Dədə Qorqud obrazını yaradarkən insanlığın ən yüksək qatında duran, hər cəhətcə ideal ulu türkün surətini yaratmağa çalışmışam. Tablonun bütün sahəsini qapsayan göy görsənişdə Dədə Qorqud öz işığı ilə ayrılır. Bu işıqdan surətin yörəsi də işıqlanıb. Qıraqlara doğru isə boyalar tündləşir. Kompozisiyanın belə çözümü çox uzaq ənginliklərdən insanlara “işıq seli” gəldiyi etkisi bağışlayır. Obrazın özünə gəldikdə […]