(Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabının doğurduğu düşüncələr)
Tarixi vərəqlədikcə türk insanı qəribə duyğular keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının da dediklərindən bəlli olur, bu millətin tarixini bilərəkdən qarışıq duruma salıblar sanki. Söz yox, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da bəllidir, qədim dövrlərdə də, indiki kimi, toplumların siyasi başbilənləri arasında ağalıq, hegemonluq uğrunda savaşlar olub, qorxunc, qanlı qırğınlar baş alıb gedib. Qələbələrin başında isə ən çox türklər durub. Ancaq başqa millətlərdən fərqli olaraq, türklər Qələbələrini xəbisliyə çevirməyiblər. Ancaq ən pis olan odur ki, özləri ilə bağlı yaratdıqları tarixi yazıb qorumayıblar.Bir çox hallarda türkə yenilənlər də onun tarixini danmaq yolu tutublar.Araşdırmalar göstərir ki, Türk böyük mədəniyyət yaratdığı halda, öz mədəniyyətini qəbul elətdirməklə heç kəsi assimilyasiya etməyib, heç kəsin özünəxaslığını ortadan qaldırmağa çalışmayıb. Türk – vüqar deməkdir. Ardını oxu »