Qorxudan azad olmaq. Həsəddən azad olmaq. Mənəvi xəsarətdən azad olmaq. Naqis fikirdən azad olmaq. Məkrdən azad olmaq. Rəzalət əsarətindən, küdurət əsarətindən azad olmaq. Vətənsizlik həqarətindən azad olmaq. İnamsızlıq fəlakətindən azad olmaq. Cılız məhəbbətdən, ani mərhəmətdən, süni sədaqətdən azad olmaq. Xülya zəncirini qırmaq. Hiylə zəncirini qırmaq. Fitnə zəncirini qırmaq. Qibtə zəncirini qırmaq. Daxildəki ilanı öldürmək. Yalanı […]