Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa vuran yalançı yolçuluqla, ilkələrə ayqırı, prinsipsiz barışqanlıqla bir araya sığmır, sığamaz.
Bəlli olduğu kimi, diktatura rejimləri özünüyaşatma faktoru olaraq ölkə boyu yalan, yaltaqlıq, aşağıdan yuxarıya qulluq ortamı doğurur: qulluq et, payını al. Başqa sözlə, qulluq et, pay qazan. Demək, ən aşağılardan ən yüksək dövlət görəvlərinədək. Mandat almaq da eləcə. Təkəlçiliyin dövlət yöntəminə (yöntəm-sistem) dönüşdüyü ortamda sözdə “dövlətə, dövlətçiliyə qulluq” adı verilsə də, gerçəkdə“dövlət, dövlətçilik” adı altında dövləti ələ keçirən gücə qulluq yolu tutulur. Burada özgüdükçü düşüncə “dövlət-dövlətçilik” ritorikası ilə pərdələnir. Ardını oxu »
Xaliq Bahadır. Türk dövlətlərinin antiTürk- antiTürkiyə paradı
“Avropaya İnteqrasiya” Projesi Olacaq oldu. Türk Dövlətləri Təşkilatını oluşduran dörd dövlət BMT TŞ-nin 541, 550 saylı qərarına uyğun olaraq Türkiyəni Kiprdə “işğalçı güc” olaraq tanıdı. Hansılar? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan. Beləliklə, 35 illik bir dönəmdə Quzey Kıbrıs Türk Respublikasını tanımayan Türk dövlətləri bir neçə günün içində ard-arda Yunan Kıbrısını tanıdılar, orada elçiliklər açdılar. Bu fakt […]


Soylu Atalı. “Turan qurulur”, yoxsa yanlışları anlamaq istəmirlər
Bu gün ən çox dartışılan qonu “Türk Dövlətləri Təşkilatı”nın 4 üzvünün Yunanıstanın qurduğu “Kıprıs Respublikası”nı tanımalarıdır. Ortada ilginc fakt var, bu fakt bəlkə də son dönəmin ən böyük xəyanətlərindən biridir. Eldə məsəl var, – “bəy dediyin harda, bəyənmədiyin harda”. Əgər Türkiyəni işğalçı olaraq tanıyacaqdınızsa, nədən “TDT” (Türk Dövlətləri Təşkilatı) yaradırdınız?! Kim(lər)i aldadırdınız, niyə aldadırdınız?! – […]


Xaliq Bahadır. Ərdoğan Türkiyəni fəlakətə aparır
ABD prezidenti D.Trampla, Türkiyə prezidenti T.Ərdoğan arasına Türkiyənin yararına olmayan çox ilginc gəlişmələr yaşanmaqdadır. ABD ilə Türkiyə arasında deyil, ABD prezidenti Trampla Türkiyədə özünün Tək Adam rejimini qurmuş Ərdoğan arasında- Türkiyə üçün qorxulu olan da burasıdır. Ərdoğanın aylarla sürən çalışmalarından sonra, Tramp Ağ evdə onunla görüşməyi aprelin sonlarına saxlayıb. İsrail prezidenti B.Natanyahu üçünsə Ağ evin […]


Asif Ata. Tarix
Tarix həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. Tarix həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. Tarixdə nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. Tarixdə ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum olmuşdur. Tarixdə möhtəşəmlik, […]


Turan necə qurulur, necə qurulmalıdır?
Deyir: “Mənim prioritetim Turan qurmaqdır”. Bunu istəsə, Amerikanın prezidenti deyə bilər, bugünkü Azərbaycanın, bugünkü Türkiyənin prezidenti deyə bilməz. Nə üçün? Azərbaycanın, Türkiyənin bugünkü politik, ekonomik, sosial gerçəkliyi ilə uzlaşmadığı üçün! Turan qurmaq ideyası ilə sözügedən gerçəklik arasında, dərin, çox dərin uçurum var. O uçurumu isə başqaları deyil, Azərbaycanda da, Türkiyədə də Turan qurmaq ideyası ilə […]



Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi



Asif Ata. İnsan Sığmazlığı


Ölüm ölümə sığmır. Arzu ömürə sığmır.
Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır.
Günlər illərə sığmır. Heyrət hörmətə sığmır.
Səcdə izzətə sığmır.
Siqlət xislətə sığmır.
Qanad göylərə sığmır.
Ayaq yerlərə sığmır.
Məslək həvəsə sığmır.
Qeyrət qorxuya sığmır.
Məna sözlərə sığmır.
Fikir yazıya sığmır.
Hicran kədərə sığmır.
Vüsal sevincə sığmır.
Dahi zamana sığmır.
İgid cürətə sığmır.
Ölmək şöhrətə sığmır.
Xəyal gerçəyə sığmır.
Hünər zəfərə sığmır.
Ehtizaz hissə sığmır. Ardını oxu »

Xaliq Bahadır. Alternativsizlik


Alternativsizlik. O necə yaranır?
Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir.
Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə bağlı partiyadır. Partiyanın kadr bazası da o ailənin klançı baxışlarına uyğun olaraq oluşdurulub, oluşdurulur. Kadrlar da iş başına o bazadan klan gərəklərinə, başqa sözlə klançı dəyərlərə uyğun olaraq gətirilir. Klan düşüncəsi DƏYİŞMƏZLİYƏ hakimiyətin qorunub saxlanmasının başlıca güvəmncəsi olaraq baxdığından, partiyuanın adındakı “yeni” anlayşı bütünlüklə aldadıcı, yalançı xarakter daşıyır. Ardını oxu »

Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir


(Amaldaşlarla dialoq silsiləsindən)
… Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq ortamına qoşur, sonsuzluğa çatır. İnsan onda var olur, onda fərəhlənir, onda yaşayır. Bilirsən ki, sən doğrudan da, həyatla, gerçəkliklə sonsuzluğun arasında daim sonsuzluğa doğru hərəkətdəsən. Həyatın içində, belə deyək, həyatın orbitində fırlanmaqla insan var olmur. Həyatın orbitindən çıxmaq gərəkdir. (Bunu obrazlı olaraq deyirəm). Həyatın özündə insanı var edən sonsuzluq yoxdur. Həyatın tələblərindən yüksəkliyə qalxanda sonsuzluq var. Sonsuzluq yüksəklikdədir, dərinlikdədir, həyat üzdəkidir, insan üzdə ilişib qalmamalıdır, dərinliklərə baş vurmalıdır. Ona görə insan gərək ağlın istəkləri ilə (balaca arzularla) yetərlənməyə, ürəyini hərəkətə keçirə. Yaşamı boyu insanın hər şeyi hərəkətdədir, ürəyindən başqa. Ardını oxu »

ƏLİSAFA MEHDİ. “…OLMAZ, OLMAZ!” DEYİRSƏN


Günəşin çəkilib gedib yer üzünə dinclik verdiyi an, min cür dən-düş, geyim-görüm çabaları etdiyimiz gündüzdən qurtulub ruhumun dincliyində xoş duyğulara qoşulduğum an bir səsin, bir nəğmənin harayına boylandım. Hardan gəlirdi bu səs?
Həzin ladlar üstündə bir qız oxuyurdu.
Elə bil bu səs qeybdən gəlirdi, elə bil bu səs ilkindən sonuna qismət verilmiş bir taleyin bayatısı idi.
Bir dur, toxta, qəlbim. Bu nəğmənin sözləri oğlanın qıza xitabıdır, deyəsən. Bu şeri oğlan qoşub. Amma oğlanın dilindən deyilənləri bu qız özünün könül duyğuları kimi oxuyur. Bu şərqi Tanrının qadın deyə yaratdığının ömür nəğməsi kimi oxunur. Bu qız özünə, öz ömrünə, öz ruhuna lay-lay deyir, elə bil. Bu nəğmə qadın dünyasının ruhani təsviridir, deyəsən. Elə bil mələklər öxuyur. Aman, Tanrım! Ardını oxu »

Asif Ata. 20 Yanvar


Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Ardını oxu »

Soylu Atalı. 20 Yanvar Dərsi


Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik. Ardını oxu »

Paşa Talıblı. Şeirlər


Bütün unudulmuşlara…
… mən — tənha, kim tənha bunca?
Məndə mən — suç… suç — mən məndə!
Mən ayrılıqlar içində…
Məndə mən — puç… puç — mən məndə!
… yüyürsən, haqlamaq olar,
məndə sirr saxlamaq olar.
Mənə bel bağlamaq olar…
Məndə mən — uc… uc — mən məndə!
… gül üstdən ac arı köçdü,
yol qaldı, köçəri köçdü.
… özümdən içəri köçdüm,
məndə mən — köç… köç — mən məndə!

Asif Ata. İnsan Natamlığı


Natam İnam. Natam İlham. Natam vəcd.
Natam ehtizaz. Natam məhəbbət.
Natam ismət. Natam fərəh. Natam xəyal.
Natam amal. Natam cürət.
Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş.
Natam iradə. Natam zəka.
Natam duyğu. Natam arzu. Natam sirr.
Natam dil. Natam yol. Natam səs.
Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri.
Natam açıq. Natam gizli. Natam mərd. Natam sərt. Ardını oxu »

Soylu Atalı. İçdənlik – Oyunu Ötməkdir


Bəzən üzdəki şairlər, genel olaraq qələm adamları (yazıçılar) yazdıqlarını Allahdan gələn ilham, Allahdan gələn söz kimi dilə gətirirlər. Onlar bunu təvazökarlıq edirmişlər kimi deyirlər. Yəni “mən kiməm, yazdıqlarım Allahın hünəridir”. Əslində bu deyilişdə gizli bir eqoizm var. Yəni “mən Allaha yaxın adamam, seçilmişlərdənəm”. Bu hal Məhəmməddən gəlir. Üzdə özünü təvazökar göstərir: “mən Allahın quluyam, nəyim var Allahdan gəlir, özümün heç nəyim yoxdur”. Ancaq bununla yanaşı, “mən üstünəm, Allahın seçdiklərindənəm”. Bu yanaşma insanla oyun oynamaqdır, onu kiçiltməkdir, sən boş gəlibsən, Allah istəsə bu boşluğa nəsə qoyar, istəməsə qoymaz. Ardını oxu »