I. TƏLƏB Tarixi görmək üçün daxili göz gərək – RUHANİ. II. BABƏKLİYİMİZ XƏLİFƏT BOŞLUĞU Keçilməz Boşluq yaşayır Xəlifə nəşəsevərliyində, zənginliyində, dəbdəbəsində. Boşluğa doğrudur Xəlifə ömrünün yönü, bərli-bəzəkli məqamlarda neçə əsrlik Boşluq yaşayır; Boşluqla zəngindir ömrü Xəlifənin, Boşluq yaşadır ömründə Xəlifə – ömür Mənadan ayrılıb, mənasızlaşıb.