Azərbaycan Türklərinin görkəmli oğlu, iyirminci yüzilin ikinci yarısında yetişmiş ən yaxşı bilimçilərdən biri professor Şirməmməd Hüseynov «Azərbaycan qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918 – aprel 1920)» toplusunda Türkcə «Azərbaycan» qəzetində çap olunmuş yazıları Ərəb yazısından köçürüb, işləyib düzəldərək, iki cilddə (Ic-2015, 656 s. IIc-2016, 550 s.) yayımlamışdır. «Transliterasiya redaktorları» prof. Şamil Vəliyevlə, Samir Xalidoğludur. […]