Dünyada, Həyatda, Xalqımızda Əsilliyə, Mənəvi Kamilliyə, Ruhani Zənginliyə sonsuz Ehtiras yaşayır. Ocaq həmin Ehtirasdan yaranmışdır! Dünyada, Həyatda, Xalqımızda Süniliyə, Bəsitliyə, Yalana sonsuz Nifrət yaşayır. Ocaq həmin Nifrətdən yaranmışdır! Dünyada, Həyatda, Xalqımızda ölməz Ənənələrə, Ali Mənəvi sərvətlərə sönməz Məhəbbət yaşayır. Ocaq həmin Məhəbbətdən yaranmışdır!