Tanrı da təki çağırır…
Deyəsən, burda nəsə var,
nəsə var… görmürəm axı!
… qulaqlarım səsə düşüb
ya kimsə məni çağırır?
Elə hey səs eşidirəm,
kimdisə – gizlənir məndən…
Səs mənim özümdən gəlir
ya kimsə səslənir məndən? Ardını oxu »
Cəmiyyətin məqsədi ruhanidir: insanın ləyaqətini, böyüklüyünü, qüdrətini təsdiq etmək, sonsuz, əbədi, kamil mahiyyətini aşkara çıxarmaq. İnsan təklikdə özünə çata bilmirdi. O, cəmdə özünə çatmaq istədi. İnsanın daxilindəki ruhanilik – sonsuzluğa, əbədiliyə, kamilliyə meyil onu özündən kənara çıxmağa, özünü cəmiyyətdə tapmağa sövq etdi. Buna görə də o, öz azadlığını, sərbəstliyini cəmiyyətə tabe etdi. İnsan bu tabeçiliyi […]
“Avropaya İnteqrasiya” Projesi Olacaq oldu. Türk Dövlətləri Təşkilatını oluşduran dörd dövlət BMT TŞ-nin 541, 550 saylı qərarına uyğun olaraq Türkiyəni Kiprdə “işğalçı güc” olaraq tanıdı. Hansılar? Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan. Beləliklə, 35 illik bir dönəmdə Quzey Kıbrıs Türk Respublikasını tanımayan Türk dövlətləri bir neçə günün içində ard-arda Yunan Kıbrısını tanıdılar, orada elçiliklər açdılar. Bu fakt […]
Bu gün ən çox dartışılan qonu “Türk Dövlətləri Təşkilatı”nın 4 üzvünün Yunanıstanın qurduğu “Kıprıs Respublikası”nı tanımalarıdır. Ortada ilginc fakt var, bu fakt bəlkə də son dönəmin ən böyük xəyanətlərindən biridir. Eldə məsəl var, – “bəy dediyin harda, bəyənmədiyin harda”. Əgər Türkiyəni işğalçı olaraq tanıyacaqdınızsa, nədən “TDT” (Türk Dövlətləri Təşkilatı) yaradırdınız?! Kim(lər)i aldadırdınız, niyə aldadırdınız?! – […]
ABD prezidenti D.Trampla, Türkiyə prezidenti T.Ərdoğan arasına Türkiyənin yararına olmayan çox ilginc gəlişmələr yaşanmaqdadır. ABD ilə Türkiyə arasında deyil, ABD prezidenti Trampla Türkiyədə özünün Tək Adam rejimini qurmuş Ərdoğan arasında- Türkiyə üçün qorxulu olan da burasıdır. Ərdoğanın aylarla sürən çalışmalarından sonra, Tramp Ağ evdə onunla görüşməyi aprelin sonlarına saxlayıb. İsrail prezidenti B.Natanyahu üçünsə Ağ evin […]
Tarix həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. Tarix həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. Tarixdə nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. Tarixdə ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum olmuşdur. Tarixdə möhtəşəmlik, […]
Tanrı da təki çağırır…
Deyəsən, burda nəsə var,
nəsə var… görmürəm axı!
… qulaqlarım səsə düşüb
ya kimsə məni çağırır?
Elə hey səs eşidirəm,
kimdisə – gizlənir məndən…
Səs mənim özümdən gəlir
ya kimsə səslənir məndən? Ardını oxu »
Mütləqsizlik. İnamsızlıq. Sabahsızlıq.
Köləliyə alışmaq. Kölgəliyə alışmaq.
Sürünmək aqibəti. Sürülmək aqibəti.
Əsarət fərəhi. Ətalət fərəhi.
Minüzlülük. Dargözlülük. İlqarsızlıq.
Satılmaq və yaşamaq. Satmaq və yaşamaq.
Aldanmaq və yaşamaq. Aldatmaq və yaşamaq.
Daşlaşmaq və yaşamaq. Otlaşmaq və yaşamaq.
Riyanı sevmək. Fitnəni sevmək.
Erkəkləşmə aqibəti. Dişiləşmə aqibəti. Ardını oxu »
Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız.
Hər bir yol ardıcıl, davamlı addımlar tələb edir. Addımlar olmasa, yolu gedə bilməzsən, məqsədinə yetə bilməzsən. Yolda böyüyür, dəyişir, yetkinləşir adam. Yolda bəlli olur yola bağlılıq. Asif Atanın İnamı haqqında yurdumuzda hər kəs bilir. Ancaq daha dərindən anlatmaq gərəkir, bunu ancaq canlı ünsiyyətlərlə eləmək olar. Canlı ünsiyyət isə səfərlərdən keçir. Asif Ata Ocağının Evladları zaman-zaman bölgələrə səfərlər edib, Mütləqə İnam ideyası haqqında soraqlar veriblər. Bəzən eyni bölgələrə ardıcıl səfərlər olub. Ocaqsevərlərlə ardıcıl görüşlər keçirilib. Belə səfərlərin biri də bu yaxın günlərdə gerçəkləşib. Asif Ata Evladı Nurtəkin Atalı Ocaqdostu Yasin Türksoyla bölgəyə səfər edib, Ocaq sorağı yaymışlar. Ardını oxu »
Aşiqlik aqibəti. Peyğəmbərlik aqibəti. İmtina qətiyyəti.
Duyğu ciddiyyəti. Vəcd əzəməti.
Ülvi səda hikməti. Ali kəlam qüdrəti.
Heyranlıq təlatümü. Vurğunluq təlatümü.
Müqəddəs istək. Müqəddəs ürək. Müqəddəs gözlər.
Müqəddəs əllər. Müqəddəs Səma. Müqəddəs ana.
Müqəddəs torpaq. Müqəddəs kəlam.
Müqəddəs sükut. Müqəddəs məqam. Ardını oxu »
… “Bilik sənə ona görə gəlir ki, yaşamaq öyrətsin. Yaşamayanda bilik də səndə qalmır. Biliyi toplamaq yox, onu yaşamaq gərəkdir.
İlginc bir məsələ var, elm də bunun üzərində baş sındırır. İnsanda lamisə duyğuları var: görmə, eşitmə, dadbilmə, iybilmə, hiss etmə (toxunma). İndi gəlin, fəlsəfəni ilgiləndirən həzz, iztirab, vecsizlik (laqeydlik) məsələsini lamisə duyğuları ilə əlaqələndirək, bir də bunlarsız yanaşaq. Öncə onu deyim, həzz, iztirab, vecsizlik (biganəlik də deyə bilərik) bir tərəfli yanaşılası məsələ deyil. Bunun fiziki tərəfi də var, mənəvi tərəfi də. Mənəvi əzab, ya da, fiziki əzab; mənəvi həzz, ya da, fiziki həzz; biganəlik də belə, – fiziki baxımdan biganəlik, mənəvi baxımdan biganəlik. Fiziki əzab, fiziki həzz həmin bu beş lamisə duyğularının vasitəsiylə olur. İnsan nə vaxt həzz alır? – Dadlı nəsə yeyəndə, gözəl, ətirli nəsə qoxulayanda, yaxşı bir şey hiss edəndə. Ardını oxu »
SUAL
Ağ düşüb ümidlə qaldığım dağa,
Bu yayın içində qarlı gecəyəm.
Sıfırdan başladım səni saymağa,
Sən məni say hələ, görüm neçəyəm?
Belə saymağınla nə böyük bir iş?
Belə saymamağın itən deyil ha.
Boyuma ölçülən hər gəliş-gediş
Sənin saymağınla bitən deyil ha! Ardını oxu »
Mütləqi unutmaq. İnsanı unutmaq. Vicdanı unutmaq.
Çirkinlik bataqlığı.
Xudbinlik bataqlığı.
Hərislik bataqlığı.
Əsirlik bataqlığı.
Vəhşilik bataqlığı.
Dişilik bataqlığı.
Erkəklik bataqlığı.
Əyrilik bataqlığı.
Qəbahətə tapınmaq. Ülviyyəti yanılmaq.
Xalisi atıb naqisi tutmaq. Ardını oxu »
(Səməd Qaraçöpə)
… tanıyıram ürəyindən;
od görsəm, odamı sənsən?
… şair, bax indi “dünyanın
ən ucqar adamı” sənsən!
… “köçəmmirəm” deyə-deyə,
köçdün, ay Səməd, ay Səməd!
… sən də Sirat körpüsündən
keçdin, ay Səməd, ay Səməd!
(Amaldaşlarla dialoq silsiləsindən)
… Müsəlmana deyirlər, hər an Allahı düşün, Allahı xatırla. O da gündə min yol təsbeh çevirib “sübahan Allah” deyilişini təkrar-təkrar söyləyir. Əslində bilmək gərək, sən hər an ədalətli olanda Allahı xatırlayırsan, Allahı unutmursan. Hər an ədalətli ol, dürüst ol, doğruçu ol, xeyirxah ol, mərhəmətli ol. Bu, hər an Allahı yaşatmaq, Allahlı olmaq anlamına gəlir. Bunu müsəlman eləmir, sadəcə təsbeh çevirir, elə bilir Allah onu gördü, gedəcək cənnətə. Yanlış budur, din buna səbəb verib. Çünkü din Allahı elə obrazlaşdırıb ki, ona ibadət edən, itaət edən müsəlman elə bu cür edə bilərdi. O hər an ədalətli olmağı ağlına gətirmir, çünkü o deyiliş onun ağlını, duyğularını yaşamın gözəlliklərinə yönəltmir. Tələb doğrudur, Allahı unutmamaq gərəkdir. Allahı, yəni Mütləq olanı, Dünyalığı, insandakı İnsanlığı. Ancaq burada, Allah dediklərində, Mütləq olan qüdrəti gözdə tutmurlar. Ona görə Tələbin məzmunu doğrudur, yanaşma isə yanlışdır. Genel anlamda Allahı unutmamaq çağırışı gərək olsa da, yanaşmanın yanlış olması məzmunu doğrultmur… Ardını oxu »
Amalsız ömürdən imtina.
Şərəfsiz ömürdən imtina.
Əzabsız sevincdən imtina.
Hünərsiz əməldən imtina.
Tonqallarda yandırılmaq sevinci.
Dabanından soyulmaq sevinci.
Sevincdən ayrılmaq sevinci.
Nəşədən ayrılmaq sevinci.
Müdhiş ağrılar sevinci.
Məhkum doğrular sevinci.
Qurbanlıq aqibəti. Mütləqə heyranlıq aqibəti. Ardını oxu »