2009-cu il idi. Hərəkat çağlarının dostlarından biri, AMEA-nın Fəlsəfə-Hüquq institutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Yadigar Türkel mənə kompüterdə yığılmış bir əsər gətirdi. Bu, Ulu Öndərimiz, Ulusal Liderimiz Məhəmməd Əmin Rəsulzadənin “Milli birlik” əsəri idi. Onun istəyinə uyğun olaraq mən bu 175 səhifəlik əsəri 10 günə oxuyub, bugünün oxucusuna anlaşıqlı olması üçün dilini yeniləşdirib ona qaytarmalı […]