərək alqı yaratmağa çalışan şəxsə yapışdırılan addır.
Əsasən, mediada və internetdə Sarayın, iqtidarın və AKP-nin tərəfdarlığını edən şəxslərdir Troller.
Bəzi müxaliflər troll sözcüyünü kifayət qədər təsirli hesab etməyib, bu sifətləri də istifadə edirlər: Zibidi, xiyar, əmbəsil, yavşaq, çirkəf, ucube, uyuz… Əslində trol sözcüyü də, digər yapışdırılan sifətlər də; Sarayın, iqtidarın və AKP-nin tetikçilərini tam olaraq təsvir etmir! Bu şəxsləri təyin edəcək ən doğru ifadə, “İğfal Edilənlər”dir.
Bəs, iğfal edilmək nə deməkdir?
Bu sualın cavabını, Böyük İnqilabçı Mustafa Kamal Atatürkdən dinləyək. Ardını oxu »

Xaliq Bahadır. Tarixə tarix olaraq baxmaq gərəyi

Tarixə necə baxılmalıdır? Necə var, eləcə. Tarix kimsənin istədiyi kimi şumlayıb, istədiyi toxumu əkəcəyi bir yer deyil. Tarix kimsənin istəyinə bağlı bir alan da deyil, necəliyindən asılı olmayaraq, olmuş, bitmiş olaydır.
Bizdə tarixlə bağlı öz yanından, öz baxışlarına, özünün politik, ideoloji, dinsəl istəklərinə uyğunbuyruqlar verildiyini görürük. Bir partiya sədri din adı altında siyirmə qılınc üstümüzə gələn, bizi qırıb-çatan ərəbliklə 22 il vuruşmuş Babəkin adını tarixdən çıxdaş etməyə çağırır. Tutalqası nədir: ”Mənim dinimə qarşı vuruşan mənim qəhrəmanım ola bilməz”. Bunun qəhrəmanı kim imiş? Ölkəni qoruyan deyil, ölkəyə saldıran!
Bir başqası Şah İsmayılı “düşmən” çıxarır, onu ideallaşdırdığı Nadir Şahın diliylə aşağılayır.
Nadir şah, bəlli olduğu kimi, çevriliş yoluyla Şah İsmayılın qurduğu imperiyaya yiyələnmiş,yiyələndiyi imperiyanın sınırlarını, öncə Əfqanıstana, sonra da Hindistanadək genişləndirmişdi. Burasını kimsə dana bilməz: Nadirin Hindistanadək uzanan uğurlarının özülündə Şah İsmayılın qurduğu dövlət dayanırdı. Ardını oxu »

Soylu Atalı. Dəyişiklik istəyi sorumluluq deməkdir

İnsanda daim dəyişmək, dəyişiklik etmək meyli yaşayır. Hesab eləmək olar ki, bu, olanaqda olan gəlişmə tələbindən irəli gəlir. Ancaq insanın bütün hallarda atdığı addım gəlişmə ilə sonuclanmır, geriləmələr də baş verir. Bu ona görə olur ki, olanaqda yaşayan gəlişmə tələbini insan tanıya, dərk edə bilmir. Bu halda insanın əməlləri Tələb yönündə yox, bilməzlik yönündə gerçəkləşə bilir. “Tələb” bəlirlənməsə (ölçü kimi) əməli gerçəkləşdirməyə gəlmir.
Ancaq bütün hallarda (həyatının bütün sahələrində) insan dəyişiklik, dəyişmək istəyir. Hətta cinsi istəklərində belə, dəyişiklik istəyir, sərbəst olmaq istəyir. Ruhaniyyat ondan ötəridir ki, bu dəyişiklik istəklərini yoluna qoysun, gəlişməyə yönəltsin. Nə qədər ki, insan ruhaniyyat tələbiylə yaşamır, bioloji sərbəstlik istəyir, onda onun ömrünə heyvani qanunlar etki göstərir. Heyvan üçün fərqi yoxdur, bala anasıyla, bacısıyla, çoxsaylı dişilərlə azad, sərbəst şəkildə cinsi təmasda ola bilir. Ardını oxu »

Xaliq Bahadır. Müxalifətin milli ideya axtarışları

Müxalifətin milli ideya axtarışları

Məhəmməd Əmin bəylə bəlli Moskva yolçuluğunda Stalin soruşmuşdu: “23 aylıq hakimiyətiniz dönəmində xalqa nə verdiniz?” Məhəmməd Əmin bəy demişdi: “Çox nəsə verə bilmədik, ancaq Özgürlük, Demokratiya dadızdırdıq”.
Özgürlük, Demokratiya! Bunlar MəhəmmədƏminin ulusumuzu qovuşdurmaq istədiyi başlıca, vazkeçilməz ideallar idi. Məhəmməd Əmin bəyin istər yazdıqları, istərsə də parlamentdəki çıxışları ilə tanış olanlar onun bu ideala sonadək kəsinliklə bağlı qaldığını aydınca görə bilərlər.
Çevrəsi onun prezident olmasını istəyirkən, o, demişdi: “Xalqımız padşahsevərliyə öyrəşib, biz ona Özgürlük, Demokratiya aşılamalıyıq”.
Aşılayırdı da. Necə? Özgüdükçü düşüncədən, özgüdükçü yanaşmalardan bütünlüklə uzaq parlaq Öndər örnəyi sərgiləməklə. Bütün bunlara görə aradan yüz ildən çox keçməsinə, eləcə də bir çox bəlli əngəllərə, birilərinin onu gözdənsalma çabalarına baxmayaraq, Ona ulusun sevgisi sonsuzdur. Ardını oxu »

Nurtəkin Atalı. İnam Evi – Özümlü aqibət birliyi

İnam Evi Günümüz qutlu olsun.
Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların inancının gələnəyini kim qoruyacaq? Hər torpağın, iqlimin etkilədiyi, yaratdığı xarakter var, gen var. Milli xarakter, milli gen də özündə dəyişməz bir şeylər daşıyır. Əgər o xarakter, o inanc uyum sağlayırsa , o inanc milli düşüncədən, ruhdan, gendən gəlirsə onun zəmini möhkəm olduğu kimi sabahı da möhkəm olacaq. Ardını oxu »

Xaliq Bahadır. Müxalifətin demokratiya gözləntiləri

 

ABD-də aday çevrilişi baş verdi: prezident C.Bayden yerini yardımçısı Kəmalə Harrisə verdi.

Gözlənilməz qərar oldu, vur-tut bir neçə gün öncə jurnalistlərin, bir sıra politiklərin adaylıqdan geri çəkilmə çağırışlarına qarşılıq olaraq, dostumuz Bayden dirəşib dururdu: “sonadək gedəcəm”. Birdən belə bir gözlənilməz qərar. Bayden bunu “Amerikanın, demokratiyanın qurtuluşu üçün” etdiyini bildirir.  Nə bilək, bəlkə də, onu hansısa çıxılmazlıq qarşısında qoydular, o üzdən başqa yolu qalmadı. Bunu bilmirik, ancaq indilik bilinən budur: Bayden Trampın Amerikanı, Amerika demokratiyasını itkilərə, özü də ağır itkilərə uğradacağını düşündüyündən, Amerikanın, demokratiyanın QURTULUŞU üçün yolun sonuna belə yaxın ikən adaylıqdan geri çakilir. Burası fakt olaraq alqışa dəyər: ulusal çıxarları özəl çıxarlardan üstün tutan ulusal lider belə olur, belə edir- mən uduzub çəkilirəm, başqa sözlə, çəkilib uduzuram, təki ölkəm, demokratiya qazansın! Ardını oxu »

Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək

 

Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da böyüklüyü, yenilməzliyi insana öyrətmək yönündə idi. Dinin mifoloji çalarlarına, tarixi olaylarına, bu olaylarda adları keçən şəxsiyyətlərinə yönəlik qəzəllərini səbəb göstərib Nəsimini dindar sayanlar yanılırlar. Əgər doğru, düzgün araşdırılsa, o qəzəllərin Nəsimi adı ilə deyil, başqa adlarla (məsələn Seyid Əli) yazıldığını da görmək olar.
Nəsimi 1369-cu ildə doğulub. O, Nəimini tapanda 25 yaşı vardı. Yaradıcılığa hansı yaşından başlayıbsa, həmin yaşdan 1394-cü ilə qədərki arada Nəsimiliyi görmək, göstərmək gedişi yanlışdır. Dediyimiz kimi, Nəsimilik – onun yaradıcılığının 2-ci aşamasında, yəni 1394-1417-ci illərdə formalaşıb yetginləşmişdir. Bu aşamada isə Nəsimi dindar (islama bağlı) deyil, Hürufi olub. Ardını oxu »

Xaliq Bahadır. Dürdanə

1972- ci il…

2024-ün yayı.

Bu yazını çoxdan, yaydan üzübəri yazmaq istəmişəm. Yazmağa əlim gəlməyib. Ona görə yazmaq istəmişəm, ancaq başqa nədənlərə görə yazmaqdan çəkinmişəm. Aradan aylar keçib, o çağdan bu çağa- yaydan indiyədək-  içimdə, düşüncəmdə vurnuxmuşam: “yazım, yazmayım”. Onu, onunla bağlı olan nələrisə yazmaq istəyim mənə dinclik verməyib, o üzdən yazmaq istəmişəm. Başqa bir yandan olub keçənləri düşündükcə qaçılmaz olaraq “bir budaqda oturub min bir budağı silkələməli olduğumu”, ardınca, belə toxunaqlı yazılarla bağlı çox olduğu kimi, hansısa yersiz qınaqlarla üzləşəcəyimi düşünüb, yazmaqdan daşınmışam.
Sonda yazmaq gərəyinə üstünlük verdim: qoy kim nə deyir-desin: o ağrılı-acılı olayların içindən keçib gəlmiş, o olayları yaxından-uzaqdan yaşamış biri olaraq məndən ötrü bu,- bir sıra gərəkən gerçəklərin dilə gətiriulməsi,-  bir yandan yurddaş borcu, o biri yandan yazar olaraq namus borcudur.

Ardını oxu »

Soylu Atalı. Türk Boyda Dərdimiz

Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir ürək döyünür. Bu döyüntülər insanın əməklə, yaradıcılıqla məşğul olmasının, bütövlükdə isə varlığının və mövcudluğunun qarantıdır.Özlüyündə bu döyüntüləri yaradan və saxlayan ruhaniyyat faktıdır. İnsan nə qədər bu ölçüdən uzaqlaşsa da, özünə yadlaşıb cılızlığa yuvarlansa da, bütövlükdə bəşər gedişatını pozuntulara uğratsa da ruhaniyyatdan birdəfəlik qopub varlığına son verə bilməz. İnsan və ruhaniyyat əlaqəsi ən dərin qatlarda nüvə və elektron əlaqəsi kimidir. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv