IV Əskəran qalası alınandan sonra, axşama doğru Tümənin başçısı general Səlimov bölüklərə gəldi. O, qoşunları qutlayaraq, subaylarla əsəkərlərə Ordu bakanının gözaydınlığını çatdırdı. Tümənin ştabının başçısı polkovnik Zeynalzadə ikilikdə, mənə Ordu bakanının ayrılarkən aşağıdakıları dediyini çatdırdı: «Ömrümün son illərində doğma ulusumdan ötrü çalışdığıma görə çox sevinirəm. Yaşıl ordu gumanlarımı doğrultdu, tapşırıq çox yaxşı yerinə yetirildi. Subaylara […]