Mənə hind mənəvi məktəbini xatırladır. Asif Atada sanki bütün ruhani məktəblər birləşir. Buddizmə də krişnaçılığa da, zərdüşçülüyə də, sufizmə, mevlanaçılığa də rast gəlirsən, amma həm də bütün bunları aşıb özünü yaradır onun təlimi. Rastıma çıxan maraqlı adamların içində bir zaman atalı olanlar – bu məktəbin üzvləri var. Onlar modern və zəkidilər. Azərbaycanda demək olar heç […]