Bütün dinləri, peyğəmbərləri və siyasi xadimləri lağa qoyan, toxunulmaz mövzu yoxdur deyən, Danimarkanın “Jullandes Posten” qəzetinin Məhəmməd peyğəmbərin, böyük qalmaqala səbəb olan, karikaturasını təkrar yayımlayan “Charle Hebdo” jurnalı terror basqısına uğradı: 12 jurnalist öldürüldü, 11-i yaralandı. Ərazini tərk edərkən “Məhəmməd peyğəmbərin qisasını aldıq!” – deyən Fərid və Şerif Kuaşi qardaşları bir polisi də atəşə tutub qaçdılar.