Posts Tagged ‘Asif Ata’

Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (II hissə)

Sual: Biznesə münasibətiniz. Cavab: Biznes əslində əşyaları alıb, əşya satmır. Biznes adam alıb, adam satır mahiyyətcə. Sual: Asif Ata, Bozqurd cəmiyyəti və eyni zamanda Bozqurd totemi haqqında, zəhmət olmasa, qısa məlumat. Cavab: Bozqurdlar təxminən 20-ci illərin sonunda, əgər səhv eləmirəmsə, ona görə belə ehtiyatla danışıram ki, onlar haqqında hədsiz dərəcədə çox az bilikliyik. Düzdür, onlar […]

Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (I hissə)

Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik. Fikir Evi. Mövzu: Mütləqə İnam (Ata gəlir və hamı ayağa durur – Soylu Atalı.) Ata zala daxil olur: “Həlak olanlarımızın xatirəsini yad edək (Hamı ayaq üstə – S.A.). […]

Asif Ata. Harda ki, Türkçülük yoxdur, orada Azərbaycan da yoxdur!

Sübut eləmək istəyirlər ki, Azərbaycanda yaşayanlar hamısı azərbaycanlıdır. Gözəl də səslənir: «Bizdə irqi, milli assimilyasiya yox­dur, yəni yağılıq yoxdur, yadlıq yoxdur, hamı bizdə azərbay­canlıdır». Amma bizim elə fəlakətimiz də bu olmayıbmı ki, Azər­baycan həm ölkə adı olub və Azərbaycan adı millət məfhumunu ləğv eləyib?

ASİF ATA. TARİXƏ ÇATMAQ. XƏTAİLİYİMİZ (IV HİSSƏ)

Qan Havası Qan çağırır Zəmanə, Qan Həvəsinə qoşulub. Qana qəltan olub, Qana sığınıb. Qana bürünüb; – Qana küsəniblər hökmdarlar; Qan bulaşıb Qohumluğa, Qardaşlığa; Qandan böyük məna görmürlər Qansızlar; Qanla doğulurlar, ölürlər, Qan Beşiyində yetişirlər; Qan­dan Taxt düzəldirlər, tac düzəldirlər; torpaqlar Qanla suvarılır, Fitnə, Məkr qanlaşır; Qan gətirib Qan aparırlar; Qan havasına oynayırlar, oynadırlar, Qanla yazılır […]

Asif Ata. Üzübərk Özgəçiliymiz

1 Özgəçiliyimizdən ayrıla bilmədik. Rusiya prezidentçiliyə qoşul­du, biz də qoşulduq. Rusiya parlamentçiliyə qoşuldu, biz də qoşulduq. Rusiya bunu sivilizasiyaya qovuşmaq adlandırır. Biz də… Qərbçi Rusiya yaranır – qərbçi Azərbaycan yaranır.

Asif Atanın “Özüllər Özülü” Bitiqi (kitabı) çapdan çıxdı.

Ürəyinizdə günəş olsun, sayğılı yurddaşlarımız! Asif Atanın “Qutsal Onluğu”ndan “Özüllər Özülü” Bitiqi (kitabı) də çapdan çıxdı. Artıq bu və bundan öncə çap olunmuş Bitiqləri Kitab evlərindən və satış məntəqələrindən əldə eləmək mümkündür. Kitabla ilkin tanışlıq üçün burada Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının ön sözünü təqdim edirik. Mütləqə İnam Ocağı

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv