Cəmiyyət Qanunları İnsanı qoruyan görünür, – əslində o, cəmiyyəti qoruyur – cəmiyyət – cəmiyyət qanunları vasitəsiylə özünü qoruyur. Cəmiyyət Qanunları Ağalığı qoruyur əslində. Cəmiyyəti Xalq üçün yaranan bilirlər, görürlər, – əslində isə cəmiyyət əsas etibarilə Ağalıqdan yaranıb, Ağalıq üçün yaranıb. Ağalıq meylindən, ehtirasından yaranıb.