Qardan kəfən geyinmiş bir şəhər… Təbriz – 1946-cı ilin son səhəri. Günəşin üzərini duman alıb. Sazaq adamı bıçaq kimi kəsir. Sular donub, asfalt şaxtadan cadar-cadar olub. Novdanlardan qəndil-qəndil buz sallanır. Dükan-bazar bağlı, dövlət binaları talanmış, yandırılmış, qapı-pəncərələri qırıq-sökükdür. Yollarda, səkilərdə donmuş meyitlər, su arxlarına atılmış kəsik başlar, qoparılmış qollar… Meydanlarda yandırılmış qalaq-qalaq kitablar, dar ağaclarından […]