ASİF ATA ƏZƏLİ, ƏBƏDİ TÜRKÇÜLÜYÜMÜZ (İzhar) 1. Mahiyyətimiz
Posts Tagged ‘Asif Ata. Əzəli’
Asif Ata. Əzəli, Əbədi Türkçülüyümüz
May 19th, 2016 admin
1. Mahiyyətimiz Türkçülüyümüz bizim mahiyyətimizdir. Ötəri, keçici, sonlu keyfiyyətimiz, xassəmiz deyil. Yəni mahiyyətimiz dedikdə, biz ruhaniyyatımızı deyirik. Türkçülük bizim xilqətimizdir deyirik. Türk inamından danışırıq, türk idrakından danısırıq, türk iradəsindən danısırıq. Ona görə də türkçülüyü zamanla ölçmək, şəraitlə ölçmək, cəmiyyətlə ölçmək, mühitlə ölçmək, siyasətlə ölçmək çox zahiri, çox səthi bir təmayüldür.