İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsəməlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünyanın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq […]