«Köhnə cəhaləti» görürlər yazıçılar, «Təzə Yadlığı» görmürlər: mədrəsə, molla, moizə, məscid səfalətini görürlər; – «uşqola» özgəliyini görmürlər; kütləvi naşılığı görürlər – kütləvi yadlaşmanı görmürlər; İslamçılıq Xurafatını görürlər – Qərbçilik Xurafatını görmürlər; Allahçılıq fəlakətini görürlər – çarçılıq fəlakətini görmürlər; «Vəhşi zalımlığı» görürlər – «mədəni zalımlığı» görmürlər»; «Şərq məzlumluğunu» görürlər – Qərb Fitnəsini görmürlər; Qəflət Hiyləsini görürlər […]