İnqilabdan qabaq ictimai elita (seçilmişlər təbəqəsi) mövcud idi. Həmin təbəqə başlanğıcda qabiliyyətlilərdən, dövlət qarşısında xüsusi xidməti olanlardan yaranmışdı, onlar xüsusi nişanlarla, titullarla fəxri adlarla fərqlənirdilər. İnqilab həmin Elitanı (seçilmişləri) Nişanlarıyla, Titullarıyla, Fəxri adlarıyla ləğv etdi. İndi “ideal bərabərlik olan cəmiyyətdə” Elitamaniya həqarəti baş alıb gedir. Titullarla, Mükafatlarla, Ordenlərlə fərqləndirilən Elita günü-gündən artır.